Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə6/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   2   3   4   5   6   7   8   9   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
12
 
Vəsaitin  sonunda  verilmiş  təlimatlar  oxucuya  konkret  presedenti  onlayn  rejimində  tapmaq  üçün  köməklik 
göstərmək məqsədi daşıyır. 
 
Avropa  İttifaqının  sığınacaq,  sərhəd  idarəçiliyi  və  immiqrasiya  sahəsinə  aid  qanunvericiliyinin  müxtəlif 
elementləri  ilə  bağlı  İttifaqın  heç  də  bütün  dövlətləri  öz  üzərinə  müvafiq  öhdəliklər  götürməyib.  Vəsaitdə 
istinad  edilmiş  Avropa  İttifaqı  əsasnamələrinin  və  direktivlərinin  tətbiqi  dərəcəsinə  aid  Əlavə  1-də  hansı 
dövlətlərin hansı normalarla əlaqədar öhdəliklərin götürüb-götürməməsi ümumiləşdirilmiş formada təqdim 
olunur.  Bu  Əlavədən  göründüyü  kimi,  əksər  hallarda  Danimarka,  İrlandiya  və  Birləşmiş  Krallıq  vəsaitdə 
sadalanan hüquqi sənədlərin icrasından kənarda qalırlar. Eyni zamanda, Avropa İttifaqının sərhəd məsələləri 
ilə bağlı bir çox hüquqi sənədi, o cümlədən, Şengen qanunvericiliyi, başqa sözlə, Avropa İttifaqının bu sahədə 
qəbul etdiyi bütün qanunları və bir sıra digər hüquqi sənədləri İttifaqa üzv olmayan bəzi dövlətlərə, daha dəqiq 
desək İslandiya, Lixtenşteyn, Norveç və İsveçrəyə də şamil olunur. 
 
Avropa Şurasına üzv olan bütün dövlətlər Avropa İnsan Hüquqları Konvensiyasına qoşulsalar da, onların heç 
də  hamısı  bu  Konvensiyanın  Protokollarını  ratifikasiya  etməyib  və  ya  onlara  qoşulmayıb  və  yaxud  Avropa 
Şurasının  vəsaitdə  qeyd  olunan  digər  konvensiyalarına  tərəfdar  deyillər.  Bununla  əlaqədar  olaraq  Əlavə  2 
Avropa  Şurasının  seçmə  hüquqi  sənədlərinin,  o  cümlədən,  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  tətbiqi 
dərəcəsinin bir xülasəsini özündə əks etdirir. 
 
Avropa Sosial Xartiyasına üzv olan dövlətlər arasında da əhəmiyyətli fərqlər mövcuddur. Avropa Sosial Xartiya 
sisteminə qoşulan dövlətlərə bu və ya digər maddə ilə əlaqədar konkret minimum tələblər irəli sürməklə öz 
üzərinə  müvafiq  öhdəliklər  götürüb-götürməmək  barədə  qərar  qəbul  etmək  icazəsi  verilir.  Əlavə  3  Avropa 
Sosial Xartiyasının müddəalarının qəbul olunma dərəcəsinin bir xülasəsini təqdim edir.  
 
Vəsait  insan  hüquqlarına  dair  beynəlxalq  hüququ  və  ya  qaçqın  hüququnu  yalnız  Avropa  İnsan  Hüquqları 
Konvensiyasında və ya Avropa İttifaqı qanunvericiliyində birmənalı şəkildə əks olunmuş dərəcədə nəzərdən 
keçirir. Burada "Avropa İttifaqının fəaliyyəti haqqında" Müqavilənin 78-ci maddəsində  "Qaçqınların statusu 
haqqında" 1951-ci il Cenevrə Konvensiyasına birmənalı şəkildə istinad olunduğunu misal kimi göstərmək olar. 
Əlbəttə ki, Avropa dövlətləri tərəfdar çıxdıqları bütün müqavilələr üzrə öz üzərilərinə götürdükləri öhdəliklərə 
sadiq qalmaqdadırlar. Bu kontekstdə tətbiq edilən beynəlxalq hüquq sənədləri Əlavə 4-də sadalanır. 
 
Bu vəsait Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İttifaqı qanunvericiliyi ilə müəyyən edilmiş iki hüquq 
sisteminin  rolunu  qısa  şəkildə  izah  edən  giriş  hissəsindən  və  aşağıda  verilmiş  məsələləri  nəzərdən  keçirən 
doqquz fəsildən ibarətdir: 
 

 
Əraziyə buraxılma və müvafiq prosedurlardan istifadə; 

 
Status və əlaqədar sənədlər

 
Sığınacağın müəyyənləşdirilməsi və çıxarılmanı qadağan edən hallar: əsas məsələlər; 

 
Sığınacaq və geri qaytarılma işlərində prosedur təminatlar və hüquqi dəstək

 
Şəxsi həyat,  ailə həyatı və nikah hüququ

 
Saxlanılma və hərəkət etmək azadlığının məhdudlaşdırılması; 

 
Məcburi geri qaytarılma və çıxarılma məsələləri; 

 
İqtisadi və sosial hüquqlar

 
Xüsusi ehtiyacları olan şəxslər. 
 
Hər fəsil digər mövzulara və fəsillərə çarpaz istinadlar etməklə konkret bir mövzunu əhatə edərək tətbiq edilən 
hər  bir  hüquqi  çərçivənin  hərtərəfli  mənimsənilməsi  üçün  şərait  yaradır.  Hər  fəslin  sonunda  müvafiq  əsas 
məqamlar təqdim olunur. 
 
Vəsaitin  elektron  versiyası  sözügedən  iki  Avropa  məhkəməsinin  presedentlərinə  və  Avropa  İttifaqı 
qanunvericiliyinə  hiperəlaqələri  özündə  əks  etdirir.  Avropa  İttifaqının  qanun  mənbələrinə  hiperistinadlar 
oxucunu Avropa qanunlarından ibarət siyahılarla tanış edir ki, o müvafiq işi və ya qanunvericilik aktını Avropa 
İttifaqının istənilən rəsmi dilində nəzərdən keçirə bilər. 
 


13
 
 
Cədvəl 1. Avropa İttifaqı qanunvericiliyinə əsasən üçüncü ölkə vətəndaşlarının kateqoriyaları 
 
 
Avropa İttifaqının hərəkət etmək 
azadlığına dair normalarından irəli gələn 
hüquqlara malik şəxslər 
Avropa İttifaqına üzv olan dövlətlərin vətəndaşlarının ailə 
üzvləri 
Beynəlxalq sazişlərdən irəli gələn 
hüquqlara malik şəxslər 
Avropa İqtisadi Zonası və İsveçrə vətəndaşlarının ailə üzvləri 
 
Türkiyə vətəndaşları və onların ailə üzvləri 
 
Avropa İttifaqı ilə ikitərəfli və ya çoxtərəfli sazişlər bağlamış 
ölkələrin (100-dən çox ölkənin) vətəndaşları 
Qısa və uzunmüddətli immiqrantlar 
Üçüncü ölkə vətəndaşı olan zəmanətçinin ailə üzvləri 
 
Uzunmüddətli yaşayış icazəsi olanlar 
 
Mavi Kart sahibləri və onların ailə üzvləri 
 
Ezam olunmuş işçilər 
 
Elmi işçilər 
 
Tələbələr 
 
Mövsümi işçilər 
 
Şirkət daxilində ezam olunmuş işçilər 
Himayə ehtiyacı olan şəxslər 
Sığınacaq axtaranlar 
 
Əlavə himayədən faydalanan şəxslər 
 
Müvəqqəti himayədən faydalanan şəxslər 
 
Qaçqınlar 
 
İnsan alveri qurbanları 
Qeyri-qanuni vəziyyətdə olan miqrantlar 
Avropa İttifaqı ərazisində qeyri-qanuni qalan üçüncü ölkə 
vətəndaşları 
 
Avropa İttifaqı ərazisində qeyri-qanuni qalan və çıxarılmaları 
təxirə salınmış üçüncü ölkə vətəndaşları 
 
 
Qeyd: 2013-cü ilin dekabr ayı üçün Avropa İttifaqı qanunvericiliyinə əsasən barələrində yekun qərar çıxarılmamış kateqoriyalar 
cədvəldə kursivlə verilir. 
 
Mənbə: Fundamental  Hüquqlar üzrə Avropa İttifaqı Agentliyi, 2013-cü il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə