Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə18/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   14   15   16   17   18   19   20   21   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
32
 
 
 
 
 
                    Avropa İttifaqı                           Əhatə olunan məsələlər                         Avropa Şurası 
Sığnacaq prosedurları Direktivinin 
(2013/32/EU) 9-cu maddəsi (ölkədə 
qalmaq hüququ); 
Qəbuletmə şərtləri Direktivinin 
(2013/33/EU) 6-cı maddəsi 
(sənədləşmə) 
Sığınacaq axtaranlar 
Səədinin Birləşmiş Krallığa və Suso 
Musanın Maltaya qarşı Avropa İnsan 
Hüquqları Məhkəməsindəki müvafiq 
olaraq 2008 və 2013-cü il tarixli işləri 
(ölkəyə gəlmə rəsmən icazəli kimi 
tanınmayanadək icazəsiz hesab 
olunur) 
Təsnif etmə Direktivi (2011/95/EU) 
Qaçqın statusu verilmiş 
şəxslər və əlavə himayə 
ilə təmin olunmuş şəxslər 
Avropa İnsan Hüquqları 
Konvensiyasının 3-cü maddəsi 
(işgəncələrin qadağan olunması) 
İnsan alverinin qurbanları üçün 
yaşayış icazəsi Direktivi (2004/81/EC); 
İşə götürənlərə qarşı sanksiyalar 
Direktivi (2009/52/EC) 
İnsan alverinin və 
həddindən artıq 
istismaredici əmək 
şəraitinin qurbanları 
"İnsan alverinə qarşı mübarizə 
haqqında" Konvensiyanın 14-cü 
maddəsi (insan alveri qurbanının şəxsi 
vəziyyətinə görə yaşayış icazəsinin 
verilməsi); 
Rantsevin Kiprə və Rusiyaya qarşı 
Avropa İnsan Hüquqları 
Məhkəməsindəki 2010-cu il tarixli işi 
(Kiprdəki rusiyalı insan alveri qurbanı) 
 
39 saylı Qaydanın 
müvəqqəti tədbirləri ilə 
əhatə olunan şəxslər 
Mamatkulovun və Əskərovun 
Türkiyəyə, həmçinin Səvriddin 
Curayevin Rusiyaya qarşı Avropa İnsan 
Hüquqları Məhkəməsindəki müvafiq 
olaraq 2005-ci və 2013-cü il tarixli 
işləri (Avropa İnsan Hüquqları 
Məhkəməsinin 39 saylı Qaydaya 
istinad etməsinə baxmayaraq 
ekstradisiya) 
Geri qaytarılma Direktivi 
(2008/115/EC) 
Kadzoyevin Avropa Ədalət 
Məhkəməsindəki C-357/09 saylı, 
2009-cu il tarixli işi
Ruis Zambranonun Avropa İttifaqı 
Ədalət Məhkəməsindəki C-34/09 
saylı, 2011-ci il tarixli işi 
Qeyri-qanuni vəziyyətdə 
olan miqrantlar 
Kuriçin Sloveniyaya qarşı Avropa İnsan 
Hüquqları Məhkəməsindəki 2012-ci il 
tarixli işi (yaşayış icazəsindən qeyri-
qanuni məhrum etmə) 
Uzunmüddətli yaşayış icazəsi Direktivi 
(2003/109/EC) 
Uzunmüddətli yaşayış 
icazəsi olanlar 
"Avropa Şurasının təsis edilməsi 
haqqında" 13 dekabr 1955-ci il tarixli 
Konvensiya 
2. STATUS VƏ ƏLAQƏDAR SƏNƏDLƏR 


33
 
Ankara Sazişinə dair 1970-ci il tarixli 
Əlavə Protokolun 41-ci maddəsi 
("status-kvo" müddəası); 
"Avropa İqtisadi Birliyi-Türkiyə" 
Əməkdaşlıq Şurasının 1/80 saylı 
Qərarı (ailə üzvləri üçün imtiyazlar) 
Türkiyə vətəndaşları 
 
Hərəkət etmək azadlığı Direktivi 
(2004/38/EC) 
Avropa İqtisadi Zonası 
vətəndaşlarının ailə 
üzvləri olan üçüncü ölkə 
vətəndaşları 
 
Rotmanın Avropa İttifaqı Ədalət 
Məhkəməsindəki C-135/08 saylı, 
2010-cu il tarixli işi (Avropa İttifaqı 
vətəndaşlığının itirilməsi) 
Vətəndaşlığı olmayan 
şəxslər 
 
 
Giriş 
 
Bu fəsildə müxtəlif qruplara aid miqrantların statusu və sənədləşməsi məsələlərinə diqqət  yetiriləcək. 
 
Bir  çox  miqrant  üçün  müvafiq  statusun  və  ya  statusu  sübuta  yetirən  sənədlərin  olmaması  müxtəlif 
problemlərin yaranmasına, məsələn, dövlət və özəl xidmətlərdən istifadə etmək və ya əmək bazarına çıxmaq 
imkanlarından  məhrum  olunmaya  gətirib  çıxara  bilər.  Avropa  İttifaqı  qanunvericiliyi  həm  statusla,  həm  də 
sənədləşmə  ilə  bağlı  mütləq  xarakter  daşıyan  və  çox  təfərrüatlı  müddəaları  özündə  əks  etdirir  ki,  həmin 
müddəalara  riayət  etməmə  bu  qanunvericiliyin  pozulması  kimi  qiymətləndirilir.  Müvafiq  statusun  və  ya 
sənədlərin  olmamasının  əlaqədar  şəxsin  Avropa  İnsan  Hüquqları  Konvensiyasında  nəzərdə  tutulmuş 
hüquqlardan istifadəyə mane olub-olmadığını və mane olduğu təqdirdə bunun nə dərəcədə əsaslı olduğunu 
müəyyən etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək imkanları mövcuddur. 
 
Üçüncü ölkə vətəndaşının hər hansı dövlətdə olmasına formal icazə verilmədiyi təqdirdə onun həmin dövlətdə 
olması  bu  dövlət  tərəfindən  qeyri-qanuni  hesab  oluna  bilər.  İstər  Avropa  İttifaqı  qanunvericiliyi,  istərsə  də 
Avropa İnsan Hüquqları Konvensiyası müvafiq dövlətin icazəsi olmadıqda belə üçüncü ölkə vətəndaşının onun 
ərazisində  olmasını  qanuni  hesab  etmək  üçün  bir  sıra  halları  təsbit  edir  (Bölmə  2.2  və  2.5-ə  baxın).  Eyni 
zamanda,  Avropa  İttifaqı  qanunvericiliyində,  Avropa  İnsan  Hüquqları  Konvensiyasında,  Avropa  İttifaqının 
Fundamental  Hüquqlar  Xartiyasında  və  Avropa  Sosial  Xartiyasında  öz  əksini  tapmış  bəzi  hüquqlar  konkret 
ölkədə yalnız qanuni əsaslarla olan şəxslərə şamil olunur (Fəsil 8-ə baxın). 
 
Bununla  yanaşı,  Avropa  İttifaqı  qanunvericiliyi  tanınması və  ya verilməsi  tələb  olunan  konkret  növ  statusla 
bağlı bəzi müddəaları da nəzərdə tutur. Bu müddəalara əsasən hər hansı spesifik sənədlərin rəsmiləşdirilməsi 
mütləq  xarakter  daşıya  bilər  (Bölmə  2.1,  2.2  və  2.8-ə  baxın).  Avropa  İttifaqı  qanunvericiliyinə  və  ya  milli 
qanunlara əsasən hər hansıa şəxs müəyyən statusu və ya müəyyən sənədi əldə etmək hüququna malikdirsə 
həmin statusun və ya sənədin ona verilməməsi Avropa İttifaqı qanunvericiliyinin pozulması hesab olunur. 
 
Avropa İnsan Hüquqları Konvensiyası dövlətdən miqranta müəyyən statusun verilməsini və ya spesifik sənədin 
rəsmiləşdirilməsini birmənalı şəkildə tələb etmir. Bəzi hallarda şəxsi həyata və ailə həyatına hörmət hüququ 
(8-ci maddə) dövlətlərdən miqrantın statusunun tanınmasını, ona yaşayış icazəsinin verilməsini və ya onun 
sənədlərinin rəsmiləşdirilməsini tələb edə bilər. Lakin 8-ci maddə müəyyən növdə yaşayış icazəsini əldə etmək 
hüququnun  təminatçısı  kimi  təfsir  oluna  bilməz.  Əgər  milli  qanunvericilikdə  müxtəlif  növ  yaşayış  icazələri 
nəzərdə  tutulursa,  konkret  bir  yaşayış  icazəsinin  verilməsi  ilə  bağlı  hüquqi  və  praktiki  məsələlərin  təhlil 
edilməsi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət oluna bilər.
49
 
 
                                                
49
Liunun Rusiya Federasiyasına qarşı
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
(Liu v. Russia) 
42086/05 saylı, 6 dekabr 2007
-ci il 
tarixli işinin 50
-
ci paraqrafı.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə