Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə55/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   51   52   53   54   55   56   57   58   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
 
BAKI XAN SARAYININ DİVANXANASI 
 
Azərbaycan ölkəsi tarixi abidələrlə çox zəngindir. Bu abi-
dələrin  əhəmiyyətlilərindən  biri  Bakıdakı  Xan  sarayıdır.  Xan 
sa
rayı yalnız bir binadan ibarət olmayıb bir neçə abidəni öz içə-
ri
sində toplamışdır. 
Bu  binalar  Azərbaycan  memarlığı  tərzində  tikilmiş  və 
ümu
mi bir ahəngə tabe edilmişdir. Xan sarayına daxil olan abi-
dələr əfşəran daşından tikilmişdir. Bu binalar Şərqin heç bir öl-
kəsində  təsadüf  edilməyən  gözəl  bir  memarlığa  malikdir. 
Daşlar üzərində çox xırda və nazik naxışlar həkk olunmuşdur 
ki, bunlar misilsiz bədii yüksəliyə və zərifliyə malikdir.  
Xan  sarayı  Şirvanşahlardan  olan  İbrahim  xanın  oğlu  bi-
rin
ci  Xəlilüllah  tərəfindən  XV  əsrdə  tikdirilmişdir.  Sarayı 
Azərbaycan  memarları  tikmişlər.  Xan  sarayı  memarlığının 
mükəmməlliyi  və  əzəməti  əsrlərdən  bəri  xarici  səyyahların 
nəzərini özünə cəlb etmişdir.  
Xan  sarayı  şəhərin  xüsusilə  qərb  tərəfindən  gözəl 
görünür. Buradan baxılarkən divanxananın zəngin bəzəkli tağı, 
bunlardan  bir  az  aşağıda  ağacların  yaşıllığı  arasından 
məqbərənin  ulduzlarla  bəzənmiş  günbədi,  bunun  sağında 
Şirvanşah  məscidinin  gözəl  minarəsi  və  iki  günbəndi,  daha 
sağdan  əhram  şəklində  damı  olan  Seyid  Yəhya  Bakınin 
məqbərəsi gözəl bir mənzərə təşkil edir.  
Xan sarayı binaların içərisində divanxana memarlıq cəhə-
tin
cə daha böyük qiymətə malikdir. Xarici səyyahların hamısı 
öz  yazılarında  bu  binaya  valeh  olduqlarını  qeyd  etmişlər.  Bu 
binaya daxil olanlar Şirvanşahların əzəmətini gördükləri kimi, 
Azərbaycan  memarlarının  da  yüksək  sənətkarlıqlarının  şahidi 
olurlar.  
Sovet Azərbaycanında qədim abidələrin mühafizəsinə xü-
su
si  diqqət  yetirildiyi  kimi,  Azərbaycan  tarixinin  fəxri  olan 
 
 
181 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Xan  sarayının  da  mühafizə  olunmasına  xüsusi  fikir  verilmək-
dədir.  
 
Qəzənfər Əlizadə,  
Memarlıq elmləri namizədi  
 (1946-
cı il, № 10, səhifə 24)    
 
 
 
182 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
 
“ƏFƏNDİYEV  ÜSULU” 
 
Bu yaxınlarda Moskvada ümumittifaq cərrahlar qurultayı 
keçirilmişdir. Qurultayda öz məruzəsilə iştirak edən alimlərdən 
biri də azərbaycanlı professor Fuad Əfəndiyev olmuşdur.  
Professor Əfəndiyev müxbirimizə müsahibədə demişdir:  
“K
öks (sinə) qəfəsinin təzə yaralarında plevra boşluğuna 
yığışmış  qanın  dəyişilməsinə  və  baş  və  burun  irinləmə 
hadisəsini daha tez təyin etmək üçün mən xüsusi bir müayinə 
üsulu  təklif  etmişdim  ki,  bu  üsul  indi  tibbi  ədəbiyyatda 
“Əfəndiyev üsulu” deyə adlanır və artıq tibb dərs kitablarına da 
daxil edilmişdir.  
Köhnəlmiş  plevritin  müalicəsi  üçün  indiyə  qədər  təklif 
olun
muş üsulların müxtəlif mənfi cəhətləri vardır. Xüsusilə zəif 
xəstələr bu cərahiyə əməliyyatının ağırlığına davam gətirməkdə 
çətinlik çəkirdilər.  
Biz müharibə zamanı, tədavi işlərində köhnə üsulların bü-
tün mənfi cəhətlərini tədqiq edib yeni üsul təklif etdik. Bununla 
da əməliyatın ağır və təhlükəli olması əvvəlkinə nisbətən xeyli 
azal
mış  oldu.  Əgər  köhnə  üsul  ilə  müalicə  olunan  xəstələrin 
yüz
də  altmış  beşi  sağalırdısa,  yeni  üsul  ilə  müalicə  olunan 
xəstələrin  yüzdə  doxsan  beşi  sağalır.  Sağalmayan  beş  nəfərin 
isə ölümünə başqa cəhətlərin səbəb olduğu aydınlaşdırılmışdır.  
Ümumittifaq cərrahlar qurultayındakı məruzə -  köks qə-
fəsindən yaralanmış adamların xüsusən ağ ciyərlərində tüfəng 
gül
ləsi  və  top  gülləsinin  qəlpələri  dəymək  nəticəsində  əmələ 
gələn yaranın haqqında idi. 
Ümumittifaq  cərrahlar  qurultayı  professor  Əfəndiyevin 
məruzəsini diqqətlə dinləmiş və onu hüsn-rəğbətlə qarşılamış-
dır. İndi ölkənin müxtəlif şəhərlərində yüzlərlə cərrah “Əfəndi-
yev üsulu”ndan istifadə edir.  
 
 
183 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Professor Əfəndiyev Azərbaycan Qanköçürmə Elmi-Təd-
qiqat İnstitutunun elmi rəhbəridir. O, Böyük Vətən müharibəsi 
günlərində  bilavasitə  cəbhədə  ilk  xətdəki  tibb  məntəqələrində 
olmuş və buradakı yaralı döyüşçülərə qan köçürmək işində öz 
mükəmməl təcrübəsini tibb işçilərinə öyrətmişdir. 
Azərbaycan  Qanköçürmə  İnstitutu  cəbhədəki  yaralılar 
üçün artıq miqdarda konservləşdirilmiş qan göndərmişdir. Pro-
fessor  Əfəndiyev  müharibə  illərində  üç  minə  qədər  həkimə 
qanköçürmə üsulunu öyrətmişdir.  
Ümumittifaq  ali  şurasının  rəyasət  heyəti  professor  Fuad 
Əfəndiyevin elmi fəaliyyətini nəzərə alaraq onu “Qızıl Ulduz” 
nişanı ilə təltif etmişdir.  
 
(1946-
cı il, № 10, səhifə 24). 
 
 
 
184 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə