Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə43/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   39   40   41   42   43   44   45   46   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
68
 
 
 
 
 
                   
Avropa İttifaqı 
       Əhatə olunan məsələlər 
                            Avropa Şurası 
Sığınacaq prosedurları Direktivi 
(2013/32/EU) 
Sığınacaq prosedurları   
Avropa İttifaqı Fundamental  
Hüquqlar Xartiyasının 47-ci 
maddəsi (səmərəli hüquqi 
müdafiə vasitələri hüququ və 
ədalətli məhkəmə araşdırması 
hüququ) 
Səmərəli hüquqi  
müdafiə  
vasitələri hüququ 
Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü 
maddəsi (səmərəli hüquqi müdafiə vasitələri 
hüququ); 
Abdolxanini və Karimianın Türkiyəyə qarşı 
Avropa İnsan Hüquqları Məhkəməsindəki 
2009-cu il tarixli işi (milli hüquqi müdafiə 
vasitələri iddianın mahiyyətini nəzərə 
almalıdır) 
Sığınacaq prosedurları 
Direktivinin (2013/32/EU) 46(5)-
(9)-cu maddələri 
Təxirə salma gücü 
Qebremedhinin Fransaya qarşı Avropa İnsan 
Hüquqları Məhkəməsindəki 2007-ci il tarixli işi 
(tranzit zonasındakı sığınacaq axtaran üçün 
milli hüquqi müdafiə vasitələrinin təxirə salma 
gücü); 
Hirsi Camaanın və başqalarının İtaliyaya qarşı 
Avropa İnsan Hüquqları Məhkəməsindəki 
2012-ci il tarixli işi ("dəniz yolu ilə 
buraxılmamanı" həyata keçirmiş hərbi 
personala qarşı milli hüquqi müdafiə 
vasitələrinin təxirə salma gücünə malik 
olmaması) 
Sığınacaq prosedurları 
Direktivinin (2013/32/EU) 31(8)-
ci maddəsi 
Sürətləndirilmiş 
sığınacaq prosedurları 
İ.M.-nin Fransaya qarşı Avropa İnsan 
Hüquqları Məhkəməsindəki 2012-ci il tarixli işi 
(sürətləndirilmiş sığınacaq prosedurları üçün 
prosedur təminatları) 
Dublin Əsasnaməsi ((EU) 
604/2013); 
N.S-in Avropa İttifaqı Ədalət 
Məhkəməsindəki C-411/10 saylı, 
2011-ci il tarixli işi 
K.-nın Avropa İttifaqı Ədalət 
Məhkəməsindəki C-245/11 saylı, 
2012-ci il tarixli işi 
Dublin prosedurları 
M.S.S.-in Belçikaya və Yunanıstana qarşı 
Avropa İnsan Hüquqları Məhkəməsindəki 
2011-ci il tarixli işi ("Dublin prosedurlarına 
əsasən göndərilmə ilə ləyaqəti alçaldan 
rəftara məruz qalma riskinin artırılması); 
De Souza Ribeironun Fransaya qarşı Avropa 
İnsan Hüquqları Məhkəməsindəki 2012-ci il 
tarixli işi (Avropa İnsan Hüquqları 
Konvensiyasının 8-ci maddəsinə əsasən 
təqdim olunmuş iddianın təxirə salma gücü) 
Geri qaytarılma Direktivi 
(2008/115/EC) 
Geri qaytarılma 
proseduru 
Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü 
maddəsi (səmərəli hüquqi müdafiə vasitələri 
hüququ); 
Avropa İnsan Hüquqları Konvensiyasına dair 7 
saylı Protokolun 1-ci maddəsi (əcnəbilərin 
çıxarılmasına dair prosedur təminatlar); 
C.G.-nin və başqalarının Bolqarıstana qarşı 
Avropa İnsan Hüquqları Məhkəməsindəki 
4. SIĞINACAQ VƏ GERİ QAYTARILMA İŞLƏRINDƏ PROSEDUR 
TƏMİNATLARI VƏ HÜQUQİ DƏSTƏK 
 


69
 
2008-ci il tarixli işi (deportasiya prosesi 
zamanı prosedur təminatlarının olmaması) 
Avropa İttifaqı Fundamental  
Hüquqlar Xartiyasının 47-ci 
maddəsi (səmərəli hüquqi 
müdafiə vasitələri və ədalətli 
məhkəmə araşdırması hüquqları) 
Hüquqi yardım 
Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü 
maddəsi (səmərəli hüquqi müdafiə vasitələri 
hüququ); 
M.S.S.-in Belçikaya və Yunanıstana qarşı 
Avropa İnsan Hüquqları Məhkəməsindəki 
2011-ci il tarixli işi (səmərəsiz hüquqi yardım 
planı) 
Sığınacaq prosedurları 
Direktivinin (2013/32/EU) 20-22-
ci maddələri
Geri qaytarılma Direktivinin 
(2008/115/EC) 13-cü maddəsi 
(hüquqi müdafiə vasitələri) 
Sığınacaq prosedurları 
ilə əlaqədar hüquqi 
yardım; 
Geri qaytarılma 
qərarları ilə əlaqədar 
hüquqi yardım 
Avropa Şurasının Nazirlər Komitəsi 
"Sürətləndirilmiş sığınacaq prosedurları 
kontekstində insan hüquqlarının müdafiəsinə 
dair" 1 iyul 2009-ci il tarixli Təlimatlar; 
Avropa Şurasının Nazirlər Komitəsi "Məcburi 
geri qaytarılmaya dair iyirmi qayda", 4 may 
2005-ci il 
 
Giriş 
 
Bu  fəsildə  beynəlxalq  himayə  üçün  ərizələrin  baxılması  (sığınacaq  prosedurları),  həmçinin  çıxarılma və  geri 
qaytarılma prosedurları müzakirə  olunur. İlk  növbədə  burada sığınacaq və  ya geri qaytarılma barədə  qərar 
qəbul  etməyə  məsuliyyət daşıyanlarla  bağlı  prosedur  tələblərinə  diqqət  yetirilir.  Sonra  belə  qərarlara  qarşı 
səmərəli hüquqi müdafiə vasitələri nəzərdən keçirilməklə hüquqi müdafiənin səmərəli olması üçün nəzərdə 
tutulmuş  əsas  elementlər  sadalanır  (sərhəd  idarəçiliyi  kontekstində  hüquqi  müdafiə  vasitələri  ilə  əlaqədar 
bölmə  1.8-ə  baxın).  Sonda  bu  fəsildə  hüquqi  yardımla  bağlı  məsələlər  diqqətə  çatdırılır.  Fəsil  7-də  isə 
çıxarılmanın necə həyata keçirilməsi məsələsinə diqqət yetiriləcək. 
 
Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ geri qaytarılma zamanı işgəncədən, qeyri-insani və 
ya  ləyaqəti alçaldan  rəftardan  ibarət  həqiqi  riskdən çəkinmək  üçün vacib  əsasları  özündə  əks  etdirən  iddia 
ərizələrinə müstəqil şəkildə və qətiyyətlə baxılmasını dövlətlərdən tələb edir. Məhkəmənin presedent hüququ 
vasitəsi  ilə  işlənib  hazırlanmış  bu  tələblərdən  bəziləri  dəyişdirilmiş 
Sığınacaq  prosedurları  Direktivinə
  daxil 
edilmişdir. 
 
Bu  fəsil  boyu  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  13-cü maddəsində  öz  əksini  tapmış səmərəli  hüquqi 
müdafiə  vasitələri  hüququ  daha  geniş  əhatə  dairəsinə  malik  Avropa  İttifaqı  Fundamental    Hüquqlar 
Xartiyasının 47-ci maddəsi ilə nəzərdə tutulmuş səmərəli hüquqi müdafiə vasitələri ilə müqayisə olunacaq. 
 
4.1.
 
Sığınacaq prosedurları 
 
Həm  Avropa  İttifaqı  qanunvericiliyinə,  həm  də  Avropa  İnsan  Hüquqları  Konvensiyasına  əsasən  sığınacaq 
axtaranların  səmərəli  sığınacaq  prosedurlarına,  o  cümlədən,  apellyasiya  prosesi  zamanı  çıxarılmanı  təxirə 
salmaq iqtidarında olan hüquqi müdafiə vasitələrinə çıxışı olmalıdır. 
 
Avropa İttifaqının 
Sığınacaq prosedurları Direktivi
 (2013/32/EU) beynəlxalq himayənin təmin edilməsi və ləğv 
edilməsinə  dair  ümumi  prosedurlarla  əlaqədar  həddindən  artıq  təfərrüatlı  qaydaları  özündə  əks  etdirir.  Bu 
Direktiv  onun  əsasında  öz  üzərinə  öhdəliklər  götürmüş  Avropa  İttifaqına  üzv  olan  dövlətlərin  ərazisində,  o 
cümlədən, sərhədlərində, ərazi sularında və tranzit zonalarında edilən sığınacaq müraciətləri ilə bağlı tətbiq 
olunur (3-cü maddə). 
 
4.1.1.
 
Müsahibə, yoxlama proseduru və ilkin qərar qəbuletmə 
 
Avropa İttifaqı qanunvericiliyinə əsasən sığınacaq axtaranların və onların öhdəsində olan şəxslərin sığınacaq 
prosedurlarına  çıxışı  olmalıdır  (
Sığınacaq  prosedurları  Direktivinin
  6-cı  maddəsinə,  həmçinin  bölmə  2.2-yə 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə