Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə10/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   6   7   8   9   10   11   12   13   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
18
 
Konvensiyasında nəzərdə tutulmuş hüquqlardan qaynaqlanan insan hüquqlarından ibarət bir siyahıdan təşkil 
olunub.  Bu  Xartiya,  2000-ci  ildə  sadəcə  olaraq  bir  “bəyannamə”  kimi  qəbul  edilmişdir  və  onu  qəbul  edən 
tərəflər  üzərinə  heç  bir  öhdəlik  qoymurdu,  lakin  buna  baxmayaraq,  Avropa  Komissiyası,  Avropa  İttifaqı 
qanunvericiliyinə  aid  təkliflər  verən  əsas  orqan  kimi  bütün  təkliflərin  qeyd  olunan  Xartiyaya 
uyğunlaşdırılacağını bəyan etmişdir. 
 
Lissabon  Sazişi  2009-cu  il  dekabrın  1-də  qüvvəyə  mindikdən  sonra  Avropa  İttifaqı  Fundamental  Hüquqlar 
Xartiyasının statusunu dəyişərək, onu tərəflər üzərinə hüquqi öhdəliklər qoyan bir sənəd səviyyəsinə qaldırdı. 
Bunun  nəticəsi  olaraq,  Avropa  İttifaqı  təsisatları  (həmçinin  Avropa  İttifaqının  üz  dövlətləri)  "Avropa  İttifaqı 
qanunvericiliyini  icra  etdikləri  zaman"  öz  fəaliyyətlərini  bu  Xartiyaya  uyğunlaşdırmalıdırlar  (Xartiyanın  51-ci 
maddəsi). 
 
Bundan başqa, Xartiyanı Polşa və Birləşmiş Krallıqla əlaqədar təfsir edən Protokol da qəbul edilmişdir. 2001-ci 
ildə  Avropa  İttifaqının  Ədalət  Məhkəməsi  miqrasiya  məsələsinə  aid  işə  baxarkən  bu  Protokolun  əsas 
məqsədinin  sözügedən  Xartiyanın  sosial  hüquqlar  sahəsində  tətbiqinin  məhdudlaşdırılmasından  ibarət 
olduğunu  bəyan  etmişdir.  Bundan  başqa,  Məhkəmə  həmin  Protokolun  Avropa  İttifaqının  sığınacaq 
qanunvericiliyinin icra olunmasına təsir etmədiyini bildirmişdir.
14
 
 
İlk  dəfə  Avropa  səviyyəsində  sığınacaq  hüququnu  Avropa  İttifaqı  Fundamental   Hüquqlar  Xartiyasının  18-ci 
maddəsi  özündə  əks  etdirmişdir.  18-ci  maddəyə  əsasən  həmin  hüquq  bu  cür  təsbit  olunurdu:  "Sığınacaq 
hüququ  Cenevrə  Konvensiyasının  [...]  müddəalarına  lazımi  qaydada  hörmətlə  yanaşaraq  və  Avropa  İttifaqı 
Müqaviləsinə, həmçinin "Avropa İttifaqının fəaliyyəti haqqında" Müqaviləyə [...] uyğun olaraq təmin olunur." 
Xartiyanın 19-cu maddəsi isə,  şəxsin təqiblərə məruz qalması ilə bağlı əsaslı qorxuların mövcud olmasından və 
ya işgəncəyə və yaxud qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalması ilə 
əlaqədar  real  risklərə  məruz  qalmasından  ibarət  vəziyyətlərdə  geri  qaytarılmasının  qadağan  edilməsini 
nəzərdə tutur ("non-refoulment"/məcburi geri qaytarmamaq prinsipi). 
 
Bundan  başqa,  Xartiyanın  insanların  müdafiə  ilə  təmin  olunmasına  dair  digər  müddəaları  miqrasiya 
kontekstinə  uyğun  gəlir.  Xartiyanın  47-ci  maddəsi  səmərəli  hüquqi  müdafiə  vasitələrinə  dair  əlahiddə  bir 
hüququ  nəzərdə  tutur  və  ədalətli  məhkəmə  araşdırması  prinsiplərini  təsbit  edir.  47-ci  maddədə  nəzərdə 
tutulmuş ədalətli məhkəmə araşdırması prinsipi araşdırmanın məhz məhkəmə orqanı tərəfindən aparılmasını 
tələb  edir.  Bu  isə  heç  də  mütləq  məhkəmə  orqanı  olmayan  dövlət  orqanları  qarşısında  səmərəli  hüquqi 
müdafiə  vasitələrindən  istifadə  hüququnu  təmin  edən  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  13-cü 
maddəsindən  daha  geniş müdafiəni  nəzərdə  tutur. Bununla  yanaşı,  Avropa  İttifaqı  Fundamental   Hüquqlar 
Xartiyasının  52-ci  maddəsi  Xartiya  əsasında  nəzərdə  tutulan  minimum  müdafiənin  Avropa  İnsan  Hüquqları 
Konvensiyası tərəfindən təmin olunan hüquqlara bərabər olduğunu bəyan etsə də Avropa İttifaqı Avropa İnsan 
Hüquqları Məhkəməsi tərəfindən irəli sürülən təfsirlə müqayisədə hüquqların daha geniş təfsirini tətbiq edə 
bilər. 
 
Avropa İttifaqının Avropa İnsan Hüquqları Konvensiyasına  
qoşulması məsələsi 
 
İndiki  zamanda  Avropa  İttifaqı  qanunvericiliyi  və  Avropa  İnsan  Hüquqları  Konvensiyası  çox  sıx  əlaqədədir. 
Avropa  İttifaqının  Ədalət  Məhkəməsi  insan  hüquqlarının  Avropa  İttifaqının  qanunvericiliyi  əsasında  hansı 
dərəcədə müdafiə olunacağını müəyyən edərkən Avropa İnsan Hüquqları Konvensiyasını bir hüquqi təməl kimi 
qəbul edir. Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş bir sıra hüquqlar, digərləri ilə yanaşı, 
Avropa  İttifaqının  Fundamental  Hüquqlar  Xartiyasında  da  öz  əksini  tapmışdır.  Deməli,  Avropa  İttifaqı 
qanunvericiliyi  böyük  ehtimalla  Avropa  İnsan  Hüquqları  Konvensiyasına  uyğundur,  baxmayaraq  ki,  Avropa 
İttifaqı Avropa İnsan Hüquqları Konvensiyasına hələ də qoşulmayıb. Mövcud qanunvericiliyə görə əgər hansısa 
şəxs,  Avropa İttifaqı tərəfindən insan hüquqlarının təmin olunmaması barədə məhkəməyə müraciət  etmək 
                                                
14
N.S.-
in Daxili İşlə
r Departamentinin Dövl
ə
t katibin
ə
 v
ə
 M.E.-nin v
ə
 
başqalarının Qaçqın Ərizə
l
ərinin baxılması üzrə
 
Komissarlığa və
 
Ə
dliyy
ə
, B
ə
rab
ə
rlik v
ə
 
Hüquq İslahatları nazirinə
 
qarşı
 
(N. S. v. Secretary of State for the Home Department and M. E. and Others v. 
Refugee Applications Commissioner and Minister for Justice, Equality and Law Reform)
 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki 
C-411/10 v
ə
 C-
493/10 saylı, 21 dekabr 2011
-ci il tarixli birg
ə
 
işlə
ri. 


19
 
niyyətində olduğu təqdirdə, Avropa İnsan Hüquqları Məhkəməsinə bilavasitə Avropa İttifaqı ilə bağlı müraciət 
etmək hüququna malik deyil. Müəyyən hallarda Avropa İttifaqına üzv olan bir və ya bir neçə üzv dövlətə qarşı 
iddia ərizəsi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməklə Avropa İttifaqı barədə dolayı yolla 
şikayət oluna bilər.
15
 
 
Lissabon Sazişi, Avropa İttifaqının öz hüquqlarından istifadə etməklə Avropa İnsan Hüquqları Konvensiyasına 
bir əlahiddə tərəf kimi qoşulması üçün müvafiq səlahiyyətlər verən müddəaları özündə əks etdirir və Avropa 
İnsan Hüquqları Konvensiyasına düzəlişlər edən 14 saylı Protokol bunun həyata keçirilməsi üçün şərait yaradır. 
Bunun təcrübədə hansı nəticələr verəcəyi və konkret olaraq, gələcəkdə Avropa İttifaqı Ədalət Məhkəməsi ilə 
Avropa  İnsan  Hüquqları  Məhkəməsi  arasındakı  münasibətlərə  necə  təsir  edəcəyi  aydın  deyil.  Lakin  Avropa 
İttifaqının  Avropa  İnsan  Hüquqları  Konvensiyasına  qoşulması  nəticəsində  hüquqlarının  Avropa  İttifaqı 
tərəfindən təmin olunmadığını hesab edən insanların məhkəməyə müraciət etmək imkanlarının genişlənəcəyi 
ehtimal olunandır. Hal-hazırda Avropa İttifaqının sözügedən Konvensiyaya qoşulması ilə bağlı danışıqlar gedir 
və bu danışıqlar bir neçə il çəkə bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                
15
 Bu cür mür
ə
kk
ə
b bir sah
ə
d
ə
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sinin presedent hüququnun t
ə
f
ərrüatları ilə
 
tanış olmaq üçün konkret 
olaraq, 
Bosforus Hava Yolları Turizm ve Ticaret Anonim Şirkətinin İrlandiyaya qarşı
 
(
Bosphorus Hava Yolları
Turizm ve Ticaret Anonim 
Şirketi v. Ireland
)
 
[GC] Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki  45036/98 saylı, 30 iyun 2005
-
ci il tarixli işinə
 
baxın.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə