Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə11/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   7   8   9   10   11   12   13   14   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
20
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əsas məqamlar 

 
Avropaya və Avropa daxilində miqrasiya prosesləri milli qanunların, Avropa İttifaqı qanunlarının, Avropa 
İnsan  Hüquqları  Konvensiyasının,  Avropa  Sosial  Xartiyasının  və  Avropa  dövlətlərinin  öz  üzərinə 
götürdükləri öhdəliklərin ahəngliyi hesabına tənzimlənir. 

 
Avropa İnsan Hüquqları Konvensiyasını pozan dövlət orqanının əməlləri və ya xətaları barədə şikayətlər 
Avropa Şurasına üzv olan 47 dövlətin hər biri barədə verilə bilər. Bu ölkələr siyahısına Avropa İttifaqına üzv 
olan  28  dövlətin  hamısı  daxildir.  Avropa  İnsan  Hüquqları  Konvensiyası  47  dövlətin  hər  birinin 
yurusdiksiyasında olan bütün şəxsləri onların vətəndaşlığından və ya yaşayış statusundan asılı olmayaraq 
müdafiə ilə təmin edir. 

 
Avropa  İnsan  Hüquqları  Konvensiyasının  13-cü  maddəsi  dövlətlərdən  bu  Konvensiyaya  əsasən  edilmiş 
şikayətlərlə əlaqədar milli səviyyədə səmərəli hüquqi müdafiə vasitələrinin təmin olunmasını tələb edir. Avropa 
İnsan  Hüquqları  Konvensiyası  kontekstində  başa  düşülən  təşəbbüsün  müvafiq  dövlət  orqanlarına  həvalə 
edilməsi prinsipi bu Konvensiyaya uyğunluğun təmin edilməsi məsuliyyətini ilk növbədə dövlətlərin üzərinə 
qoyaraq ən son çıxış yolu kimi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməni nəzərdə tutur. 

 
Avropa İttifaqı qanunvericiliyini pozan Avropa İttifaqına üzv olan dövlətin əməlləri və ya xətaları barədə 
şikayətlər  Avropa  İttifaqı  qanunvericiliyinin  düzgün  tətbiq  edilməsi  öhdəliyini  öz  üzərinə  götürmüş  və 
Avropa İttifaqının əlaqədar qanunvericilik aktının təfsir edilməsinə və ya hüquqi qüvvəsinə dair ilkin qərar 
qəbul etmək üçün Avropa İttifaqı Ədalət Məhkəməsinə müraciət edə bilən (bəzi hallarda isə bunu mütləq 
etməli olan) milli məhkəmələrə təqdim oluna bilər. 
 
 
 
 


21
 
 
 
 
 
       Avropa İttifaqı                                      Əhatə olunan məsələlər 
            Avropa Şurası 
1985-ci il Şengen Müqaviləsinin icra edilməsi 
haqqında 19 iyun 1990-cı il tarixli Konvensiya
Viza siyahısı Əsasnaməsi ((EC)539/2001); 
Viza Məcəlləsi, Əsasnamə ((EC)810/2009) 
Şengen viza rejimi 
 
Sərnişin daşıyıcılarına qarşı sanksiyalar 
Direktivi (2001/51/EC); 
Vasitəçilik əleyhinə Direktiv (2002/90/EC) 
Avropa İttifaqı 
ərazisinə icazəsiz 
gəlmənin qarşısının 
alınması 
 
1985-ci il Şengen Müqaviləsinin icra edilməsi 
haqqında Konvensiyanın IV fəsli əsasında 
yaradılmış Şengen İnformasiya  Sistemi; 
Şengen İnformasiya Sistemi II haqqında 
Əsasnamə ((EC) 1987/2006) və Avropa İttifaqı 
Şurasının Şengen İnformasiya Sistemi II 
haqqında Qərarı (2007/533/JHA); 
Geri qaytarılma Direktivinin (2008/115/EC) 11-
ci maddəsi 
Üzv dövlətin ərazisinə 
gəlməyə 
qadağa/Şengen 
xəbərdarlıqları 
Avropa İnsan Hüquqları 
Konvensiyasına dair 4 saylı 
Protokolun 2-ci maddəsi (hərəkət 
etmək azadlığı) 
Şengen Sərhəd Məcəlləsi, Əsasnamə 
((EC)562/2006) 
Sərhəd yoxlamaları 
 
Geri qaytarılma Direktivinin (2008/115/EC) 
4(4)-cü maddəsi 
Tranzit zonaları 
Amuurun Fransaya qarşı Avropa 
İnsan Hüquqları Məhkəməsindəki 
1996-cı il tarixli işi (tranzit zonada 
saxlanılma azadlıqdan məhrum 
etmə kimi müəyyən edilmişdir) 
Avropa İttifaqı Əsas Hüquqlar Xartiyasının 18-
ci (sığınacaq hüququ) və 19-cu (ölkədən 
çıxarılma, qovulma və ya ekstradisiya zamanı 
müdafiə) maddələri; 
Sığınacaq prosedurları Direktivi (2013/32/EU) 
 
Sığınacaq axtaranlar 
Avropa İnsan Hüquqları 
Konvensiyasının 3-cü maddəsi 
(işgəncələrin qadağan olunması) 
Şengen Sərhəd Məcəlləsinin 2 və 12-ci 
maddələri, Əsasnamə ((EC)562/2006) 
 
Dəniz yolu ilə 
buraxılmama 
Hirsi Camaanın və başqalarının 
İtaliyaya qarşı Avropa İnsan 
Hüquqları Məhkəməsindəki 2012-
ci il tarixli işi (açıq sulardan 
kollektiv çıxarılma) 
 
 
Avropa İttifaqı Fundamental  Hüquqlar 
Xartiyasının 47-ci maddəsi (səmərəli hüquqi 
müdafiə vasitələrindən istifadə və ədalətli 
məhkəmə araşdırması hüququ); 
Sığınacaq prosedurları Direktivi (2013/32/EU); 
Şengen Sərhəd Məcəlləsinin 13-cü maddəsi, 
Əsasnamə ((EC)562/2006); 
Viza Məcəlləsinin 32(3) və 34(7)-ci maddələri, 
Əsasnamə ((EC)810/2009) 
Hüquqi müdafiə 
vasitələri 
Avropa İnsan Hüquqları 
Konvensiyasının 13-cü maddəsi 
(səmərəli hüquqi müdafiə 
vasitələri hüququ) 
1. ƏRAZİYƏ BURAXILMA VƏ MÜVAFİQ PROSEDURLARDAN 
İSTİFADƏ
 
 


Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
22
 
Giriş 
 
Bu fəsil Avropa dövlətlərinin ərazisinə gəlmək istəyən şəxslərə şamil edilən prosedurların xülasəsini təqdim 
edir. Bundan başqa, ölkə ərazisinə buraxılmaq üçün müvafiq şərtlərin tətbiq edilməsi və ya sərhəd idarəçiliyi 
tədbirlərinin həyata keçirilməsi zamanı dövlətlərin Avropa İnsan Hüquqları Konvensiyasına və Avropa İttifaqı 
qanunvericiliyinə əsasən mütləq hörmətlə yanaşmalı olduqları əsas parametrlər burada əks olunur. Bir qayda 
olaraq dövlətlər əcnəbilərin ölkəyə gəlmək və ölkə ərazisində davamlı şəkildə qalmaq prosesinə nəzarət etmək 
üçün  suveren  hüquqa  malikdirlər.  Həm  Avropa  İttifaqı  qanunvericiliyi,  həm  də  Avropa  İnsan  Hüquqları 
Konvensiyası  bu  suveren  hüququn  icrası  ilə  bağlı  müəyyən  məhdudiyyətlər  tətbiq  edir.  İnsanlar  vətəndaşı 
olduqları  ölkəyə,  Avropa  İttifaqı  vətəndaşları  isə  Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən  Avropa  İttifaqının 
digər üzv dövlətinə gəlmək hüququna malikdirlər. Bundan başqa, növbəti paraqraflarda izah olunduğu kimi 
istər Avropa İttifaqı qanunvericiliyi, istərsə də Avropa İnsan Hüquqları Konvensiyası təqib olunma riski ilə və ya 
başqa ciddi təhlükələrlə üzləşən şəxslərə bilavasitə sərhəddə ölkə ərazisinə daxil olmaq üçün rədd cavabının 
verilməsini qadağan edir (məcburi geri qaytarmamaq prinsipi). 
 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən  qısamüddətli  vizaların  verilməsi,  həmçinin  sərhəd  nəzarəti  və 
mühafizəsi  prosedurlarının  həyata  keçirilməsi  üçün  Avropa  İttifaqının  üzv  dövlətləri  üçün  ümumi  qaydalar 
mövcuddur. Eyni zamanda, Avropa İttifaqı  əraziyə  qanunsuz gəlmənin qarşısını almaq üçün qaydalar qəbul 
etmişdir. Avropa İttifaqının xarici sərhədlərinin idarə olunması sahəsində Avropa İttifaqının üzv dövlətlərinə 
köməklik göstərmək məqsədi ilə 2004-cü ildə Avropa İttifaqının "Frontex" agentliyi yaradılmışdır.
16
 Bu agentlik 
quruda, havada və suda birgə əməliyyat tədbirləri keçirməklə operativ köməkliyin göstərilməsi ilə də məşğul 
olur.  Müəyyən  şəraitdə  Avropa  İttifaqının  üzv  dövlətləri  "ÇSMQ"  adı  ilə  tanınan  çevik  sərhəd  müdaxilə 
sisteminin tətbiqini də Frontex-dən xahiş edə bilərlər.
17
 Frontex və ya ÇSMQ  əməliyyatı çərçivəsində fəaliyyət 
göstərərkən Avropa İttifaqının üzv dövlətləri öz əməlləri və hərəkətlərinə görə məsuliyyət daşıyırlar. 2011-ci 
ilin  oktyabr  ayında  Frontex-in  yaradılması  haqqında 
(EC)2007/2004  saylı  Əsasnaməyə
  düzəlişlər  etmiş 
(EU)1168/2011  saylı  Əsasnamə
  Frontex-in  üzərinə  qoyulmuş  fundamental    hüquq  və  vəzifələri  daha  da 
gücləndirmişdir. 2013-cü ildə qəbul edilmiş 
Eurosur Əsasnaməsi
 ((EU)1052/2103) Avropa sərhəd mühafizəsi 
sisteminin yaradılmasını təmin etmişdir. 
 
Rəsm 1-də nümayiş olunduğu kimi Şengen qanunvericiliyi Avropa İttifaqına üzv olan dövlətlərin əksəriyyətinə 
tam şəkildə  şamil olunur. Bu qanunvericilik xarici sərhəd nəzarəti prosesinin təmin edilməsi üçün vahid bir 
sistem yaradır və şəxslərə Şengen zonası daxilində sərhədlərdən sərbəst keçərək səyahət etmək imkanı verir. 
Avropa İttifaqı dövlətlərindən bəzilərinin Şengen zonasına üzv olmamaları ilə yanaşı Şengen zonası da Avropa 
İttifaqı sərhədlərindən kənara çıxaraq İslandiya, Lixtenşteyn, Norveç və İsveçrəni əhatə edir. 
Şengen Sərhəd 
Məcəlləsinin
  ((EC)562/2006 saylı Əsasnamə) 6-cı maddəsi bu Məcəllənin geri qaytarılmaya və  ya qanunsuz 
diskriminasiyaya şərait yaradan tərzdə tətbiqini qadağan edir. 
 
Avropa İnsan Hüquqları Konvensiyasına əsasən dövlətlər beynəlxalq hüquqla müəyyən edilmiş qaydada və 
tərəfdar  çıxdıqları  müqavilələrdən  (o  cümlədən  Avropa  İnsan  Hüquqları  Konvensiyasından)  irəli  gələn 
öhdəliklərə  uyğun olaraq əcnəbilərin bu dövlətlərin ərazilərinə  gəlmələri, həmin  ərazilərdə  qalmaları və  bu 
ərazilərdən çıxarılmalarına nəzarət etmək hüququna malikdirlər. Əcnəbilərin ölkə ərazisinə buraxılması Avropa 
İnsan  Hüquqları  Konvensiyası  əsasında  birmənalı  şəkildə  tənzimlənmir  və  bu  Konvensiya  kimlərə  vizaların 
verilməsini müəyyən etmir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ dövlətlərin hər hansı 
şəxsi öz  ərazilərinə  buraxmamaq, xüsusən də öz sərhədlərindən geri qaytarmaq hüququna yalnız müəyyən 
məhdudiyyətlər  qoyur.  Müəyyən  hallarda  presedent  hüququ  şəxsin  müəyyən  Konvensiya  hüquqlarının, 
xüsusən  də  ailə  həyatına  hörmət  hüququnun  təmin  edilməsi  üçün  əsas  bir  şərt  olaraq onun  ölkə  ərazisinə 
buraxılmasını müvafiq dövlətdən tələb edə bilər.
18
 
 
 
                                                
16
 
(EC)2007/2004 saylı 
(Regulation (EC) No. 2007/2004)
, 26 oktyabr 2004-
cü il tarixli Əsasnamə
, OJ 2004 L 349/1;  (EU)168/2011 
saylı
 
(Regulation (EU) No. 1168/2011)
,25 oktyabr 2011-
ci il tarixli Əsasnamə
, OJ 2011 L 304/1. 
17
 
(EC)863/2007 saylı 
(Regulation (EC) No. 863/2007)
, 11 iyul 2007-
ci il tarixli Əsasnamə
,  OJ 2007 L 199/30. 
18
 
Ətraflı mə
lumat üçün 
Ə
bdül
ə
zizin, Kabalyesin v
ə
 Balkandalinin Birl
əşmiş Krallığa qarşı
 
(Abdulaziz, Cabales and Balkandali v. the United 
Kingdom) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 9214/80, 9473/81 v
ə
 
9474/81 saylı, 28 may 1985
-
ci il tarixli işlə
rinin 82-83-cü 
paraqrafl
arına baxın.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə