Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə32/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   28   29   30   31   32   33   34   35   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
52
 
Misal: Salah Şeexin Hollandiyaya qarşı işində
107
 Avropa İnsan Hüquqları Məhkəməsi Somalidə azlıq təşkil 
edən bir klanın üzvlərinin qadağan olunmuş, ləyaqəti alçaldan rəftardan ibarət riskin "hədəf qrupuna" aid 
olduğunu  müəyyən  etmişdir.  İşlə  bağlı  müvafiq  məsələ  iddiaçının  həmin  ölkədə  müdafiə  olunmaq  və 
keçmişdə  ona  qarşı  törədilmiş  əməllərə  görə  kompensasiya  əldə  etmək  imkanlarının  mövcud  olub-
olmamasından  ibarət  idi.  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  iddiaçının  Somalini  tərk  etdiyi  vaxtlardan 
etibarən  orada  yaxşıya  doğru  əhəmiyyətli  dəyişikliklərin  baş  vermədiyini  nəzərə  alaraq  onun  bu  cür 
müdafiə  və  ya  təzminatla  təmin  olunmaq  iqtidarında  olmadığını  hesab  etmişdir.  İddiaçı  və  onun  ailəsi 
Somalidə  azlıq təşkil edən bir qrupa mənsub olduğundan "xüsusi" bir hədəfə  götürülmüşdür və  məlum 
olduğu kimi heç bir müdafiə vasitəsinə malik deyildi. Şəxsən iddiaçının  əvvəllər və hal-hazırda riskə məruz 
qaldığını  nümayiş  etdirmək  üçün  əlavə  olaraq  xüsusi  və  fərqləndirici əlamətlərin  mövcudluğunu  sübuta 
yetirilməsi  ondan  tələb  olunmurdu.  Beləliklə,  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  onun  çıxarılmasının 
Avropa İnsan Hüquqları Konvesiyasının 3-cü maddəsi ilə ziddiyyət təşkil etməsi qənaətinə gəlmişdir. 
 
Bir çox halda ölkədə müşahidə olunan ümumi zorakılıq vəziyyəti Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü 
maddəsini pozmaya da bilər. Zorakılıq kifayət qədər yüksək səviyyədə və ya həddindən artıq intensiv olduqda 
şəxsin məxsus olduğu qrupun digər üzvləri ilə müqayisədə daha ağır vəziyyətdə olduğunu nümayiş etdirməsinə 
ehtiyac yoxdur. Bəzi hallarda isə şəxs həm şəxsi risk faktorlarına həm də  ümumi zorakılıqdan ibarət riskə məruz 
qaldığını nümayiş etdirməli ola bilər. Məhkəmə üçün yeganə sual ləyaqəti alçaldan rəftardan ibarət ehtimal 
olunan  və  həqiqi  riskin  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  3-cü  maddəsinə  zidd  olub-olmaması 
məsələsinə baxmaqdan ibarətdir. 
 
Misal: NA.-nın Birləşmiş Krallığa qarşı işində
108
 Avropa İnsan Hüquqları Məhkəməsi Şri Lankada müşahidə 
olunan  ümumi  zorakılıq  səviyyəsinin  bu  ölkəyəgeri  qaytarılmaların  qadağan  edilməsi  üçün  kifayət 
etmədiyini, lakin iddiaçıya xas olan şəxsi faktorlarla birgə götürdükdə onun geri qaytarılmasının Avropa 
İnsan  Hüquqları  Konvensiyasının  3-cü  maddəsinə  zidd  olduğunu  müəyyən  etmişdir.  Beləliklə,  ilk  dəfə 
olaraq Avropa İnsan Hüquqları Məhkəməsi zorakılıqla bağlı ümumi vəziyyətin geri qaytarılmaların qadağan 
edilməsi üçün mümkün olduğunu qəbul etmişdir. 
 
Misal:  Sufi  və  Elminin  Birləşmiş  Krallığa  qarşı  işində
109
  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  Somalinin 
paytaxtı Moqadişuda hökm sürən kütləvi zorakılıq vəziyyətinin insan həyatı və ya istənilən mülki şəxs üçün 
real təhlükə yaradan kifayət qədər yüksək səviyyədə və həddindən artıq gərgin olması qənaətinə gəlmişdir. 
Məhkəmə  zorakılıq  səviyyəsini  qiymətləndirərək  bu  kimi  qeyri-müfəssəl  meyarlara  diqqət  yetirmişdir: 
münaqişə tərəfləri mülki şəxslər arasında itkilər riskini artıran və ya birbaşa mülki şəxslərə qarşı yönəldilmiş 
müharibə  metodları  və  taktikasından  istifadə  edirlərmi;  bu  cür  metodlardan  və  ya  taktikadan  istifadə 
münaqişə tərəfləri arasında geniş yayılıbmı; və nəhayət silahlı toqquşmalar nəticəsində ölən, yaralanan və 
məcburi köçən mülki şəxslərin sayı. Moqadişu şəhərində ümumi zorakılıqla bağlı vəziyyətin kifayət qədər 
gərgin olması Avropa İnsan Hüquqları Məhkəməsinə imkan verirdi ki, geri qayıdan hər bir şəxsin bu ölkədə 
yalnız  olması  səbəbindən 3-cü maddəyə  zidd  olaraq ləyaqəti  alçaldan  rəftardan  ibarət  real  riskə  məruz 
qalacağı barədə qənaətə gəlsin (əgər həmin şəxsin müdafiə ilə təmin olunacağını nümayiş etdirmək üçün 
şəhərdəki nüfuzlu qüvvələrlə kifayət qədər sıx əlaqələri mövcud deyilsə). 
 
Ölkədən  çıxarılacaq  şəxs  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  3-cü  maddəsinə  zidd  rəftar  hesab  edilən 
zərərin müxtəlif növlərindən ibarət risklərlə üzləşə bilər ki, həmin risklərin mənbələri bilavasitə qəbul edən 
dövlətlə deyil, oradakı qeyri-dövlət qüvvələri ilə, xəstəliklər və ya humanitar vəziyyətlə əlaqədar ola bilər. 
 
                                                
107
Salah Şeexin Hollandiyaya qarşı
 
(Salah Sheekh v. the Netherlands)
 
Avropa İnsan Hüquqları
 
M
ə
hk
ə
m
ə
sind
əki 1948/04 saylı, 11 yanvar 
2007-
ci il tarixli işi.
 
108
NA.-
nın Birləşmiş Krallığa qarşı
 
(Salah Sheekh v. the Netherlands NA. v. the United Kingdom) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
25904/07 saylı, 17 iyul 2008
-
ci il tarixli işinin 114
-117, 147-
ci paraqrafları.
 
109
Sufi v
ə
 Elminin Birl
əşmiş Krallığa qarşı
 
(Sufi and Elmi v. the United Kingdom)
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 8319/07 v
ə
 
11449/07 saylı, 28 iyun
 2011-
ci il tarixli işinin 241
-250, 293-
cü paraqrafları.Somalidə
ki v
ə
ziyy
ə
tin 
ə
n son qiym
ə
tl
ə
ndirilm
ə
si il
ə
 
bağlı 
K.A.B-
ın İsveçə
 
qarşı
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 886/11 saylı, 5 sentyabr 2013
-
cü il tarixli işinə
 
baxın.  
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə