Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə58/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   54   55   56   57   58   59   60   61   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
armyalar  dairəsi,  astrulyabiya  (Əstralab),  yer  və  göy  kürə 
mücəssiməsi və sairə olmuşdur.  
Bu rəsədxanada ulduzların, səyyarələrin müşahidəsindən 
başqa, böyük hesablama işləri aparılmışdır. Bundan başqa qeyd 
etmək lazımdır ki, Marağa rəsədxanasında qədim Yunan alim-
lərinin  əsərləri  tədqiq  edilmiş  və  onların  barəsində  bir  çox 
şərhlər yazılmışdır.  
Marağa rəsədxanasının şöhrətini artıran əsər burada tərtib 
olunmuş  “Zic  ilxani”  adlı  kitab  olmuşdur.  Bu  zic  o  vaxtda 
qədər mövcud olan ziclərdən ən mükəmməl olmuşdur. Bu zic 
iki  yüz  il  müddətində  bütün  dünyada  yeganə  düzgün  bir  zic 
sayılmışdır. “Zic Uluğ bəy” tərtib olunduqdan sonra həmin zic 
tarixi  bir  əsər  halına  keçmişdir.  “Zic  ilxani”  1270  miladidə 
hazır olmuşdur. Bu, latın dilinə tərcümə olunub 1652 – ci ildə 
Londonda nəşr edilmişdir.  
Nəsrəddin  Tusi  1274-cü  ildə  vəfat  etmişdir. 
Rəsədxananın ən faydalı iş dövrünü 1259-cu ildən 1274- cü  ilə 
qədər  hesab  etmək  lazımdır.  Nəsrəddin  sonra  rəsədxanaya 
rəhbərlik  işi  onun  oğluna  keçmişdir.  Bundan  sonra 
rəsədxananın  fəaliyyətində  görünür  ki,  görkəmli  bir  iş 
olmamışdır.  Hulakulərdən  olan  Qazan xan 1300 –cü (miladi) 
ildə  rəsədxananı  görməyə  gəlmişdir.  Bir  neçə  il  ondan  sonra 
rəsədxana  bərbad  olmuşdur.  Məlum  oldığı  üzrə  Qazan  xan 
Təbrizdə  xəstəxanalar  açdırdığı  kimi  bir  rəsədxana  dəxi 
tikdirmişdir.  
Haqqlı olaraq fərz edə bilərik ki, Marağa rəsədxanasının 
alt və kitabları Təbrizdəki Qazan xan rəsədxanasının əsas əmla-
kını  təşkil  etmişdir.  Beləliklə  40  ildən  çox  fəaliyyət  göstərən 
Ma
rağa rəsədxanasının varlığına son qoyulmuşdur.  
Marağa  rəsədxanasının  tək  islam  şərqində  deyil,  bütün 
bəşər  mədəniyyəti  üçün  böyük  əhəmiyyəti  olmuşdur.  Marağa 
rəsədxanasının  yetişdirdiyi  astronomlar  (münəccimlər)  dünya-
nın hər tərəfinə yayılmış və astronomik biliklərini yeni-yeni nə-
 
 
192 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
sil
lərə şifahi və yazılı surərdə çatdırmışlar. Marağa rəsədxana-
sının yetişdirdiyi alimlərin Çinə qədər getmələrini və orada on-
ların elmi təsir və təlimlərinin 13-cü əsrdən 17 -ci əsrə qədər 
davam etməsini göstərmək kifayətdir.  
 
H. Məhəmmədbəyli   
                                  Fizik – 
riyaziyat elmləri namizədi  
  (1946 – 
cı il 10, 38, 39) 
 
 
 
193 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
 
BÖYÜK İNQİLABÇI HEYDƏR XAN 
 
İranın  tarixi  inkişafında  İran  Azərbaycanı  həmişə 
qabaqcıl  və  tərəqqipərvər  rol  oynamışdır.  O  İrana  bir  sıra 
böyük  dövlət  xadimləri  və  görkəmli  inqilabçılar-demokratlar 
vermişdir.  İrandakı  ən  görkəmli  vətənpərvərin  çoxusu 
Azərbaycanın yetişdirmələridir.  
Azərbaycanlı inqilabçılar – demokratlar arasında Heydər 
xan görkəmli yerlərdən birini tutur; O, xalq arasında “Heydər 
Əmioğlu”  təxəllüsü  ilə  məşhurdur.  Alovlu  vətənpərvər, 
qorxmaz  inqilabçı  olan  Heydər  xan  İrandakı  inqilabi-
demokratik hərəkatda lap gənc yaşlarından fəal surətdə iştirak 
etməyə başlayır.  
Minlərlə  azərbaycanlı  kimi,  Heydər  xan  da  öz  vətənini 
tərk  edib  iş  axtarmaq  dalınca  getməyə  məcbur  olmuşdu.  O, 
uzun  illər  xarici  ölkələrdə  dolaşmışdı.  Lakin  bu  illər  Heydər 
xan üçün boş keçməmişdi. Ağıllı və fərasətli olan Heydər xan 
xarici  ölkələrə  gedəndən  sonra  orada  işləməklə  bərabər 
oxumaqla da məşğul olmuş və texniki təhsil əldə etmişdi.  
Xarici ölkələrdəki şərait Heydər xanın dünya görüşünün 
yaranm
asına böyük təsir göstərir və o, yetişmiş inqilabçı – de-
mokrat olur. Heydər xan yəqin edir ki, İranın iqtisadi və siyasi 
inkişafı üçün əsas şərtlərdən biri ölkədə demokratik üsuli-ida-
rənin  yaranmasından  və  İranın  xarici  imperialistlərin 
əsarətindən xilas olmasından ibarətdir.  
1907-1911-
ci illərdə İranda əmələ gələn məşrutə uğrunda 
mübarizə hərəkatı Heydər xanı Tehranın irticaçı üsuli-idarəsinə 
qarşı  fəal  mübarizəyə  cəlb  edir.  Xalqın  Qacar  zülmünə  qarşı 
mübarizə  apardığı  dövrdə  Heydər  xanı  səngərlərdə,  mübarizə 
meydanlarında  və  düşmənin  arxasında  görmək  olardı.  Heydər 
xanın  texniki  savada  malik  olması  ona  böyük  yardım 
göstərirdi.  O,  çox  tez  əl  bombaları  hazırlamağı  öyrəndi.  Bu 
 
 
194 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
bombalar xüsu
si  tapşırıqları  yerinə  yetirən  mücahidlərin 
silahlanması üçün lazım olurdu. 
Heydər xanın özü Məhəmməd Əli şahın həyatına edilən 
sui-
qəsddə şəxsən iştirak etmişdir. Məhəmməd Əli, Qacar nəs-
linin axırıncı və ən mənfur şahlarından biri idi. Xalq ona nifrət 
edir
di, çünki o, nəinki atası Müzəffərəddin şahın verdiyi məh-
dud 
məşrutəni  ləğv  etmişdi,  həmçinin  ölkəni  istədiyi  kimi 
xarici imperialistlərə satmışdı. Odur ki, xalqın gözündə daha da 
mənfur  idi.  Məhəmməd  Əli  İran  xalqına  qarşı  apardığı 
mübarizədə  təzar  rusiyasının  və  ingilislərin  köməyinə 
arxalanırdı.  Onun  əmrilə  təzar polkovniki Liyaxov 1908 –  ci 
ildə İran məclisini topa tutmuşdu.  
Heydər  xan  xalqı  zülmdən  qurtarmaq  üçün  Məhəmməd 
Əli şahı öldürməyi qərara alır. Az keçmədən o, öz niyyətini hə-
ya
ta  keçirir  və  hazırladığı  bombanı  Məhəmməd  Əli  şaha  atır. 
La
kin  bu  iş  baş  tutmur.  Partlayan  bomba  şaha  heç  bir  zərər 
yetirmir.  
İşin belə baş tutmamasına baxmayaraq, şaha edilən qəsd 
Teh
ran irtica dairələrində böyük təsir oyatdı. Məhəmməd Əlini 
müdafiə edən xaricilərdə çox narahat olmağa başladılar.  
“Heydər  xan  Bombi”  ləqəbini  alan  Heydər  xan  artıq 
Təzar (Çar hökuməti-P.M.) konsulları tərəfindən ciddi nəzarət 
altına  alınır.  Onun  haralara  getməsi  və  Tehranda  olması 
haqqında Peterburqa təcili xəbər verilir. Təzar sifarətxanasının 
nümayəndəsi Heydər xanın Tehrana gəlməsi haqqında 1908-ci 
ildə Peterburqa belə bir teleqraf göndərir: “Məşhur Heydər xan 
Bombi bu gün Tehrana  gəlmişdi və şəhərdə gizlənməkdədir”. 
Bütün bunlar 1907-1911-
ci  illərdə  ki  İran  inqlabı  dövründə 
Heydər xanın nə dərəcədə böyük rol oynadığını göstərir.  
İranda  məşrutə  uğrunda  mübarizə  hərakatının  məğlub  ol-
ması və irtica qüvvələrinin qalib gəlməsi nəticəsində Heydər xan 
başqa  demokratlarla  birlikdə  xarici  ölkələrə  getməyə  məcbur 
oldu.  
 
 
195 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə