Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə66/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   62   63   64   65   66   67   68   69   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
102
 
Avropa İttifaqı Fundamental  
Hüquqlar Xartiyasının 47-ci maddəsi 
(səmərəli hüquqi müdafiə vasitələri 
hüququ və ədalətli məhkəmə 
araşdırması hüququ); 
Geri qaytarılma Direktivinin 
(2008/115/EC) 13(4) və 15(3)-cü 
maddələri; 
Qəbuletmə şərtləri Direktivinin 
(2013/33/EU) 9(3)-cü maddəsi 
 
Saxlanılma barədə 
qərardan məhkəməyə 
müraciət etmək 
hüququ 
Avropa İnsan Hüquqları Konvensiyasının 
5(4)-cü maddəsi (azadlıq və toxunulmazlıq 
hüququ); 
Abdolxaninin və Karimnianın Türkiyəyə 
qarşı Avropa İnsan Hüquqları 
Məhkəməsindəki 2009-cu il tarixli işi 
(qərara baxılma prosedurunun olmaması) 
Geri qaytarılma Direktivinin 
(2008/115/EC) 16 və 17-ci maddələri; 
Qəbuletmə şərtləri Direktivinin 
(2013/33/EU) 10-cu maddəsi 
Saxlanılma şəraiti və 
ya rejimi 
S.D.-nin Yunanıstana qarşı Avropa İnsan 
Hüquqları Məhkəməsindəki 2009-cu il 
tarixli işi (saxlanılma şəraiti) 
 
Qanunsuz 
saxlanılmaya görə 
kompensasiya 
Avropa İnsan Hüquqları Konvensiyasının 
5(5)-ci maddəsi (azadlıq və toxunulmazlıq 
hüququ) 
 
Giriş 
 
Saxlanılma fundamental  hüquqlardan biri hesab olunan azadlıq  hüququndan müstəsna bir halı təşkil edir. 
Bununla əlaqədar olaraq azadlıqdan məhrum etmə tədbiri ən vacib təminatlara uyğun həyata keçirilməlidir. 
Bu  qanunla  nəzərdə  tutulmalıdır  və  əsassız  xarakter  daşımamalıdır.
255
  Geri  qaytarılma  prosedurları  zamanı 
sığınacaq  axtaranların  və  miqrantların  saxlanılması  ən  son  tədbir  kimi  nəzərdə  tutulmalıdır.  Bu  prinsiplərə 
baxmayaraq Avropada böyük sayda insan ya ölkəyə gəldikləri zaman və ya çıxarılma prosedurlarından yayınma 
hallarının qarşısını almaq üçün saxlanılır. Azadlıqdan məhrum edilən şəxslərlə insani şəkildə və ləyaqətlə rəftar 
olunmalıdır. 
 
Beynəlxalq  hüquq  sığınacaq  axtaranların  və  qaçqınların  saxlanılma  imkanlarını  məhdudlaşdırır.  1951-ci  il 
Cenevrə  Konvensiyasının  31-ci  maddəsinə  əsasən  ölkəyə  qanunsuz  gəlmə  və  ölkədə  qanunsuz  olma  ilə 
əlaqədar " həyat və azadlıqları təhlükə altında olan ərazidən birbaşa gələrək […] müvafiq əraziyə icazəsiz daxil 
olan və ya bu ərazidə olan, lakin özlərini ləngimədən aidiyyəti  orqanlara təqdim edən və qanunsuz gəlmənin 
və ya olmanın səbəblərini açıqlayan qaçqınlar"a cəza tədbirləri tətbiq edilməməlidir."
256
 
 
Avropa İnsan Hüquqları Konvensiyasında saxlanılma üçün əsaslardan ibarət geniş bir siyahı əks olunub ki, bu 
əsaslardan  biri  də  ölkəyə  qanunsuz  gəlmənin  qarşısını  almaqdan  və  ya  şəxslərin  çıxarılmasını 
asanlaşdırmaqdan ibarətdir. Avropa İttifaqı qanunvericiliyinə əsasən müfəssəl prinsip beynəlxalq himayə üçün 
müraciət edən, həmçinin geri qaytarılma prosedurları zamanı şəxslərin saxlanılmasının zəruriliyindən ibarətdir. 
Lakin saxlanılmanın əsassız hesab edilməməsi üçün müəyyən əlavə tədbirlər təmin olunmalıdır, məsələn, hər 
bir  saxlanılmanın  səbəbləri  açıqlanmalıdır  və  saxlanılmış  şəxsə  tez  bir  vaxtda  məhkəməyə  müraciət  etmək 
imkanı verilməlidir. 
 
6.1.
 
Azadlıqdan məhrum etmə, yoxsa hərəkət etmək azadlığının 
məhdudlaşdırılması? 
 
Avropa İttifaqı qanunvericiliyinə əsasən 
Qəbuletmə şərtləri Direktivi
 (2013/33/EU) "saxlanılmanı" "ərizəçinin 
[Avropa  İttifaqının]  üzv  dövləti  tərəfindən  hərəkət  etmək  azadlığı  məhdudlaşdırılacaq  xüsusi  bir  yerə 
                                                
255
 Dövl
ə
tl
ərin geri qaytarılma prosedurları zamanı insanların azadlıqdan mə
hrum edilm
ə
si il
ə
 
ə
laq
ə
dar t
ə
crüb
ə
sin
ə
 dair daha 
ətraflı 
m
ə
lumat üçün  Fundamental  Hüquqlar üzr
ə
 
Avropa İttifaqı Agentliyi (2010
-
cu il) baxın.  
 
256
 BMTQAK 
"Sığınacaq axtaranların saxlanılması və
 
saxlanılmaya alternativlə
rl
ə
 
ə
laq
ə
dar t
ə
tbiq edil
ə
n meyar v
ə
 standartlara dair 
T
ə
limatlar" 
(Guidelines on the Applicable Criteria and Standards relating to the Detention of Asylum-Seekers and Alternatives to 
Detention)
; 2012-ci il; 
İşgə
nc
ə
l
ə
rin v
ə
 dig
ə
r q
ə
ddar, qeyri-insani v
ə
 
alçaldıcı rəftarın və
 ya c
əzanın qarşısı alınması üzrə
 
Avropa Şurası 
Komit
ə
si 
"İşgə
nc
ə
l
ə
r
ə
 
qarşı mübarizə
nin 20 ili: 19-cu Ümumi Hesabat", 1 avqust 2008-31 iyul 2009-cu il. 


103
 
salınması"  kimi  müəyyənləşdirir  (2(h)  maddəsi). 
Geri  qaytarılma  Direktivində
  (2008/115/EC)  saxlanılmanın 
anlayışı nəzərdə tutulmayıb. 
 
Avropa  İnsan  Hüquqları  Konvensiyasının  5-ci  maddəsi  azadlıqdan  məhrum  etmə  hallarına  aid  məsələləri 
tənzimləyir  və  bu  Konvensiyaya  dair  4  saylı  Protokolun  2-ci  maddəsi  isə  hərəkət  etmək  azadlığının 
məhdudlaşdırılması  məsələsinə  toxunur.  Saxlanılmanın  bir  sıra  aşkar  formaları  mövcud  olsa  da,  məsələn, 
kameraya yerləşdirmə, tərifi verilməsi çətin olan bir sıra digər vəziyyətlər də azadlıqdan məhrum etmə hesab 
edilməsə də hərəkət etmək azadlığının məhdudlaşdırılması hesab oluna bilər. 
 
Avropa İnsan Hüquqları Məhkəməsi əlaqədar şəxsin vəziyyətinin Avropa İnsan Hüquqları Konvensiyasına dair 
4  saylı  Protokolun  2-ci  maddəsi  ilə  müdafiə  olunub-olunmamasını  müəyyən  edərək  müvafiq  saxlanılma 
tədbirinin  növü,  müddəti,  fəsadları  və  həyata  keçirilməsi  tərzi  kimi  bir  sıra meyarları  nəzərə  almaqla  onun 
vəziyyətinin mütləq qaydada qiymətləndirilməsi qənaətinə gəlmişdir.
257
 Azadlıqdan məhrum etmə ilə hərəkət 
etmək azadlığının məhdudlaşdırılması arasındakı fərq müvafiq tədbirin xarakteri və ya mahiyyəti ilə deyil, onun 
ağırlıq dərəcəsi və intensivlik səviyyəsi ilə əlaqədardır.
258
 Bu səbəbdən də aparılacaq hər bir qiymətləndirmə 
konkret işin xüsusi faktlarına əsaslanmalıdır. 
 
Ola bilsin ki, azadlıqdan məhrum etmə faktı işin ayrılıqda götürülmüş hansısa bir faktoru əsasında müəyyən 
edilməsin, lakin bütün mövcud elementlərin birgə yoxlanılması nəticəsində aşkar edilsin. Hətta saxlanılmanın 
qısa bir müddət ərzində, məsələn, bir neçə saat davam etməsi müvafiq vəziyyətin avtomatik olaraq azadlıqdan 
məhrum  etmə  kimi  deyil,  hərəkət  etmək  azadlığının  məhdudlaşdırılması  kimi  müəyyən  edilməsi  ilə 
nəticələnməməlidir. Belə bir vəziyyətdə müvafiq işin digər mövcud faktorları da nəzərə alınmalıdır, məsələn, 
saxlanılma  yerinin  qapalı  olub-olmaması,  məcburetmə  elementlərinin  mövcud  olub-olmaması,
259
  yaranmış 
mühitin  şəxsə  təsirinin konkret  fəsadları, o  cümlədən,  fiziki  narahatlığın  və  ya psixi  pozuntuların müşahidə 
edilib-edilməməsi.
260
 
 
Saxlanılmanın  ictimai  maraqlardan  irəli  gəlməsi  məsələsinin  bir  səbəb  kimi  əsas  götürülməsi,  məsələn, 
cəmiyyəti müvafiq şəxslə əlaqələndirilən riskdən və ya təhlükədən müdafiə və mühafizə etmək və ya qorumaq 
niyyəti  şəxsin  mütləq  azadlıqdan  məhrum  edilməsini  nəzərdə  tutmamalıdır.  Bu  cür  yanaşma  Avropa  İnsan 
Hüquqları  Konvensiyasının  5(1)(a)-(f)  maddəsində  nəzərdə  tutulmuş  saxlanılma  hallarının  əsaslandırılması 
məsələsinə  baxıldığı zaman münasib ola bilər.
261
  Lakin hər bir konkret  işdə  5(1)-ci maddə  müvafiq tədbirin 
görülməsinə dair spesifik konteksti nəzərə almaqla təfsir olunmalıdır. Burada həm milli qanunvericiliklə, həm 
də  Avropa  İnsan  Hüquqları  Konvensiyası  ilə  nəzərdə  tutulan  ictimai  asayişin  və  qayda-qanunun  təmin 
edilməsində polis orqanlarının hüquq və vəzifələri də nəzərə alınmalıdır.
262
 
 
Misal:Quzzardinin  İtaliyaya  qarşı  işində
263
  barəsində  komendant  saatı  tətbiq  edilən,  xüsusi  nəzarətə 
götürülmüş  və  müəyyən  edilmiş  ərazidən  kənara  çıxmamaq  qadağası  ilə  hərəkəti  məhdudlaşdırılan 
iddiaçıdan gündə iki dəfə müvafiq orqana özü barədə məlumat verməsi və ətraf aləmlə məhdud formada 
və  nəzarət  altında  əlaqə  saxlaması  tələb  olunurdu.  Məhkəmə  bu  işdə  Avropa  İnsan  Hüquqları 
Konvensiyasının  5-ci  maddəsini  rəhbər  tutaraqsaslandırılmamış  azadlıqdan  məhrum  etmə  halının  baş 
verməsi qənaətinə gəlmişdir.
264
 
 
                                                
257
Ostinin v
ə
 
başqalarının Birləşmiş Krallığa qarşı
 
(Austin and Others v. the United Kingdom) 
[GC] 
Avropa İnsan Hüquqları 
M
ə
hk
ə
m
ə
sind
ə
ki  39692/09, 40713/09 v
ə
 
41008/09 saylı, 15 mart  2012
-
ci il tarixli işlə
rinin  57-
ci paraqrafı.
 
258
Quzzardinin İtaliyaya qarşı
 
(Guzzardi v. Italy) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
7367/76 saylı, 6 noyabr 1980
-
ci il tarixli işinin
93-
cü paraqrafı.
 
259
Fokanın Türkiyə
y
ə
 
(Foka v. Turkey
 
v
ə
 
Nolanın və
 K.-
nın Rusiyaya qarşı
 
(Nolan and K. v. Russia) 
Avropa İnsan Hüquqları 
M
ə
hk
ə
m
ə
sind
ə
ki müvafiq olaraq 28940/95 v
ə
 
2512/04 saylı, 24
 iyun 2008-ci il v
ə
 12 fevral 2009-
cu il tarixli işlə
ri. 
260
Quzzardinin İtaliyaya 
(Guzzardi v. Italy)
 v
ə
 H.L.-in Birl
əşmiş Krallığa qarşı 
(H.L. v. the United Kingdom) 
Avropa İnsan Hüquqları 
M
ə
hk
ə
m
ə
sind
ə
kimüvafiq olaraq  
7367/76 saylı və
 
45508/99 saylı,  6 noyabr 1980
-ci il v
ə
 5 oktyabr 2004-
cü il tarixli işlə
ri. 
261
A.-
nın və
 
başqalarının Birləşmiş Krallığa qarşı
 
(A. and Others v. the United Kingdom) 
[GC] 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
3455/05 saylı, 19 fevral  2009
-
cu il tarixli işinin 163
-164-cü paraqraf
ları.
 
262
Ostinin v
ə
 
başqalarının Birləşmiş Krallığa qarşı
 
(Austin and Others v. the United Kingdom) 
[GC] 
Avropa İnsan Hüquqları 
M
ə
hk
ə
m
ə
sind
ə
ki 39692/09, 40713/09 v
ə
 41008/0
9 saylı, 15 mart  2012
-
ci il tarixli işlə
rinin  60-
cı paraqrafı.
 
263
Quzzardinin İtaliyaya qarşı
 
(Guzzardi v. Italy) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
7367/76 saylı, 6 no
yabr 1980-
ci il tarixli işi

264
 
Yuxarıda qeyd olunan iş.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə