Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə49/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   45   46   47   48   49   50   51   52   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Bu könül əmridir, baş əyim gərək. 
 
Xaqani  qocalıb  taqətdən  düşmüşdü.  Lakin  onun  məğrur 
başı yenə də əyilmirdi. Şair mübarizəni davam etdirir və bütün 
qabaqcıl adamları ətrafına toplayırdı. Şairin artmaqda olan nü-
fu
zundan qorxuya düşən Ahəstan şah Xaqanini tutdurub Bey-
ləqan  qalasına  göndərir.  Şair  uzun  müddət  zindanda  zəncirə 
bağlı  qalır  ki,  bu  da  qoca  yaşlarında  onun  həyatına  ağır  bir 
zərbə  olur.  Xaqani  zindanda  olduğu  zaman  belə  yaradıcılıq 
işini  dayandırmır.  Onun  dərdli  sinəsində  atəşin  bir  qəlb 
döyünür.  Onun  təbindən  bakirə  və  mənalı  şeirlər  doğulur  ki, 
bunların  hər  bir  beyti  zülm  və  istibdad  əleyhinə  bir 
ittihamnamə kimi səslənir:  
Kəhrəba tək saralıb güşə məhbəsdə üzüm
Yuxu görməz gecələr sübhə qədər qanlı gözüm. 
Qıçlarımdan yapışıb kəndə (mənə) deyir: aram ol  
Bağlanıb  qeyd  cəfayə  setəm  (əzab  çəkən-P.M.)  dəhr  ilə 
qul. 
Mən giley eyləmərəm hali pərişanımdan, 
Şərm qılmaz duşə zəncirə əgər şir ziyan. 
 
Beləliklə,  Xaqani  qaranlıq  məhbəsdə  belə  təslim  olmur. 
O,  əmin  idi  ki,  haqq  yolunda,  ədalət  yolunda  mübarizəyə 
qalxanlara zaval yoxdur.  
Şərqin bütün tərəqqipərvər adamları böyük şairə mənəvi 
kömək  əlini  uzadır.  Hər  tərəfdən  gələn  etiraz  səsləri  Ahəstan 
şahı  güzəştə  getməyə  məcbur  edir.  Xaqani  məhbəsdən  azad 
olur.  Lakin  Şamaxıda  qala  bilməcəyini  hiss  edib  doğma 
şəhərini tərk etmək qərarına gəlir. Əsərlərindən birində yazdığı 
kimi o, yad öl
kələrdən  hər  hansına  getsəydi  “Şahlar onun 
qarşısında  diz  çöküb  başına  tabaq-tabaq  cəvahir  nəsar 
(ayağının  altına  tökmək  mənasındadır-P.M.)  edəcək  edilir”. 
Lakin o, ömrünün son gün
lərində  belə  bir  “Cəlalə”  mail 
 
 
161 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
deyildi. O, Ana torpaqdan uzaq
laşmaq istəmirdi. Onun yeganə 
arzusu sevib pərəstiş etdiyi azərilərin dizi üstə baş qoyub can 
vermək həsrətindən ibarət idi. Odur ki, Şamaxıdan (Şirvandan) 
ayrıldıqdan sonra ancaq Təbrizdə məskən sala biləcəyini və bu 
şəhərin torpağı ağuşunda rahat yata biləcəyini qeyd edir:  
 
Şirvana bağlıdır ürəyim tar eşqi ilə 
Heyhat kim bu eşq könüldən kənar ola
Təbrizə meyl edən bu könül min təlaş ilə  
İstər o şəhər cismimə darəlqərar ola.  
Məsuddur o kəs ki, Şamaxıda mövludu (doğulub-P.M.) 
Təbrizdə nəsibi müqəddəs məzar ola. 
 
Şair bu arzusuna da çatır. Ömrünün son illərini Təbrizdə 
yaşayır. 1199-cu ildə orada vəfat edir və Sərxab məhəlləsində 
olan “Məqbərətəlşəra” da dəfn edilir.  
Sovet  Azərbaycanında  Xaqaniyə  olan  sevgi  və  ehtiram 
çox böyükdür. Xalqımız onu, böyük müasiri və dostu Nizami 
Gəncəvidən  heç  bir  zaman  ayırmamışdır.  Xaqaninin  əsərləri 
azəri  dilinə  tərcümə  edilmiş  və  kütlələrin  dilinin  əzbəri 
olmuşdur.  Orta  və  ali  məktəblərimizdə  bu  dahi  sənətkarın 
yaradıcılıq irsini öyrənmək işinə fövqəladə diqqət və hümmət 
sərf  olunur.  Böyük  şairin  vəfatının  750-ci  ildönümünün 
yaxınlaşması  münasibətilə  bu  dahi  sənətkarın  əsərləri 
külliyatını  Azərbaycan  dilində  nəşr  etmək  və  bu  əziz  günü 
layiqincə  qeyd  edib  onu  həqiqi  xalq  mədəniyyəti  bayramına 
çevirmək yolunda indidən çox ciddi tədbirlər görülür. 
 
M.Mübariz 
(1946-
cı il, № 7, səhifə 41, 42, 43, 44)  
 
 
162 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
   
İKİ SƏNƏTKAR 
 
Dahi yazıçı Nizami özünün ölməz “Fərhad və Şirin” əsə-
rində  Fərhadı  öz  külüngünün  gücü  ilə  nəhəng  dağları  çapan, 
qüv
vətli bir daş yonan kimi təsvir edərkən, onun daş üzərində 

zəl əksləri məharətlə yonmağı bacaran zərif bir sənətkar da 
olduğunu göstərmişdir. Fərhad nəhəng Bisütun dağını çapmağa 
başlamazdan əvvəl daş üzərində sevgilisi Şirinin şəklini böyük 
məharətlə yonmuşdur. Bu şəkil sonra onun üçün bir təsəlli olur. 
Qəlbi  eşq  ilə  alışıb-yanan  aşıq  hər  dəfə  bu  daş  mücəssəməyə 
baxar
kən,  öz  sevgilisini  sanki  gözünün  qarşısında  görür  və 
bundan  qüvvət  alaraq  başı  göyə  dayanan  iri  dağları  çapmağa 
davam edir.  
Azərbaycanın  müxtəlif  şəhərlərində  rast  gəldiyimiz 
qədim  tarixi  abidələr  Fərhad  kimi  sənətkarların  yalnız  bədii 
əsərlərdə deyil, həqiqətən həyatda da olduğunu göstərir. 
Nizaminin  Fərhadı  həyatda  olan,  çalışıb  yaradan  həqiqi 
sənətkarların məharətlə təsvir olunmuş surətindən başqa bir şey 
deyildir.  
Keçən  əsrdə  Zəncanda  yaşayan  məşhur  daş  yonan  usta 
Məhəmməd Həcarbaşı və onun hazırda həyatda olan oğlu Hü-
seyn Həcarbaşı bu cür mahir sənətkarlardan olaraq Azərbaycan 
xalqının  fəxridirlər.  Zəncanda  yerli  azərbaycanlılardan  olan 
usta Məhəmməd bir çox qiymətli əsərlərin yaradıcısıdır. Onun 
qabil əli ilə yaradılmış əsərlər o qədər zərif və təbiidir ki, elə 
bil usta Məhəmməd bunları külüng ilə daş üzərində yonmamış, 
fırça  ilə  kağız  üzərində  çəkmişdir.  Onun  məharətini  aydın 
təsvir  etmək  üçün  bircə  misal  göstərmək  kifayətdir.  Bu,  usta 
Məhəmmədin  Nəsrəddin  şahın  qəbri  üçün  yonduğu  mərmər 
daşıdır  və  ona  ölməz  şöhrət  qazandırmışdır.  Tehranın 
yaxınlığında  şah  Əbdüləzim  ziyarətgahında  olan  bu  daşın  hər 
bir guşəsi bir sənətkarlıq nümunəsidir. Usta Məhəmməd daşın 
 
 
163 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə