Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə54/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   50   51   52   53   54   55   56   57   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
qayıtmış  və  doqquz  ay  sonra  rəsmi  surətdə  ərindən  boşanıb 
yeddi il ata
sının  evində  yaşamışdır.  Şairə  1941  –  ci il mart 
ayının  4-ündə  gecə  yarısı  tif  xəstəliyi  nəticəsində  həyatı  tərk 
etmişdir.  
İstedadlı bir şairə kimi xalqına ümidlər verən Pərvinin hə-
yat yolu 
bu qədər qısa, solğun və fəlakətli olmuşdur ki, bu da 
onun əsərlərində hər bir misrada özünü hiss etdirməkdədir.  
Şairə  hələ  məktəb  şagirdi  ikən  belə  öz  fəhmi,  istedadı, 
şeir  və  qəzəllərilə  atasının  yanına  gələn  alim,  şair  və  fazil  
şəxsləri heyrətdə buraxmışdı. Onun, məktəbi qurtarıb müstəqil 
yaşayışı  və  ictimai  həyat  səhnəsində  atılması  1924  –  ci  ilə 
təsadüf edir. Bu isə iradəsiz Əhməd şah Qacarın başlı başınalıq 
dövrünün  son  illəri  və  İran  taxtına  sahib  olmağa  hazırlaşan 
Rzaxan Pəhləvinin ilk hökmranlıq zamanları idi. 
Pərvinin  yaradıcılıq  və  istedadının  ən  coşqun  vaxtı  Rza 
şahın diktaturası illərinə təsadüf edir. Şallaq, zindan, dar ağacı 
öl
kədə hakim idi. Azad düşünmək və hərəkət etmək bir tərəfə 
dur
sun, burjua məfhumlu demokrat ifadələr belə amansız surət-
də təqib olunurdu. Casus və zindan kabusu düşünən beyinlərin 
üzərində qanad gərib dilləri susmağa məcbur edirdi.  
Mütərəqqi şəxslər açıq danışmaqdan sərf nəzər edib, ey-
ham  və  işarə  kimi  vasitələrə  əl  atırdılar.  Azad  fikirli  adamlar 
xal
qa deyəcəkləri sözü “Qızım sənə deyirəm, gəlinim sən eşit” 
məsəlincə söz arasında söz qandırmağa çalışırdılar. 
Şeyx  Məhəmməd  Xiyabaninin  xaincəsinə  məhv 
edildiyini, cavan inqilabçı şair Eşqinin güllələndiyini və alim, 
mütəfəkkir doktor Əraninin zindan guşələrində məhv edildiyini 
görən  Pərvin  də  yuxarıda  dediyimiz  eyham  və  işarə  üsulu  ilə 
hərəkət  etməyə  məcbur  olmuşdu.  Çünki  o  bir  tərəfdən 
Tehranda  Pəhləvi  casuslarının  qaynaşdığı  mühitdə  yaşayır, 
digər  tərəfdən  də  əsərlərini  atasının  nəşr  etdiyi  “Bahar” 
məcmuəsində  çap  etdirməli  idi.  O  casusların  nəzərini  cəlb 
etmək,  onları  yayındırmaq  məqsədilə  ədəbiyyatda  təmsilçilik 
 
 
178 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
üsulunu  seçir  və  cəmiyyətə  deyəcəyi  sözləri  hekayələr, 
misallar,  təmsillər  şəklində  ifadə  edib,  tutiləri,  qarğaları, 
divarları,  daşları,  gülü  və  bülbülü,  ağac  və  çayları  özünə 
məxateb(burada,xitab-P.M.)  qərar  verirdi.  Rusların  böyük 
təmsilçisi Krılov da eyni bu üsuldan istifadə edirdi. O da təzar 
(Çar  hökuməti)  üsuli-idarəsinin  kobud,  yaramaz,  haqsız  və 
qanunsuz hərəkətlərini tənqid edirkən sözlərini heyvanların dili 
ilə “Meymun və çeşmək”, “Fil və sandıq tulası”, “Dörd musiqi-
çi”  təmsillərində  ifadə  edirdi.  Lakin  bu  təmsillər  yazılarkən 
xalq tülki, ayı, keçi, bülbül və meymunun simasında kimlərin 
tənqid edildiyini yaxşı başa düşürdü.  
Pərvin  də  eynilə  belə  edir.  Oxucu  bu  təmsillər  üzərində 
bir qədər düşünərkən, heyvan və cansız cismlər hərəkətə gəlib, 
onların masqası altında verilmiş Rza şah hökmranlığının zalım 
nümayəndələri görünməyə başlayır.  
Məsələn,  Pərvin  “Eyib  axtaran”  təmsilində  bir  qarğa 
tavu
sun  ayaqlarını,  boynunu,  yerişini  tənqid  edir. 
Azərbaycanlılar  bu  qarğanı  çox  yaxşı  tanıyırlar.  O,  Rza  şah 
tərəfindən  vaxtı  ilə  Azərbaycana  hakim  təyin  edilmiş 
Məstufidir.  Məstufi  azərbaycanlıları  təhqir  edərək,  onların 
millətinə, dilinə və ənənatına gülmüş və söymüşdü. Məstufinin 
bu dil zərbəsi azərbaycanlıların ürəyində silinməz bir yara kimi 
nəqş bağlamışdı. Pərvin  də bir təbrizli və azərbaycanlı olmaq 
həsbilə bu təhqirə davam gətirməyib “Eyib axtaran” təmsilini 
yazaraq məstufiləri oğru və laşəxur qarğa kimi damğalamışdı. 
Şairə  burada  işarəyə  kifayətlənməyib  özünəməxsus  məharətlə 
Məstufinin adını belə axır misrada çəkmişdir.  
Yaxud  “Qarının  şikayəti”  və  ya  “Nuşirəvanə  yazılmış 
məktub”  təmsillərini  alaq.  Şairə  bu  təmsillərdə  açıq-açığına 
Rza  şah  üsuli-idarəsini,  onun  doymaq  bilməyən  müftəxor 
hakimlərini, rüşvətxor reyisləri, düşmən qabağında aciz, əlsiz-
ayaqsız əhalini talamaqda isə pəhləvana dönən ordu başçılarını 
tənqid atəşinə tutur, onları xalqın gözündə hörmətdən salırdı.  
 
 
179 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Pərvinin əsərlərində nöqsan cəhət, şairənin haqqsızlıqları 
tənqidlə kifayətlənməsidir. O, bu haqqsızlıqları doğuran səbəb-
ləri açıb meydana çıxarmadığı kimi, onlarla mübarizə yollarını 
da göstərmir. Bunun isə səbəbi aydındır. Pərvin hər necə olsa 
da  köhnə  qanunlara  riayət  edən  bir  ailədə  böyümüş  və  bu 
ailənin zehni, şüuru və mühakiməsilə nəşunma tapmışdı. Digər 
tərəfdən Amerika məktəbinin verdiyi tərbiyə, savad və düşüncə 
onun yara
dıcılığına  təsir  etməmiş  deyildi.  Şəxsi  həyat  və 
səadətin  də  uğursuz  olması  bunlara  əlavə  edilirsə,  ondakı 
küskünlük,  zalıma  qarşı  passiv  olmaq,  “Nəsiət”  vasitəsilə 
sitəmkarı yola gətirmək istədiyinin səbəbi aydın olur.  
Bunlara  baxmayaraq,  Pərvinin  əsərləri  fikircə  müasir, 
məzmunca zəngin, ədəbi cəhətdən pişgin və kamil parçalardır. 
Bu  əsərlər  müəllifinə  ədəbiyyat  tariximizdə  parlaq  səhifələr 
qazan
dıracaqdır. 
Pərvin Etsami azərbaycanlıların fəxr edəcəkləri bir sənət-
kar və şairə kimi yaşayacaqdır.  
 
Qulam Məhəmmədli 
(1946-
cı il, № 10, səhifə 20, 21)  
 
 
 
180 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə