Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə16/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   12   13   14   15   16   17   18   19   ...   128

29
 
Sabiq  İnsan  Hüquqları  üzrə  Avropa  Komissiyası  təqdim  edəcəkləri  ərizələrə  baxmamaq  məqsədi  ilə  öz 
ərazilərinə  gəlmək  icazəsinin  verilməsi  məsuliyyətini  öz  üzərinə  götürməyən  ölkələr  səbəbindən  "boşluqda 
qalmış" qaçqınlara aid bir sıra işlərə baxmışdır. 
 
Misal:  Şərqi  Afro-Asiyalıların  işi
42
  Birləşmiş  Krallıqda  yaşamaq  və  ya  buraya  gəlmək  hüququ  olmadan 
Britaniya pasportlarına malik olan və Afrikada Britaniyanın tabeçiliyindəki ərazilərindən çıxarılmış şəxslərin 
vəziyyəti  ilə  əlaqədar  idi.  Sabiq  İnsan  Hüquqları  üzrə  Avropa  Komissiyası  Avropa  İnsan  Hüquqları 
Konvensiyasının 14-cü maddəsindən irəli gələn mühakimələrlə yanaşı müəyyən hallarda irqi zəmində ayrı-
seçkiliyin özlüyündə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsində nəzərdə tutulmuş alçaldıcı 
rəftara bərabər bir əməl olması qənaətinə gəlmişdir. 
 
1.7.
 
Dəniz yolu ilə buraxılmama 
 
Avropa İttifaqının və  Avropa Şurasına üzv olan dövlətlərin ərazisinə  hava, quru və ya dəniz yolu ilə  gəlmək 
mümkündür.  Dənizdə  həyata  keçirilən  sərhəd  nəzarəti  tədbirləri  insan  hüquqlarına  və  qaçqın  hüququna 
hörmət etməklə yanaşı beynəlxalq dəniz hüququna da uyğun olmalıdır. 
 
Açıq sularda həyata keçirilən tədbirlər BMT-nin "Dəniz hüququ haqqında", həmçinin "Dənizdə insan həyatının 
mühafizəsinə  dair"  və  "Dənizdə  axtarış  və  xilasetmə  işləri  haqqında"  Konvensiyaları  ilə  tənzimlənir.  Həmin 
beynəlxalq  sənədlər  dənizdə  çıxılmaz  vəziyyətə  düşmüş  şəxslərə  yardımın  və  köməkliyin  göstərilməsi 
öhdəliyini  özündə  əks  etdirir.  Bu  sənədlərə  əsasən  gəmi  kapitanı  suda  xilas  olunanları  "təhlükəsiz  yerə" 
gətirmək öhdəliyinə əməl etməlidir.Bu kontekstdə ən çox ziddiyyət doğuran məsələ suda xilas edilmiş və ya 
saxlanılmış şəxsləri harada düşürməkdən ibarətdir. 
 
Avropa İttifaqı qanunvericiliynə əsasən 
Şengen Sərhəd Məcəlləsinin
 3 və 3a maddələri ilə
43
 birgə oxunan 12-
ci  maddəsi  sərhəd  idarəçiliyi  fəaliyyətinin  həyata  keçirilməsi  zamanı  məcburi  geri  qaytarmamaq  prinsipinə 
hörmətlə  yanaşmanı  nəzərdə  tutur.  Avropa  İttifaqı  bu  məsələnin  mürəkkəbliyini  nəzərə  alaraq  suda 
əməliyyatların həyata keçirilməsi istiqamətində Frontex-ə köməklik göstərmək məqsədi ilə müvafiq qaydalar 
qəbul etmişdir.
44
 Avropa İttifaqı Ədalət Məhkəməsi bu qaydaları ləğv etdiyindən Avropa Komissiyası yeni bir 
əsasnamə ilə bağlı öz təkliflərini təqdim etmişdir.
45
 
 
Misal: Avropa İttifaqı Parlamentinin Avropa İttifaqı Şurasına qarşıişində
46
Avropa İttifaqı Parlamenti Avropa 
İttifaqı  Ədalət  Məhkəməsinə  müraciət  edərək  Frontex-in  suda  əməliyyatlarına  dair  qaydaların  (
Avropa 
İttifaqı  Şurasının  2010/252/EU  saylı  Qərarı
)  qanuni  olması  ilə  bağlı  qərar  çıxarmasını  xahiş  etmişdir.  Bu 
qaydalar 1999/468/EC saylı Qərarın 5a maddəsi ilə tənzimlənən nəzakət proseduruna əsasən və Avropa 
Parlamentinin heç bir iştirakı olmadan qəbul olunmuşdur. Avropa İttifaqı Ədalət Məhkəməsi bu qaydaları 
yeniləri ilə əvəz olunanadək qüvvədə qalmaq şərti ilə ləğv etdiyini qeyd etmişdir. Avropa İttifaqı Ədalət 
Məhkəməsi bildirmişdir ki, qəbul olunmuş qaydalar suda yerləşən xarici sərhədlər üzərində nəzarətə aid 
vacib elementləri özündə əks etdirdiyindən siyasi seçimlərə yol açır və bu seçimlər Parlamentin qanunverici 
orqan qismində iştirakı ilə adi qanunvericilik proseduruna riayət etməklə nəzərə alınmalıdır. Bundan başqa, 
Məhkəmə qeyd etmişdir ki, mübahisələrə yol açan Qərarda öz əksini tapmış yeni tədbirlər şəxsi azadlıqlara 
və fundamental  insan hüquqlarına böyük ehtimalla təsir etdiyindən bir daha müvafiq prosedurlara əməl 
etməklə işlənib hazırlanmalıdır. Məhkəməyə əsasən Avropa İttifaqı Şurasının 2010/252/EC saylı Qərarına 
dair  Əlavənin  II  hissəsində  ("Agentlik  tərəfindən  əlaqələndirilən  dəniz  sərhəd  əməliyyatları  çərçivəsində 
axtarış və xilasetmə, və/və ya düşürmə işlərinə dair Qaydalar") əks olunmuş müddəaların qaydalar kimi 
                                                
42
Şə
rqi Afro-
Asiyalıların (Britaniyanın müdafiəsi altında olan şə
xsl
ə
rin) Birl
əşmiş Krallığa qarşı
 
(European Commission of Human 
Rights,East African Asians (British protected persons) v. the UnitedKingdom)
 
(dec.) 
İnsan Hüquqları üzrə
 
Avropa Komissiyasındakı 
4715/70, 4783/71 v
ə
 
4827/71 saylı, 6 mart 1978
-
ci il tarixli işlə
ri. 
43
 3a madd
əsi Şengen Sə
rh
ə
d M
ə
c
ə
ll
ə
sin
ə
 düz
əlişlə
r ed
ən (EU)610/2013 saylı 
(Regulation (EU) No. 610/2013)
, 26 iyun 2013-cü il tarixli 
Ə
sasnam
ə
 
əsasında bu Mə
c
ə
ll
ə
y
ə
 
ə
lav
ə
 
edilmişdir, OJ2013L 182/1.
 
44
 
Avropa İttifaqı Şurasının 2010/252/EU saylı
 
(Council Decision 2010/252/EU)
, 26 aprel 2010-cu il tarixli Q
ərarı, OJ2010L 111/20.
 
45
 
Avropa Komissiyasının (2013)197saylı Kommünikesinin yekun variantı 
(COM(2013) 197 final)
, Brüssel, 12 aprel 2013-cü il. 
46
Avropa İttifaqı Parlamentinin Avropa İttifaqı Şurasına qarşı
 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
355/10 [2012] saylı 
(European 
Parliament v. Council of the EU)
, 5 sentyabr 2012-
ci il tarixli işinin 63
-85-
ci paraqrafları
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə