Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə9/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   5   6   7   8   9   10   11   12   ...   128

17
 
barədə  qərar  çıxarmaq  hüququna  malikdir.  Digər  tərəfdən  isə  Avropa  İttifaqı  Ədalət  Məhkəməsi  Avropa 
İttifaqına üzv olan dövlətlərdə Avropa İttifaqı qanunvericiliyinin dürüst və həmahəng tətbiqi və təfsiri işinin 
təmin  edilməsində  eksklüziv  səlahiyyətlərə  malikdir.  "Avropa  İttifaqının  fəaliyyəti  haqqında"  Müqavilənin 
263(4)-cü maddəsinə  uyğun  olaraq  fərdlərin  Avropa  İttifaqı  Ədalət  Məhkəməsinə  müraciət  etmə  imkanları 
nisbətən məhdud xarakter daşıyır.
9
 
 
Lakin Avropa İttifaqı qanunlarının təfsir edilməsi və ya hüquqi qüvvəsinin dəqiqləşdirilməsi məqsədi daşıyan 
fərdi şikayətlər həmişə yerli məhkəmələrə təqdim oluna bilər. Avropa İttifaqına üzv olan dövlətlərin məhkəmə 
orqanları səmimi əməkdaşlıq etmə vəzifəsini və Avropa İttifaqı qanunvericiliyinin milli səviyyədə səmərəliliyini 
müəyyən edən prinsipləri rəhbər tutaraq Avropa İttifaqı qanunvericiliyinin milli hüquq sistemlərində düzgün 
tətbiq və icra edilməsini təmin etmək səlahiyyətlərinə malikdirlər. Bununla yanaşı, Avropa Ədalət Məhkəməsi 
Frankoviçin  işi
10
  üzrə  çıxardığı  qərarı  əsas  götürərək  Avropa  İttifaqının  üzv  dövlətlərindən  tələb  edir  ki, 
müəyyən şəraitdə Avropa İttifaqı üzv dövlətlərinin Avropa İttifaqı qanunvericiliyinə əməl etməməsindən zərər 
çəkmiş şəxslərə münasib hallarda təzminatın, o cümlədən, maddi kompensasiyanın verilməsini təmin etsinlər. 
Müzakirəyə  çıxarılmış  Avropa  İttifaqı  normasının  təfsiri  və  ya  hüquqi  qüvvəsinin  müəyyənləşdirilməsi  ilə 
əlaqədar şübhələr yarandıqda milli məhkəmələr "Avropa İttifaqının fəaliyyəti haqqında" Müqavilənin 267-ci 
maddəsinə  əsasən  ilkin  istiqamətləndirmə  mexanizmlərindən  istifadə  edərək  Avropa  İttifaqı  Ədalət 
Məhkəməsindən istiqamət  əldə  edə  bilər, bəzi hallarda isə  bunu mütləq etməlidirlər.
11
  Həbsdə  olan şəxslə 
əlaqədar  istənilən  milli  məhkəmədə  işə  baxıldığı  zaman  ləngimələri  aradan  qaldırmaq  üçün  tez  bir  vaxtda 
qərarın  qəbul  edilməsini  təmin  etmək  məqsədi  ilə  azadlıq,  ədalət  və  təhlükəsizlik  sahəsində  təcili  ilkin 
qərarçıxarma proseduru yaradılmışdır.
12
 
 
Avropa İttifaqının Fundamental Hüquqlar Xartiyası 
 
Avropa  Birliklərinin  ilk  anlaşmalarında  insan  hüquqları  və  ya  bu  hüquqların  müdafiəsinə  aid  hər  hansı  bir 
müddəa  əks  olunmamışdır.  Lakin  Avropa  İttifaqı  qanunvericiliyinin  əhatə  dairəsinə  düşən  sahələrdə  insan 
hüquqlarının  pozulmasını  ehtimal  edən  işlər  Avropa  Ədalət  Məhkəməsinə  daim  daxil  olduğundan  bu 
Məhkəmə fərdləri müdafiə ilə təmin etmək üçün fundamental  insan hüquqlarını Avropa qanunvericiliyinin 
"əsas  prinsiplər"  sırasına  daxil  edərək  yeni  bir  yanaşmanı  inkişaf  etdirmişdir.  Avropa  Ədalət  Məhkəməsinə 
əsasən  həmin  əsas  prinsiplər  milli  konstitusiyalarda və  insan  hüquqları  ilə  bağlı  müqavilələrdə,  xüsusilə  də 
Avropa  İnsan  Hüquqları  Konvensiyasında  öz  əksini  tapmış  insan  hüquqlarının  müdafiəsi  məsələsinin 
mahiyyətini  özündə  əks  etdirir.  Bununla  əlaqədar  olaraq  Avropa  Ədalət  Məhkəməsi  Avropa  İttifaqı 
qanunvericiliyinin bu prinsiplərlə uyğunlaşdırılmasını təmin edəcəyini bəyan etmişdir.
13
 
 
Avropa İttifaqı həyata keçirdiyi siyasətinin insan hüquqlarına təsir etdiyini qəbul edərək və öz vətəndaşlarının 
Avropa  İttifaqına  "daha  yaxın"  olduqlarını  hiss  etmələri  üçün  səylər  göstərərək  2000-ci  ildə  Avropa  İttifaqı 
Fundamental  Hüquqlar Xartiyasını qəbul etdiyini bəyan etmişdir. Xartiya Avropa İttifaqına üzv olan dövlətlərin 
konstitusiyalarında, Avropa İnsan Hüquqları Konvensiyasında, Avropa Sosial Xartiyasında və insan hüquqlarına 
dair  beynəlxalq  müqavilələrdə,  o  cümlədən  Birləşmiş  Millətlər  Təşkilatının  "Uşaq  hüquqları  haqqında" 
                                                
9
 Burada misal kimi Kadinin v
ə
 "Al Barakaat" Beyn
əlxalq Fondunun Avropa İttifaqı Şurası və
 Avropa Birlikl
əri Komissiyasına qarşı
 
(Kadi 
and
 
Al Barakaat International Foundation v. Council of the European Union and Commission of the EuropeanCommunities) 
Avropa 
Ə
dal
ə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-402/05 P v
ə
 C-415/05 P [2008] I-
6351 saylı, 3 sentyabr 2008
-ci il tarxli birg
ə
 
işini
 göst
ə
rm
ə
k olar. 
10
Frankoviçin v
ə
 Bonifasinin v
ə
 
başqalarının İtaliyaya qarşı
 
(Francovich and Bonifaci and Others v. Italian Republic) 
Avropa Ədalə

M
ə
hk
ə
m
ə
sind
ə
ki C-6/90 v
ə
 C-9/90 [1991] ECR I-
05357 saylı, 19 noyabr 1991
-ci il tarixli birg
ə
 
işi; Frankoviçin İtaliyaya qarşı
 
(Francovich v. 
Italian Republic)
 
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-479/93 [1995] ECR I-
03843 saylı, 9 noyabr 1995
-
ci il tarixli işi.
 
11
  267(3)-cü madd
ə
y
ə
 
ə
sas
ə
n milli m
ə
hk
ə
m
ə
 t
ə
r
ə
find
ən çıxarılmış qərara qarşı milli qanunvericilikdə
  hüquqi müdafi
ə
  vasit
ə
l
ə
ri  n
ə
z
ə
rd
ə
 
tutulmadıqda, Avropa İttifaqı normasının hüquqi qüvvə
si il
ə
 
ə
laq
ədar narahatlıqlar yarandıqda və
 dig
ə
r m
ə
hk
ə
m
ə
l
ə
rd
ə
 d
ə
 bu cür ç
ə
tinliyin 
yaranması üçün
 
əsasların mövcud olması hesab edildikdə
 ilkin istiqam
ə
tl
ə
ndirm
ə
 hüququndan mütl
ə
q istifad
ə
 
olunmalıdır. Misal üçün: 
Foto-
Frost-un Hauptzollamt Lübeck-Ost-
a qarşı
 
(Foto-Frost v. Hauptzollamt Lübeck-Ost)
 
C-
314/85  saylı, 22 oktyabr 1987
-
ci il tarixli işi.
 
12
 
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sinin Status
una dair 3 saylı Protokolunun 23
-cü v
ə
 
Prosessual Qaydalarının 107
-14-cü madd
ə
l
ə
rin
ə
 
baxın. 
Bar
ə
l
ə
rind
ə
 t
ə
cili ilkin q
ərarçıxarma proseduru
 t
ə
tbiq edil
ə
 bil
ə
c
ək işlərin daha yaxşı nə
z
ə
rd
ə
n keçirilm
əsi üçün Avropa İttifaqı Ədalə

M
ə
hk
ə
m
ə
sinin 
"İlkin qərarçıxarma prosedurunun başlanması ilə
 
ə
laq
ə
dar milli m
ə
hk
ə
m
ə
l
ə
r v
ə
 tribunallar üçün" 
2012/C 338/01 saylı, 6 
noyabr 2012-ci il tarixli Tövsiy
ə
l
ə
rinin 40-
cı paraqrafına baxın: 
"m
ə
s
ə
l
ə
n, 
ə
g
ər qaldırılan suala cavab hə
bs
ə
 
alınmış və
 
ya azadlıqdan 
m
əhrum edilmiş şə
xsin hüquqi v
ə
ziyy
ə
tinin qiym
ə
tl
ə
ndirilm
ə
sind
ə
 v
ə
 
ya uşaqla bağlı valideyn sə
lahiyy
ə
tl
ə
rinin v
ə
 ya himay
ə
sinin 

ə
yy
ə
nl
əşdirilmə
sind
ə
 h
əlledici olarsa, Avropa İttifaqı qanunvericiliyi yurisdiksiyasında fə
aliyy
ə
t göst
ə
r
ə
n m
ə
hk
ə
m
ə
nin özün
ə
m
əxsusluğu 
ilkin q
ərarçıxarma üçün istiqamə
tl
əndirilmiş suala verilən cavabdan asılı olarsa  "Avropa İttifaqının fə
aliyy
əti haqqı
nda" Müqavil
ə
nin 267-ci 
madd
əsinin dördüncü paraqrafında qeyd olunduğu kimi, müvafiq  işlə
 
ə
laq
ə
dar t
ə
cili ilkin q
ərarçıxarma prosedurunun tə
tbiqi üçün 
sorğunun təqdim olunması mə
s
ə
l
ə
sini n
ə
z
ə
rd
ə
n keçirin." 
13
Liselott Hauerin Reynland-
Pfalts Torpağına qarşı
 
(Liselotte Hauer v. Land Rheinland-Pfalz)
 
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-44/79 
[1979] ECR 3727 saylı,
 13 dekabr 1979-
cu il tarixli işinin 1
5-
ci paraqrafı.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə