Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə50/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   46   47   48   49   50   51   52   53   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
üzərində  Nəsrəddin  şahın  əksi  (mücəssəməsi)  ilə  bərabər  bir 
neçə  mələk  şəklini  də  məharətlə  yonmuşdur.  Lakin  qəbr 
üzərində nəzəri cəlb edən yalnız bunlar deyildir. Qəbr daşının 
kənarlarına  mirvari  düzülmüşdür.  O  mirvarilər  o  qədər  zərif 
yonulmuşdur  ki,  bunların  mərmərdən  yonulduğunu  güman 
etmək  olmaz.  Sənətkarın  əsl  məharəti  orasındadır  ki,  bu 
mirvarilərin  arasından  daşdan  yonulmuş  nazik  bir  sap 
keçirmişdir.  Bu  sap  həqiqi  sap  qədər  nazikdir  və  alt  tərəfdən 
qəbr  daşına  yapışmadan  mirvarilərin  deşiyindən  keçirilmiş 
kimi havada durur. 
 
Usta  Məhəmməd  Həcarbaşının  bir  çox  belə  qiymətli 
əsərləri  vardır.  Ancaq  heç  bir  başqa  əsər  olmasa  belə  o, 
yuxarıda  göstərdiyimiz  əsəri  ilə  Azərbaycanın  sənai-nəfisə 
(incəsənət-P.M.) tarixinə daxil olub yaşaya bilər.  
Usta Məhəmmədin böyük xidmətlərindən biri öz sənətini 
o
ğlu Hüseynə öyrətməsidir. Atasından təlim alan Hüseyn Hə-
car
başı  hazırda  bütün  İranın  ən  böyük  sənətkarlarından  hesab 
olunur.  
Hüseyn  Həcarbaşı  ilə  biz  Məşhəddə  böyük  Firdovsinin 
məqbərəsində  tanış  olduq.  Bu  məqbərənin  içərisində  aşağıda 

yük şairin  aramgahı olan zirzəmiyə gedən dəhlizin divarla-
rında  Həcarbaşının  daşdan  yonulmuş  altı  əsəri  vardır.  Bunlar 
Fir
dovsinin  ölməz  əsəri  “Şahnamə”nin  mövzuları  əsasında 
çəkilmişdir.  
Bu  lövhələri  Həcarbaşı  elə  bir  səliqə  və  məharətlə  yon-
muşdur ki, insan onlara  baxarkən  bunları  daşdan  yonulmuş 
deyil,  bir  foto  ilə  alınmış  əks  hesab  edir.  Məqbərənin  bütün 
mərməri  Həcarbaşının  rəhbərliyi  altında  hazırlanmış  və  sütun 
daşları onun öz əlilə yonulmuşdur.  
İranda olan bütün qəsrlərin heykəllər ilə bəzənməsi həmi-
şə Həcarbaşıya tapşırılır. O otuz illik sənətkarlığı müddətində 
Tehranda məşhur mərmər qəsr, Sədabaddakı, Qax Pəhləvidəki, 
Şimrandakı  qəsrlər  və  başqaları  üçün  bir  çox  qadın  və  aslan 
 
 
164 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
hey
kəlləri,  mərmər  mərəq  (əyri-P.M.)  sütunlar  yonmuş, 
nəcarlıq  və  gülgərlık  işlərini  görmüşdür.  Mazandaranda 
Ramsər  qəsrində  qapının  o  tərəf  bu  tərəfində  olan  iki  bəbir 
heykəli də Hüseyn Həcarbaşının əlilə  yonulmuşdur. Tehranda 
muzey  səltənətində  onun  daşdan  yonduğu  qədəh,  güldan  və 
miz  vardır.  Biz  onun  emalatxanasında  son  zaman  əlvan 
daşlardan  yonduğu  şamdan,  fincan,  mürəkkəb  qabları  və  bir 
çox daha zərif şeylər gördük.  
Hüseyn Həcarbaşı bir azərbaycanlı sənətkar olaraq, Sovet 
Azərbaycanında memarlıq sənətinin inkişafı ilə çox maraqlanır. 
Böyük  Azərbaycan  şairi  Nizamiyə  göstərilən  ehtiram  onu 
xüsu
silə sevindirmişdir. O, öz sənətkarlığını Nizami muzeyləri 
üzərində də sınamaq arzusundadır.  
Hüseyn Həcarbaşı yaşlı adam olmasına baxmayaraq çox 
fəaldır. Onun gələcəkdə hələ bir çox qiymətli əsərlər yaradaca-
ğına əminik. 
 
Əvəz Sadıq 
(1946-
cı il, № 7, səhifə 45)  
 
 
 
 
 
165 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
 
ŞƏRQ KLASSİK ƏDƏBİYYATINDA 
TƏSƏVVÜF 
 
İnsanın haradan gəlib və hara gedəcəyi üzərində baş sın-
dıran mütəssüflər öz ədəbi əsərlərində mədəni, siyasi və ictimai 
məsələlərə  çox  az  yer  vermiş  və  dünya  məsələləri  ilə  məşğul 
ol
muşdur. 
Təsəvvüf təriqətinə görə insanın ağlı ümumi və adi insan-
lığın  ağlına  məxsus  olan  dar  və  məhdud  hüdudları  aşaraq 
tədricən  bir  məkaşfə  (açıq-P.M.)  xasiyyəti  daşıyır  və  “Həfaiq 
əleyhinə” müxtəlif pərdələr vasitəsilə dərk edə bilir.  
Buna  görə  də  elə  bil  unsanın  ağlı  dünya  məsələlərindən 
ətəklərini silərək uzaqlaşır və üzərində başqa bir dünyanı gör-
mək  üçün  ləyaqət  kəsb  edir  və  həmən  dünyanı  yaratmış  olan 
qüv
vəyə, yəni Allaha aşiq olmağa başlayır. Sufi şair və alimlə-
rin
dən “Şəms Məğrəbi” 

  
Allaha yetirdiyi dərin bir eşqi ifadə 
etmək üçün yüz yetmiş səhifəlik mənzum bir divan yazmışdır.  
Təsəvvüfun iddiasınca ibadətdən məqsəd cənnətə getmək 
arzusu  və  yainki  cəhənnəm  qorxusu  deyil,  ancaq  və  ancaq 
Allaha  olan  dərin  eşq  və  məhəbbəti  nümayiş  etdirməkdən 
ibarətdir.  
Şəms  Təbrizinin  müasirlərindən  bir  şair  Allaha  olan 
eşqini iki misradan ibarət bir şeirində bu cür ifadə edir:  
 
 
Tora xahəm, nə xahəm rəhmətət gər imtəhan xahi 

 
“Şəms Məqrəbi” təxəllüsü ilə yazan şair Urmiyalı Şeyx Məhəmməddir. 
Onun “Divani M
əqrəbi” adı ilə məşhur olan əsərinin bir nüsxəsi Urmiya 
şəhəri ətrafında yerləşən Asuri tayfasının içərisindəki missionerlər 
t
ərəfindən əldə edilmiş, miladın 1902 – ci ilində Bolqarıstanın Şəməni 
şəhərində Avidaranyan mətbəəsində çap olunmuşdur.  
 
 
166 
                                                 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Dər rəhmət berəvim bənd və dərhai bəla bəgşai 
∗∗
   
 
Yəni: “Səni istəyirəm, rəhmətinə göz dikməmişəm. Əgər 
bu barədə məni imtahan etmək istəyirsənsə, rəhmət qapılarını 
mənim üzümə bağla və bəlanın qapılarını aç!” yaxud:  
 
Mil be dünya və beqəbam nist,  
Qeyri xuda heç təmənnam nist. 
 
Allaha eşq yetirən Təsəvvüfçilər dünyanın tamamilə əla-
qələrini  kəsir,  Allaha  yaxınlaşmaq  və  ona  məxsus  həqiqətləri 
hər  kəsdən  əvvəl  dərk  eləmək  məqsədilə  bütün  şüurunu 
dünyaya nif
rət şüarı ətrafında mərkəzləşdirilir. Nəticədə onlar 
öz  vəziyyətlərinin  aşağı  olmağını  tamamilə  unudur  və 
istilatçılar  tərəfindən  işğal  altına  alınmış  doğma  vətənlərində 
özlərini beşgünlik qonaq hesab edirlər. Onlar hər bəlanı və hər 
fəlakəti  əsla  səslərini  çıxarmadan  qəbul  edir  və  bütün 
həqarətlərə  qarşı  sinə  gərməklə:  “  Mən  bəlanı  sevirəm,  bəla 
dəxi məni sevir”, deyə fəxr edirlər.  
İran  şairlərindən  Sədi  Şirazi  Təsəvvüfdən  və  Təsəvvüf-
çulərdən danışdığı bir yerdə: “Mərdan Meydan Rzaənd və təs-
lim tir qəza”- dərələr, yəni: Təsəvvüfçilər “Razılıq meydanının 
kişiləri və qəzavu- qədər oxuna təslim olanlardır”- deyir. 
Özlərini qəzavu-qədərin sərəncamına vermiş olan Təsəv-
vüf
çilər məsləkləri etibarı ilə müstəmləkəçi dövlətlərin məram 
və  məqsədlərinə  çox  böyük  yardım  göstərmiş  oldular.  Çünki 
onlar  dünya  işləri  üzərində  aparılacaq  mübarizəni  Təsəvvüfin 
məram  və  məqsədinə  uyğun  görmədilər.  Təsəvvüf,  ağalığı  və 
pad
şahlığı tamamilə dünya işlərindən uzaqlaşmış olan yoxsul-
luq
da və dərvişlikdə görür. Onlara görə fəqirliyin son nöqtəsi 
∗∗
 
Bu şeiri Mirzə Mehdi xan Şəqaqiyə istinadən  verirlər, lakin onun 
əsərlərində bu şeirə təsadüf edilmir.  
 
 
167 
                                                 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə