Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə39/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   35   36   37   38   39   40   41   42   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
-
 
Bir çox adamın batili kirini təmizləmək əlimizdən gəl-
mir, zahiri kirini t
əmizləmək üçün bu sabun bişirmək peşəsini 
q
əbul etmişəm, – dedi. 
Biz
ə  çay  sifariş  verdi.  Könlümüzü  açmaq  üçün  qonşusu 
x
əsis  Hacıya  yazmış  olduğu  həcvi oxudu. Olduqca gözəl və 
canlı yazılmış bu həcv şəxsi olmaqdan ziyadə, ictimai bir həcv 
idi. 
Sabir öz h
əyat və mühitindən razı deyildi. Onun “Mən öz 
v
ətənimdə dustağam” deyən azad ruhu və geniş qəlbi mühit və 
zamanın  dar  çərçivəsinə  sığmır,  qəzəl və  məreyə  tərz (bədii 
ədəbiyyat)  ədbiyəsi isə, o böyük istedada qol-qanad  açmağa 
imkan vermirdi. 
Bel
ə bir şəraitdə Sabirin səsi yüksəlir. O: 
 
Ruhum, ey şahbaz ülviyyət
Hümm
ətim tək fəzada pərvaz et. 
Uç, uç, uç s
əmada pərvaz et. 
T
ənginayi bəndə var xiffət, - deyə hayqırmağa başladı.  
Yadımızdadır, Sabirin bu tərzdə şeirləri mətbuat aləmində 
(az olsa da) görünm
əyə başladıqdan sonra bir çox Azərbaycan 
ziyalıları  onu  bir  şair  kimi  tanımağa  başladı.  Xüsusən qoca, 
hörm
ətli və  məşhur  müəlimlərimizdən Mahmudbəyov və 
Süleymanb
əy Əbdülrəhmanbəyov Sabirə pərəstiş edirdilər.  
“Hophop
” imzası ilə nəşr edilmiş: “Millət necə tarac olur 
ol
sun, nə işim var!”mənzuməsini oxuyanlar heyrətlə: “Bu Hop-
hop kimdir?,” – 
deyə  bir-birindən  soruşurdu.  Bildiyimiz, 
tanıdığımız  bütün  Azərbaycan  şairlərini  zehnimizdən, 
nəzərimizdən  keçirtdik  “Hophopu”  tapa  bilmədik.  Nəhayət, 
Mahmudbəyov  bizim  imdadımıza  yetişdi:  “Hophop”  Sabirin 
“Molla  Nəsrəddin”  məcmuəsində  işlətdiyi  yeni  imzadır,-deyə 
hər  kəsi  fərəhləndirdi.  Başqalarının  nə  qədər  fərəhləndiyini 
təyin  etməkdə  acizəm.  Ancaq  mən  öz  sevincim  haqqında  bu 
 
 
126 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
qədər deyə bilərəm ki, Sabirin dühası kimi mənim də qəlbimdə 
sevinc fəvvarə etməyə başladı.  
O coşğun sevinc içində: - Sabir, nəhayət öz həqiqi yolunu 
tapdı və bir çox insanın zahiri kiri kimi, batili kirini də təmiz-
ləməyə başladı! – dedim. 
“Molla  Nəsrəddin”  məcmuəsi  nəşrə  başladıqdan  sonra 
Sabir  ilə  Səhhət  tez-tez  Bakıya  gəlir,  bizdə  görüşürdük.  Bir 
gecə  Sabir  ilə  Səhhət  bizə  gəlmişdi.  Təsadüfən  Məhəmməd 
Hadi də gəlib çıxdı. O gecəni olduqca xoş keçirdik. 
Sabir ilə Səhhət hər ikisi o gecə çox şən idi. Biri kəsincə 
o  biri  başlayırdı.  Bu  iki  səmimi  dostun  bir-birilə  olan  incə 
zarafat
ları da məclisimizə başqa bir rövnəq və səfa verirdi. O 
əziz  dostlarımdan,  o  gecə,  mənim  üçün  ən  qiymətli  bir 
xatirədir.  Gecə  bizim  üçün  o  qədər  şən,  xoşbəxt  keçmişdi  ki, 
qarşımızdakı  lampanın  işığının  solduğunu,  pəncərədən  içəri 
səhər şəfəqlərinin dolmağa başladığını belə sezməmişdik.  
Bir gün oturub s
öhbət  edərkən  Sabir  qoltuğundan  mü-
kəmməl bir sərf nəhv (morfologiya) kitabı çıxarıb gülə-gülə: 

Qardaşım bax, bu  yaşda öz Ana dilimi təzədən öyrən-
məyə çalışıram. Buna nə deyirsən?- dedi.  
Gözəl dilə və gözəl üsluba malik olan Sabirin sərf nəhv 
(morfol
ogiya) üzərində çalışmasına heyrət etdim. 
Zalım  əcəl  sevimli  şairimizi  bizdən  ayırdı.  Onun 
vücudunu Ana Vətən əbədi olaraq öz qucağına aldısa da, böyük 
Sabirin həqiqi məzarı xalqımızın qəlbi oldu.  
Abdulla Şaiq 
(1946-
cı il, № 7 səhifə 16) 
 
SABİR HAQQINDA XATİRƏLƏRİM 
 
Mərhum Sabir vətənini və xalqını sevən, məslək yolunda 
hər şeydən keçən, dostluqda möhkəm, gəncliyi sevən və təva-
zökar  bir  insan  idi.  Onu  yaxşı  tanımayanlar,  ilk  nəzərdə  bu 
 
 
127 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
dərin  baxışlı,  çox  az-az  gülən,  qarabəniz  şairi  qaraqabaq  bir 
adam say
ardı.  Lakin  ilk  nəzərdə!  Sonra  isə  bələd  olduqca 
yanıldığını  və  Sabirin  çox  mehriban  və  saf  ürəkli  bir  insan 
olduğunu yəqin edirdi. 
Sabir  təmkinlə  yeriyər,  rast  gəldikdə  tanış  və  dostlarını 
nəvaziş  və  ehtiramla  salamlar,  əhvalını  soruşardı.  O, 
məclislərdə,  hətta  dost-aşna  arasında  belə  çox  utancaq  idi. 
Özünü yalnız ən yaxın dostlarının: Mirzə Abbasqulu Səhhətin, 
Ağəli  Nasehin  və  Məhəmməd  Tərahın  yanında  sərbəst  hiss 
edirdi. Onlarla bərabər olduqda belə yenə hamıdan az danışar 
və dediyi sözlər də mənalı və çox duzlu olardı.  
Mirzə Ələkbəri mən 1905 – ci ildən tanıyıram. 1907 – ci 
ilə  qədər  yalnız  rəsmi  məclislərdə  görüşər  və  salamlaşardıq. 
Həmin ildən biz yaxınlaşdıq və mən onunla tez-tez görüşməyə 
müvəffəq oldum.  
Bizim  yaxınlaşmağımıza  səbəb  o  zaman  Şamaxıda 
açılacaq  qiraətxana-kitabxana  üçün  hazırlıq  işləri  oldu.  Bu 
yolda  isə  iş  olduqca  çox  idi.  O  zamana  qədər  Şamaxıda 
qiraətxana  və  kitabxana  olduğu  üçün  bu  məsələ  ilə  bütün 
ziyalılar  və  maarifpərvərlər  maraqlanırdılar.  Odur  ki,  şəhərin 
tarixində ilk mədəni hadisə olan bu iş Səhhəti, Nasehi, Sabiri 
tez-
tez görüşüb məsləhətləşməyə vadar edirdi.  
Nəhayət vaxt gəlib yetişdi. Qiraətxananın təntənəli açılı-
şında  Bələdiyyə  idarəsinin  rəisi  Teymur  ağa  Xudaverdiyev, 
Ab
bas Səhhət və başqalarının çıxışlarından sonra Sabir “Elm” 
sərlövhəli böyük bir şeirini oxudu, əlimizdə surəti qalmayan bu 
şeir  o  qədər  təsirli  idi  ki,  təntənədə  iştirak  edənlər  tərəfindən 
gur
ultulu  alqışlarla  qarşılandı.  Bu,  Sabirin  ikinci  şeiri  idi  ki, 
mən  şairin  şəxsən  özündən  eşidirdim  (birincisi “Molla 
Nəsrəddin”in  ilk  nömrəsində  çıxan  “Millət  necə  tarac  olur 
olsun, nə işim var!” mənzuməsi idi).  
Sabir fədakar bir insan idi. Şamaxıda ilk dəfə var-yoxdan 
çıxıb açdığı “Ümid” məktəbilə məni tanış edərkən, o qədər şad, 
 
 
128 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə