Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə25/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   21   22   23   24   25   26   27   28   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
42
 
2.8.
 
Avropa İqtisadi Zonası və ya İsveçrə vətəndaşlarının ailə üzvləri olan 
üçüncü ölkə vətəndaşları 
 
Avropa İttifaqı qanunvericiliyinə əsasən Avropa İqtisadi Zonası və ya İsveçrə vətəndaşlarının vətəndaşlığından 
asılı olmayaraq ailə üzvləri, həmçinin Avropa İttifaqı vətəndaşlarının ailə üzvləri olan üçüncü ölkə vətəndaşları 
Avropa  İqtisadi  Zonası,  İsveçrə  və  ya  Avropa  İttifaqı vətəndaşlarını müşayiət  etmək və  ya  onlara  qoşulmaq 
məqsədi ilə sərbəst hərəkət etmək hüququndan istifadə edərək müəyyən hallarda Avropa İttifaqına üzv olan 
dövlətin ərazisinə gəlmək və bu ərazidə qalmaq hüququndan faydalana bilərlər.
84
 Bu cür şəxslərə yalnız ictimai 
asayişin, dövlət təhlükəsizliyinin və ya sağlamlığın təmin edilməsi səbəblərindən rədd cavabı verilə bilər. 
Eyni  zamanda,  bu  hüquq  onların  statusunu  təsdiq  edən  yaşayış  sənədlərinin  verilməsi  hüququnun  təmin 
edilməsini də nəzərdə tutur. 
Hərəkət etmək azadlığı Direktivinin
 (2004/38/EC) 10(1)-ci maddəsinə əsasən ailə 
üzvləri  olan  üçüncü  ölkə  vətəndaşlarının  yaşayış  vəsiqələri  müvafiq  ərizənin  təqdim  olunması  tarixindən 
etibarən ən geci altı ay ərzində, yaşayış icazəsi almaq üçün ərizənin təqdim olunduğunu təsdiq edən arayışlar 
isə dərhal verilməlidir. 
 
Avropa  İnsan  Hüquqları  Konvensiyasına  əsasən  müvafiq  icazə  əldə  olunduqdan  sonra  üçüncü  ölkə 
vətəndaşına yaşayış vəsiqəsinin verilməməsi məsələsi Konvensiyanın 8-ci maddəsinə uyğun olaraq məhkəmə 
çəkişmələrinin predmeti ola bilər. 
 
Misal:  Aristimunyo  Mendisabalın  Fransaya  qarşı  işi
85
  ilə  əlaqədar  Avropa  İnsan  Hüquqları  Məhkəməsi 
Fransanın  dövlət  orqanları  tərəfindən  iddiaçıya  yaşayış  icazəsinin  verilməsi  prosesinin  14  ildən  artıq  bir 
müddətə  lüzumsuz  gecikdirilməsi  səbəbindən  onun  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  8-ci 
maddəsində  nəzərdə  tutulmuş  hüququnun  pozulduğunu  müəyyən  etmişdir.  Avropa  İnsan  Hüquqları 
Məhkəməsi  həm  Avropa  İttifaqı,  həm  də  Fransa  qanunvericiliyinə  əsasən  iddiaçının  bu  icazəni  almaq 
hüququna malik olduğunu qeyd etmişdir. 
 
2.9.
 
Vətəndaşlığı olmayan şəxslər və vətəndaşlığın və ya sənədlərin itirilməsi 
 
Vətəndaşlığın  əldə  olunması  məsələsi  nə  Avropa  İttifaqı  qanunvericiliyi,  nə  də  ki  Avropa  İnsan  Hüquqları 
Konvensiyası  ilə  əhatə  olunmur.  Bu  məsələyə  hələ  də  milli  səviyyədə  baxılmaqdadır.  Lakin  vətəndaşlığın 
itirilməsi ilə bağlı milli tədbirlərlə əlaqədar bəzi məhdudiyyətlər mövcuddur. 
 
Avropa İttifaqı qanunvericiliyinə əsasən Avropa İttifaqının üzv dövlətləri vətəndaşlığın, o cümlədən, Avropa 
İttifaqı vətəndaşlığının əldə olunması məsələləri ilə əlaqədar suveren hüquqlara, vətəndaşlıq məsələsi bir neçə 
yurusdiksiyaya  aid  olduqda  isə  əlavə  hüquqlara  malikdirlər.  "Avropa  İttifaqının  fəaliyyəti  haqqında" 
Müqavilənin  20-ci  maddəsi  Avropa  İttifaqı  vətəndaşlığı  anlayışını  nəzərdə  tutsa  da  bu  vətəndaşlıqdan  irəli 
gələn imtiyazlar üzv dövlətlərdən birinin milli vətəndaşlığı səviyyəsinədək məhdudlaşdırılır.
86
Əgər bu Avropa 
İttifaqı qanunlarından məhrum olunmağa gətirib çıxarırsa, vətəndaşlığın itirilməsi məsələləri ilə bağlı Avropa 
İttifaqı qanunvericiliyinə istinad oluna bilər. 
 
Misal: Rotmanın işinə
87
 əsasən cənab Rotman anadangəlmə Avstriya vətəndaşı idi. O, Avstriyada öz xidməti 
vəzifələrini  icra  etdiyi  zaman  yol  verdiyi  ciddi  nöqsanlara  görə  ittiham  olduğundan  Almaniyaya  köçərək 
burada vətəndaşlığa qəbul olunmaq üçün müraciət etmişdir. O, qüvvədə olan qanunlara əsasən Almaniya 
vətəndaşlığını  əldə  etdikdən  sonra  Avstriya  vətəndaşlığını  itirmişdir.  Almaniyanın  dövlət  orqanları 
                                                
84
 
Avropa İqtisadi Zonası və
 
İsveçrə
 il
ə
 
bağlanmış sazişlə
r
ə
 (5 v
ə
 
6 saylı istinadlara) və
 H
ə
r
ə
k
ə
t etm
ək azadlığı Direktivinə
 
(FreeMovement 
Directive) 
(2004/38/EC), OJ 2004 L 158/77 baxın.
 
85
Aristimunyo Mendisabalın Fransaya qarşı
 
(Aristimuño Mendizabal v. France) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 51431/99 saylı
 
17 yanvar 2006-
cı il tarixli işi.
 
86
 
"Avropa İttifaqının fə
aliyy
əti haqqında" Müqavilə
nin 20(1)-ci madd
ə
sin
ə
 
ə
sas
ən“Avropa İttifaqı və
t
əndaşlığı ə
lav
ə
 
xarakter daşıyır 
v
ə
 milli v
ə
t
əndaşlığı ə
v
ə
z etmir.
”; 
Miçelettinin v
ə
 
başqalarının Delegacion del Gobierno en Cantabria
-
ya qarşı
 
(Micheletti and others 
v. Delegación del Gobierno en Cantabria) 
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-369/90 [1009] I-
4239 saylı,
 7 iyul 1992-
ci il tarixli işi;
 
Kraliçanın 
Manjit Kaurun xeyrin
ə
 v
ə
 
Daxili İşlə
r Departamentinin Dövl
ə
t katibin
ə
 
qarşı
 
(The Queen v. Secretary of State forthe Home 
Department, ex parte: Kaur)
 
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-192/99 [2001] ECR I-
01237 saylı

20 fevral 2001-
ci il tarixli işi.
 
87
Rotmanın Freistaat Bayern
-
ə
 
qarşı
 
(Rottmann v. Freistaat Bayern)
 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-135/08 [2010] ECR II-05089 
saylı,
 2 mart 2010-
cu il tarixli işinin 41
-45-
ci paraqrafları.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə