Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə13/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   9   10   11   12   13   14   15   16   ...   128

25
 
1.3.
 
Ölkə ərazisinə girişə qadağa və Şengen xəbərdarlıqları 
 
Bu qadağa şəxslərin çıxarıldıqları dövlətlərə gəlməsini qadağan edir. Adətən bu cür qadağa müəyyən müddət 
üçün  etibarlı  olur  və  təhlükəli  və  ya  arzuolunmaz  hesab  olunan  şəxslərə  vizanın  və  ya  müvafiq  dövlətin 
ərazisinə gəlməyə icazənin verilməməsini nəzərdə tutur. 
 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən  sözügedən  qadağalar  Şengen  Müqaviləsini  imzalamış  dövlətlərin 
müvafiq orqanlarının çıxışı olan və onların vasitəsi ilə məsləhətləşmələr aparmaq imkanı olan Şengen Məlumat  
Sistemi adlı bazayadaxil edilir.Təcrübədə barəsində bu cür qadağa çıxarılmış üçüncü ölkə vətəndaşının Şengen 
zonasına daxil olan Avropa İttifaqının digər üzv dövlətinin ərazisinə gələrək sərhəd nəzarəti olmadan sərbəst 
hərəkət edib qadağanı vermiş dövlətin ərazisinə qayıtmasının qarşısının alınmasını təmin edən yeganə çıxış 
yoludur.
26
  “Şengen  Məlumat  Sistemi  II  haqqında” 
Əsasnamə
27
və 
Qərarla
28
  hüquqi  əsası  qoyulmuş  Şengen 
Məlumat Sistemi II əvvəlki sistemin daha qabaqcıl bir versiyası olaraq biometrik ölçülərdən istifadə etmək və 
sorğuları  təkmilləşdirilmiş  qaydada  işləmək  imkanlarına  malik  gücləndirilmiş  funksiyalarla  təchiz  olunub. 
Sözügedən qadağaların qanuniliyinə məhkəmə yolu ilə baxıla bilər. 
 
Misal:  Cənab  və  xanım  Foraboskonun  Fransanın Dövlət  Şurasındakı  (Conseil  d’État)  işində  Dövlət  Şurası 
cənab  Foraboskonun  həyat  yoldaşının  sığınacaq  haqqında  müraciətinə  Almaniyada  rədd  cavabının 
verilməsi əsasında onun adının Şengen Məlumat Sisteminə daxil edilməsi ilə əlaqədar viza ərizəsinə rədd 
cavabının  verilməsi  qərarını  ləğv  etmişdir.  Fransanın  Dövlət  Şurası  sığınacağın  verilməsi  ilə  bağlı  mənfi 
qərarın qəbul edilməsi nəticəsində şəxsin ölkəyə gəlmə barədə qadağasının Şengen Məlumat Sisteminə 
daxil edilməsi məsələsinin uzunmüddətli fransız vizasının verilməməsi üçün kifayət edən səbəb olmadığını 
müəyyən etmişdir.
29
 
 
Misal: Cənab B. Hişamın işinə baxan Fransanın Dövlət Şurası əcnəbinin adının Şengen Məlumat  Sistemində 
olması  səbəbindən  ölkədən  çıxarılması  barədə  qərarın  müvəqqəti  dayandırılması  haqqında  göstəriş 
vermişdir.  Əcnəbinin  ölkədən  çıxarılması  barədə  qərarda  əsas  kimi  onun  adının  Şengen  Məlumat  
Sistemində  olması  göstərilsə  də  bu  adın  məlumat  bazasına  hansı  ölkə  tərəfindən  daxil  edilməsi  qeyd 
olunmamışdır.  Çıxarılma  barədə  qərarda  qanuni  əsaslarla  yanaşı,  faktların  da  göstərilməsi  tələb 
olduğundan həmin qərar qeyri-qanuni hesab edilmişdir.
30
 
 
Geri qaytarılma Direktivi
 (2008/115/EC) əsasında
31
 qəbul edilmiş geri qaytarılma barədə qərar kontekstində 
əlaqədar  şəxslərin  müvafiq  üzv  dövlətin  ərazisinə  gəlməsinə  qadağa  adətən  beş  ildən  çox  olmamalıdır.
32
 
Adətən Şengen Məlumat  Sisteminə daxil edilmiş qadağaya müvafiq xəbərdarlıq da əlavə olunur və barələrində 
bu cür qadağalar çıxarılmış şəxslərin bütün Şengen zonasına gəlmələrinə rədd cavabı verilir. Öz ərazisinə gəlmə 
barədə  qadağa  tətbiq  etmiş  Avropa  İttifaqının  üzv  dövləti  bu  qadağanı  aradan  qaldırmayanadək  Avropa 
İttifaqının başqa bir üzv dövləti əlaqədar şəxsə viza verə və ya onu öz ərazisinə buraxa bilməz. Tətbiq edilmiş 
qadağa əlaqədar dövlətin spesifik vəziyyətindən irəli gəlsə də həmin qadağanın bütün Şengen ərazisinə şamil 
edilməsinin  mütənasibliyi  məsələsi,  xüsusən  də  ailənin  yenidən  birləşməsi  kimi  fundamental  hüquqların 
nəzərə alınması ilə bağlı vəziyyətlərdə suallar doğurur. 
 
Geri  qaytarılma  Direktivindən
  kənara  çıxaraq  bir  dövlət  tərəfindən  qoyulmuş  ölkəyə  gəlmə  qadağası  digər 
dövlətlərə  əlaqədar  şəxsin  Şengen  zonasına  buraxılması  üçün  icazə  verməsinə  formal  olaraq  maneçilik 
                                                
26
 Avropa Birliyini t
ə
sis ed
ə
n Müqavil
ə
nin IV f
ə
slinin 
ə
hat
ə
 dair
ə
sin
ə
 dü
şə
n m
ə
s
ə
l
ə
l
ə
rl
ə
 
ə
laq
ədar Avropa İttifaqı Parlamentinin və
 
Şurasının 
ikinci n
ə
sil
ə
 
aid Şengen İnformasiya Sisteminin (II) yaradılması, fə
aliyy
ə
ti v
ə
 istifad
ə
sin
ə
 
dair (EC)1987/2006 saylı Əsasnamə
sinin t
ə
tbiqi 
tarixini mü
ə
yy
ə
n ed
ən Avropa İttifaqı Şurasının 2013/158/EU saylı, 
(Council Decision 2013/158/EU)
 
7 mart 2013-cü il tarixli Q
ərarına 
baxın, OJ2013 L87, səh.10; "Avropa İttifaqı haqqında" Müqavilə
nin VI f
ə
slinin 
ə
hat
ə
 dair
ə
sin
ə
 
düşə
n m
ə
s
ə
l
ə
l
ə
rl
ə
 
ə
laq
ə
dar ikinci n
ə
sil
ə
 aid 
Şengen İnformasiya Sisteminin (II) yaradılması, fə
aliyy
ə
ti v
ə
 istifad
əsi haqqında 2007/533/JHA saylı Qərarın tə
tbiqi tarixini mü
ə
yy
ə
n ed
ə

Avropa İttifaqı Şurasının 2013/157/EU saylı, 
(
Council Decision 2013/157/EU) 
7 mart tarixli Q
ərarına baxın, OJ2013 L87, sə
h.8.  
27
 
Avropa İttifaqı Parlamentinin və
 
Şurasının (EC)1987/2006 
(Regulation (EC) No. 1987/2006)
 
saylı, 20 dekabr 2006
-
cı il tarixli 
Ə
sasnam
ə
si, OJ 2006L 381/4. 
28
 
Avropa İttifaqı Şurasının 2007/533/JHA saylı 
(Council Decision 2007/533/JHA)
, 12 iyun 2007-ci il tarixli Q
ərarı, OJ L 205/63. 
 
29
C
ə
nab v
ə
 
xanım Foraboskonun
 
Fransanın Dövlət Şurasındakı (Conseil d’État)
 
190384 saylı 
(
France, Council of State (Conseil d’État),
 
M. et Mme Forabosco)
, 9 iyun 1999-
cu il tarixli işi.
 
30
C
ənab BŞ Hişamın
 
Fransanın Dövlət Şurasındakı (Conseil d’État)
 
344411 saylı, 
(
France, Council of State (Conseil d’État),
M. Hicham B)
 
24 noyabr 2010-
cu il tarixli işi.
 
31
 
2008/115/EC saylı Direktivin 1 və
 3(6)-
cı maddə
l
ə
ri, OJ 2008 L 348. 
32
Qyoko Filev v
ə
 Adnan Osmaniy
ə
 
qarşı
 
(Criminal proceedings against Gjoko Filev and Adnan Osmani) 
Avropa İttifaqı Ədalə

M
ə
hk
ə
m
ə
sind
ə
 C-
297/12 saylı, 19 sentyabr 2013
-cü il tarixli cinay
ət araşdırmaları



Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə