Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə46/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   42   43   44   45   46   47   48   49   ...   67
    Bu səhifədəki naviqasiya:
  • Xaqani

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
yaşayan  beş  milyon  yarım  azərbaycanlı  qəlbi  hiss  etdi.  Bu 
hadisə 1324-cü ilin azər ayında oldu.  
O gün Səhəndin başı yenə qızardı. Günəş yenə onun arxa-
sından  doğdu  və  yenə  gəlib  Urmiyanın  sarmaşıqlı  divarlarını, 
əbrişməli (ipək parça-P.M..) xiyabanlarını, üzüm, qaysı, badam 
bağlarını nurlandırdı. Onun nurunu hər şeydən əvvəl bütün İran 
Azərbaycanı  xalqı  kimi,  Urmiya  əhalisi  də  gördü,  hiss  etdi. 
Xalq  bu  gün  böyük  əcdadını  –  Zərdüştü  xatırladı.  Zərdüşt 
Azərbaycanın  müqəddəs  torpağında  rahat  yatırdı.  O  gəlib 
ur
miyalıların  bu  sevincini  görə  bilməzdi.  Xalq  da  bunu  hiss 
etdi.  Onlar  Səhənd  zirvəsindəki  şəfəqlərdən  qalxan  günəş 
görürkən,  böyük  babalarının  ona  olan  məhəbbət  və 
bağlılıqlarını da xatırladılar və and içdilər ki, bu torpaqda son 
azərbaycanlı  qəlbi  çarpana  qədər  bu  günəşi  müdafiə  edəcək, 
onun üzərinə qara pərdə salınmasına yol verməyəcəkdir. Bərk 
yağışlı bir cümə günü  yaşadığımız evin qapıçısı bizi yuxudan 
qaldırdı  və  xiyabana  baxmağa  çağırdı.  Biz  dərhal  getdik, 
qapıya  çıxdığımız  zaman  küçədə  böyük  izdihama  rast  gəldik. 
Sıraya  düzülmüş  böyük  bir  kütlə  bizim  qapımıza  tərəf 
yaxınlaşırdı.  Onlar  aramla  keçib  gedirdilər.  Biz  düşmənin  nə 
vaxt keçib qurtarmasını gözləyərək, iki saata qədər orada  dur-
duq. Keçib gedənlər içərisində yetmiş yaşlı tosqun, lakin sağ-
lam bədənli mülkədar, ağ saqqallı məşhur ruhani, Avropada ali 
təhsil almış keçmiş məclis üzvü, ömrünün çoxunu həbsxana və 
zin
danlarda  keçirmiş  vətənpərvər  inqilabçı,  fəhlə,  əkinçi, 
bağban, tacir, əsnaf (siniflər-P.M.), müəllim, tələbə, qəzetçi və 
qəzet  satan,  fədai  və  qadın  təşkilatı  üzvləri  vardır.  Sonra  biz 
onların  gedib  toplaşdığı  yerin  yanından  keçib  getməli  olduq. 
Biz öz gözümüz
lə gördük ki, sayı çox böyük olan bu əzəmətli 
izdiham urmi
yalıların  təlim  dəstəsi  imiş.  Onlar  hər  cümə  bu 
geniş  meydançaya  toplaşır  və  öz  səadətlərini  qurmaq  işini 
öyrənirlər.  
 
 
150 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Biz urmiyalı dostlarımızı tərk edərək yolumuza davam et-
diyimiz  gün  Urmiyadakı  tarixi  bir  hadisəyə  təsadüf  etdik.  O 
gün Qızıl Ordunun Urmiya şəhərini və Urmiya vilayətini tərk 
etdiyi gün idi.  
O gü
n çox gözəl bir bahar günü idi. 15 gündən artıq da-
vam edən aramsız bahar yağışı birdən kəsilmiş, günün üzü qə-
fil
dən açılmış və günəş bütün təmtəraq, bütün təntənə ilə lace-
vərdi (mavi) səmanı bəzəmişdi.  
Həmin o gün Qızıl Ordu Urmiya şəhərindən çıxıb gedirdi.  
Urmiyalılar deyirdilər ki, onlar ömürlərində bu qədər tən-
tənəli, bu qədər dərin təsir buraxıcı mənzərəyə rast gəlməyib-
lərmiş.  Qızıl  Ordu  süvariləri,  topçuları  və  əsgərləri  –  xalqın 
yağdırdığı gül-çiçəyin yağışı altında irəliləyirdi. Qocalar, qızlar 
əllərindəki  güzgü  ilə  onlarıın  yolunu  işıqlandırır,  qocalar 
gedənlərin  yolu  aydın  olsun  deyə  onların  ardınca  su  atır, 
məktəbli  uşaqlar  əllərindəki  bayraqları  sevincək  oynadırdılar. 
Eyvanlar,  qapılar,  pəncərələr  xalçalarla,  güllərlə,  bayraqlarla 
bəzənmişdi.  5-6 kilometrlik  yol  boyu  on  minlərlə  adam  Qızıl 
Ordunu yola salırdı. Bu, həqiqətən çox böyük bir təntənə, çox 
böyük təsir buraxıcı bir hadisə idi.  
Bir çox məktəbli dəstə ilə keçib oxuyurdu: 
 
 
...Ey torpağı ləl-mərcan, 
Azərbaycan! Azərbaycan!.. 
Urmiya  illərdən  bəri  Azərbaycan  torpağının  ən  qiymətli 
ləli olmuşdur. Bu gün o daha qiymətlidir. Çünki o, Azərbaycan 
xal
qının yeni tarixinə yeni söz də yazmışdır: “27 Azər”. Burada 
yəqin ki,”21  Azər-Milli hökümətin qələbə günü  nəzərdə tutu-
lub-P.M.) 
 
Yus
if Şirvan 
(1946-
cı il, № 7, səhifə 36, 37, 38). 
 
 
151 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
152 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN İCTİMAİ FİKİR İNKİŞAFI 
TAR
İXİNDƏN 
XAQAN
İ ŞİRVANİ 
 
Əgər şair deyil, peyğəmbər olsaydı mənim adım, 
Mənə beyyət edib aləm, deyərdi Kəbə Şirvandır. 
                                                                                         
Xaqani 
 
Azərbaycan  şer  sənətinin  dahi  yaradıcılarından  biri  olan 
İbrahim  İbn  Əli  –  Əfzələddin  Xaqani  Şirvani  miladi  1120-ci 
ilin
də Şamaxı şəhərinin yaxınlığındakı Məlhəm kəndində ana-
dan  olmuşdur.  Şairin  qeyd  etdiyinə  görə  onun  atası  sadə  bir 
dülgər,  anası  isə  sonralar  islamiyyəti  qəbul  etmiş  bir  nəsrani 
(yəhudi) qızı idi. 
Xaqaninin  harada  ibtidai  təhsil  aldığına  dair  tarixi 
sənədlər  yoxdur.  Lakin  xalq  arasında  yaranan  əfsanələrə  görə 
İbrahim hələ uşaq  yaşlarında fövqaladə istedada malik zəkalı, 
tərbiyəli və hazırcavab bir oğlan imiş. Bu rəvayətlərdən birində 
deyilir ki, bir gün İbrahim öz yoldaşları ilə bərabər çölə odun 
yığmağa  getmişdi.  Bu  əsnada  Şirvan  şahı  Mənuçöhr  başında 
atlıları  şikardan  qayıdırmış.  Padşahın  yaxınlaşdığını  görən 
uşaqlar qaçıb gizlənirlər. İbrahim isə tək-tənha yolun kənarına 
çəkilib padşahın cəlalına tamaşa etməyə dayanır. Mənuçöhr bu 
cəsur  oğlanı  görən  kimi  atını  ona  tərəf  sürür  və  İbrahimdən 
soruşur: “Ay oğlan, burada nə edirsən?”  
İbrahim məğrur bir səslə cavab verir: “Şah sağ olsun, çör-
çöp yığıram”.  
Mənuçöhr uşağın ədəb  və qürurundan xoşlanıb  zarafatla 
sual verir: 
-
 
Yaxşı, çöp-çöpdür, bəs çör nədir? 
İbrahim şahın sualına belə cavab verir: 
 
 
153 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə