Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə47/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   43   44   45   46   47   48   49   50   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
-
 
Çöp yəni üstə yıxılanlardır, çör isə dik duranlar.  
Xaqan  Mənuçöhrün  bu  zəkalı  cəsur  uşaqdan  çox  xoşu 
gəlir  və  onu  öz  sarayına  aparıb  təlim  və  tərbiyəsini 
Məlikülşüara  Əbulila  Gəncəviyə  tapşırır.  XII  əsr  Azərbaycan 
şairlərinin  çoxunun  ustad  və  müəlimi  olan  Əbulila  İbrahimin 
elm  və  sənətdə  təkmilləşməsinə  böyük  xidmət  göstərmiş  və 
qızını da ona verərək özünə kürəkən etmişdir.  
Həqaiq təxəllüsüni intixab edən İbrahim çox cavan çağla-
rından şeir  yazmağa başlayır və hələ 16  yaşında ikən Şamaxı 
şairləri arasında öz istedad və atəşin təbi ilə şöhrət qazanır və 
Xa
qan  Kəbir  adlanan  Mənuçöhr  tərəfindən  təqdir  olunaraq, 
ondan Xaqani ləqəbini alır.  
İbrahim  Xaqani  və  onun  ölməz  əsərləri  xalis  Şirvan 
mühiti və Azərbaycan  mədəniyyətinin məhsuludur. O,  əsrinin 
ən  qüdrətli  şairlərindən  biri  kimi  şöhrət  tapıb  Şərqin  şeir  və 
sənət aşiqlərini hər bir beytinə məftun etmək qabiliyyətini əldə 
edin
cəyə  qədər  öz  doğma  yurdu  Azərbaycandan  –  Şirvandan 
kənara  qədəm  qoymamışdır.  Onu  bəsləyib  kamil  dərəcəsinə 
çatdıran, ona ilham və qüvvət bağışlayan ancaq və ancaq Ana 
Vətən  olmuşdur.  O,  çox  əsrli  mədəniyyətə  malik  olan  bir 
xalqın,  dəha  və  təməddon  (maarifpərvər  ziyalı-P.M.)  beşiyi 
olan  bir  vətənin  oğlu  olması  ilə  iftixar  edərək,  Odlar  diyarı 
Azərbaycana  bəslədiyi  məhəbbət  hissləri  ilə  öz  şeirlərini 
bəzəmişdir:  
 
Şeirimin hər beytidir bir körpə təbimdən doğar, 
Hər yana getsə yenə Şirvanla eylər iftixar. 
Mən özüm şirvanlıyam, Şirvan atamdır, həm anam
Ruhuma qüvvət, vücuduma verir can bu diyar.  
Şam nə, Bağdad nə, Şirvan fəzliyət mülküdür
Burada hikmət, burada dövlət, burada istedad var. 
Əl açıb yoxsulları biganədən almaz zəkat
Mərifət gəncinə sahibdir bu yerdə varlılar. 
 
 
154 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
 
Vətənini bu qədər hərarətlə sevən şair bütün ömrünü Ana 
yurdun şan və şöhrətini artırmaq işinə sərf etmişdir. O, oxumuş 
və əsrinin ülaməsi olmuşdur. Elm Xaqani yaradıcılığına xüsusi 
bir zinət bəxş etmişdir. Tarix, fəlsəfə, riyaziyat, tibb, coğrafiya, 
feğ  (şəriət  –P.M.),  kimya,  həndəsə,  pisixoloji  elmlərini  dərin-
dən öyrənmiş şair hər dəryadan bir inci, hər bağçadan bir çiçək 
alıb  öz  əsərlərini  bəzəmək  işində  mahir  bir  rəssam  istedadını 

mayiş  etdirmişdir.  Bu  cəhətdən  Xaqaninin  əsərləri  XII  əsr 
Azərbaycan  mədəniyyətini  öyrənmək  üçün  çox  zəngin  bir 
mənbə və qiymətli bir xəzinədir.  
Xaqaninin yaradıcılığı biri-birinə zidd olan əsas iki dövrə 
ayrılır.  Birinci  dövrdə  cavan  şair  öz  alovlu,  təbii  və  coşqun 
ilha
mını əsasən Xaqan Mənuçöhr və onun sarayındakı yüksək 
vəzifə sahibi olan şəxslərin mədhinə  çoxlu qəsidələr yazmağa 
həsr  edib,  bu  sahədə  bütün  şərq  ədəbiyyatında  birinciliyi 
qazan
mışdır.  
Xaqan Mənuçöhr çox ağıllı, tədbirli, ədalətli bir hökmdar 
idi.  O  məmləkətin  əmniyəti  və  xalqın  rifahı  yolunda  böyük 
hümmət və qeyrət sərf edərək, Şirvanı bir cənnətə çevirmişdi. 
Onun zamanında Azərbaycan təmə tərəqqi və inkişafın yüksək 
zirvəsinə  çatmışdı.  Vətənpərvər  Xaqani  belə  bir  hökmdarın 
vəsfində heç bir mübaliğəni müzaiqə etmədən yazırdı:  
 
Bir işarənlə günəş aləmi nura çuğlar, 
Sənin əzminlə çiçəklər açılar fəsli bahar. 
Sən güləndə gül açar, xətrinə gəlsə məlal, 
İldırım nalə çəkər, ərz və səma qan ağlar. 
Gecə məni məclisivin ziynətidir nəş və pərən 
Sübh nəzarən edir hər kəsi gülşəndə xumar. 
Sən Süleyman zamanısan ki, hamu can və bəşər, 
Üz qoyub dərgahıva, hökmüvə vermiş əqrar. 
Sən cahan içrə bu gün naib İskəndərsən, 
 
 
155 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Töbə, əltöbə rikabında yüz İskəndər var. 
Sən məgər xüsusən ey pir ki, zülmət içrə 
Etdiyin tutub el ab-
həyanə yol aram? 
Beyt məmur olubdur kərəmindən Şirvan, 
Ki çəkər rəşkəni Rum və Həbəş və Çin və Tatar. 
 
Həmin  bu  misralardan  aydın  olur  ki,  Mənuçöhri 
Xaqaniyə  sevdirən  əsas  səbəb  nə  imiş.  Şair  Vətənini  “Beyt 
məmurə” çevirən hökmdarın mədahi olması ilə fəxr edir. Lakin 
Xaqani  bu  üslub  və  bu  qənaəti  ömrünün  sonuna  qədər 
yaradıcılığında  davam  etdirə  bilmədi.  Mənuçöhrin  vəfatından 
sonra  Şirvanın  vəziyyəti  kökündən  dəyişildi.  Mənuçöhr  oğlu 
Ahəstan sultan taxtına əyləşdiyi gündən etibarən özünə başqa 
bir  siyasi  istinad  nöqtəsi  intixab  etdi.  O,  Azərbaycanın  başqa 
Atabəyləri və qonşu ölkələr haqqında atasının  yürütdüyü sülh 
və  dustaq  siyasətini  etinasızlıq,  təhqir  və  təcavüz  siyasəti  ilə 
əvəz etdi. 
Ahəstan əsil nəsibini inkar edərək: “Biz kəyan nəslində-
nik!” deyə lovğalandı və azəri dilini elm, sənət və mədəniyyət 
ocaq
larından  uzaqlaşdırmağa  çalışdı.  Əyyaş  laəbalı  (başı 
soyuq, laqeyd-P.M.) 
padşahın  israfçılıq  nəticəsində  dövlət 
xəzinəsi  boşaldı.  Ağır  maliyətlər  və  biri-birini  təqib  edən 
müharibə xərcləri xalq kütlələrini müflis və möhtac vəziyyətinə 
saldı.  Qardaş  qırğınlarının  ardı-arası  kəsilmirdi.  Belə  bir  ağır 
vəziyyətə qatlaşa bilməyən Şirvan şairləri Ahəstan şahın zülmi 
və  qarətçiliyi  əleyhinə  öz  etiraz  səslərini  yüksəltdilər.  Lakin 
Ahəstan  xalqının  qabaqcıl  nümayəndələrinə  ancaq  ölüm  və 
zindanla cavab verdi. Xaqani yaradıcılığının ikinci dövrü də bu 
zamandan başladı.  
Həyat  və  yaradıcılığının  əsil  mənasını  xalqa  və  Vətənə 
xidmətdə  görən  Xaqani,  Ahəstan  şahın  zülmünə  qarşı  üsyan 
edən zümrənin başında durdu. İstedadlı şairin misralarında bir 
xalqın  qəzəbi  və  nifrəti  canlanmağa  başladı.  Xaqani  saray  və 
 
 
156 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə