Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə65/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   59   60   61   62   63   64   65   66   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
yalan  danışırlar.  Onlar  bu  vasitə  ilə  sadəlövh  və  tez  inanan 
şəxsləri  aldadıb,  öz  şəxsi  mənafeləri  üçün  bundan  istifadə 
etmək istəyirlər. Onlar: “Yaşasın ittifaq, yaşasın ittifaq!”- deyib 
qışqırırlarsa bu, əqidə, mənafe, amal və fikircə bir-birinə zidd 
olan xalqı aldatmaq üçündür”. 
Təsadüfi təsirlər və müvəqqəti həyəcanlar altında, əsassız 
olaraq meydana gələn ittifaq möhkəm və həmişəlik ola bilməz. 
Belə ittifaq uzun vaxt tələb edən geniş işlərin və eqdamatın öh-
dəsindən  gələ  bilməz.  Mənafe  və  əqidələr  bir-birindən  ayrıl-
malıdır.  
İrticaçılar yol kəsən quldur taktikasına keçmişlər. Bunlar, 
xalq karvanının cilovunu əllərinə alıb, elə bir  yol ilə aparırlar 
ki,  bu  yol,  karvanı  kəmində  yatmış  quldurların  yanına  gətirib 
çıxarırdı.  
Xalqın qiyamı bu nəqşəni (planı) pozdu. Karvana rəhbər-
lik  edənlər  dayandılar,  tələsərək  öz  cəbhələrini  dəyişdilər. 
Yolun  yarısını  öz  arzularına  müvəffəq  getdikləri  halda,  digər 
yarısını  xalqın  istədiyi  yol  ilə  getməyə  hazır  olub,  birazdan 
sonra  yeni bir nəqşə hazırlamaq fikrinə düşdülər.  Lakin onlar 
bunu bilmir-
lər ki, xalqın qiyamı bir saatlıq deyildir. Ayılmış 
bu xalq bir daha yatmay
acaqdır.  O  iş  başındakıları  məcbur 
edəcəkdir ki, mənzilə qədər getsin və onun hərəkətləri nəzarət 
altında olsun. Bu o vaxta kimi olacaqdır ki, xalq öz arasından 
inanılmış  adamlar  hazırlayıb  karvanın  ixtiyarını  onlara 
tapşırsın.  
Təbrizdə  qiyam  etmiş  azadixahlar bir çaydan keçib öz 
mənzilinə  tərəf  getmək  istəyən  bir  qoşuna  bənzəyirlər.  Bu 
qoşunun arzusuna mane olmaq istəyən düşmən onu təqib edir. 
Bizi arxadan vurmaq istəyən düşmənin nəqşəsini pozmaq üçün 
çayın  üzərindəki  körpüdən  keçdikdən  sonra,  həmin  körpünü 
xarab et
məliyik ki, düşmən çayın o tayında məəttəl qalsın.  
 
 
215 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Azadixahlıq  iddiasında  olan  ifratçılar  bu  qiyamın 
qabağına  düşüb  istəyirlər  ki,  hamıdan  tez  getsinlər.  Onların 
bircə fikri vardır: O da daha tez körpüyə çatmaqdır.  
Onlar  istəyirlər  ki,  azadixahlardan  qabaq  körpüyə  çatıb 
onu  dağıtsınlar.  Müvəffəqiyyət  və  nicat  yolunu  azadixahların 
özü
nə  bağlasınlar.  Lakin  onlar  bilmirlər  ki,  bu  kimi  hiylə  və 
fitnə ilə demokratları aldada bilməyəcəklər.  
(2  ti
r tarixli nitqindən) 
“Biz  inanırıq  ki,  azadixahların  sarsılmaz  əzm  və  səmi-
miy
yəti ilə müdafiə etdikləri haqq və həqiqət qarşısında hiylə 
və  fitnələr  nəticə  verməyəcəkdir.  Lakin  bununla  belə 
səngərlərimizi  möhkəmlətmək  üçün  düşmənlərimizi  gücsüz 
saymamalı və onların qarşısında tədbir görməliyik. Buna görə 
də  daimi  bir  ayıqlıq  və  sayıqlıq,  ciddiyyət  və  mətanətə 
ehtiyacımız vardır”. 
Keçmişdən  dərs  almış  və  parlaq  bir  gələcək  arzulayan 
xalq  birinci  növbədə  intizama  riayət  etməlidir.  Həm  də 
mehriban  və  məhəbbətlə  dolu  intizam  ki,  kütlənin  ayrı-ayrı 
fərdləri arasında möhkəm bir rabitə yaratsın.  
Biz  deyirik  ki,  ölkəmizdə  həqiqi  bir  məşrutiyyət  hökm 
fərma  (fərman  verən)  olmalı,  şəxsi  nüfuz  və  imtiyazlar  ləğv 
edil
məlidir.  Millətin  hakimiyyəti  bir  həqiqət  olmalıdır. 
Müəssisə və idarələrimiz milliləşdirilməlidir. Yəni müəssisələr 
həmin  hakimiyyətə  əsaslanaraq  qurulmalıdır.  Biz  deyirik: 
Ədalət, bərabərlik və azadlıq olsun. Qısa sözlə, biz öz əsrimizin 
övladları olmaq istəyirik.  
Biz, bəşəri təkamül qəflətindən uzun yollar boyu geri qala 
bilmərik. Zəmanəsinə ağ olana zaman cəza verəcəkdir.  
“Vəzifəmiz  intizama  riayət  etməkdir.  Brusilov  kimi  bir 
fərmandehi  (göstəriş  verən)  heç  vaxt  aldatmaq,  intizamdan 
kənar  etmək,  üsyan  və  tərəddüd  yoluna  salmaq  olmaz.  Lakin 
ordunun  ayrı-ayrı  fərdləri  düşmən  təbliğatına  uya  bilər.  Ona 
görə  də  deyirik:  Firqə  üzvləri  düşmənlərlə  görüşdən 
 
 
216 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
çəkinməlidirlər.  Müxaliflər  ilə  tanışlıq  edənlər  tənbeh 
ediləcəklər”.  
(22 ti
r tarixli nitqindən) 
“Düşməni qaranlıqda saxlamalıdır. Qaranlıq qorxu doğu-
rur. İşləri elə aparmalıdır ki, düşmən sənin nəqşə və hərəkətin-
dən xəbər tuta bilməsin və hücumu qabaqcadan görə bilməsin. 
Gərək bizim mövqe və qüvvələrimiz düşmənin gözündən gizli 
saxlanılsın.  Biz  gərək  işıq  və  çıraqları  söndürək  ki,  düşmənə 
hədəf olmayaq. Qoy düşmən bizim hansı tərəfdən gəldiyimizi 
gör
məsinlər.  Harada  olduğumuzu  bilməsin,  əməliyyat  nəqşə-
miz
dən  xəbəri  olmasın.  Daha  artıq  ehtiyatlı  və  tədbirli 
olmalıyıq ki, öz fikir və tədbirlərimizi gizli saxlayaq. Vəziyyət 
bizə  daha  aydın  olmalı,  düşmən  isə  qaranlıqda  qalmalıdır. 
Adamla
rımız  digərləri  ilə  söhbətdə  heç  bir  qəti  rəy  və  kafi 
cavab izhar etməməlidirlər”.  
(23 ti
r tarixli nitqindən) 
“Demokratiya öz müqəddəratını əşraf (alicənab-P.M.) və  
zadəganın əlinə tapşıra bilməz. Biz elə bir məclis istəyirik ki, o 
səmimi qəlb ilə xalqı sevsin. Onun dərd və ehtiyaclarını bilsin. 
Tehranda isə bir xəyanət və tədvir (yuvarlıq-P.M.) toru qurul-
muşdur ki, hərdənbir millət xadimlərini Tehrana cəlb edib, bir 
müddətdən sonra onları məhv edirlər.  
Fransanın böyük inqılabçı yazıçısı Viktor Hüqo deyir ki: 
“Parlamentin qapılarını gənclərin üzünə açın, yoxsa onlar mey-
dan
ları öz üzlərinə açarlar”.  
Məclisi bizim üzümüzə bağladılar. Guya ki, biz öz sözü-

zü  digər  yerdə  deyə  bilməyəcəkdik.  Bu  tədbir  dövlət 
adamla
rının  nəfinə  idi.  Onlar  xalqın  səsini  baharıstan 
salonunda həbs etmək istəyirdilər. 
Bir qüvvə vardır ki, o xalqı həmişə cəhalət qaranlığında 
saxlamaq istəyir. Mədrəsələrin qapılarını belə millət balalarının 
üzünə  bağlamaq  istəyirlər.  İcbari  təlim  bizim  məramnamənin 
əsas maddələrindən biridir. Demək olar ki, biz hələ indidən bu-
 
 
217 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə