Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə48/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   44   45   46   47   48   49   50   51   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
saray
la əlaqədar olan nə varsa hamısına müharibə elan etdi. O, 
xalq  və  Vətən  düşmənlərini  şeir  sənətinin  qəhredici  silahı  ilə 
əzib ifşa etdi:  
 
Dəhr dun cəlladı başlar kəsməgə amadədir, (hazırdır-red.) 
Etibarı dəhərin ancaq qan içən cəlladıdir. 
Şah işrət bəzəmi qurmuşdur verər saqi şərab 
Mey deyil ,sağır dolu bu badə-digər badədir. 
Xalq qanıdır şərabı, xalq ətindədir kabab
Duyumudur bunlar xuda, yainki Adəmzadədir? 
 
Xaqani  azərilərin  çox  nəcib  sifətlərindən  biri  olan  məğ-
rur
luq və  yenilməzliyi fövqaladə sevmiş, öz iradəsi və arzusu 
zid
dinə bir addım belə atmamışdır. Onun həyatında da, yaradı-
cılığında  da  bu  xüsusiyyət  parlaq  bir  şəkildə  əks  etmişdir.  O, 
dostlu
ğunda  səmimi  və  sadiq  olduğu  kimi,  üz  döndərib  ikrah 
etdiyi  düşmənləri  əleyhinə  mübarizədə  daha  ardıcıl  və 
barışmaz  idi.  Şair,  bədii  sözün  qüdrətindən  istifadə  ilə  öz 
düşmənlərinə  hücuma  keçir  və  ona  qarşı  duran  yaltaqlar, 
alçaqlar zümrəsini rüsvay edir:  
 
 
Barındırar əsrimiz hər şeydən alçaqları, 
Bax gör necə qızğındır yaltaqların bazarı. 
Dünya kəmal əhlinə fəqət beyt əlalımdır. 
Ariflərin nəsibi ancaq dərd ilə qəmdir. 
Çəkil, əzlətə çəkil, bu aləmdən uzaqlaş
Şərəfsizlər şahların qapısında əgər baş. 
Arxa çevir onlara, mərdin başı əyilməz. 
Kəmal əhli cahilə “Mürşidim” deyə bilməz. 
Tikə alma amandır, namərdlərin əlindən, 
Sənə halva versələr, yeyib zəhərlənərsən. 
 
 
 
157 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Böyük  şair  Ahəstan  şahın  sarayında  cərəyan  edən  qanlı 
oyunların tamaşaçısı olmaq istəmirdi. O şahın özündən belə üz 
döndərmiş,  hökmdara  qarşı  kəsgin  bir  mövqe  tutmuşdu.  Biz 
şah ilə şair arasında mövcud olan bu ziddiyətə dair Xaqaninin 
əsərlərində bir çox işarələrə təsadüf edirik. Bir əsərində əsrin-
dən, mühitindən şikayətlənən şair qəsidəsinin sonunda mətləb 
üstü
nə gəlir və deyir: 
 
Aləm mənhusdan umma səfa Xaqaniyə! 
Zadə hiz və zənayə dəhərdə yaddır vəfa.  
Şurə zar içrə görən varmı gül və reyhan ola? 
İt südü əmmiş küçük, mümkünmüdür aslan ola? 
Sən həqiqət aşiqi, sən haqq sözün qurbanısan, 
Haqq sözünlə təşnə qıldın qanıvı satanı sən! 
 
Bu misralardan aydın olur ki, şah ilə şair arasındakı əda-
vətin  mənşəyi,  bəzilərinin  iddia  etdiyi  kimi  təkcə  Xaqaninin 
saray
dan getmək fikrinə düşməsi deyildir. Bəlkə şairdə bu fikri 
oya
dan başqa səbəblər var etmiş. Xaqani sarayda cərəyan edən 
hadisələrə laqeyd qalmayıb şahin çirkin əməllərini qorxmadan, 
çəkinmədən tənqid edib, həqiqəti göz qabağına qoyurmuş. Hə-
qiqəti sevməyən şah isə şairin qanına susamışdı. Lakin Xaqani 
föv
qaladə  böyük  ixtiyarlar  sahibi  olan  hökmdarla  üz-üzə  gəl-
məsindən  heç  də  peşiman  deyildi.  O,  düşməninin  imkanlarını 
bildiyi kimi, öz rütbəsi və öz qüdrətindən dəxi bixəbər deyildi. 
O, bu hüsni belə ifadə edir:  
 
Düşmənin bir alçaq, sən qəhrəmansan  
Süleyman qorxarmı bir qarışqadan?  
Düşmən, iradəli bir maqnit daşı, 
Gör necə durmuşdur dünyaya qarşı. 
 
 
 
158 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Xaqani,  zülm  və  haqsızlığa  qarşı  mübarizədə  nə  qədər 
fəal,  nə  qədər  tələbkar  olsa  da,  əleyhinə  bu  cür  kəskin 
çıxışlardan sonra artıq sarayda qala biməzdi. Odur ki, təqribən 
45-
50 yaşlarında ikən Şirvanşahlar sarayını tərk etmək qərarına 
gəlir,  şair  belə  bir  qərara  gəldiyini  bir  beyt  ilə  bu  cür  ifadə 
etmişdir:  
 
Otuz il ömrün hədər getdi hədər, Xaqani  
İndi tərk etməlisən bar gəl, Xaqani! 
 
Şair  yaşının  qoca  çağlarında  ikən  ömrünün  heçə  getmiş 
əziz günlərini dala qaytarmaq istəyir. O saraydan uzaqlaşmaq, 
qəflətə  çəkilmək  arzusu  ilə  bərabər  səyahət  və  səfərlərə  dəxi 
fövqa
ladə  müştaq  (həvəskar-P.M.)  olur.  O  əvvəlcə  Xorasan 
səfərinə  hazırlaşır.  Lakin  siyasi  vəziyyət  şairə  mane  olur. 
Böyük insan öz həsrətini yanıqlı bir qəlbin hisslərinin tərcmanı 
olan:  
 
 
Nə üçündür ki, Xorasana məni qoymazlar 
Bülbülüm sohən gülüstana məni qoymazlar. 
 
mətləli qəsidəsində fövqaladə bir məharətlə bəyan etmişdir. Bir 
cəhəti də qeyd etmək lazım bilirik ki, Xaqaninin Xorasan səfə-
rinin  meylində  olmaslna  səbəb  təkcə  ziyarət  arzusu  deyil. 
Böyük şairin yazılarından məlum olur ki, o zaman Xorasan bir 
çox  fazil  və  alim  adamların  məskəni  idi.  Şirvan  şairi  onlarla 
görüşmək və onların müsahibəsindən feyz almaq arzusunda idi. 
Xaqani gö
rüşmək  arzusunda  olduğu  bu  fazil  insanlardan  biri 
haqqında bizə daha ətraflı məlumat verir ki, o da Məhəmməd 
Yəhya  Xorasanidir.  Xaqaninin  yazdığına  görə  Məhəmməd 
Yəhya  əsrinin  böyük  filosofu  imiş.  Şair  onu  əsrin  imamı 
adlandırır.  Onun  matəmində  bütün  yer-göy  əza  saxlamış 
 
 
159 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
fəqirlərin  sığınacağı,  məzlumların  pənahı  imiş.  O,  kainatın 
ləngəri (lövbəri),  yer üzünün ziynəti imiş.  
Yazdıqlarımızdan aydın olur ki, Xaqani hər yerdə olursa 
olsun, fəzilət və kamal sahiblərini tapmaq, onlara lazımi qiymət 
verib əzizləmək qabiliyyətinə malik bir insan imiş. 
Xorasan səfəri baş tutduqdan sonra Xaqani Məkkəyə get-
miş və bu səfərində bir çox şairlər, filosoflar, təriqət başçıları 
və  dövlət  adamları  ilə  görüşüb  şəxsən  tanış  olmuşdur.  Azəri 
ədəbiyyatımızın  xəzinəsində  qiymətli  incilərdən  biri  olan 
“Töhfəil  İraqeyin”  məsnəvisi  şairin  bu  səfərdən  aldığı 
təəsüratın məcmuəsidir.  
Xaqani  yenə  də  Məkkə  səfərindən  qayıtdığı  zaman 
ərəblər  tərəfindən  tari-mar  edilmiş  Sasanilər  paytaxtı,  Mədain 
xaraba
larını  tamaşaya  getmiş  və  gördüyü  müdhiş  mənzərəni 
ölməz əsəri olan “Eyvan Mədain” qəsidəsində canlandırmışdır. 
Azərbaycanın  böyük  şairi  məxsusən  bu  əsərlərində  özünün 
tarixə,  mədəniyyətə  və  sənətə  nə  əndazədə  məftun  olduğunu 

mayiş  etdirir.  Şair  üçün  bütün  xalqların  təməddunı,  bütün 
xalqların azadlığı, əzəməti və tarixi simaları eyni dərəcədə əziz 
və qiymətlidir.  
Xaqaniyə    qoca  yaşlarında  təzə  bir  müsibət  üz  verdi. 
Onun səmimi bir ata qəlbi ilə sevdiyi cavan oğlu Rəşid nakam 
öldü. Bu möhnət, bu əza şairin gözündən nuru, dizindən taqəti 
apardı.  Oğul  dağı,  Vətən  dərdi,  el  qəmi  şairi  bir  nuhəxanə 
(mərsiyə, ağu deyən-P.M.) çevirdi:  
 
Uddu günəşimi qara torpaqlar
Yaralı sinəmə çəkildi dağlar. 
Boğulduq qara bir ümman içində. 
O tor
paq içində, mən qan içində.  
Deyirlər Xaqani, etmə çox fəqan, 
Nə üçün gözlərin qan ağlayır, qan? 
Nə edim, sızlamaq istəyir ürək. 
 
 
160 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə