Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə7/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   2   3   4   5   6   7   8   9   10   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
14
 
 
 
 
Vəsaitin "Giriş" hissəsində miqrasiya proseslərini tənzimləyən iki Avropa hüquq sisteminin rolu qısa şəkildə 
izah olunacaq.  
 
Avropa Şurasının hüquq sisteminə edilən bütün istinadlar fəsil 8-də təqdim olunan Avropa Sosial Xartiyasını 
çıxmaq şərti ilə ilk növbədə Avropa İnsan Hüquqları Konvensiyası ilə və Avropa İnsan Hüquqları Məhkəməsi 
tərəfindən  inkişaf  etdirilmiş  presedent  hüququ  ilə  əlaqədardır.  Bu  hissədə  Avropa  İttifaqı  qanunvericiliyi 
əsasən  müvafiq  əsasnamələr  və  direktivlər,  həmçinin  Avropa  İttifaqının  Fundamental    Hüquqlar  Xartiyası 
vasitəsi ilə təqdim olunur. 
 
Avropa Şurası 
 
Avropa Şurası İkinci Dünya Müharibəsindən sonra Avropa dövlətlərini bir araya gətirmək, qanunun aliliyini, 
demokratiyanı, insan hüquqlarını və sosial inkişafı təşviq etmək məqsədi ilə yaradılmışdır. 1950-ci ildə Avropa 
Şurası bu məqsədə nail olmaq üçün Avropa İnsan Hüquqları Konvensiyasını qəbul etmişdir. Dövlətlərin Avropa 
İnsan  Hüquqları  Konvensiyasından  irəli  gələn  öhdəliklərə  riayət  etməsini  təmin  etmək  məqsədi  ilə  həmin 
Konvensiyanın 19-cu maddəsinə əsasən Avropa İnsan Hüquqları Məhkəməsi və keçmiş İnsan Hüquqları üzrə 
Avropa Komissiyası yaradılmışdı. Avropa İnsan Hüquqları Məhkəməsi Konvensiyanın pozulduğunu iddia edən 
fiziki  şəxslərin,  fiziki  şəxslərdən  ibarət  qrupların,  qeyri-hökumət  təşkilatlarının  və  ya  hüquqi  şəxslərin 
şikayətlərinə baxmaqla müvafiq öhdəliklərə riayət edilməsini təmin edir. 2013-cü ilin dekabr ayından Avropa 
Şurasına  47  dövlət  üzvdür  ki,  onlardan  da  28-i  eyni  zamanda  Avropa  İttifaqının  da  üzvüdür.  Bəzi  xüsusi 
məqamları çıxmaq şərti ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edənlərin 47 üzv dövlətdən birinin 
vətəndaşı  və  ya  ərazisində  qanuni  əsaslarla  yaşayan  əcnəbi  olması  tələb  edilmir.  Avropa  İnsan  Hüquqları 
Məhkəməsi Avropa Şurasına üzv olan bir və ya bir neçə dövlət tərəfindən digər üzv dövlətə qarşı şikayət ərizəsi 
ilə bağlı dövlətlərarası işlərə də baxa bilər. 
 
Avropa  İnsan  Hüquqları  Konvensiyası  əcnəbiləri  birmənalı  şəkildə  nəzərə  alan  və  ya  vətəndaşların  və  ölkə 
ərazisində  qanuni  əsaslarla  yaşayan  əcnəbilərin  müəyyən  hüquqlarını  məhdudlaşdıran  bir  neçə  müddəanı 
özündə əks etdirir (məsələn, Konvensiyaya dair 4 saylı Protokolun 2, 3 və 4-cü maddələri və 7 saylı Protokolun 
1-ci  maddəsi).  Miqrasiya  məsələləri  Avropa  İnsan  Hüquqları  Məhkəməsinin  presedent  hüququnun  böyük 
əksəriyyətini  təşkil  etdiyindən  həmin  presedentlərdən  seçmələr  bu  vəsaitdə  misal  kimi  təqdim  olunur. 
Presedentlər əsasən Konvensiyanın 3, 5, 8 və 13-cü maddələri ilə əlaqədardır. 
 
Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci maddəsi dövlətlərdən "onların  yurisdiksiyasında olan hər kəsin"  
bu  Konvensiyada müəyyən olunmuş hüquqlarının "təmin edilməsini" tələb edir. "Hər kəs" dedikdə, əcnəbilər 
də nəzərdə tutulur və müəyyən konkret işlərdə "yurisdiksiya" anlayışı bir dövlətin ərazisindən kənara da çıxa 
bilər. Avropa İnsan Hüquqları Konvensiyasına tərəfdar çıxmış dövlət bu Konvensiyanın 1-ci maddəsinə uyğun 
olaraq öz qurumlarının bütün əməllərinə və hüquqazidd hərəkətlərinə görə məsuliyyət daşıyır baxmayaraq ki, 
müvafiq əməl və ya xəta milli qanunun tətbiqi nəticəsində baş vermişdir, yaxud beynəlxalq hüquqi öhdəliklərə 
riayət etmə zərurətindən irəli gəlir.
1
 
 
Avropa  İnsan  Hüquqları  Konvensiyasının  13-cü  maddəsi  dövlətlərdən  bu  Konvensiyaya  əsasən  edilmiş 
şikayətlərə  görə  səmərəli  milli  hüquqi  müdafiə  vasitələrinin  təmin  edilməsini  tələb  edir.  İşin  milli  icra 
hakimiyyəti  orqanlarına  həvalə  edilməsi  prinsipi  Avropa  İnsan  Hüquqları  Konvensiyasından  irəli  gələn 
öhdəliklərə  uyğunluğu  təmin  etmək  məsuliyyətini  ilk  növbədə  dövlətlərin  üzərinə  qoyaraq  Avropa  İnsan 
Hüquqları Məhkəməsinə müraciət etməni ən son çıxış yolu kimi nəzərdə tutur. 
 
                                                
1
Metyuzun Birl
əşmiş Krallığa qarşı 
(Matthews v. the United Kingdom)
 
[GC] 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 24833/94, ECHR 
1999-
I saylı işinin 32
-
ci paraqrafı; 
Bosforus 
Hava Yolları Turizm veTicarət Anonim Şirkətinin İrlandiyaya qarşı
 
(Bosphorus
 
Hava Yolla
rı 
Turizm ve Ticaret Anonim Şirketi v. Ireland
) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki [GC] 45036/98, ECHR 2005-
VI saylı işinin 153
-cü 
paraqrafı

GİRİŞ
 


15
 
Dövlətlər  səlahiyyətli  şəxslərinin  Avropa  İnsan  Hüquqları  Konvensiyasına  əməl  etmələrini  təmin  etməkdən 
ibarət  beynəlxalq  öhdəliyi  öz  üzərinə  götürür.  Avropa  Şurasına  üzv  olan  bütün  dövlətlərin  Avropa  İnsan 
Hüquqları Konvensiyasını artıq öz milli qanunvericiliyinə daxil etmələri və ya tətbiq etmələri yerli hakimlərdən 
və səlahiyyətli şəxslərdən bu Konvensiyanın müddəalarına uyğun hərəkət etmələrini tələb edir. 
 
Avropa Şurasının 1961-ci ildə qəbul edilmiş və 1996-cı ildə dəyişdirilmiş Avropa Sosial Xartiyası Avropa İnsan 
Hüquqları Konvensiyasının müddəalarını sosial hüquqlar baxımından tamamlayır. 2013-cü ilin dekabr ayı üçün 
Avropa  Şurasına  üzv  olan  47  dövlətdən  43-ü  Avropa  Sosial  Xartiyasını  ratifikasiya  etmişdir.
2
  Avropa  Sosial 
Xartiyası  bu  sənəddən  irəli  gələn  məsələlərin  məhkəmə  yolu  ilə  həllini  nəzərdə  tutmasa  da  milli 
qanunvericiliyin  və  təcrübənin  bu  Xartiyaya  iki  prosedur  çərçivəsində  uyğunluğuna  nəzarət  edən  müstəqil 
ekspertlərdən təşkil olunmuş Sosial Hüquqlar üzrə Avropa Komitəsinin fəaliyyət göstərməsini nəzərdə tutur. 
Həmin prosedurlar bunlardır: tərəfdar dövlətlərin Xartiyanın icra olunmasına dair milli hesabatların müntəzəm 
intervallarla təqdim edilməsini nəzərdə tutan hesabat vermə proseduru və təşkilatlara şikayət etmək hüququ 
verən kollektiv şəkildə şikayət etmə proseduru.
3
 Sosial Hüquqlar üzrə Avropa Komitəsi təqdim olunmuş milli 
hesabatlarla  əlaqədar müvafiq  nəticələr  çıxarır  və  kollektiv  şikayətlərlə  bağlı  qərarlar  qəbul  edir.  Çıxarılmış 
nəticələrdən və qəbul edilmiş qərarlardan bəziləri bu vəsaitdə qeyd olunur. 
 
Avropa İttifaqı 
 
Avropa İttifaqı 28 üzv dövlətdən ibarətdir. Avropa İttifaqı qanunvericiliyi müqavilələrdən və Avropa İttifaqının 
köməkçi qanunlarından təşkil olunub. Məhz bu müqavilələr Avropa İttifaqının bütün üzv dövlətləri tərəfindən 
təsdiq  edilmiş  və  "Avropa  İttifaqının  əsas  qanunları"  adlandırılan  Avropa  İttifaqı  Müqaviləsi  və  "Avropa 
İttifaqının fəaliyyəti haqqında" Müqavilələrdir. Bu müqavilələrə əsasən müvafiq səlahiyyətlərlə təmin edilmiş 
Avropa İttifaqı təsisatları tərəfindən qəbul olunan Avropa İttifaqının əsasnamələri, direktivləri və qərarları bir 
qayda olaraq "Avropa İttifaqının köməkçi qanunları" adlandırılır. 
 
Avropa  İttifaqı  1950-ci  illərdəenerji,  təhlükəsizlik  və  azad  ticarət  məsələlərilə  məşğul  olmaq  məqsədi  ilə 
yaradılan  və kollektiv şəkildə “Avropa Birlikləri” kimi tanınmış 3 beynəlxalq təşkilatın əsasında qurulub. Avropa 
Birliklərinin  əsas  məqsədi,  mal,  sərmayə  insan  və  xidmətlərin  sərbəst  hərəkəti  vasitəsilə  iqtisadi  inkişafın 
stimullaşdırılmasından  ibarət  idi.  Beləliklə,  insanların  sərbəst  hərəkəti  Avropa  İttifaqı  fəaliyyətinin  əsas 
elementidir. İşçilərin hərəkət etmək azadlığına dair ilk, 1968-ci il tarixli Əsasnamə
4
 işçilərin sərbəst hərəkət 
etmələri ilə yanaşı vətəndaşlığından asılı olmayaraq ailə üzvlərini də özləri ilə aparmaq hüququnu tanıyırdı. 
Avropa İttifaqı sosial təminatdan, sosial yardımdan və tibbi xidmətdən çevik istifadəyə, həmçinin ixtisasların 
qarşılıqlı şəkildə tanınmasına dair müddəaları özündə əks etdirən ümumi və köməkçi bir qanunvericilik bazası 
işləyib  hazırlamışdı.  İlk  növbədə  Avropa  İttifaqı  vətəndaşları  üçün  işlənib  hazırlanmış  həmin  qanunvericilik 
bazasının böyük bir hissəsi Avropa İttifaqının vətəndaşı olmayan şəxslərdən ibarət müxtəlif kateqoriyalara da 
şamil olunur. 
 
Avropa İttifaqına üzv olmayan dövlətlərdən, konkret olaraq 1994-cü ildə fəaliyyətə başlamış Avropa İqtisadi 
Zonasının  bir  hissəsi olan  İslandiya,  Lixtenşteyn və  Norveç  vətəndaşları  Avropa İttifaqı vətəndaşları  ilə  eyni 
hərəkət  etmək  azadlığına  malikdirlər.
5
  Eynilə,  1999-cu  il  iyunun  21-də  Avropa  İttifaqı  ilə  bağlanmış  xüsusi 
sazişə
6
əsasən  İsveçrə  vətəndaşları  da  İttifaq  ərazisində  sərbəst  hərəkət  etmək  və  yaşayış  yeri  seçmək 
hüququna malikdirlər. Avropa İttifaqı və Avropa İqtisadi Zonası dövlətləri İsveçrə ilə birlikdə azad ticarətin və 
iqtisadi  inteqrasiyanın  təşviqi  məqsədi  ilə  yaradılmış  hökumətlərarası  təşkilatAvropa  Azad  Ticarət 
Assosiasiyasının üzvləridir. Avropa Azad Ticarət Assosiasiyasının öz təsisatları, o cümlədən, məhkəmə orqanı 
mövcuddur.  Avropa  Azad  Ticarət  Assosiasiyasının  Məhkəməsi  "Avropa  İqtisadi  Zonası  haqqında"  Sazişi 
                                                
2
 32 dövl
ə
t 1996-

 ild
ə
 d
əyişdirilmiş 11 dövlə
t is
ə
 1961-ci ild
ə
 q
əbul edilmiş Xartiya üzrə
 öz üz
ə
rin
ə
 öhd
ə
likl
ə
r götürüb. Avropa Sosial 
Xartiyası dövlə
tl
ə
r
ə
 
yalnız konkret maddə
l
ə
r
ə
 t
ə
r
əfdar olmaq imkanı verir. Əlavə
 3 
(Annex 3)
 
Avropa Sosia
l Xartiyası maddə
l
ə
rinin t
ə
tbiqi 
d
ə
r
ə
c
ə
sinin ümumil
əşdirilmiş xülasə
sini t
ə
qdim edir. 
3
 Hesabat verm
ə
 prosedurundan f
ərqli olaraq şikayə
t etm
ə
 proseduru fakülta
tiv xarakter daşıyır və
 2013-
cü ilin sentyabr ayı üçün Avropa 
Sosial Xartiyasını imzalamış 15 dö
vl
ə
t t
ə
r
ə
find
ə
n q
əbul olunmuşdu.
 
4
 
Avropa İttifaqı Şurasının (EEC) saylı 
(Regulation (EEC) No. 1612/68)
,15 oktyabr 1968-
ci il tarixli Əsasnamə
si. 
5
 
"Avropa İqtisadi Zonası haqqında" 
(Agreement on the European Economic Area)
 
2 may 1992-
ci il tarixli Sazişin "İnsanların, xidmə
tl
ə
rin v
ə
 
s
ə
rmay
ə
l
ə
rin s
ə
rb
ə
st h
ə
r
ə
k
ə
t
i" adlı 3
-cü hiss
ə
si, OJ 1994 L1. 
6
 Bir t
ə
r
ə
fd
ən Avropa İttifaqı və
 
İttifaqa üzv olan dövlə
tl
ə
r dig
ə
r t
ə
r
ə
fd
ə
n is
ə
 
İsveçrə
 
Konfederasiyası 
(Agreement between the European 
Community and its Member States, on the one part, and the SwissConfederation)
 
arasında 1999
-cu il iyunun 21-d
ə
 Lüksemburqda 
imzalanaraq 2002-ci il iyunun 1-d
ə
 qüvv
ə
y
ə
 
minmiş "İnsanların sə
rb
ə
st h
ə
r
ə
k
əti haqqında" Saziş, OJ 2002 L 114/6.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə