Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə8/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   4   5   6   7   8   9   10   11   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
16
 
İslandiya, Lixtenşteyn və Norveçlə əlaqədar təfsir etmək səlahiyyətinə malikdir. Bu məhkəmə orqanı Avropa 
İttifaqının  Ədalət  Məhkəməsinə  oxşar  bir  modeldə  qurulub  və  öz  presedent  hüququna  əməl  etməkdə 
meyllidir. 
 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən  Türkiyə  vətəndaşları  da  imtiyazlı    bir  vəziyyətdə  ola  bilərlər.  Onlar 
Avropa İttifaqına gəlmək və ya Avropa İttifaqında hərəkət etmək azadlığına tam şəkildə malik deyillər. Lakin 
1963-cü ildə  Avropa İqtisadi Birliyi ilə Türkiyə arasında Əməkdaşlıq Sazişi (Ankara Sazişi) bağlanmışdır və 1970-
ci  ildə  əlavə  protokol  (Ankara  Sazişinə  dair  Əlavə  Protokol)
7
  qəbul  edilmişdi.  Bunun  nəticəsində  Avropa 
İttifaqına  işləmək  və  ya  işə  düzəlmək  məqsədi  ilə  gəlmək  icazəsi  olan  Türkiyə  vətəndaşları  müəyyən 
imtiyazlardan  faydalanaraq  burada  yaşamaq  hüququna  malikdirlər  və  ölkədən  çıxarılmadan  müdafiə 
olunurlar.  Onlar  Ankara  Sazişinə  dair  Əlavə  Protokolun  41-ci  maddəsinin  "status-kvo"  müddəasından  da 
faydalanırlar.  Bu  maddə  qüvvəyə  mindiyi  zaman  Avropa  İttifaqının  üzv  dövlətləri  üçün  mövcud  olan 
məhdudiyyətlərdən  daha  çox  məhdudiyyətin  Türkiyə  vətəndaşlarına  qarşı  tətbiq  edilməsinin  qarşısını  alır. 
Avropa İttifaqı bir neçə başqa ölkə ilə müvafiq sazişlər imzalasa da (Fəsil 8, bölmə 8.2.6-ya baxın), onlardan 
heç biri Ankara Sazişi kimi çoxşaxəli deyil. 
 
Maastrixt  Müqaviləsi  1993-cü  ildə  qüvvəyə  minərək  Avropa  İttifaqı  vətəndaşlığı  anlayışını  tətbiq  etsə  də 
əlaqədar  şəxsin  İttifaqa  üzv  olan  dövlətlərdən  birinə  vətəndaşlıq  mənsubiyyətini  nəzərdə  tutur.  Bu  anlayış 
Avropa  İttifaqına  üzv  olan  dövlətin  vətəndaşının  və  vətəndaşlığından  asılı  olmayaraq  onunailə  üzvlərinin 
hərəkət etmək azadlığının təmin edilməsi üçün geniş şəkildə istifadə olunur. 
 
1985-ci  ildə  imzalanmış 
Şengen  Müqaviləsi
  bu  Müqavilənin  iştirakçısı olan  Avropa  İttifaqının  üzv  dövlətləri 
arasındakı  daxili  sərhədlərdə  sərhəd  nəzarətinin  ləğv  edilməsinə  gətirib  çıxarmışdır.  Şengen  zonasına  daxil 
olma prosesini tənzimləyən xarici sərhəd nəzarəti prosedurlarının tətbiqi üzrə kompleks sistemin mövcudluğu 
1995-ci ilədək təmin edilmişdir. 1997-ci ildə artıq beynəlxalq səviyyədə idarə olunan Şengen sistemi Avropa 
İttifaqının hüquq sisteminin bir hissəsinə çevrilmişdir. Şengen sistemi öz inkişaf yolunu davam etdirərək sərhəd 
idarəçiliyinə dair Avropa İttifaqı normalarını özündə cəmləşdirən Şengen Sərhəd Məcəlləsi timsalında daha da 
təkmilləşmişdir. Avropa İttifaqının xarici sərhədlərinin idarə olunması sahəsində İttifaqa üzv olan dövlətlərə 
kömək göstərmək məqsədi ilə 2004-cü ildə Avropa İttifaqının "Frontex" Agentliyi yaradılmışdır. 
 
1957-ci ildə Roma Müqaviləsinin imzalanmasından etibarən bu Müqaviləyə edilən ardıcıl düzəlişlər hal-hazırda 
Avropa  İttifaqı  adlandırılan  Avropa  Birliklərinin  miqrasiya  məsələləri  ilə  əlaqədar  səlahiyyətlərini 
genişləndirmişdir.  Amsterdam  Müqaviləsi  isə  viza  və  geri  qaytarılma  məsələləri  də  daxil  olmaqla  sərhəd 
nəzarəti,  immiqrasiya  və  sığınacaq  sahəsində  Avropa İttifaqına  yeni  səlahiyyətlər  vermişdir.  Lissabon  Sazişi 
vasitəsi ilə Avropa İttifaqının üçüncü ölkə vətəndaşlarının inteqrasiyası sahəsində yeni səlahiyyətlərlə təmin 
edilməsi bu prosesin kulminasiya nöqtəsi hesab olunur. 
 
Avropa İttifaqında sığınacaqla bağlı demək olar ki, bütün məsələləri tənzimləyən hökümətlərarası sazişlərdən, 
əsasnamələrdən və direktivlərdən ibarət Avropa İttifaqının sığınacaq qanunvericiliyi məhz yuxarıda sadalanan 
dəyişikliklər fonunda öz inkişaf yolunu davam etdirməkdədir. Lakin Avropa İttifaqının heç də bütün üzvləri bu 
qanunvericiliyin bütün elementləri üzrə öhdəlikləri öz üzərinə götürməyib (Əlavə 1-ə baxın). 
 
Keçmiş  on  il  ərzində  Avropa  İttifaqı  müəyyən  kateqoriyalara  aid  şəxslərin  Avropa  İttifaqına  miqrasiyası  ilə 
əlaqədar  qanunvericilik  bazası  işləyib  hazırlayaraq  İttifaq  ərazisində  qanuni  əsaslarla  yaşayan  üçüncü  ölkə 
vətəndaşlarına aid qaydaları qəbul etmişdir (Əlavə 1-ə baxın). 
 
Avropa  İttifaqı  müqavilələrinə  əsasən  Avropa  İttifaqı  2009-cu  ilin  dekabr  ayında  Lissabon  Sazişi  qüvvəyə 
minənədək  Avropa  Ədalət  Məhkəməsi  kimi  tanınan  öz  məhkəmə  orqanını  təsis  etmiş  və  həmin  tarixdən 
etibarən bu məhkəmə Avropa İttifaqı Ədalət Məhkəməsi adlandırılmağa başlanmışdır.
8
 Avropa İttifaqı Ədalət 
Məhkəməsinə bir sıra səlahiyyətlər həvalə olunur. Bir tərəfdən bu məhkəmə Avropa İttifaqı aktlarının hüquqi 
qüvvəsi, Avropa İttifaqı qanunvericiliyinə və  beynəlxalq qanunvericiliyə əsasən Avropa İttifaqı təsisatlarının 
hərəkətsizliyi,  həmçinin  Avropa  İttifaqı  dövlətləri  tərəfindən  Avropa  İttifaqı  qanunvericiliyinin  pozulması 
                                                
7
 
Avropa İqtisadi Birliyi ilə
 Türkiy
ə
 
arasında 1970
-
ci ilin noyabr ayında imzalanmış 
(Additional  Protocol)
 
Ə
lav
ə
 Protokolla (OJ 1972 L 293) 
tamamlanan Əməkdaşlıq Sazişi (Ankara Sazişi, 1963) (OJ No. 217, 29 dekabr 1964
-cü il). 
8
 Bu v
ə
saitd
ə
 2009-cu il
ə
d
ə
k q
ərardadları və
 q
ərarları qə
bul ed
ən Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
si h
ə
min tarixd
ə
n etibar
ə
n is
ə
 
Avropa İttifaqı 
Ə
dal
ə
t M
ə
hk
ə
m
ə
si qeyd olunacaq. 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə