Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси
yalan danışırlar. Onlar bu vasitə ilə sadəlövh və tez inanan
şəxsləri aldadıb, öz şəxsi mənafeləri üçün bundan istifadə
etmək istəyirlər. Onlar: “Yaşasın ittifaq, yaşasın ittifaq!”- deyib
qışqırırlarsa bu, əqidə, mənafe, amal və fikircə bir-birinə zidd
olan xalqı aldatmaq üçündür”.
Təsadüfi təsirlər və müvəqqəti həyəcanlar altında, əsassız
olaraq meydana gələn ittifaq möhkəm və həmişəlik ola bilməz.
Belə ittifaq uzun vaxt tələb edən geniş işlərin və eqdamatın öh-
dəsindən gələ bilməz. Mənafe və əqidələr bir-birindən ayrıl-
malıdır.
İrticaçılar yol kəsən quldur taktikasına keçmişlər. Bunlar,
xalq karvanının cilovunu əllərinə alıb, elə bir yol ilə aparırlar
ki, bu yol, karvanı kəmində yatmış quldurların yanına gətirib
çıxarırdı.
Xalqın qiyamı bu nəqşəni (planı) pozdu. Karvana rəhbər-
lik edənlər dayandılar, tələsərək öz cəbhələrini dəyişdilər.
Yolun yarısını öz arzularına müvəffəq getdikləri halda, digər
yarısını xalqın istədiyi yol ilə getməyə hazır olub, birazdan
sonra yeni bir nəqşə hazırlamaq fikrinə düşdülər. Lakin onlar
bunu
bilmir-
lər ki, xalqın qiyamı bir saatlıq deyildir. Ayılmış
bu
xalq bir daha yatmay
acaqdır. O iş başındakıları məcbur
edəcəkdir ki, mənzilə qədər getsin və onun hərəkətləri nəzarət
altında olsun. Bu o vaxta kimi olacaqdır ki, xalq öz arasından
inanılmış adamlar hazırlayıb karvanın ixtiyarını onlara
tapşırsın.
Təbrizdə qiyam etmiş azadixahlar bir çaydan keçib öz
mənzilinə tərəf getmək istəyən bir qoşuna bənzəyirlər. Bu
qoşunun arzusuna mane olmaq istəyən düşmən onu təqib edir.
Bizi arxadan vurmaq istəyən düşmənin nəqşəsini pozmaq üçün
çayın üzərindəki körpüdən keçdikdən sonra, həmin körpünü
xarab et
məliyik ki, düşmən çayın o tayında məəttəl qalsın.
215
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси
Azadixahlıq iddiasında olan ifratçılar bu qiyamın
qabağına düşüb istəyirlər ki, hamıdan tez getsinlər. Onların
bircə fikri vardır: O da daha tez körpüyə çatmaqdır.
Onlar istəyirlər ki, azadixahlardan qabaq körpüyə çatıb
onu dağıtsınlar. Müvəffəqiyyət və nicat yolunu azadixahların
özü
nə bağlasınlar. Lakin onlar bilmirlər ki, bu kimi hiylə və
fitnə ilə demokratları aldada bilməyəcəklər.
(2 ti
r tarixli nitqindən)
“Biz inanırıq ki, azadixahların sarsılmaz əzm və səmi-
miy
yəti ilə müdafiə etdikləri haqq və həqiqət qarşısında hiylə
və fitnələr nəticə verməyəcəkdir. Lakin bununla belə
səngərlərimizi möhkəmlətmək üçün düşmənlərimizi gücsüz
saymamalı və onların qarşısında tədbir görməliyik. Buna görə
də daimi bir ayıqlıq və sayıqlıq, ciddiyyət və mətanətə
ehtiyacımız vardır”.
Keçmişdən dərs almış və parlaq bir gələcək arzulayan
xalq birinci növbədə intizama riayət etməlidir. Həm də
mehriban və məhəbbətlə dolu intizam ki, kütlənin ayrı-ayrı
fərdləri arasında möhkəm bir rabitə yaratsın.
Biz deyirik ki, ölkəmizdə həqiqi bir məşrutiyyət hökm
fərma (fərman verən) olmalı, şəxsi nüfuz və imtiyazlar ləğv
edil
məlidir. Millətin hakimiyyəti bir həqiqət olmalıdır.
Müəssisə və idarələrimiz milliləşdirilməlidir. Yəni müəssisələr
həmin hakimiyyətə əsaslanaraq qurulmalıdır. Biz deyirik:
Ədalət, bərabərlik və azadlıq olsun. Qısa sözlə,
biz öz əsrimizin
övladları olmaq istəyirik.
Biz, bəşəri təkamül qəflətindən
uzun yollar boyu geri qala
bilmərik. Zəmanəsinə ağ olana zaman cəza verəcəkdir.
“Vəzifəmiz intizama riayət etməkdir. Brusilov kimi bir
fərmandehi (göstəriş verən) heç vaxt aldatmaq, intizamdan
kənar etmək, üsyan və tərəddüd yoluna salmaq olmaz. Lakin
ordunun ayrı-ayrı fərdləri düşmən təbliğatına uya bilər. Ona
görə də deyirik: Firqə üzvləri düşmənlərlə görüşdən
216