Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait


Avropa İttifaqı qanunvericiliyinə



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə29/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   25   26   27   28   29   30   31   32   ...   128

49
 
Belə olduqda Avropa İttifaqı qanunvericiliyinə aid 
Geri qaytarılma Direktivinə
 (2008/115/EC) əsasən məcburi 
çıxarılmanın  istənilən  forması  və  ya  şəxsin 
Dublin  Əsasnaməsinə
  əsasən  bir  üzv  dövlətdən  digərinə 
göndərilməsi sığınacaq hüququna və məcburi geri qaytarmamaq prinsipinə uyğun olmalıdır. 
Avropa İnsan Hüquqları Konvensiyasının 2 və 3-cü maddələri bu maddələrə zidd rəftarla üzləşmə riski daşıyan 
şəxsin geri göndərilməsini qəti qadağan edir. Bu 1951-ci il Cenevrə Konvensiyası ilə təsbit edilmiş əsaslardan 
birinə görə təqib olunma riskindən fərqlidir. 
 
Avropa  İnsan  Hüquqları  Məhkəməsi  müəyyən  etmişdir  ki,  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  3-cü 
maddəsi demokratik cəmiyyətin əsas dəyərlərindən birini təmin edərək əlaqədar şəxsin hətta arzuolunmaz və 
ya təhlükəli davranışından asılı olmayaraq onun işgəncəyə və ya qeyri-insani və yaxud ləyaqəti alçaldan rəftara, 
yaxud  cəzaya  məruz  qalmasını  qəti  şəkildə  qadağan  edir.  3-cü  maddəyə  əsasən  əgər  çıxarılma  həyata 
keçirilərsə,  dövlətin  vəzifəsi  əlaqədar  şəxsin  göndəriləcəyi  ölkədə  işgəncəyə  və  ya  qeyri-insani  və  yaxud 
ləyaqəti alçaldan rəftara, yaxud cəzaya məruz qalmasından ibarət real risklə üzləşəcəyini güman etmək üçün 
ciddi əsasların olub-olmamasına diqqət yetirməkdən ibarətdir.
97
 
 
Misal: Səədinin İtaliyaya qarşı işində
98
 iddiaçı terrorist təşkilatına üzv olması səbəbindən Tunisdə olmadığı 
zaman 20 illik həbs cəzasına məhkum edilmiş Tunis vətəndaşı idi. Eyni zamanda, iddiaçı İtaliyada da gizli 
sövdələşməyə  görə  məhkum  edilmişdir.  Məhkəmə  iddiaçının  cəmiyyət  üçün  ciddi  təhlükə  olmasına 
baxmayaraq deportasiya olunacağı təqdirdə ziyan görə biləcəyi riskin üstün tutulması qənaətinə gəlmişdir. 
Bundan başqa, insan hüquqlarına dair hesabatlar verən etibarlı mənbələr məhbusların, xüsusən də terror 
cinayətlərinə görə məhkum edilmişlərin Tunisdə ləyaqəti alçaldan rəftara məruz qaldıqlarını qeyd etmişdir. 
Bu  işlə  bağlı  verilmiş  diplomatik  təminatlar  da  mövcud  riski  inkar  etmirdi.  Bununla  əlaqədar  olaraq 
Məhkəmə iddiaçının Tunisə deportasiya ediləcəyi təqdirdə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü 
maddəsinə zidd olan rəftara məruz qalacağı riskini ehtimal etmək üçün ciddi əsasların mövcud olduğunu 
hesab etmişdir. 
 
Misal: Əbdülün Ədliyyə Nazirliyinə qarşı işində
99
 Maltanın Mülki İşlər üzrə Məhkəməsi sığınacaq axtaranların 
həbs  edilməsi  və  işgəncələrə  məruz  qalması  ilə  nəticələnmiş  Malta  tərəfindən  Liviyaya  deportasiyası 
əsasında Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü, həmçinin Malta Konstitusiyasının 36-cı maddələrinin 
pozulduğunu müəyyən etmişdir. 
 
3.1.1.
 
Avropa İttifaqı qanunvericiliyinə əsasən riskin xarakteri 
 
Avropa İttifaqı qanunvericiliyinə əsasən 
Təsnif etmə Direktivi
 məcburi geri qaytarmadanhimayə edir. Əgər 
şəxs 1951-ci il Cenevrə Konvensiyasının 1-ci maddəsi ilə nəzərdə tutulmuş təqiblərə məruz qalırsa o, qaçqın 
statusu almaq hüququna malikdir (Statusa və əlaqədar sənədlərə aid fəsil 2-yə baxın). 
Təsnif etmə Direktivinin
 
9-cu maddəsinə əsasən həmin təqib əməli: 
 
a)
 
öz  xarakterinə  və  ya  təkrarlanma  hallarına  görə  əsas  insan  hüquqlarının,  xüsusən  də  Avropa  İnsan 
Hüquqları Konvensiyasının 15(2)-ci maddəsinə əsasən müdafiəsindən geri çəkilməsi mümkün olmayan 
hüquqların kobud şəkildə pozulması səbəbindən kifayət qədər ağırdır; və ya 
b)
 
müxtəlif silsilə əməllərdən, o cümlədən, (a) bəndində qeyd olunmuş tərzə oxşar bir tərzdə şəxsə mənfi 
təsir göstərmək üçün onun hüquqlarının kifayət qədər ağır şəkildə pozulması hallarından ibarətdir. 
 
Bundan başqa, 
Təsnif etmə Direktivinin
 9-cu maddəsində qeyd olunur ki, təqib müxtəlif formalarda ifadə oluna 
bilər,  o  cümlədən,  fiziki  və  ya  psixi  zorakılıq  əməllərindən,  inzibati  və  ya  qanuni  tədbirlərdən  (məsələn, 
homoseksuallığı və ya dini azadlığı qadağan edən qanunvericilik aktlarından), həmçinin "gender xarakterli və 
ya  uşağa  qarşı  yönəldilmiş"  əməllərdən  təşkil  oluna  bilər.  Bu  nöqteyi-nəzərdən  insan  alverinin  qurbanları 
təqibdən  əziyyət  çəkən  şəxslər  hesab  oluna  bilərlər.  Təqibin  müxtəlif  formaları  və  yuxarıda  qeyd  olunmuş 
                                                
97
Salah Şeexin Hollandiyaya qarşı
 
(Salah Sheekh v. the Netherlands)
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 1948/04 saylı, 11 
yanvar 2007-
ci il tarixli işinin 135
-
ci paraqrafı; 
Sörinqin 
(Soering v.the United Kingdom)
h
əmçinin Vilvaracanın və
 
başqalarının 
Birl
əşmiş Krallığa qarşı
 
(Vilvarajah and Others v. the United Kingdom)
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki müvafiq olaraq 
14038/88 v
ə
 
13163/87, 13164/87, 13165/87, 13447/87, 13448/87 saylı, 7 iyu
l 1989-cu il v
ə
 30 oktyabr 1991-
ci il tarixli işlə
ri
.
 
98
S
əə
dinin [GC] v
ə
 
Mannainin İtaliyaya qarşı
 
(Saadi v. Italy), (Mannai v. Italy) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki müvafiq olaraq 
3720/106 v
ə
 
9961/10 saylı,
 28 fevral 2008-ci il v
ə
 27 mart 2012-
ci il tarixli işlə
ri.  
99
Ə
bdül Hakim H
ə
s
ə
n Etin Ministry tal-
Gustizzja u İntern Et

Qarti Civili Prim
ə
Avla-
ya qarşı
 
(Malta, Abdul Hakim Hassan Abdulle Et v. 
Ministry tal-
Gustizzja u Intern Et, Qorti Civili Prim’Awla
) 
Malta M
ə
hk
ə
m
ə
sind
əki 56/2007 saylı, 29 noyabr 2011
-
ci il tarixli işi.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə