Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə27/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   23   24   25   26   27   28   29   30   ...   128

45
 
 
 
 
 
 
                       Avropa İttifaqı                          Əhatə olunan məsələlər 
 
  Avropa Şurası 
Məcburi geri qaytarmamaq prinsipini 33-
cü maddəsində nəzərdə tutmuş BMT-nin 
"Qaçqınların statusu haqqında" 
Konvensiyasına istinad edən "Avropa 
İttifaqının fəaliyyəti haqqında" 
Müqavilənin 78-ci və Avropa İttifaqı 
Fundamental  Hüquqlar Xartiyasının 18-ci 
maddələri (sığınacaq hüququ); 
Avropa İttifaqı  Hüquqlar Xartiyasının 19-
cu maddəsi (çıxarılma, qovulma və ya 
ekstradisiya zamanı müdafiə) 
Məcburi geri 
qaytarmamaq 
prinsipi 
 
Avropa İnsan Hüquqları Konvensiyasının 
3-cü maddəsi Sörenqin Birləşmiş Krallığa 
qarşı 1989-cu il tarixli işində Avropa İnsan 
Hüquqları Məhkəməsi tərəfindən təfsir 
olunduğu kimi (ekstradisiyanın ləyaqəti 
alçaldan rəftara məruz qalma ilə 
nəticələnməsi); 
Avropa İnsan Hüquqları Konvensiyasının 
2-ci maddəsi (yaşamaq hüququ); 
Səədinin İtaliyaya qarşı Avropa İnsan 
Hüquqları Məhkəməsindəki 2008-ci il 
tarixli işi (geri qaytarılma zamanı 
işgəncəyə məruz qalmanın qəti qadağan 
edilməsi) 
Təsnif etmə Direktivinin (2011/95/EU) 4-
cü maddəsi 
Riskin 
qiymətləndirilməsi 
Sufinin və Elminin Birləşmiş Krallığa qarşı 
Avropa İnsan Hüquqları Məhkəməsindəki 
2011-ci il tarixli işi (humanitar böhran 
şəraitində kütləvi zorakılıqla əlaqədar real 
riskin mövcudluğunun qiymətləndirilməsi 
yolları); 
Salah Şeexin Hollandiyaya qarşı Avropa 
İnsan Hüquqları Məhkəməsindəki 2007-ci 
il tarixli işi (təqib olunan qrupun üzvləri 
arasında sübutetmə yükünün bölgüsü) 
Dublin Əsasnaməsi ((EU)604/2013); 
N.S-in və M.E-nin Avropa İttifaqı Ədalət 
Məhkəməsindəki C-411/10 və C493/10 
saylı, 2011-ci il tarixli birgə işləri (Dublin 
göndərilmələri
)
 
Dublin 
göndərilmələri 
M.S.S.in Belçikaya və Yunanıstana qarşı 
Avropa İnsan Hüquqları Məhkəməsindəki 
2011-ci il tarixli işi (Avropa İttifaqının bir 
üzv dövlətindən digərinə, sonra isə başqa 
yoxsul bir ölkəyə geri qaytarılma) 
Geri qaytarılma Direktivinin 
(2008/115/EC) 5 və 9-cu maddələri 
Ağır xəstələrin 
çıxarılması 
N.v.-nin Birləşmiş Krallığa qarşı Avropa 
İnsan Hüquqları Məhkəməsindəki 2008-ci 
il tarixli işi (İİV-ə yoluxmuş pasiyentin 
münasib tibbi müalicəsi ilə bağlı 
vəziyyətin qeyri-müəyyən olduğu təyinat 
ölkəsinə geri qaytarılması təklifi) 
 
Diplomatik 
təminatlar 
Rəmzinin Hollandiyaya qarşı Avropa İnsan 
Hüquqları Məhkəməsindəki 2010-cu il 
tarixli işi (kifayət etməyən təminatlar); 
Otmanın (Əbu Qatadanın) Birləşmiş 
Krallığa qarşı Avropa İnsan Hüquqları 
Məhkəməsindəki işi (məqbul təminatlar) 
3. SIĞINACAĞIN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ VƏ ÇIXARILMANI 
QADAĞAN EDƏN HALLAR: ƏSAS MƏSƏLƏLƏR
 


Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
46
 
Avropa İttifaqı Fundamental Hüquqlar 
Xartiyasının 18-ci maddəsi (sığınacaq 
hüququ); 
Təsnif etmə Direktivi (2011/95/EU); 
Əlqafacının Avropa Ədalət 
Məhkəməsindəki C-465/07 saylı,  2009-cu 
il tarixli işi (əlavə  himayə); 
Himayənin şamil edilməməsi: 
B-nin və D-nin Avropa İttifaqı Ədalət 
Məhkəməsindəki C-57/09 və C-101/09 
saylı, 2010-cu il tarixli birgə işləri
Himayənin itirilməsi: 
Abdullanın Avropa Ədalət 
Məhkəməsindəki  C-175/08 saylı, 2010-cu 
il tarixli işi
Avropa İttifaqı Fundamental  Hüquqlar 
Xartiyasının 19-cu maddəsi (çıxarılma, 
qovulma və ya ekstradisiya zamanı 
müdafiə) 
Sığınacağın 
müəyyənləşdirilməsi 
(qaçqın statusu və 
köməkçi himayə) 
 
Təsnif etmə Direktivinin (2011/95/EU) 8-
ci maddəsi 
Ölkədaxili 
yerdəyişmə 
Sufinin və Elminin Birləşmiş Krallığa qarşı 
Avropa İnsan Hüquqları Məhkəməsindəki 
2011-ci il tarixli işi (yerdəyişmə zamani 
himayə hallarında humanitar şəraitin 
qiymətləndirilməsi yolları) 
Avropa İttifaqı Fundamental Hüquqlar 
Xartiyasının 19-cu maddəsi (çıxarılma, 
qovulma və ya ekstradisiya zamanı 
müdafiə) 
Kollektiv çıxarılmanın 
qadağan olunması 
Avropa İnsan Hüquqları Konvensiyasına 
dair 4 saylı Protokolun 4-cü maddəsi 
(əcnəbilərin kollektiv çıxarılmasının 
qarşısının alınması); 
Conkanın Belçikaya qarşı Avropa İnsan 
Hüquqları Məhkəməsindəki 2002-ci il 
tarixli işi (fərdi qiymətləndirmə 
aparılmadan çıxarılma); 
Hirsi Camaanın və başqalarının İtaliyaya 
qarşı Avropa İnsan Hüquqları 
Məhkəməsindəki 2012-ci il tarixli işi (açıq 
sulardan kollektiv çıxarılma) 
 
Digər insan hüquqları 
əsasında çıxarılmanı 
qadağan edən hallar 
Mamatkulovun və Əskərovun Türkiyəyə 
qarşı Avropa İnsan Hüquqları 
Məhkəməsindəki 2005-ci il tarixli işi 
(Avropa İnsan Hüquqları Konvensiyasının 
6-cı maddəsində nəzərdə tutulmuş 
ədalətli məhkəmə araşdırmalarından 
kobud imtinanın riski) 


47
 
Uzunmüddətli yaşayış icazəsi olanlar: 
Uzunmüddətli yaşayış icazəsi Direktivinin 
(2003/109/EC) 12-ci maddəsi; 
Avropa İqtisadi Zonası vətəndaşlarının 
ailə üzvləri olan üçüncü ölkə vətəndaşları: 
Hərəkət etmək azadlığı 
Direktivinin(2004/38/EC) 28-ci maddəsi; 
P.İ.-nin Avropa İttifaqı Ədalət 
Məhkəməsindəki C-348/09 saylı, 2012-ci 
il tarixli işi
ZZ-in Avropa İttifaqı Ədalət 
Məhkəməsindəki C-300/11 saylı, 2013-cü 
il tarixli işi (xəbərdaretmə vəzifələri); 
Türkiyə vətəndaşları: 
Əməkdaşlıq Şurasının 1/80 saylı Qərarının 
14(1)-ci maddəsi; 
Murad Poladın Avropa Ədalət 
Məhkəməsindəki C-349/06 saylı, 2007-ci 
il tarixli işi 
Çıxarılmadan yüksək 
dərəcəli müdafiəyə 
malik olan üçüncü 
ölkə vətəndaşları 
 
 
Giriş 
 
Bu fəsil Avropa İttifaqı qanunvericiliyinin və/və ya Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə əsasən 
şəxsin ölkədən heç bir vəchlə və yaxud imkan daxilində çıxarılmaması məsələlərinə diqqət yetirir. 
 
Qəti və ya qismən qəti qadağalar: Avropa İnsan Hüquqları Konvensiyasına əsasən çıxarılmanı qəti qadağan 
edən  hallar  çıxarılma  barədə  qərar  yaşamaq  hüququna  dair  2-ci  və  işgəncənin,  qeyri-insani  və  ya  ləyaqəti 
alçaldan cəzaya və ya rəftara məruz qalmanın qadağan olunmasına dair 3-cü maddələrə zidd qəbul edildikdə 
ən son tədbir kimi qüvvəyə minir. Avropa İnsan Hüquqları Konvensiyasının 15-ci maddəsi bu hüquqları mütləq 
hüquqlar kimi və bu hüquqlardan geri çəkilmənin mümkün olmadığını müəyyən edir. 
 
Çıxarılmanı  qismən  qadağan  edən  hallar  1951-ci  il  Cenevrə  Konvensiyasına  və 
Təsnif  etmə  Direktivinə
 
(2011/95/EU)  əsasən  ümumi  qadağadan  istisnalar  mövcud  olduqda  tətbiq  edilir.  Müstəsna  hallarda  bu  iki 
hüquqi sənəd qaçqının çıxarılmasına qadağadan istisnaların tətbiqinə icazə verir. 
 
Qəti olmayan qadağalar şəxsin şəxsi maraqları və ya hüquqları və ictimai maraqlar və ya dövlət təhlükəsizliyi 
arasında tarazlığın  təmin edilməsi üçün tətbiq edilir, məsələn, çıxarılma ailənin dağılmasına səbəb olduqda 
(Bölmə 3.4-ə baxın). 
 
3.1.
 
Sığınacaq hüququ və məcburi geri qaytarmamaq prinsipi 
 
"Qaçqınların  statusu haqqında" 1951-ci il Cenevrə Konvensiyasının 33(1)-ci maddəsi nəzərdə tutur ki, 
“Razılığa gələn dövlətlər qaçqını irqi, dini, vətəndaşlıq, konkret bir sosial qrupa mənsubiyyəti və ya siyası əqidə 
səbəblərinə görə həyat və ya azadlığını təhlükə gözləyən ölkənin sərhədlərinə heç bir vəchlə göndərməyəcək və 
ya qaytarmayacaqlar." 
 
Avropada  sığınacaq  məsələsinin  əsasını  hal-hazırda 
Təsnif  etmə  Direktivi
  (2011/95/EU)  vasitəsi  ilə  Avropa 
İttifaqı qanunvericiliyində böyük həcmdə əks olunmuş 1951-ci il Cenevrə Konvensiyası və bu Konvensiyanın 
1961-ci il Protokolu təşkil edir. Konvensiya qaçqın hüquqlarının müdafiəsi üçün xüsusi bir müqavilədir. Məcburi 
geri  qaytarmamaq  prinsipi  isə  qaçqınların  himayəsi  işinin  təməl  daşıdır.
91
  Prinsip  etibarı  ilə  bu  prinsip 
                                                
91
Beyn
əlxalq insan hüquqları hüququna ə
sas
ə
m
ə
cburi geri qaytarmamaq 
prinsipi daha geniş məna daşıyaraq 1951
-ci il Cenevr
ə
 
Konvesiyasının 33(1)
-ci madd
ə
sind
ə
n k
ənara çıxdığından 
m
ə
cburi geri qaytarmamaq öhd
ə
liyi Birl
əşmiş Millə
tl
ə
r T
əşkilatının "İşgə
nc
ə
l
ə

v
ə
 dig
ə
r q
ə
ddar, qeyri-insani v
ə
 
alçaldıcı rə
ftar v
ə
 ya c
ə
za 
ə
leyhin
ə
" Konvensiya
sının 3
-cü madd
ə
sind
ə
, h
ə
mçinin dig
ə

ə
sas beyn
ə
lxalq 
hüquqi s
ə
n
ə
dl
ə
rd
ə
 d
ə
 öz 
əksini tapmışdır. "Qaçqınların statusu haqqında" 1951
-
ci il Konvensiyasına və
 
bu Konvensiyanın 1967
-ci il 
Protokoluna 
ə
sas
ə
n m
ə
cburi geri qaytarmamaq öhd
ə
liyinin ekstra
ə
razi t
ə
tbiqin
ə
 dair m
əşvə
r
ə
tçi r
ə
y"
ə
  
baxın
, BMTQAK 2007-ci il.      


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə