Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə20/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   16   17   18   19   20   21   22   23   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
36
 
icazəsinin etibarlılıq müddəti artırılmaq şərti ilə ən azı 6 ay təşkil etməlidir. İnsan alverinin qurbanlarına yaşayış 
icazələrinin  verilməsi  məsələsini  birbaşa  nəzərdə  tutmayan 
insan  alverinə  qarşı  2011-ci  il  tarixli                    
Direktiv
  (2011/36/EU)  müvafiq  cinayət  işinin  başlanmasından  əvvəl,  həyata  keçirilməsi  zamanı  və 
yekunlaşdırılmasından sonra bu cür şəxslər üçün yardım və dəstək tədbirlərinin təmin olunmasını tələb edir 
(11-ci  maddə).  Lakin  insan  alverçilərinə  qarşı  araşdırmaların  aparılması  nəzərdə  tutulmayacağı  və  ya  insan 
alveri qurbanının istintaqla əməkdaşlıq etməyəcəyi təqdirdə Avropa İttifaqının üzv dövləti tərəfindən yaşayış 
icazəsinin verilib-verilməməsi tələbi aydın xarakter daşımır. 
 
Avropa İnsan  Hüquqları  Konvensiyasının  köləliyi və  məcburi əməyi  qadağan  edən  4-cü maddəsinə  əsasən 
müəyyən hallarda dövlətlərdən insan alverində şübhəli bilinən işlərin araşdırılması və insan alveri qurbanlarını 
və ya potensial qurbanlarını müdafiə etmək məqsədi ilə müvafiq tədbirlərin görülməsi tələb oluna bilər. 
 
Misal: Rantsevin Kiprə və Rusiyaya qarşı Avropa İnsan Hüquqları Məhkəməsindəki işi
57
Kiprdəki rusiyalı insan 
alverinin  qurbanı  ilə  əlaqədar  idi.  Məhkəmə  Kiprin  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  4-cü 
maddəsindən  irəli  gələn  öhdəliklərə  iki  aspektdə  əməl  etməməsi  qərarına  gəlmişdir:  bir  tərəfdən  insan 
alverinə  qarşı  mübarizə  məqsədi  daşıyan  müvafiq  qanunvericilik  bazasının  və  inzibati  mexanizmlərin 
mövcudluğu təmin olunmamışdır, digər tərəfdən isə polis insan alverinin qurbanını müdafiə  etmək üçün 
zəruri operativ tədbirlər həyata keçirməmişdir. Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsi alverçilər 
tərəfindən insan alveri qurbanının Rusiya ərazisində baş tutmuş cəlb olunma prosesi ilə bağlı Rusiya dövlət 
orqanlarının səmərəli istintaq işini həyata keçirmədiyini müəyyən etmişdir. Bütün bu nöqsanlar insan alveri 
qurbanının  Rusiyanı  tərk  etməsindən  sonra  daha  ciddi  fəsadlara  gətirib  çıxararaq  onun  sonradan  Kiprdə 
vəfatı ilə nəticələnmişdir. 
 
Avropa  İnsan  Hüquqları  Konvensiyasının  tətbiqindən  irəli  gələn  qanunvericilik  aktlarına  əsasən  Avropa 
Şurasının  insan  alverinə  qarşı  Konvensiyasına  tərəfdar  çıxmış  dövlətlərin  müvafiq  orqanları  insan  alverinin 
qurbanları üçün bərpa və möhlət müddəti verməlidirlər ki, həmin müddətdə də onlar ölkədən çıxarıla bilməz 
(14-cü  maddə).  Səlahiyyətli  orqanlar  "şəxsin  insan  alverinin  qurbanı  olmasını  ehtimal  etmək  üçün  tutarlı 
əsaslara malikdirlərsə" həmin şəxsin insan alveri cinayətinin qurbanı olub-olmaması müəyyən edilməyənədək 
o ölkədən çıxarıla bilməz (10(2)-ci maddə). Səlahiyyətli orqan insan alveri qurbanının ölkədə qalmasını onun 
şəxsi vəziyyəti və ya cinayət araşdırmaları üçün zəruri olduğunu hesab etdikdə onu müddəti artırılan yaşayış 
icazəsi  ilə  təmin  edə  bilər  (14(1)-ci  maddə).  Bu  cür  müddəalar  insan  alveri  qurbanlarının  müvafiq  yardım 
almadan öz ölkələrinə qayıtmaq riskinə məruz qalmayacaqlarını təmin etmək üçün nəzərdə tutulur (həmçinin 
həssas qruplarla bağlı fəsil 9-a, və ratifikasiyalara aid məlumatlardan ibarət Əlavə 2-yə baxın). 
 
2.4.
 
39 saylı Qaydanın müvəqqəti tədbirləri ilə əhatə olunan şəxslər 
 
Avropa İnsan Hüquqları Məhkəməsi müvafiq şikayət ərizəsini qəbul etdikdən sonra işə baxdığı müddət ərzində 
əlaqədar dövlət tərəfindən müəyyən müvəqqəti tədbirlərin görülməsi barədə qərar qəbul edə bilər.
58
 Bu 39 
saylı  Qaydadan  irəli  gələn  tədbirlər  adlandırılır.
59
  Adətən  bu  tədbirlər  dövlətlərdən  şəxslərin  ölümlə  və  ya 
işgəncə  ilə  və  yaxud  ləyaqəti  alçaldan  rəftarla  üzləşməsi  ehtimal  olunan  ölkələrə  geri  qaytarılmasından 
çəkinmək barədə müraciəti özündə əks etdirir. Bir çox halda bu müraciət öz ərizələrinə rədd cavabı almış və 
müvafiq ölkənin qanunlarına əsasən bütün hüquqi müdafiə vasitələrindən istifadə etmiş sığınacaq axtaranlarla 
əlaqədar  olur.  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  işə  baxdığı  zaman  şəxsin  ölkədən  çıxarılmasının  qarşını 
almaq məqsədi ilə 39 saylı Qaydadan irəli gələn müvəqqəti tədbiri tətbiq etmək üçün əlaqədar şəxsin hansı 
statusda olması məsələsi bəzi dövlətlər üçün qeyri-müəyyən ola bilər.
60
 Burada qeyd etmək lazımdır ki, şəxsin 
statusundan  asılı  olmayaraq  onu  öz  ərazisindən  çıxarmaqla  bağlı  qərar  qəbul  etmiş  dövlət  Avropa  İnsan 
Hüquqları Məhkəməsinin 39 saylı Qaydaya əsasən göstərdiyi hər bir tədbirə riayət etmək öhdəliyini öz üzərinə 
götürüb. 
 
                                                
57
Rantsevin Kipr
ə
 v
ə
 
Rusiyaya qarşı
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 25965/04 saylı 
(Rantsev v. Cyprus and Russia)
, 7 yanvar 
2010-
cu il tarixli işinin 284
-
cü paraqrafı.
 
58
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sinin 1 sentyabr 2012-ci ild
ə
n etibar
ə
n qüvv
ə
d
ə
 olan M
ə
hk
ə
m
ə
 
Qaydaları, 39 saylı Qayda.
 
59
 
39 saylı Qaydaya
 
ə
sas
ə
n müraci
ə
tin nec
ə
 t
əqdim olunmasına dair ətraflı təlimatlarla tanış olmaq üçün baxın: BMTQAK (2012
-ci il) 
(UNHCR (2012)
.  
60
Əzimovun Rusiyaya qarşı 
(Azimov v. Russia)
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 67474/11 saylı, 18 aprel 2013
-
cü il tarixli işi.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə