Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə12/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   8   9   10   11   12   13   14   15   ...   128

23
 
1.1.
 
Şengen viza rejimi 
 
Avropa İttifaqının və Şengen zonasına üzv olan ölkələrin vətəndaşları və onların ailə üzvləri Avropa İttifaqına 
üzv olan dövlətlərin ərazisinə ilkin icazə əldə etmədən gələ bilərlər. Onlara qarşı yalnız ictimai asayişin, dövlət 
təhlükəsizliyinin və sağlamlığın qorunması səbəbləri ilə müəyyən istisnalar tətbiq edilə bilər.  
 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən 
Viza  siyahısı  Əsasnaməsinin
  (düzəlişləri  özündə  əks  etdirən 
(EC)539/2001 saylı Əsasnamə) Əlavə 1-də sadalanan ölkələrin vətəndaşları Avropa İttifaqı ərazisinə gəlməzdən 
əvvəl əldə etdikləri viza əsasında buraxıla bilərlər. Bu Əsasnamənin sözügedən Əlavəsində mütəmadi olaraq 
düzəlişlər aparılır. Avropa Komissiyasının internet səhifəsi Şengen zonasının ən son xəritəsi ilə birgə bu əraziyə 
gəlmək  üçün  viza  tələblərini  özündə  əks  etdirir.
19
  "Status-kvo"  müddəasının  qüvvəyə  minməsi  zamanı  viza 
tələblərinin şamil olunmadığı Türkiyə vətəndaşlarına qarşı Avropa İttifaqının üzv dövlətlərində viza tələbləri 
tətbiq edilə bilməz.
20
 
 
 
 
 
Qısaüddətli viza üçün müraciət edənlər haqqında şəxsi informasiya konsulluqları və xarici sərhəddəki buraxılış 
məntəqələrini  birləşdirən  mərkəzləşdirilmiş  İT  sistemindən  ibarət  Viza  İnformasiya  Sistemində  saxlanılır 
(
(EC)81/2009 saylı Əsasnamə
 əsasında dəyişdirilmiş 
(EC)767/2008 saylı VİS Əsasnaməsi
). 
 
Şengen zonasına daxil olan dövlətlərə müddəti üç ayadək olan səfərlər 
Viza Məcəlləsi
 ilə (düzəlişləri özündə 
əks  etdirən  (EC)810/2009  saylı  Əsasnamə)  tənzimlənir.  Bundan  fərqli  olaraq  daha  uzunmüddətli  səfərlərin 
                                                
19
 
Avropa Komissiyası Baş Daxili İşlər İdarə
sinin Viza Siyas
əti Şöbə
si: 
http://ec.europa.eu/dgs/home-affairs/what-we-do/policies/borders-
and-visas/schengen/index_en.htm.
 
20
 Söhb
ət Ankara Sazişinə
 
dair Əlavə
 Protokolun 
(Additional Protocol to the Ankara Agreement)
 41-ci madd
ə
sind
ə
n gedir, OJ 1972 L 293. 


Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
24
 
tənzimlənməsi  müvafiq  dövlət  tərəfindən  öz  qanunvericiliyi  əsasında  həyata  keçirilir. 
Viza  siyahısı 
Əsasnaməsinə
 ((EC)539/2001) uyğun olaraq  mütləq qaydada qısamüddətli viza almaq tələbindən azad edilmiş 
üçüncü ölkə vətəndaşları Şengen zonası dövlətlərinə uzunmüddətli səfərlər etməzdən əvvəl müvafiq viza üçün 
müraciət edə bilərlər. Tələb olunan bütün növ vizalar səfərdən əvvəl əldə olunmalıdır. Bu tələb yalnız xüsusi 
kateqoriyalara aid üçüncü ölkə vətəndaşlarına şamil olunmur. 
 
 
"Şengen  Müqaviləsinin  icra  edilməsi  haqqında"  Konvensiyanın
22
  21-ci  maddəsinə  əsasən  Şengen  zonası 
dövlətlərinin  vahid  vizasına  malik  olan  və  Şengen  dövlətinin  ərazisinə  qanuni  əsaslarla  gəlmiş  üçüncü  ölkə 
vətəndaşları  vizaları  etibarlı  olduğu  müddət  ərzində  bütün  Şengen  zonasında  sərbəst  hərəkət  edə  bilərlər. 
Həmin maddəyə uyğun olaraq müvafiq yol sənədlərinə əlavə olunan yaşayış icazəsi müəyyən hallarda vizanı 
əvəz  edə  bilər. 
(EC)1030/2002  saylı  Əsasnamə
  yaşayış  icazəsinin  vahid  formasını  təsdiq  edir.
23
  Viza 
tələblərindən azad olunan əcnəbilər Şengen ərazisinə gəlmək tələblərinə əməl etmək şərti ilə bu əraziyə ilk 
dəfə gəldikləri gündən sonrakı altı ayın maksimum üç ayını burada sərbəst hərəkət edə bilərlər. 
 
Şengen  Sərhəd  Məcəlləsi
  (
(EU)1051/2013  saylı  Əsasnamə
  əsasında  dəyişdirilmiş  (EC)562/2006  saylı 
Əsasnamə) müstəsna halları çıxmaq şərti ilə daxili sərhədlərdə nəzarətin həyata keçirilməsini qadağan edir. 
Avropa  İttifaqı  Ədalət  Məhkəməsi  dövlətlərin  daxili  sərhədlərdə  sərhəd  yoxlamaları  gücünə  malik  nəzarət 
tədbirləri  keçirmək  icazəsinə  malik  olmamaları  barədə  qərar  çıxarmışdır.
24
  Şengen  daxili  sərhədlərində 
nəzarətə, o cümlədən, elektron vasitələrlə nəzarətə icazə, bu cür nəzarətin intensivliyi və tezliyi ilə əlaqədar 
müəyyən məhdudiyyətlər tətbiq etməklə, qanunsuz yaşama hallarına dair mövcud dəlillər əsasında verilir.
25
 
 
1.2.
 
İcazəsiz gəlmənin qarşısının alınması 
 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən  Avropa  İttifaqı  ərazisinə  icazəsiz  gəlmənin  qarşısını  almaq  üçün 
müvafiq tədbirlər həyata keçirilmişdir. 
Sərnişin daşıyıcılarına qarşı sanksiyalar Direktivi
 (2001/51/EC) Avropa 
İttifaqına sənədsiz miqrantları gətirənlərə qarşı sanksiyalar nəzərdə tutur. 
 
Vasitəçilik əleyhinə Direktiv
 (2002/90/EC) icazəsiz gəlmə, tranzit və yaşama anlayışlarını özündə əks etdirir və 
bu cür hüquqpozmalarının törədilməsinə şərait yaradanlara qarşı sanksiyalar nəzərdə tutur. Həmin sanksiyalar 
səmərəli,  mütənasib  və  daşındırıcı  olmalıdır  (Direktivin  3-cü  maddəsi).  Avropa  İttifaqının  üzv  dövlətləri  
humanitar yardımla bağlı sanksiyalar qəbul etməyəbilərlər, amma bunu etmək məcburiyyətində də deyillər.  
(Direktivin 1(2)-ci maddəsi). 
                                                
21
R
əhmanyan Kuşkakinin Almaniyaya qarşı
 
(Rahmanian Koushkaki v. Bundesrepublik Deutschland)
 
Avropa İttifaqı Ədalə

M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
84/12 saylı, 19 dekabr 2013
-
cü il tarixli işi.
 
22
Benilüks İqtisadi İttifaqı dövlə
tl
ərinin, Almaniya Federativ Respublikasının və
 Fransa Resp
ublikasının hökumə
tl
əri arasında "Ümumi 
s
ə
rh
ə
dl
ə
rd
ə
 
yoxlamaların tə
dric
ə
n l
əğv edilmə
sin
ə
 
dair” 
14 iyun 1985-
ci il tarixli Şengen Müqavilə
sinin icra edilm
əsi haqqında 
Konvensiya  
(Convention implementing the Schengen Agreement)

23
 Üçüncü ölk
ə
 v
ə
t
əndaşları üçün yaşayış icazə
l
ərinin vahid formasını tə
sdiq ed
ə
n v
ə
 
380/2008/EC saylı Əsasnamə
 (OJ L 115/1) 
əsasında 
d
əyişdirilmiş  Avropa İttifaqı Şurasının (EC)1030/2001 saylı 
(Council Regulation (EC) No. 1030/2002)
, 13 iyun 2002-
ci il tarixli Əsasnamə
si 
(Regulation (EC) No. 380/2008/EC)
, OJ 2008 L 115/1. 
24
Ə
ziz M
ə
lkinin v
ə
 S
ə
lim Abdelinin 
(Aziz Melki and Selim Abdeli)
 
[GC] 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-188/10 v
ə
 C-189/10 [2010 
ECR I-05667] 
saylı işlə
rinin 74-
cü paraqrafı

25
Atiqulla Adilin Minister voor Immigratie, Integratie en Asiel-
ə
 
qarşı
 
(Atiqullah Adil v. Minister voor Immigratie, Integratie en Asiel)
 
Avropa 
İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
278/12 PPU saylı, 19 iyul 2012
-
ci il tarixli işi
 
Misal: Kuşkakinin işində
21
  Avropa İttifaqı Ədalət  Məhkəməsi tətbiq olunmuş 
Viza Məcəlləsində
  sadalanan 
rədd cavabları üçün əsaslardan birinin mövcud olmadığı təqdirdə üzv dövlətin müvafiq orqanlarının ərizəçiyə 
"Şengen  vizasının"  rəsmiləşdirilməsində  rədd  cavabı  vermək  icazəsinə  malik  olmaması  barədə  qərar 
çıxarmışdı.  Dövlət  orqanları  vizanın  verilib-verilməməsi  məsələsinin  təsdiq  olunması  üçün  geniş 
səlahiyyətlərə  malikdir.  Ərizəçinin  viza  müddəti  başa  çatmazdan  əvvəl  üzv  dövlətin  ərazisini  tərk  etmək 
niyyətində  olmaması  ilə  əlaqədar  əsaslı  şübhələr  mövcud  olduqda  ərizəçiyə  həmin  vizanın 
rəsmiləşdirilməsində  rədd cavabı verilməlidir. Belə  bir niyyətlə  əlaqədar əsaslı şübhələrin olub-olmadığını 
müəyyən  etmək  üçün  müvafiq  üzv  dövlətin  səlahiyyətli  orqanları  ərizəçinin  yaşadığı  ölkədəki  ümumi 
vəziyyəti və onun şəxsi xarakteristikalarını, o cümlədən, ailə və sosial-iqtisadi vəziyyətini, üzv dövlətlərdən 
birində əvvəllər qalıb-qalmadığını, yaşadığı ölkədə və üzv dövlətdəki şəxsi əlaqələrini nəzərəalmaqla təqdim 
olunmuş viza ərizəsinin fərdi qaydada yoxlanmasını həyata keçirməlidir. 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə