Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə52/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   48   49   50   51   52   53   54   55   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Şərqi Roma imperaturu Zuştiyənin təsib və təhkimindən 
qaçan  və  Sasanilər  sarayına  pənah  gətirən  alimlər  və  rahiblər 
şərq boyası ilə boyadıqları nneoplatonizm məsləkini İranda və 
Sasanilər istilasında olan başqa ölkələrdə də intişar etdirmişlər. 
Burada bir həqiqəti də qeyd etmək lazımdır ki, iranlılar ərəblər-
dən aldıqları dinə öz boyalarını vurduqları kimi, başqa xalqlar-
dan  qəbul  etdikləri  təriqətlərə  və  adətlərə  də  özlərinə  məxsus 
rəng vurmuş və onu təmamilə iranlılaşdırmışlar.  
Hazırda  İran  ədəbiyyatında  rast  gəldiyimiz  Təsəvvüfdə 
müxtəlif  şəkillərə  təsadüf  etmək  mümkündür.  Bu  şəkildən 
birisi  də  Budda  və  Bərahim  rahiblərinə  məxsus  Təsəvvüfin 
ünsür
lərindən  ibarətdir  ki,  bunlar  da  İrana  Hindistan  təriqilə 
daxil ola bil
mişdir.  
Qısa bir cümlə ilə demək olar ki, Təsəvvüf nə kimi şöbə-
lərə ayrılırsa ayrılsın, yenə də onun əsas məqsədi və fəlsəfi mə-
nası eynidir. Çünki Təsəvvüfin əməli qismi “Təslim”,  “Tukəl” 
və daha açığı dünyaya nifrət etməkdən və mücərədlikdən iba-
rətdir.  Bu  sifətlər  yalnız  islam  Təsəvvüflərində  deyil,  başqa 
xalqların Təsəvvüfində də mövcuddur.  
Riyazət və tərki dünyalıq nəticəsində Allaha yaxınlaşmaq 
fikri  və  bununla  da  kəşf  kəramət  sahibi  olmaq  iddiaları  XIV 
əsrdə  meydana  çıxan  alman  mistiklərində,  Roma  kilsələrində 
və  Fransada  laqediyə  təriqətini  daşıyanlarda  da  mövcud 
olmuşdur. 
Təsəvvüfin müxtəlif şəkillərə düşməsinin əsas səbəblərin-
dən birisi bu cərəyan və dünya görüşlərinin müxtəlif ictimai şə-
rait və müxtəlif dövrdə meydana çıxması ictimai mübarizənin 
təzahür qurmasından asılı olaraq bu və ya digər şəkil almasın-
da
dır  ki,  mətsuflərin  arasında  mövcud  olan  fikir  ixtilafı  da 
buradan doğurdu. 
Məsələn,  Əlfərabi  özünün  “Əxlaq”  adlı  kitabında 
günahkar ruhların öləndən sonra əzaba düçar olacağını yazdığı 
təqdirdə  özünün  “Siyasət  əlmədəniyyə”  əsərində  məskur 
 
 
171 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
ruhların  yoxluğa getdiyini, ancaq  yaxşı  ruhların  əbədi nemətə 
nail olacaqlarını yazmışdır.  
Göstərilən fikir qarışıqlığı səbəblərindən birisi də Farabi-
nin yunan fəlsəfəsi dərsini Bağdadda Yuhna İbn Cilan və sonra 
da heratlı Əbu Bəkr Məta kimi islam olmayan aləmlərdən oxu-
ma
sıdır. Çünki bu iki filosofun da ruh haqqındakı fikirləri müx-
təlifdir, bunlar da öz əsərlərində bir-birini rədd edir və qəbahət-
ləndirirlər.  
Əlfərabidən sonra fəlsəfə dünyasını əlinə almış olan İbn 
Sina

   
yüz  cilddən  artıq  kitab  yazdığına  baxmayaraq,  ərsətu 
fəlsəfəsini  əsas  mənbədən  deyil,  Əlfərabinin  əsərlərindən 
istifadə  etdiyini  qeyd  etmişdir.  Bu  istifadəyə  baxmayaraq  İbn 
Sina “Əlfəlsəfə” adlı əsərinin müqəddiməsində deyir ki: 
“Mənim  xüsusi  əqidəmi  anlamaq  üçün  şərq  fəlsəfəsinə 
dair yazdığım kitabı mütaliə etmək lazımdır”. 
İbn Sinanın Təsəvvüfə aid nəzəriyyəsi ilə Əlfərabi nəzə-
riyyəsi  arasındakı  ixtilaf  bu  mərkəzdə  ikən  bunlardan  sonra 
mey
dana çıxan şərq filosoflarından  İmam Qəzali “Təhafüt əl-
fəlsəfə” adlı əsərində özündən əvvəl gələn filosofların xüsusən 
Əlfərabi  və  İbn  Sinanın  nəzəriyyələrini  20  məsələdə  rədd  və 
tənqid  etmişdir.  İmam  Qəzalidən  sonra  gələn  Süleyman  İbn 
Cəbrul və İbn Bacələr də özündən əvvəl gələnlərin bir çoxunu 
rədd  və  tənqid  etməklə  fikir  və  əqidə  ixtilafını 
möhkəmlətmişlər.  Bununla  da  yalnız  Təsəvvüfdə  deyil, 
Həsbaniyə,  Cəbriyə,  Qədriyə  firqələri  arasında  da  təriqət 
mübarizələri güclənmiş və hər bir məsləkdən bir neçə şöbələr 
ayrılmasına zaminə qoyulmuşdur. 
Şərq  mətsuflərinin  liderlərindən  Əbu  Səid  Əbu  Əlxeyr 
Təsəvvüfi  təriqət  şəklindən  çıxararaq  din  çərçivəsinə  salmaq 
uğrunda zamanlarca işləmiş və öz məsləkdaşlarına: 

  
Əbu Əli Əlhüseyn İbn Abdulla İbn Sina Buxara şəhərində hicrətin 370-ci 
ilind
ə doğulmuş və 428-ci ildə Həmədan şəhərində vəfat etmişdir. 
 
 
172 
                                                 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
“Başında olan düşüncələri at. Əlində hər nəyin varsa pay-
la! Sən ancaq bununla nicat tapa bilərsən” demişdir. 
Mətsuflər və başqa təriqət təbliğ edən adamlar bəzən qəs-
dən,  bəzən  də  özləri  bilmədən  istilaçı  dövlətlərin  məmləkətin 
siyasi  və  iqtisadi  mənbələrini  əllərinə  almalarına  kor-koranə 

mək etmişlər.  
Təsəvvüf həqiqəti ancaq sufilikdə görür. O həyat səhnə-
sin
də  baş  verən  mübarizələrin  səbəbini  sufi  olmayanların 
həqiqəti dərk edə bilməməsi ilə əsaslandırır və səbəblə də Xoca 
Hafiz: 
 
Cəng həftad və domlət həme ra əzr bənə 
Çun nə didənd həqiqət rah əfsanə zədənd. 
 
Yəni:  “Yetmiş  iki  millətin  arasında  gedən  müharibəni 
hamı  üçün  bir  üzr  qoya  bilərik,  çünki  onlar  həqiqəti 
görmədikləri səbəbinə əfsanə yoluna düşdülər” – deyir. 
Təsəvvüfi  din  çərçivəsinə  salmaq  istəyənlərdən  birisi  də 
Hüseyn İbn Mətsur Həlac olmuşdur. Bu cəsarətli adam təriqət 
mətsəbləri  tərəfindən  cəzalandırdığı  və  dar  ağacına  çəkildiyi 
za
man  yenə də “Həqq  mənim tərəfimdədir” demişdir. Bu söz 
şərq ədəbiyyatında bir cəsarət nümunəsi şəkilini aldı və bir çox 
mənzum əsərlərin mövzusunu təşkil etdi.  
 
Xoca Hafiz bir şerində: 
An yar kəzu gəşt sər dar bolənd  
Cərməş an bud ke əsrar huyda mikərd. 
 
Yəni:  “Mənim  dara  çəkilən  yoldaşımın  günahı  siirləri 
aşkar etməkdən ibarət idi”- deyir. 
Qəm  şairlərindən  “Heyrət”  təxəllüslü  şair  öz  tənqidçilə-
rinə cavab olaraq bir şeirində:  
 
 
 
173 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə