Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə52/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   48   49   50   51   52   53   54   55   ...   128

81
 
4.5.2.
 
Geri qaytarılma qərarları ilə əlaqədar hüquqi yardım 
 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən  hüquqi  yardım  haqqında  müddəalar  yalnız  sığınacaq  deyil,  geri 
qaytarılma qərarlarına da şamil edilir. Diqqətəlayiq məqam əlaqədar şəxslərə çıxarılma qərarına məhkəmədə 
baxmaq imkanının verilməsindən ibarətdir. Ola bilsin ki, 
Geri qaytarılma Direktivinə
 əsasən barələrində geri 
qaytarılma qərarı çıxarılmış bəzi şəxslərin şikayət etmək və ya onların iddia ərizələrinə məhkəmədə baxmaq 
imkanı olmamışdır. Bəzi şəxslər isə Avropa İttifaqının üzv dövlətində qaldıqları zaman ailə qurmağa müvəffəq 
olduğundan  geri  qaytarılma  qərarının  insan  hüquqlarına  uyğunluğunu  müəyyən  etmək  məqsədi  ilə 
məhkəməyə müraciət etməyi tələb edə bilmişdir. Bununla əlaqədar olaraq 
Geri qaytarılma Direktivinin
 13-cü 
maddəsi  bəyan  edir  ki,  Avropa  İttifaqının  üzv  dövlətləri  müvafiq  milli  qanunvericiliyə  uyğun  olaraq  və 
2005/85/EC  saylı  Direktivin
  15(3)(6)-cı  maddəsi  çərçivəsində  "müvafiq  müraciət  əsasında  zəruri  hüquqi 
yardımın göstərilməsinə və/və ya təmsilolunma imkanının verilməsini təmin edirlər." 
 
Bu  maddə  hüquqi  yardımın  xahiş  əsasında  təqdim  olunmasını  qeyd  edir.  Bu  isə  şəxslərin  hüquqi  yardım 
imkanları  barədə  aydın  və  sadə,  onların  başa  düşə  biləcəyi  dildə  məlumatlandırılmasını  nəzərdə  tutur,  əks 
təqdirdə bu qayda öz mənasını itirərək ədalət mühakiməsi sistemindən səmərəli istifadəyə mane olacaq. 
 
Avropa Şurası Nazirlər Komitəsinin "Məcburi geri qaytarılmaya dair iyirmi qaydası" (9 saylı qayda) da hüquqi 
yardımın göstərilməsini nəzərdə tutur.
204
 
 
4.5.3.
 
Sığınacaq barədə qərarların məhkəmədə baxılması üçün hüquqi yardım 
 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən  sığınacaq  almaq  üçün  edilən  müraciətə 
Qəbuletmə  şərtləri 
Direktivinə
 (2013/33/EU) uyğun olaraq rədd cavabının verilməsi barədə qərara əlaqədar şəxsin şikayət ərizəsi 
əsasında  məhkəmədə  baxıla  bilər  (Direktivin  26-cı  maddəsi).  Şikayət  verildiyi  və  ya  işə  yenidən  baxıldığı 
təqdirdə  üzv  dövlətlər,  əgər  müraciət  edilərsə,  pulsuz  hüquqi  yardım  və  təmsilolunma  imkanlarını  və  əgər 
zəruridirsə,  ədalət  mühakiməsi  sistemindən  səmərəli  istifadəni  təmin  etməlidirlər. 
Qəbuletmə  şərtləri 
Direktivinə
 əsasən üzv dövlətlər sığınacaq barədə  qərarlara yenidən baxıldığı zaman 
Sığınacaq prosedurları 
Direktivində
 nəzərdə tutulduğu kimi hüquqi yardımın göstərilməsi ilə əlaqədar bəzi məhdudiyyətlər tətbiq edə 
bilərlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                
204
 
Avropa Şurasının Nazirlə
r Komit
ə
si (2005-ci il). 


Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
82
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əlavə presedentlər və ədəbiyyat 
 
Əlavə  presedentlərlə  tanış  olmaq  üçün  zəhmət  olmasa  bu  vəsaitin  174-ci  səhifəsində  verilmiş  təlimatlara 
diqqət yetirin. Bu fəsildə nəzərdən keçirilmiş məsələlərə aid əlavə materiallarla vəsaitin 157-ci səhifəsindəki 
"Əlavə ədəbiyyat" hissəsində tanış olmaq mümkündür. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əsas məqamlar 

 
Avropa İttifaqı qanunvericiliyi həm sığınacaq almaq üçün edilən müraciətlərin, həm də geri qaytarılma 
məsələlərinin baxılması kontekstində ədalətli və səmərəli prosedurların həyata keçirilməsini nəzərdə 
tutur (Bölmə 4.1.1 və 4.4-ə baxın). 

 
Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü maddəsi bu Konvensiyanın və ya Konvensiyaya dair 
Protokolların istənilən müddəasına əsasən təqdim olunmuş hər hansı şikayət ərizəsi ilə əlaqədar dövlət 
orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinin təmin edilməsini nəzərdə tutur. Xüsusən də 
şəxsin çıxarılması və ya ekstradisiyası təqdirində onun Avropa İnsan Hüquqları Konvensiyasının 2 və ya 
3-cü maddələrinə zidd rəftardan ibarət real riskdən çəkinməsi üçün kəsərli əsasların mövcud olması ilə 
əlaqədar istənilən iddiasının müstəqil və hərtərəfli yoxlanılması tələb olunur (Bölmə 4.1.2-yə baxın). 

 
Avropa  İnsan  Hüquqları  Konvensiyasının  13-cü  maddəsi  şəxsin  geri  qaytarılması  tədbirinin  icrası 
nəticəsində yarana biləcək bərpa olunmaz fəsadlara qarşı avtomatik təxirəsalma gücünə malik hüquqi 
müdafiə vasitələrinin təmin edilməsini nəzərdə tutur (Bölmə 4.1.3-ə baxın). 

 
Avropa  İttifaqı  Fundamental  Hüquqlar  Xartiyasının  47-ci  maddəsi  Avropa  İnsan  Hüquqları 
Konvensiyasının 3-cü maddəsindən fərqli olaraq məhkəmə orqanları qarşısında da hüquqi müdafiə 
vasitələrinin təmin olunmasını nəzərdə tutaraq daha müfəssəl və ədalətli təminatları özündə əks etdirir 
(Bölmə 4.1.2-yə baxın). 

 
Avropa İttifaqı qanunvericiliyinə əsasən sığınacaq axtaranlar üçün dəstəyin və güzəştlərin verilməsi və 
geri götürülməsi ilə əlaqədar prosedur təminatları mövcuddur (Bölmə 4.3-ə baxın). 

 
Hüquqi  yardımın  mövcud  olmaması  məsələsinə  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  13-cü  və 
Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasının 47-ci maddələrinə əsasən məhkəmədə baxıla bilər 
(Bölmə 4.5-ə baxın). 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə