Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə60/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   56   57   58   59   60   61   62   63   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
92
 
Zambranonun işi ilə əlaqədar qəbul etdiyi qərardan fərqli hesab edilə bilər (bu bölmədə verilmiş misala 
baxın). 
 
Lakin  əgər  milli  məhkəmələr  uşağın  yaşadığı  dövlətdə  qalması  qənaətinə  gəlmişdirlərsə,  Avropa  İnsan 
Hüquqları Məhkəməsi ailənin miqrasiya orqanlarının təklifi əsasında ayrılması ilə barışmağa meylli olmaya da 
bilər. 
 
Misal: Rodriqes da Silvanın və Hooqkamerin Hollandiyaya qarşı işində
229
 Məhkəmə müəyyən etmişdir ki, 
əgər milli məhkəmələr uşağın Hollandiya vətəndaşı olan atası ilə Hollandiyada qalmasının onun ən yaxşı 
maraqları üçün vacib olması barədə yekdil qərar qəbul etmişdirlərsə, bu uşağın müntəzəm əlaqə saxladığı 
Braziliya vətəndaşı olan anasının vəziyyətinin tənzimlənməsinə rədd cavabının verilməsi məsələsinə uyğun 
gəlmir. 
 
Hətta əgər ölkədə qalmaq müraciətinə birmənalı rədd cavabı verilməmişdirsə ailə həyatına hörmət hüququna 
dolayı müdaxilələrdən ibarət vəziyyətlərin də yaranması mümkündür. 
 
Misal: Q.R.-in Hollandiyaya qarşı işində
230
 əcnəbi həyat yoldaşının immiqrasiya vəziyyətinin tənzimlənməsi 
üçün həddindən artıq yüksək rüsumun təyin edilməsi səbəbindən ailə həyatına hörmət hüququna müdaxilə 
məsələsinə baxılmışdır. Məhkəmə bu işə Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü maddəsinə əsasən 
baxmaq qərarına gəlmişdir, çünki təqdim olunmuş şikayət ərizəsi iddiaçının tələb olunan rüsumu ödəyə 
bilməməsi səbəbindən yaşayış icazəsi almaq üçün etdiyi müraciətinə verilmiş rədd cavabına etiraz etmək 
iqtidarında olmaması ilə əlaqədar idi.
231
 
            
5.3.
 
Ailənin yenidən birləşməsi 
 
Ailənin yenidən birləşməsi Avropa İttifaqına və ya Avropa Şurasına üzv olan dövlətdə yaşayan və miqrasiya 
etdiyi zaman mənşə ölkəsində  qalmış ailə  üzvlərinin ona qovuşmalarını istəyən şəxslə  əlaqədar vəziyyətləri 
təsvir edir. 
 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən 
Hərəkət  etmək  azadlığı  Direktivində
  əks  olunmuş  və  müvafiq 
müqavilələrdən irəli gələn hüquqları icra edən Avropa İqtisadi Zonası vətəndaşlarının ailə üzvləri ilə əlaqədar 
müddəalar ailənin tənzimlənməsi və yenidən birləşməsi arasında heç bir fərq nəzərdə tutmur - burada həlledici 
məqam ailə üzvü ilə Avropa İttifaqının vətəndaşı olan zəmanətçi arasında olan münasibətdir. 
 
Əsas ailənin tərkibinə daxil olmayan ailə üzvlərinə gəldikdə isə, Avropa İttifaqı Ədalət Məhkəməsi yeni olaraq 
belə  bir  qənaətə  gəlmişdir  ki,  Avropa  İttifaqının  üzv  dövlətləri 
Hərəkət  etmək  azadlığı  Direktivinin
  3(2)-ci 
maddəsində  nəzərdə  tutulmuş  şəxslərin  ölkəyə  gəlmək  və  burada  yaşamaq  üçün  müraciətlərinə  baxıldığı 
zaman nəzərə alınacaq amillərin seçilməsində geniş səlahiyyətlərə malikdirlər. Bununla əlaqədar olaraq üzv 
dövlətlər ailə üzvləri arasındakı asılılığın xarakteri və nə qədər davam etməsi ilə əlaqədar konkret tələbləri öz 
qanunvericiliklərində  əks  etdirmək  hüququna  malikdirlər.  Lakin  eyni  zamanda,  Avropa  İttifaqı  Ədalət 
Məhkəməsi müəyyən etmişdir ki, milli qanunvericilikdə əks olunacaq tələblər Direktivin 3(2)-ci maddəsində 
verilmiş  asılılığın  anlayışına  uyğun  gəlməlidir  və  bu  müddəanın  tətbiqindən  irəli  gələn  səmərəliliyə  xələl 
yetirməməlidir.
232
 
 
Ailənin  yenidən  birləşməsi  Direktivinin
  4-cü  maddəsinə  əsasən  üçüncü  ölkə  vətəndaşı  olan  müvafiq 
zəmanətçinin həyat yoldaşı və azyaşlı, nikaha daxil olmamış uşaqları ona qovuşmaq hüququna malik olsalar 
da,  Avropa  İttifaqının  üzv  dövlətləri  həmin  zəmanətçidə  mövcud  olması  tələb  olunan  resurslarla  əlaqədar 
                                                
229
Rodriqes da Silvanın və
 
Hooqkamerin Hollandiyaya qarşı 
(Rodrigues da Silva and Hoogkamer v. the Netherlands
Avropa İnsan 
Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 50435/99 saylı, 31 yanvar 2006
-
cı il tarixli işi.
 
230
G.R.-
in Hollandiyaya qarşı
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
(G.R. v. the Netherlands) 
22251/07 saylı, 10 yanvar 2012
-ci il 
tarixli işi.
 
231
Anakomba Yulanın Belçikaya qarşı
 
(Anakomba Yula v. Belgium) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
45413/07 saylı, 10 mart 
2009-
cu il tarixli işi.
 
232
Daxili İşlə
r Departamenti Dövl
ə
t katibinin R
ə
hmana v
ə
 
başqalarına qarşı
 
(Secretary of State for the Home Department v. Rahman 
and Others) 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-83/
11 saylı, 5 sentyabr 2012
-
ci il tarixli işinin 36
-40-
cı paraqrafları 
 


93
 
müəyyən şərtlər irəli sürə bilərlər. Bu Direktiv bəyan edir ki, uşaq 12 yaşından yuxarı olarsa və üzv dövlətə tək, 
ailəsindən ayrı gələrsə, Direktivə əsasən həmin üzv dövlət ona ölkəyə daxil olmaq və burada qalmaq icazəsi 
verməzdən  əvvəl  uşağın  Direktivin  qüvvədə  olduğu  zaman  mövcud  milli  qanunvericiliklə  nəzərdə  tutulmuş 
inteqrasiya şərtlərinə cavab verib-vermədiyini yoxlaya bilər. Avropa İttifaqı Ədalət Məhkəməsi Avropa İttifaqı 
Parlamenti  tərəfindən  təqdim  olunmuş  və  Direktivin  bu  cür  məhdudlaşdırıcı  şərtləri  ilə  əsas  hüquqların 
pozulduğunu  iddia  edən  şikayət  ərizəsini  rədd  etmişdir.  Eyni  zamanda,  Avropa  İttifaqı  Ədalət  Məhkəməsi 
vurğulamışdır ki, üzv dövlətlər Direktivin icra olunması zamanı bir sıra tələblərə mütləq riayət etməlidirlər.
233
 
 
Ailənin yenidən birləşməsi Direktivinin
 4(5)-ci maddəsi həyat yoldaşı ona qovuşmazdan əvvəl zəmanətçidən 
və  ya  onun  həyat  yoldaşından  21  yaşdan  yuxarı  olmamağı  nəzərdə  tutan  minimum  yaşda  olmağını  tələb 
etməyə  icazə  verir.  Bir  sıra  Avropa  dövlətləri  ailəvi  vizaların  verilməsi  üçün  tələb  olunan  yaş  həddinin 
qaldırılmasını nəzərdə tutan qanunvericilik aktlarını qəbul etməkdədirlər. 
 
Avropa İttifaqı qanunvericiliyi ailə münasibətlərinin zəmanətçinin İttifaq ərazisində yaşamağa başlamasından 
əvvəl və ya sonra yaranması arasında fərq qoymur.
234
 
 
Avropa  İttifaqında  yaşayan  üçüncü  ölkə  vətəndaşlarının  ailə  üzvlərinə  gəldikdə  isə,  Avropa  İttifaqı 
Ailənin 
yenidən  birləşməsi  Direktivinin
  2(d)  maddəsində  bəyan  edir  ki,  bu  Direktiv  ailənin  miqrant  kimi  yaşadığı 
dövlətə gəlməzdən əvvəl və ya sonra yaranmasından asılı olmayaraq tətbiq edilir, lakin buna baxmayaraq bəzi 
üzv  dövlətlərin  milli  qanunvericilikləri  bu  məsələ  ilə  bağlı  birmənalı  fərq  nəzərdə  tuturlar.  Ailənin  nə  vaxt 
yaranması məsələsinin Avropa İqtisadi Zonası vətəndaşlarının üçüncü ölkə vətəndaşı olan ailə üzvləri üçün də 
heç bir aidiyyəti yoxdur. 
 
 
Hərəkət  etmək  azadlığı  Direktivində
  və  bu  Direktivin  qəbul  edilməsindən  əvvəl 
1612/68  saylı  Əsasnamədə
 
Avropa  İqtisadi  Zonası vətəndaşlarının  həyat  yoldaşlarının  onlarla  yaşamaq  hüququna  malik  olmaları  aydın 
şəkildə göstərilir və eyni zamanda hərəkət etmək azadlığından irəli gələn hüquqlardan istifadə edən Avropa 
İqtisadi  Zonası  vətəndaşlarına  yaşadıqları  dövlətin  vətəndaşları  ilə  bərabər  səviyyəli  "sosial  və  vergi 
güzəştlərindən",  o  cümlədən,  Direktivin  müddəaları  ilə  əhatə  olunmayan  vəziyyətlərdə  tətbiq  edilən  yerli 
miqrasiya qaydalarından faydalanmaq imkanları verilir.
236
 
                                                
233
Avropa İttifaqı Parlamentinin Avropa İttifaqı Şurasına qarşı
 
(European  Parliament v.  Council  of  the  European  Union) 
Avropa Ədalə

M
ə
hk
ə
m
ə
sind
ə
ki C-540/03, [2010] ECR I-
05769 saylı, 27 iyun 2006
-
cı il tarixli işinin 62
-65-ci paraqr
afları
 
234
Metokun v
ə
 
başqalarının Bə
rab
ərlik, Ədliyyə
 v
ə
 
Hüquqi İslahatlar nazirinə
 
qarşı
 
(Metock and Others v. Minister for Equality, Justice and 
Law Reform)
 
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-127/08 [2008] ECR I-
06241 saylı, 25 iyul 2008
-
ci il tarixli işi.
 
235
Çakrunun Minister van Buitenlandse Zaken-
ə
 
qarşı
 
(Chakroun v. Minister van Buitenlandse Zaken) 
Avropa İttifaqı Ədalə

M
ə
hk
ə
m
ə
sind
ə
ki C-578/08, [2010] ECR I-
01839 saylı, 4 mart 2010
-
cu il tarixli işi.
 
236
Arnulf Klauderin 
(Arnulf Clauder) 
Avropa Azad Ticar
ət Assosiasiyası Mə
hk
ə
m
ə
sind
ə
ki E-
4/11 saylı, 26 iyul  2011
-
ci il tarixli işinin 44
-cü 
paraqrafı.
 
Misal: Çakrunun işində
235
 Avropa İttifaqı Ədalət Məhkəməsi ailənin "qurulması " və "yenidən birləşməsi" 
arasında fərq qoyan, hər bir anlayış üçün ölkədə yaşamaq baxımından müxtəlif rejimlər, o cümlədən, maddi 
tələblər  nəzərdə  tutan  Hollandiya  qanunvericiliyini  nəzərdən  keçirmişdir.  Belə  bir  fərq  yalnız  ailə 
münasibətlərinin  zəmanətçinin  müvafiq  dövlətə  yaşamaq  məqsədi  ilə  gəlməzdən  əvvəl  və  ya  sonra 
yaranması məsələsindən irəli gəlirdi. Bu işə gəldikdə isə zəmanətçi Hollandiyaya gəldikdən iki il sonra cütlük 
nikaha daxil olduğundan onların vəziyyəti ailənin yenidən birləşməsi deyil, ailənin yaranması kimi nəzərdən 
keçirilmişdir, baxmayaraq ki, onlarla bağlı mübahisəli qərar qəbul edildiyi zaman cütlük artıq 30 ildən çox 
müddətdir evli idi. 
 
Məhkəmə təsdiq etmişdir ki, 
Ailənin yenidən birləşməsi Direktivinə
 əsasən müvafiq tələblərə cavab verən 
zəmanətçinin  əlaqədar  üçüncü  ölkə  vətəndaşları  olan  ailə  üzvlərini  öz  yanına  gətirmək  hüququ  ailə 
münasibətlərinin  onun  yaşadığı  dövlətə  gəlməsindən  əvvəl  və  ya  sonra  yaranmasından  asılı  olmayaraq 
mövcuddur.  Məhkəmə  bu  cür  fərqləndirmənin  Avropa  İttifaqı  qanunvericiliyində  (Direktivin  2(d) 
maddəsində, Direktivə dair Şərhlərin 6-cı bəndində və Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasının 
7-ci maddəsində) mövcud olmadığını və Direktivdə verilmiş müddəaların səmərəliliyinə xələl yetirməmək 
zərurətini nəzərə almışdır. 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə