Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə60/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   56   57   58   59   60   61   62   63   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Tehran hökumət qoşunları Ləngrud (Ləngrud - Rəştdə şə-
hər adıdır)  yaxınlığında hücuma keçərkən inqilab komitəsinin 
qoşunlarına Heydər xan rəhbərlik edib şah qoşunlarını məğlu-
biy
yətə düçar etmişdi. Bütün bunlar, hələ keçmişdə öz inqilabi 
fəaliyyətilə  Gilanın  geniş  kütlələri  arasında  məşhur  olan 
Heydər xanın nüfuzunu xeyli artırmışdı. İnqilab komitəsinin bir 
sıra ünsürləri Heydər xanın həyata keçirdiyi bütün tədbirləri və 
irəli surdüyü təklifləri müdafiə edirdilər.  
Heydər  xanın  təsirinin  artması  Kiçik  xanın  xoşuna 
gəlmirdi.  Kiçik  xan  bu  işdə  onun  vəziyyətinin  doğrudan-
doğruya  təhdid  edildiyini  görürdü.  Buna  görə  də,  o,  inqilab 
komitəsində baxılmaq üçün Heydər xan tərəfindən irəli sürülən 
bütün təkliflərə şübhə ilə baxırdı və inqilab komitəsi tərəfindən 
qəbul  edilən  qərarları  çox  zaman  yerinə  yetirmirdi.  Bütün 
bunlar inqilab komi
təsində  vəziyyəti  gərginləşdırdi.  Əfcəinin  
və  Ərdəbilinin  Gilana  gəlməsi  inqilab  komitəsində  işlərin 
pozulmasını  daha  da  sürətləndirdi.  Tehran  hökumətinin 
nümayəndələri  Gilandakı  vəziyyətdən  çox  tez  baş  çıxara 
bildilər. Onlar fitnəkarcasına hərəkət edib Kiçik xan ilə Heydər 
xan  arasında  etimadsızlığın  və  şübhələrin  artmasına  səbəb 
oldular.  Onlar  öz  fitnəkar  işlərini  çox  müvəffəqiyyətlə  həyata 
keçirib  Kiçik  xanın  xəyanətlə  çıxış  etməsi  üçün  şərait 
yaratdılar.  
Nəhayət  Kiçik  xan  işə  başladı.  O,  1921  –  ci il sentyabr 
ayının  axırında  öz  olduğu  yerdə,  rəsədxanada  inqilab  komitə-
sinin növbəti iclasını çağırdı və burada inqilab işinə xəyanət et-
di. Kiçik xanın göstərişi ilə onun silahlı qüvvələri inqilab komi-
təsi  ünsürlərinə  hücum  etdilər,  inqilab  komitəsini  qovdular, 
onun bir sıra ünsürlərini, o cümlədən Heydər xanı da həbs et-
dilər. Sonra Kiçik xanın əmri ilə Heydər xan güllələndi.  
Şah  qoşunları  Kiçik  xanın  xəyanətindən  istifadə  edərək 

cuma  keçdilər.  Gilanı  tutdular  və  Kiçik  xanın  qüvvələrini 
 
 
199 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
dağıtdılar. Kiçik xan dağlarda tələf oldu. Kiçik xanın xəyanət 
etməsi nəticəsində Gilanda bütün inqilab hərəkatı boğuldu.  
Böyük  demokratiya  məfkurələri  uğrunda,  İranın  azadlıq 
və  istiqlaliyyəti  uğrunda  həyatının  son  dəqiqələrinə  qədər 
müba
rizə  aparmış  böyük  vətənpərvər,  alovlu  inqilabçı  – 
demokrat Heydər xan beləliklə 25 il bundan qabaq, çəkişmə və 
xəyanət  nəticəsində  həlak  oldu.  Heydər  xan  İranda 
demokratiyanın  təntənəsi  uğrunda  mübarizə  aparmışdı.  Çünki 
yalnız  demokratik  üsuli-idarə  Azərbaycan  xalqının  milli  və 
mədəni tələblərini yerinə yetirməyə qadir ola bilərdi.  
Bu gün öz milli – 
mədəni  inkişaflarında  artıq  xeyli 
müvəffəqiyyətlər  qazanmış  İran  Azərbaycanı  xalqları  Heydər 
xanın  ölümünün  25-ci  ildönümü  münasibəti  ilə  özlərinin  ən 
görkəmli oğullarından birinin xatirəsini böyük bir hörmətlə yad 
edirlər.  
 
H.H. 
 (1946-
cı il, № 10, səhifə 42, 43, 44) 
HƏBİB SAHİR 
 
İran Azərbaycanıın müasir şairləri içərisində Həbib Sahi-
rin də adı hörmətlə yad edilməkdədir. Şübhə yoxdur ki, o, son 
dərəcə orjinal istedada malik bir şairdir. Onun əsərlərində özü-
nə  məxsus  gözəl  xüsusiyyətlər  az  deyildir.  Sahirdə  ən  çox 
nəzəri  cəlb  edən  bir  cəhət,  hadisələrə  olduqca  səmimi  və 
həyəcanlı  münasibət  göstərməsidir.  Onun  şeirlərində  ifadə 
olunan  fikirlər,  bədii  surətlər  və  bədii  təsvirlər  yolu  ilə  ifadə 
olunur.  Şair  çalışır  ki,  bədii  lövhələr  özü  onun  amalını 
oxucunun  qəlbinə  yaxınlaşdırsın,  onda  həyacan  oyatsın. 
Əlbəttə bu doğru yoldur, üsyançı   ilə şairin də fərqi bundadır. 
Hər ikisi eyni fikri ifadə edə bilər. Lakin birinci açıq siyasi dil 
işlədəndə,  ikincisi  həmin  fikri  ifadə  etmək  üçün  bədii  təsvir 
 
 
200 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
yolu  ilə  gedir.  Bilavasitə  hadisələrin  və  insanların  lövhəli 
təsvirini verir.  
Şairin “Qafqaz yollarında” adlı mənzuməsi (şeir forması-
n
da yazılmış) bu cəhətdən çox qiymətlidir. O, azadlıq amalını 
tərənnüm edərkən:  
Bax, gün doğur uzaqdan: azadlıq günəşi! 
deyir  və  Qafqaz  yollarında  müşahidə  etdiyi  hər  şeirinin 
məqsəd və qayəyə tabe tutmağa çalışır. Şair “Bu yolları Saran 
Al
tun işıqlarda” “Azadlıq nurunu görür”.  
Sahirin  əsərlərindəki  bu  bədiiliyi  göstərməklə,  biz  onun 

surlarını  da  unuda  bilmərik.  Sahir,  əlinə  qələm  alan  zaman 
nə  üçün  və  kimin  üçün  yazdığı  mütıəq  nəzərdə  tutmalıdır. 
Çünki sənətkar adı daşıyan insan, heç bir vaxt şəxsi və zövqü 
üçün  yaratmır.  Şair  xalq  üçün  və  mübarizədə  xalqa  kömək 
üçün yazır. Böyük rus şairi Nekrasov şeirlərinin birində deyirdi 
ki, sən şair olmaya bilərsən, amma vətəndaş olmağa borclusan. 
Bu  o  deməkdir  ki,  şair  hər  şeydən  əvvəl  bir  vətəndaşdır.  O, 
vətəninin taleyini, xalqının gələcəyini nəzərdən qaçıra bilməz.  
Məlum  olduğu  üzrə,  İran  Azərbaycanında  baş  verən 
böyük  ictimai  hadisələr,  xalqın  həyat  və  mübarizəsində  qızıl 
səhifələr  açmışdır.  Şair  bu  hadisələr  mütəssir  olmazsa  onun 
bədii yaradıcılığı da geniş vüsətdə inkişaf edib yüksələ bilməz. 
Biz Sahirin bu hadisələrə biganə qalmasını iddia etmək fikrində 
deyilik. O, öz xalqının  doğma oğlu kimi, böyük milli azadlıq 
hərəkatının  dərin  mənasını  dərk  etməyə  biməz.  Lakin,  biz 
Sahirin  əsərlərində  bu  hərəkatın  doğrudan  da  böyük  ilham 
verən  mühüm  cəhətlərini  görmək  istərdik.  Təəssüf  ki,  hələlik 
biz onun əsərlərində bu mövzulara çox az rast gəlirik. “Şairlər 
məclisi”  kitabında  çap  olunmuş  şeirlərindən  yalnız  biri  bu 
dediyimiz  mövzuya  həsr  olunmuşdur.  Burada  şair  1945  –  ci 
qələbə ilindən bəhs edir.  
 
Sədəf rəngli fəcr açıldı səhralarda, dənizdə, 
 
 
201 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə