Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə40/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   36   37   38   39   40   41   42   43   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
o  qədər  məmnun  idi  ki,  mən  hələ  Sabiri  bu  dərəcədə  şad 
görməmişdim.  Məni  içəri  çəkib  sinif  otaqlarını,  skamyaları, 
yazı  taxtalarını  göstərdi.  Otaqlar  və  avadanlıq  par-par 
parıldayırdı.  Mən  məmnuniyyətlə  onun  bu  müqəddəs 
təşəbbüsünü  alqışlayıb  təbrik  etdikdə,  o  cibindən  bir  vərəqə 
çıxarıb, məktəbin açılışı münasibətilə yazmış olduğu: 
 
Məktəb, məktəb nə delqoşasan 
                          
(ürəkaçansan-P.M.)      
Cənnət, cənnət deyim sezasən  
(hiss edənsən–P.M.) mənzuməsini oxudu. 
 
Sabir dostluqda möhkəm bir insan idi. Yaxın dostları ilə o 
qədər  sədaqət  və  mehribanlıqla  dolanardı    ki,  aralarında  bir 
dəfə də olsa soyuqluq və inciklik görməzdi. Bir-birilə çox açıq 
olduq
larına baxmayaraq, həmişə aralarında həya- hörmət hökm 
sürərdi. Sabir hazırcavab adam idi.  
Heç  yadımdan  çıxmaz,  1909  –  cu  ildə  Tiflisə  getməyə 
hazırlaşırdım.  Sabirin  kürəkəni  Əşrəf  mənə  bir  məktub  verub 
Mir
zəyə çatdırmağı xahiş etdi. Kürdəmirdə bilet alarkən Tiflis 
qatarı gəldi və vaqondan Sabirin çıxdığını görüb qarşısına yü-
yür
düm. Görüşdükdən sonra ona məktub apardığımı söylədim. 
Sabir: “Görürsüz, sizə zəhmət verməmək üçün məktubun dalın-
ca özüm gəlmişəm”, – deyə gülümsədi. 
Sabir  məsləkindən  dönməz  bir  kişi  idi.  İstər  hökumət, 
istərsə  varlılar  və  mülkədarlar  və  istərsə  də  mövhumatçılar 
tərəfindən  təhdid  edildiyinə  baxmayaraq,  ölən  günə  qədər  o 
əqidəsindən dönmədi. 
Sabirin  gəncliyi  sevməsinə  də  misal  az  deyildir. 
Gənclərlə  daima  mehriban  danışması,  onlara  yol  göstərməsi, 
müraciət etdikdə əlindən gələn köməkdən boyun qaçırmaması, 
gənc  müəllimlərin  məclislərində  həvəslə  iştirak  etməsi 
 
 
129 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
zəmanəsində  yaşayan  müəllimlərin  heç  birinin  yadından 
çıxmamışdır. 
Sabirdə qəribə bir hal da müşahidə etmişdim. Beş-altı il 
müddətində  dəfələrlə  məclisində  oldum.  Lakin  bir  dəfə  belə 
olsun bir şəxsin dalınca danışdığını eşitmədim.  
O, dərdini ürəyinə salırdı və bu dərd içini yeyə-yeyə dö-
nüb  şeir  olurdu.  Dostu  Kərbalayi  Əbdüləliyə  verdiyi  şəklin 
kənarında yazdığı bu dörd misra belə şeirlərdəndir. 
 
İdrakdır müsibətə mizan ud, ud 
İdraksızların ola bilməz müsibəti. 
İdrakının məratibinə bağlıdır fəqət, 
Hər bir kəsin tutulduğu ənduh möhnəti. 
 
O zaman Sabiri dərk edən çox az idi. Əksinə, təqib edən, 
onu kafir adlandıran daha çox idi. Buna görə də mərasim dəf-
nin
də  yeddi-səkkiz  müəllimdən,  bir  neçə  maarifpərvər 
dostundan başqa kimsə iştirak etməmişdir. 
Sabir ürəyi arzularla dolu getdi. Vətəninin, xalqının tərəq-
qisi, yer üzünün altıda bir hissəsində, arzusunda olduğu azadlıq 
dünyasının  yaratdığını  görmədən  bizdən  ayrıldı.  Lakin  o  ya-
şayır. 
Yetişməsində və tərbiyəsində böyük rol oynamış olduğu, 
sevdiyi nəsil onu həmişə yaşadacaq və hörmətlə yad edəcəkdir. 
 
Əməkdar müəllim Cəmo Cəbrayılbəyli 
(1946-
cı il, № 7, səhifə 17). 
 
 
 
130 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
 
TƏBRİZ VƏ TƏBRİZLİLƏR HAQQINDA 
 
Hər bir qədim  əsər və hadisənin barəsində olduğu kimi, 
Təbriz və təbrizlilər haqqında da müxtəlif fikirlər, əfsanələr və 
dastanlar vardır. Yaqut Həməvi və Həmdullah Məstufi kimi bir 
çox  ərəb  və  fars  tarixçi  və  səyyahları  bu  qocaman  şəhərin 
binası  tarixindən  bəhs  edirkən,  onun  adının  lüğəti  mənası  ilə 
əlaqədar  olan  əfsanəni  əsas  götürürlər.  Guya  Bağdad  xəlifəsi 
Harun  Əl  Rəşidin  hərəmi  Zibeydə  xatun  Azərbaycana  etdiyi 
səfər  əsnasında  qızdırma  azarına  mübtəla  olmuş və  bu  dərdin 
çarəsini  indiki  Təbrizin  yerində  bir  neçə  gün  qalmaqla 
tapmışdı.  Odur  ki,  o,  bu  yerin  adını  “Təb”-  “Riz”  qızdırma 
tök
ən qoyub burada şəhər saldırmışdır. 
Bu  qüssəni  bir  çox  digər  tarixçilər  də  qeyd  etmişlərsə, 
eyni za
manda  onun  həqiqət  olmasını  şübhə  altına  almışlar. 
Çünki  Təbriz  bir  məskuni  məntəqə  olmaq  etibarilə  Harun  Əl 
Rəşiddən, yəni hicri 175 – ci ildən çox qabaqlar yazılmış tarix 
və dini kitablarda qeyd edilmişdir.  
 
“Təqviməlbəldan” (əvvəlinci təqvim) müəllifi Təbriz sö-
zünün bir zamanlar “Turiz” deyə tələfüz edildiyini yazır.  
Bəzi mürvəxlər (tarixçilər) bu sözün ərəbcə olduğunu id-
dia edib, dəlil olaraq Təbriz – fəthə(ərəb əlifbasında ə  hərfidir 
–P.M.) 
ilə ərəbcə şücaət, fizik və ya elm cəhətdən digərlərinə 
üs
tün olan şəxsə deyildiyini söyləyirlər. Digərləri isə  yenə də 
kəsrə  (ərəb  əlifbasında  i  hərfidir  –P.M.)  ilə  yazılmış  Təbrizin 
ərəbcə təam olan məcməə mənasında olduğunu qeyd edirlər.  
Qədim yunan və erməni mürvəxləri (tarixçiləri) və onlar-
dan istifadə edən jəzvayət(yazarlar-P.M.) 1690-cı ildə Təbrizə 
səyahət etdiyi vaxt Tövratın birinci fəslində “Suzan” deyə qeyd 
edilmiş  şəhərin  Təbriz  olduğunu  söyləyir.  Hicri  ikinci  əsrin 
axırlarında Azərbaycana səfər etmiş ərəb tarixçisi İman İbn Əl-
 
 
131 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə