Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə5/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   2   3   4   5   6   7   8   9   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
10
 
Frontex
 
Avropa  İttifaqı  Üzv  Dövlətlərinin  Xarici  Sərhədlərində  Əməliyyat  Əməkdaşlığının  İdarə 
olunması üzrə Avropa Agentliyi (Avropa İttifaqının Sərhəd Təhlükəsizliyi Agentliyi) 
 
MSHBP
 
"Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Pakt 
 
İSMHBP
 
 
"İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Pakt 
 
ÇSMQ 
 
Çevik Sərhəd Müdaxilə Qrupları 
 
DAXİK
 
"Dənizdə axtarış və xilasetmə işləri haqqında" Konvensiya
 
 
DİHMBP
 
 
"Dənizdə insan həyatının mühafizəsinə dair" Beynəlxalq Konvensiya
 
 
ŞİS
 
Şengen İnformasiya Sistemi 
 
BMTKMAM
   
Birləşmiş Millətlər Təşkilatının Kosovodakı Müvəqqəti Administrasiya Missiyası 
 
BMTYDAF
 
Birləşmiş  Millətlər  Təşkilatının  Yaxın  Şərqdə  Fələstin  Qaçqınları  üçün  Yardım  və  Dəstək  
Agentliyi 
 
BMTUHK
 
 
Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" Konvensiyası 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


11
 
VƏSAİTLƏ ÜMUMİ TANIŞLIQ 
 
Bu  vəsait  Avropa  İttifaqı  qanunvericiliyi  və  Avropa  İnsan  Hüquqları  Konvensiyası  kontekstində  sığınacaq, 
sərhəd idarəçiliyi və immiqrasiya məsələləri ilə əlaqədar tətbiq edilən qanunların icmalını təqdim edir. Burada 
adətən Avropa İttifaqında üçüncü ölkə vətəndaşları kimi qəbul olunan əcnəbilərin vəziyyəti nəzərdən keçirilir
baxmayaraq ki, sözügedən Konvensiyada bu cür fərqləndirmə münasib hesab edilmir. 
 
Vəsaitdə  Avropa  İttifaqı  vətəndaşlarının  və  ya  Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən  Avropa  İttifaqının 
ərazisinə sərbəst gəlmək və bu ərazidə sərbəst hərəkət etmək hüququna malik İslandiya, Lixtenşteyn, Norveç 
və  İsveçrə  vətəndaşlarının hüquqlarından  bəhs  edilmir.  Yalnız  zərurət  yarandıqda  üçüncü ölkə  vətəndaşları 
olan  ailə  üzvlərinin  vəziyyətini  izah  etmək  üçün  əvvəlki  cümlədə  qeyd  olunmuş  vətəndaşlardan  ibarət 
kateqoriyalara istinad ediləcək. 
 
Bununla belə, Avropa İttifaqı qanunvericiliyinə əsasən Avropa İttifaqının üzv dövlətləri ilə əlaqələrdən və ya 
xüsusi  himayə  ehtiyacının  olub-olmamasından  asılı  olaraq  müxtəlif  hüquqlara  malik  üçüncü  ölkə 
vətəndaşlarının 20 fərqli kateqoriyası mövcuddur. Avropa İttifaqı qanunvericiliyi onlardan bəziləri, məsələn, 
sığınacaq  axtaranlar  üçün  müfəssəl  qaydalar  nəzərdə  tutduğu  bir  halda  digərləri,  məsələn,  tələbələr  üçün 
yalnız  bəzi  aspektləri  tənzimləyərək  digər  hüquqların  təmin  edilməsi  məsələsini  Avropa  İttifaqına  üzv  olan 
müvafiq dövlətin ixtiyarına verir. Ümumilikdə götürəndə Avropa İttifaqı ərazisində yaşamaq icazəsi əldə etmiş 
üçüncü  ölkə  vətəndaşları  burada  müvəqqəti  olanlarla  müqayisədə  daha  müfəssəl  hüquqlara  malikdirlər. 
Avropa İttifaqı qanunvericiliyinə  əsasən üçüncü ölkə vətəndaşlarından ibarət müxtəlif kateqoriyaların geniş 
xülasəsi Cədvəl 1-də təqdim olunur. 
 
Vəsait sığınacaq, sərhəd və miqrasiya hüququ sahəsində ixtisaslaşmamış praktiki işçilərə köməklik göstərməklə 
yanaşı, vəkillər, hakimlər, prokurorlar, sərhədçilər, miqrasiya xidməti əməkdaşlarının, həmçinin bu mövzulara 
aid  suallarla  rastlaşan  dövlət  orqanlarının,  qeyri-hökumət  təşkilatlarının  və  digər  qurumların  işçiləri  üçün 
nəzərdə tutulur. Vəsait sözügedən tematik sahələrlə əlaqədar Avropa İttifaqı qanunvericiliyinə və Avropa İnsan 
Hüquqları  Konvensiyasına  ilk  istinad  mənbəyi  rolunu  oynayaraq  hər  bir  müvafiq  məsələnin  Avropa  İttifaqı 
qanunvericiliyinə,  həmçinin  Avropa  İnsan  Hüquqları  Konvensiyasına,  Avropa  Sosial  Xartiyasına  və  Avropa 
Şurasının aidiyyəti sənədlərinə əsasən necə tənzimləndiyini izah edir. Hər bir fəsildə ilk olaraq Avropanın iki 
ayrı hüquq sisteminə əsasən tətbiq edilən qanun normalarının ümumiləşdirilmiş cədvəli təqdim olunur. Sonra 
müvafiq fəsildə nəzərdən keçirilən mövzu ilə əlaqədar tətbiq edilə biləcək həmin Avropa sistemlərinin müvafiq 
qanunları bir-birinin ardınca verilir. Bu, oxucuya iki hüquq sisteminin hansı məqamda üst-üstə düşdüyünü və 
harada fərqləndiyini görmək imkanı verir. 
 
Avropa  İttifaqına  üzv  olmayan,  lakin  Avropa  Şurasının  üzvü  olan  və  bununla  da  Avropa  İnsan  Hüquqları 
Konvensiyasının  tərəflərindən  olan  dövlətlərin  praktiki  işçiləri  birbaşa  həmin  Konvensiyaya  aid  bölmələri 
nəzərdən  keçirərək  öz  ölkələrinə  aidiyyəti  olan  informasiya  ilə  tanış  ola  bilərlər.  Avropa  İttifaqının  üzv 
dövlətləri sözügedən iki sistemdən irəli gələn öhdəlikləri öz üzərinə götürdüklərindən bu dövlətlərin praktiki 
işçiləri bölmələrin ikisindən də istifadə etməli olacaqlar. Hər hansı bir konkret məsələ ilə əlaqədar daha ətraflı 
informasiyaya ehtiyacı olan şəxslər daha da ixtisaslaşdırılmış materiallarla tanış olmaq üçün vəsaitin "Əlavə 
ədəbiyyat" hissəsində verilən ədəbiyyat siyahısına baxa bilərlər. 
 
Vəsaitdə  nəzərdən  keçirilən  hər  mövzu  ilə  əlaqədar  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  müddəaları 
Avropa İnsan Hüquqları Məhkəməsində baxılmış seçmə işlərə qısa istinadlar etməklə təqdim olunur. Bu işlər 
mövcud  miqrasiya  məsələləri  ilə  bağlı  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  tərəfindən  çıxarılmış  çoxsaylı 
qərardadlar və qərarlar sırasından seçilmişdi. 
 
2009-cu  ilədək  Avropa  Ədalət  Məhkəməsi  adlandırılan  Avropa  İttifaqı  Ədalət  Məhkəməsinin  presedent 
hüququnda təfsir olunduğu kimi, Avropa İttifaqı qanunvericiliyinə tətbiq edilmiş qanunvericilik tədbirlərində, 
əlaqədar müqavilələrin müvafiq müddəalarında və konkret olaraq Avropa İttifaqının Fundamental  Hüquqlar 
Xartiyasında rast gəlinir. 
 
Bu vəsaitdə təsvir olunan və ya istinad edilən presedent hüququ həm Avropa İnsan Hüquqları, həm də Avropa 
İttifaqı  Ədalət  Məhkəmələrinin  presedent  hüququnun  vacib  hissələrinə  aid  nümunələri  özündə  əks  etdirir. 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə