Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə44/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   40   41   42   43   44   45   46   47   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
“Vətən dili” – Ana dili, azərbaycan dili deməkdir. Kitab 
azərbaycan  dilində  dərs  keçilməsinə  və  bu  dildə  dərs  kitabı 
yazılacağına  məşkuk(şək-şübhə-P.M.)  və  kinayəli  nəzərlərlə 
baxan mü
tərcimlərə və fars şovinizminə qarşı qəti bir cavab idi. 
Ahəngdar  azərbaycan  dilinin  bütün  incəliklərini  bilən  müəllif 
bu  kitabda  üslubun  səlistliyinə  və  mətnin  yığcamlığına  və 
səliqəyə xüsusi diqqət vermişdir. 
Özünün  bütün  müəllimlik  fəaliyyəti  müddətində  bir  qa-
nun  kimi  riayət  etdiyi  xəlqilik  və  sadəlik  prinsipi  “Vətən 
dilin
də”  qırmızı  bir  xəttlə  keçir.  Başqa  sözlə  desək,  müəllif 
kitaba həyatdan gəlmişdir. 
Mirzə Həsən Rüşdiyyə əsil xalq müəllimidir. Bütün ömrü 
boyu o səy etmişdir ki, mürəkkəb və ağır ərəb əlifbasının azər-
bay
can  balalarına  təlim  edilməsini  asanlaşdırmaq  üçün  təzə 
qay
da və yollar tapılsın. Bu sahədə o, şəxsən yorulmadan çalış-
mışdır.  Onun  nəinki  İran  Azərbaycanında  və  bəlkə  də  bütün 
İranda  ilk  dəfə  olaraq  tətbiq  etdiyi  sovti(burada  səsli 
mənasındadır-red) üsul ərəb əlifbasının təlimini asanlaşdırmaq 
üçün 
atılmış böyük bir addım idi. Bu üsulun sayəsində uşaqlar 
altmış saatlıq tədris müddətində oxuyub yazmağı öyrənirdilər.  
Mirzə  Həsən  Rü.diyyəyə  bütün  həyatını  öz  xalqının 
maarif  və  mədəniyyətinin  inkişaf  etməsinə  həsr  etmişdir. 
Mürtəcelərin tərz və hədələrinə baxmayaraq, o, məktəbi xürafat 
təsirindən  qurtarmaq  yolunda  fədakarcasına  çalışmış,  məktəbi 
həmişə xalqa, xalqın adət və ənənəsinə, rüsum və canlı danışıq 
dilinə  yaxınlaşdırmağa  cəhd  etmişdir.  Rüşdiyyənin  Təbrizdə 
təzə  üsul  ilə  açmış  olduğu  məktəbin  dəfələrlə  hökumət 
tərəfindən  bağlanmasına  baxmayaraq,  qocaman  müəllim  öz 
fikrindən  daşınmamış  və  azərbaycan  xalqının  parlaq  istiqbalı 
haqqındakı istək və arzularından sərf nəzər etməmişdir.  
Böyük maarifpərvər, uşaqlarda Vətənə və Ana dilinə hə-
mi
şə  böyük  bir  ehtiram  tərbiyə  edirdi.  O,  müəllimlərdən 
həmişə tələb edirdi ki, qanlarını və canlarını belə əsirgəmədən 
 
 
144 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
azərbaycan dilini düzgün təlim etsinlər. Çünki dilin təlimindən 
o  nəslin  gələcək  səadəti  və  mövqeyi  asılıdır.  Rüşdiyyənin 
böyük bir ehtira
s  və  can  yanğısı  ilə  sevildiyi  fikirlər  əməli 
olaraq  onun  “Vətən  dili”  kitabında  tamamilə  öz  əksini 
tapmışdır. 
“Vətən dili” iki hissədən: əlifba təlimi hissəsindən və mi-
sal
lardan ibarətdir. Əlifba təlimi hissəsi başlıca olaraq el ədə-
biy
yatı  əsasında  qurulmuşdur.  Müəllif  ayrı-ayrı  məfhumları 
uşaqların  zehnində  həkk  etmək  üçün  el  məsəlləri  və  atalar 
sözlərindən  təsirli  surətdə  istifadə  edir.  Uşağın  hələ  məktəbə 
gəlməmişdən ailədə təkrar-təkrar eşitdiyi atalar sözü vasitəsilə 
verilən hər bir yeni məfhum və fikir müəllif tərəfindən həqiqi 
bir müəllim bacarığı ilə uşaqlara çatdırılır. Bu bir tərəfdən yeni 
məfhumun  sürətlə  mənimsənilməsini  təmin  etdiyi  kimi  o  biri 
tərəfdən  məktəblə  ailənin  münasibətini  daha  da 
möhkəmləndirmiş olur. 
Uşağın söz ehtiyatını zənginləşdirmək məqsədilə verilən 
hər  bir  cümlə  və  atalar  sözü  mütləq  müəyyən  bir  fikrin 
ifadəsini daşıyır. Bunlar uşaqlarda xeyirxahlığa meyl, şərarətə, 
yalançılığa,  təzyiqə  və  riyakarlığa  ikrah  və  sairə  hisslərin 
tərbiyəsindən  ibarətdir.  Məsələn:  Özgəyə  quyu  qazan  özü 
düşər, xain heç zaman artmaz, dərs oxuyan dərsdən doymaz, bu 
günün işini sabaha qoyma və sairə... tərbiyəvi və əxlaqi mənalı 
caiz atalar sözündən müəllif yaxşı istifadə edir.  
Didaktizm  – 
kitabda  əsas  prinsipdir.  Lakin  Rüşdiyyənin 
didaktiz
mi  xürafatdan  xalidir.  Müəllifin  məqsədi  yalnız  canlı 
insan tərbiyə etmək olduğu üçün o, ən təsirli vasitələrdən istifa-
də edir. Kitabın ikinci hissəsində verilən 30 misalın hamısında 
müəllif  bu  prinsipə  riayət  etmişdir.  Alliqorik  hekayə  və 
mənzumələrdə əxlaqi nəticə bütün nəsihətamiz ədəbyana məx-
sus olduğu kimi ayrıca verilir. Lakin Rüşdiyyədə əxlaqi nəticə 
təcrid edilmiş bir fikir kimi deyil, bəlkə də müəyyən bir elmin 
məntiqi, əməli nəticəsi kimi verilir.  
 
 
145 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
“Vətən  dili”  kitabının  ən  gözəl  məziyyəti  onun  saf  və 
səlist  bir  dildə  yazılmasıdır.  Bu  dil  fars  və  ərəb  təsirlərindən 
xali  təmiz  azərbaycan  dilidir.  Cümlələr  qısa  və  sadə,  ifadələr 
aydındır. Bütün misallar sadə, yığcam və calib (maraqlı-red.)) 
bir üslubla yazılmışdır. Müəllif, uşaq təsvirini dolaşdıra biləcək 
heç bir artıq söz və məfhuma  yol vermir. Onlardakı saflıq və 
yığcamlıq  indiyədək  öz  gözəlliyini  itirməmişdir.  Məsələn 
kitabın 104-cü səhifəsindəki “Xəstə maral” adlı kişik hekayədə 
hadisə miniatür bir həcmdə ustalıqla ifadə edilmişdir: “Maralın 
biri  xəstə  olmuşdu.  Dost  və  aşnaları  onun  kef  və  əhvalından 
xəbər  almaq  üçün  yatdığı  məhəlləyə  gəlirdilər.  Bunlar  gəlib-
getdikləri  zaman  o  yerdəki,  ot  və  ələfi  yeyib  tələf  etmişdilər. 
Maral xəstəlikdən xilas oldu, amma ətrafında yeyəcək heç bir 
şey qalmadığı üçün aclıqdan tələf olmuşdu”. 
Başqa  misallar  da  eyni  səlistlik  və  yığcamlıqla 
verilmişdir. 
İran  Azərbaycanının  böyük  maarifpərvər  və  qocaman 
müəllimi Rüşdiyyənin “Vətən dili” kitabı İran Azərbaycanında 
maarif  tarixinin  təməl  daşlarından  biri  olmuşdur. Bütün 
həyatını  öz  xalqının  səadətinə  həsr  etmiş  bu  böyük 
maarifpərvərin  xatirəsi  azərbaycan  xalqının  ürəyindən 
silinməyəcəkdir.  
 
M.Qılman  
(1946-
cı il, № 7, səhifə 33, 34)  
 
 
146 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə