Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə46/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   42   43   44   45   46   47   48   49   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
72
 
əlaqədar müvafiq prosedur təminatlarının nəzərdə tutulduğu müəyyən olunmuşdur (bu məsələ bölmə 4.4-də 
qısa şəkildə təsvir olunur). Bununla yanaşı, Konvensiyadan irəli gələn bütün hüquqlarla əlaqədar özbaşınalığın 
qadağan  edilməsi  məsələsinə  sığınacaq  və  miqrasiya  işlərində  vacib  təminatların  həyata  keçirilməsi  üçün 
istinad olunur.
174
 Azadlıqdan qanunsuz və ya əsassız məhrum etmə ilə əlaqədar fəsil 6-a baxın (Bölmə 6.10). 
 
Avropa  İnsan  Hüquqları  Məhkəməsi  sığınacaq  axtaranların  çıxarılmasına  dair  işlərlə  bağlı  səmərəli  hüquqi 
müdafiə  vasitələrini  təşkil  edən  ümumi  prinsipləri  təsbit  etmişdir.  Avropa  İnsan  Hüquqları  Konvensiyasına 
əsasən istənilən "mübahisəli şikayətin" mahiyyətinə qiymət vermək və əgər zəruridirsə müvafiq kömək əldə 
etmək  üçün  şikayətçilərin  milli  səviyyədə  hüquqi  müdafiə  vasitələrinə  çıxışı  olmalıdır.
175
  Avropa  İnsan 
Hüquqları  Məhkəməsi  hüquqi  müdafiə  vasitələrinin  de-fakto  və  de-yure  səmərəli  olması  məqsədi  ilə  digər 
elementlərlə yanaşı sığınacaq axtaranın öz ərizəsini təqdim etmək üçün kifayət qədər vaxtla təmin olunub-
olunmaması məsələsini də nəzərdən keçirə bilər. 
 
Misal:  Abdolxani  və  Karimniyanın  Türkiyəyə  qarşı  işində
176
  həm  inzibati,  həm  də  məhkəmə  orqanları 
iddiaçıların  İraqa  və  ya  İrana  geri  qaytarılacağı  təqdirdə  ləyaqəti  alçaldan  rəftardan  ibarət  riskə  məruz 
qalacaqları ilə əlaqədar ciddi iddialarına biganə qalmışdırlar. Bundan başqa, dövlət orqanları iddiaçıların 
müvəqqəti sığınacaq əldə etmək üçün etdikləri müraciətlərinə baxmayaraq bunun səbəbləri ilə əlaqədar 
onlara  heç  bir  məlumat  verməmişdir  və  onların  polis  həbsində  olduqları  zaman  vəkil  üçün  birmənalı 
müraciət  etmələrinə  baxmayaraq  hüquqi  yardımdan  istifadələrinə  də  icazə  verməmişdir.  Dövlət 
orqanlarının  yol  verdikləri  bütün  bu  nöqsanlar  iddiaçıları  müvafiq  qanunvericilik  çərçivələrində  Avropa 
İnsan  Hüquqları  Konvensiyasının  3-cü  maddəsinə  əsasən  öz  iddialarını  məhkəməyə  təqdim  etmək 
imkanından  məhrum  etmişdir.  Bununla  yanaşı,  iddiaçılar  deportasiya  olunmaları  barədə  qərarla  təmin 
olunmadığından və onların ölkədən çıxarılması səbəbləri açıqlanmadığından bu qərarı ləğv etmək məqsədi 
ilə  müvafiq  orqana  müraciət  etmək  iqtidarında  deyildilər.  Türkiyədə  inzibati  məhkəmə  deportasiya 
qərarının  icrasının  dayandırılması  ilə  bağlı  xüsusi  göstəriş  vermədikdə  bu  qərarın  ləğv  edilməsi  ilə  bağlı 
müraciət  təxirə  salma  gücünə  malik  olmadığından  deportasiya  işlərinə  məhkəmədə  baxılması  səmərəli 
hüquqi  müdafiə  vasitəsi  hesab  oluna  bilməz.  Bütün  bunlarla  əlaqədar  olaraq  iddiaçılar  Avropa  İnsan 
Hüquqları  Konvensiyasının  3-cü  maddəsindən  irəli  gələn  şikayətləri  ilə  bağlı  səmərəli  və  əlçatan  hüquqi 
müdafiə vasitələri ilə təmin olunmamışdır. 
 
Misal: Avstriya və Çex Respublikasının Konstitusiya Məhkəmələri ərizələrin təqdim edilməsi üçün ayrılan iki 
və yeddigünlük müddətlərin kifayət qədər az olduğunu müəyyən etmişdir.
177
 Eyni zamanda, Diufun işində
178
 
Avropa  İttifaqı  Ədalət  Məhkəməsi  müəyyən  etmişdir  ki,  sürətləndirilmiş  prosedur  üçün  müraciət  etmək 
məqsədi ilə nəzərdə tutulmuş 15-günlük müddət "ümumiyyətlə səmərəli iddia ərizəsinin praktiki cəhətdən 
hazırlanması və təqdim edilməsi üçün kifayət etməsə də, müvafiq hüquq və maraqların müdafiə olunması 
baxımından məqbul  və mütənasibdir." 
 
Dövlət tərəfindən yol verilmiş və müvafiq təminatların səmərəli tətbiqinə mane olan başqa bir əməl şəxsləri 
müvafiq  qərar  və  ya  onların  apellyasiya  şikayəti  vermək  hüququ  barədə  məlumatlandırmamaqdan  və  ya 
saxlanılmış sığınacaq axtaranın azadlıqda olanlarla əlaqə saxlamasına mane olmaqdan ibarət ola bilər. Avropa 
İnsan Hüquqları Məhkəməsi tərəfindən işlənib hazırlanmış tələblər və 
Sığınacaq prosedurları Direktivinə
 uyğun 
prosessual təminatlar arasında müəyyən mənada oxşarlıqlar mövcuddur. 
 
                                                
174
C.G.-
nın və
 
başqalarının Bolqarıstana qarşı
 
(C.G. and Others v. Bulgaria) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
1365/07 saylı, 24 
aprel 2008-
ci il tarixli işinin  49
-
cu paraqrafı.
 
175
M.S.S.-in Belçikaya v
ə
 
Yunanıstana qarşı 
(M.S.S. v. Belgium and Greece) 
[GC] Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 30696/09 
saylı, 21 yanvar 2011
-
ci il tarixli işinin 288
-
ci paraqrafı; Kudlanın Polşaya
 
qarşı
 
(
Kudła v.
Poland )
 
[GC] Avropa İnsan Hüquqları 
M
ə
hk
ə
m
ə
sind
əki 30210/96 saylı, 26
 oktyabr 2000-
ci il tarixli işinin 157
-
ci paraqrafı.
 
176
Abdolxani v
ə
 
Karimniyanın Türkiyə
y
ə
 
qarşı 
(Abdolkhani and Karimnia v. Turkey) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 30471/08 
saylı, 22 sentyabr 2009
-
ci il tarixli işinin 111
-117-
ci paraqrafları.
 
177
 Avstriya Konstitusiya M
ə
hk
ə
m
ə
sinin (Österreichische Verfassungsgerichtshof) G31/98 
(Decision G31/98)
, G79/98, G82/98, G108/98 
saylı, 24 iyun 1998
-ci il tarixli Q
ərarları və
 Çexiya Konstitusiya M
ə
hk
ə
m
ə
sinin (Ústavní soudCeské republiky) 2010-
cu ilin yanvar ayında 
qüvv
ə
y
ə
 
minmiş 9/2010 saylı Qərarı
 
(Decision No. 9/2010)
.  
178
Samba Diufun Ministre du Travail de l

Emploi et de l
’İmmigrasion
-
a qarşı 
(Samba Diouf v. Mini
stre du Travail, de l’Emploi et de 
l’Immigration
)
 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
69/10 saylı, 28 iyul 2011
-
ci il tarixli işinin 67
-
ci paraqrafı.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə