Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə42/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   38   39   40   41   42   43   44   45   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
bağlanan  yerli  və  oturaq  xalq  olmuşlar.  Buna  görə  də 
“Monqol” nəzəriyyəsinin puç və əsassızlığı aydın olur. Bir də 
monqollar  fəqət  Azərbaycanda  deyil,  İranın  başqa  yerlərində, 
Ərəbistanda, 
Rusiyada 
və 
Hindistanda 
hakimiyyət 
sürmüşdülər. Halbuki, həmin yerlərdə “Tarixin şum hadisələri 
nəticəsində  monqollardan  qalma  bir  dil”  meydana  gəlməmiş, 
əksinə,  monqol  barbarlarına  qarşı  unudulmaz  bir  nifrət 
yaranmışdır.  
Təbriz və ümumiyyətlə İran Azərbaycanında yaşayanların 
ta qədimdən azərbaycanlı olduğunu isbat edən dəlillərdən biri 
də  Azərbaycandakı  coğrafi  adlardır.  Acı  çay,  Meydan  çayı, 
Qara dağ, Qara çəmən,  Gəlin qaya, Güney,  Qara bulaq, Qara 
mələk, Dəvəçi, Qurət meydanı kimi yüzlərlə kənd, mahal, çay, 
məhəllə  adları  vardır  ki,  min  il  bundan  qabaq  yazılmış  tarix 
kitablar
ında  belə  onlar  bu  günkü  kimi  yazılmışdır.  Bu  onu 
göstərir ki, İran mürtəceləri özləri də həqiqəti yaxşı başa düşür 
və  tələsik  ad  dəyişdirməklə  bu  yerlərin,  çayların  əsl  adını 
xalqın  yadından  çıxartmaq  istəyirdilər.  Əgər  bu  adlar  son 
illərdə Rza şahların əmrilə dəyişdirilirdisə, lakin xalq bununla 
hesablaşmayaraq, onları öz bildigi kimi tələffüz edirdi.  
Təbrizin  yetişdirdiyi  böyük  simalar  arasında  elə 
şəxsiyətlər  vardır  ki,  onların  əsər  və  işləri  tarixin  səhifələrinə 
qızıl  suyu  ilə  həmişəlik  həkk  edilmişdir.  Şəms  Təbrizi,  Xətib 
Təbrizi, Səttar xan, Şeyx Məhəmməd Xiyabani  kimi  yüzlərcə 
alim,  sənətkar,  ustad  və  şair  göstərmək  olar  ki,  onları  Təbriz 
yetişdirmiş və bir təbrizli kimi mədəniyyət dünyasında məşhur 
olmuşdur.  Təbrizlilərin  istedad,  hünər,  məharət  və 
cəngavərlikləri isə tarix səhifələrində xüsusi qeyd edilmişdir.  
Tarix  inkaredilməz  bir  dəlil  və  məntiq  ilə  sübut  edir  ki, 
Təbriz və təbrizlilər İran Azərbaycanının əsas və yerli əhalisi, 
dün
yanın  ən  qədim  mədəni,  istedadlı,  qadir  və  qüdrətli  xalq-
larından  olan  azərbaycanlılardır.  Onlar  öz  millət,  adət-ənənə, 
 
 
135 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
mədəniyyət və xüsusiyətlərini zamanın müxtəlif fırtınaları ara-
sından çıxararaq, bu günə qədər hifz edib saxlamışlar.  
 
Qulam Məhəmmədli  
(1946-
cı il, № 7, səhifə 19)    
 
 
136 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
  
GƏL APAR MƏNİ 
 
Ba
ğçamızda güllər açıb .... 
Nərgiz, zanbaq, yasəmən, mixək güllərinin ətri otağa do-
lur. Uca çınarlar mahnı oxuyur. Qara ağaclar pıçıldayır. Bahar 
müj
dəçisi sarı bülbül şaqraq mahnıları ilə sarmaşıqlarla qapan-
mış pəncərəmizə qonur.  
Lakin mən sənin hicranınla keçirdiyim üç bahar kimi, bu 
bahar da yalnız qaldığımı düşündükcə, nə ətir saçan bağçalar, 
nə  güllər-çiçəklər,  nə  rəngbərəng  quşcığazlar,  nə  də  bu  bahar 
möh
sümü ilə təsəlli tapıram.  
Əgər sən də mənsiz təsəlli tapmayırsansa ...  
Gəl apar məni! 
Günəş çəkilir... mavi göy qaralır. Mən dönə-dönə uzanan 
ilk ayrılıq yoluna baxıram. Mən bu yol ilə səni.... Arxanda yaşıl 
döyüşçü  çantası  olduğu  halda  Vətən  torpaqlarını  qorumağa 
yola saldım.  
Biz ayrılırdıq ...  Sən həsrət dolu nəzərlərlə mənə baxdın. 
Sonra bir 
qartal kimi alıb qaranlıq çökmüş yollarda xəyal kimi 
silinərək görünməz oldun. 
Lakin mən... 
Mənim hicran dərdindən yaşarmış gözlərim yenə həmişə 
olduğu kimi o yollarda səni arayır... 
Əgər sən də məni arayırsansa ... 
 
Gəl apar məni! 
Xəyalım tutqunlaşır. Mən taxta dirsəklənib səni, ilk eşqi-
min son baharını düşünürəm...  
Mənə elə gəlir ki, sən səngərdən səngərə... addımlayırsan. 
Əlində  silah....  Qumbara  var.  Baxışların  kinli  və  çöhrən 
intiqam atəşi içərisində yanır... Sən düşməni didib parçalamaq 
üçün hücum
a qalxmısan ...  
 
 
137 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Birdən əlindəki avtomat silahdan qırmızı alovlar yağır ... 
Və bu qaranlıqlar içərisində havanı yararaq düşmən tərəfə uçur.  
Sən yenə irəliləyirsən ...  
Qorxulu keçilməz yolları addayırsan ... 
Öldürürsən ... Qan tökürsən.... 
Yenə xəyalım qaralır... Mən sayıqlamalar içərisində səni 
səsləyər ... Səni arayıram. Dərdlərimi, düşündüklərimi, arzula-
rımı sənə ... İlk eşqimin son baharına söyləmək istəyirəm ... 
Əgər  sən  də  məni  keçirdiyin  müdhiş  dəqiqələrin  şahidi 
etmək istəyirsənsə ...  
Gəl apar məni... 
Günlər  keçir.  Mən  səmanı  tənha  dolaşan  ayın  seyrindən 
ayrılaraq  yatağıma  uzanıram.  Gözlərim  qapanır.  Yuxulayıram 
...  bu  zaman  mən  qapının  döyüldüyünü  eşidirəm.  Açıram, 
həsrətlə  yolunu gözlədiyim məktub daşıyan cavan gəlin mənə 
məktub  uzadır.  Alıram  və  təşəkkür  edə-edə  onun  mavi 
gözlərinə baxıram ... Və mənə elə gəlir ki, bu gözlər də intizar 
içərisindədir... 
Sən dəmi ... səndəmi gözləyirsən?  
Gəlin  başını  yırğalayır  və  onun  gözəl  iri  gözləri  yaşla 
dolur...  
-
 
Yox, yox... O bir daha qayıtmayacaq ...  
Dəhşət məni alır. Birdən ... Yox, dilim qurusun! Necə ola 
bildi ki, mən belə bir fikri ürəyimə  yaxın qoydum. Səndən ki 
məktub alıram... 
Tələsik  zərfi  açıram.  Oxuyuram.  Səndəndir...  Lakin  nə 
yaz
dığını aydınlaşdıra bilmirəm ... Bütün iradəmi toplayıb oxu-
yura
m....  Yenə  hərflər  qaralır,  titrəyir  və  kölgə  kimi  silinib 
oxun
maz olur... Əlimdə bir parça kağız qalır... 
Dəhşət  içərisində  diksinib  yatağımdan  sıçrayıram  ...  Və 
gecədən bəri sənə yazmaq üçün saxladığım ağ vərəqin hələ də 
əlimdə olduğunu görürəm.  
 
 
138 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə