Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə38/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   34   35   36   37   38   39   40   41   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
s
ən də  bir  insanmı  sanırsan”,  “Əkinçi”,  “Ey  pul”,  “Paradır”, 
“Balaca s
əhnə” və “Neylərdin ilahi” kimi şeirlərini yazmışdır. 
Öz b
ədii möhkəmliyini və xüsusən məzmun gözlüyü etibarı ilə 
Sabirin yüks
ək əsərlərindən biri olan “Neylərdin ilahi” şeirində 
bir-birin
ə qarşı duran ictimai qüvvələr və onların arasında olan 
k
əsgin ziddiyəi nə qədər gözəl şərh edilmişdir.  
Sabirin böyük demokrat v
ə xalq şairi kimi şöhrət qazan-
ma
sının sirri də məhz xalqı bu yolda tərbiyə etməyə çalışması 
il
ə əlaqədardır.  
Ümumiyy
ətlə, mollaəsrəddinçilər və  eləcədə  bu 
c
ərəyanın  alovlu  şairi  Sabir  hakim  sifətlərdən  başqa  onların 
m
ənafeini müdafiə edən “Ziyalılar” quruppası ilə də, ruhanilər 
burjua ziya
lılar  və  sairə  ilə  də  kəsgin mübarizə  aparmalı 
olmuşdur.  Sabirin  ziyalılar,  yalançı  millət  dostları,  zahidlər, 
yalançı ruhanilər əleyhinə onlarca kəsgin şeirlər yazmasının da 
s
əbəbi bu idi. Sabirin məqsədi eyni zamanda hakim siniflərə 
yaltaqlıq 
edib 
xalq 
cəhalətdə 
saxlamaq ist
əyən 
“İntligentlərin”də  iç  üzünü  açıb  xalqa  göstərmək  olmuşdur. 
Bel
əliklə  də  Sabir  yalnız  düşmənin özünü deyil, onun 
“n
əzəriyəsini” və “nəzəriyatçılarını”da ifşa etməklə xalqa əzmi 
d
ərəcədə  kömək  etmiş  oldu.  Sabirin  bu  məqsəd ilə  yazdığı 
şeirləri çoxdur. Onlardan nümunə olaraq “Bir məclisdə on iki 
kişinin söhbəti” adlı şeiri xatırlamaqla kifayətlənirik.  
V
əkil – haqqsıza haqqlı deyib bir çox günaha batmışam.  
H
əkim – dərdi təşxis etməyib qohum əqraba ağlatmışam. 
Tacir – m
ən halal ilə haramı bir-birinə qatmışam. 
Röz
əxan - əmanətin pulun alıb mən gözlərin islatmışam. 
D
ərviş  –  nərdə  bulsam  fal  açıb  min-min yalan söz sat-
mışam. 
Sufi  –  ruz-
şəb haqq-haqq deyib mən hər kəsi 
oynatmışam. 
Molla – günd
ə bir fitva verib məxluqu çox aldatmışam. 
Elm – q
əti ümid etmişəm yeksər bu qovmi atmışam. 
 
 
122 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
C
əhl – ortada kef eyləyib mən həm mərama çatmışam. 
Şair – bülbülə, eşqə, gülə dair yalan fırlatmışam. 
Avam – anlamam h
ər gəz, cəhalət bəstərində yatmışam. 
Q
əzetçi – mən cəridəm dolmaq üçün mətləbi uzatmışam. 
Sabir xalqının böyük gələcəyi, istiqbalı və istiqlalı üçün 
görül
əcək  işlərin  asan  olmadığını  və  mübarizənin hər  şeydən 
əvvəl birlik, mətanət tələb etdiyini söyləyirdi. Dostu və müasiri 
böyük Az
ərbaycan  şairi Məhəmməd  Hadinin  “İstiqbalımız 
parlaqdır” şeirinə yazdığı cavabda şair bildirir ki, yalnız yaxşı 
sözl
ər söyləmək və  gözəl arzular söyləməklə  böyük istiqbala 
çatmaq olmaz v
ə  istiqlaliyyət  əldə  etmək olmaz. “ Həyatın” 
qapanması  münasibətilə  yazdığı  başqa  bir  şeirində  şair  yenə 
eyni fikri başqa şəkildə inkişaf etdirərək:  
 
Gopdan 
əməl aşmaz, işə qeyrət gərək olsun, 
Mill
ət düyünü açmağa hümmət gərək olsun. 
 
deyir v
ə həqiqi azadlığa nail olmaq üçün hər şeydən əvvəl xalqı 
t
əşkil etməyin zəruriyətini qeyd edirdi. 
Sabir haqq sözün aşiqi idi. Onun az bir müddətdə böyük 
şöhrət  qazanmasının  bir  səri də  bunda  idi.  Şair  doğru  sözü 
gün
əşlə  müqayisə  edir,  sözü  “Xurşid  musavat”  adlandırır  və 
“Doğru deyən olsaydı, yalançı utanardı” deyib düşmənlə müba-
riz
ədə azadlıq uğrunda doğru sözün kəsgin silah olduğuna işarə 
edirdi. Sabirin n
əzərində  həqiqi  şair,  ancaq  doğru  söz  sahibi 
olan v
ətənpərvər insandan ibarətdir. Ona görədir ki, Sabir tez-
tez söz il
ə  alver edən  yalançı  şairləri,  müddahları  hər bir 
şeirində  amansızcasına  qamçılayır,  şeiri,  sənəti daima 
h
əqiqipərvərliyə çağırırdı.        
 
        M.C
əfər  
(1946-
cı il, səhifə 13, 14, 15) 
 
 
 
123 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
 
 
 
124 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
SEVİMLİ ŞAİRİMİZ 
 
Əziz vətənimiz Azərbaycan feyzli və bərəkətli bir torpaq-
dır.  Bu  vətən hər sahədə  böyük və  qiymətli  insanlar  yetişdir-
mişdir. Bütün şərq aləminin tanıdığı, əsərlərini sevə-sevə oxu-
duğu  “Hophopnamə” müəllifi Tahirzadə  Mirzə  Ələkbər Sabir 
d
ə, vətənimizin  yetişdirmiş  olduğu  böyük  və  qiymətli  oğulla-
rından biridir. Yaradıcılığının kamil dövrünə təzəcə girdiyi bir 
zamanda va
xtsız ölüm onu bizdən ayırdı. 
Sabirin v
əfatından  35  il  keçir.  Hər il bütün Azərbaycan 
d
ərin bir hörmətlə  böyük və  qiymətli  şairini  yad  edir.  Hər il 
Az
ərbaycanın mərkəzi şəhərlərində, yaxın və uzaq guşələrində 
Sabiri yad etm
ək üçün ədəbi gecələr təşkil  edilir, məruzələr 
oxunur, xatir
ələr  danışılır.  Mən də  ölümünün 35-ci ildönümü 
münasib
ətilə  əziz və  səmimi dostum Mirzə  Ələkbər Sabir 
haqqında bildiyim xatirələri söyləməyi özümə şərəfli bir vəzifə 
bilir
əm.  
Çoxdan b
əri görmək arzusunda olduğumuz Azərbaycanın 
şer və sənət ocağı olan Şamaxı şəhərinə 1905-ci ildə yolumuz 
düşdü. Orada məşhur müəllimlərdən Əli Cabbar Orucəliyevin 
evind
ə  qonaq  qaldıq.  O  axşam  Sabir  ilə  Səhhət bizi görməyə 
g
əlmişdi.  Hər ikisi ilə  birinci dəfə  orada  tanış  olduq.  Sabirin 
h
əzin siması  və  düşüncəli gözləri  vardır.  Həyatın  ağır 
z
ərbələrinin  acı  təsirini onun üzündə, gözündə, hətta titrək 
s
əsində belə duymaq olurdu. Buna baxmayaraq, o munis qəlb
Şamaxının  həyat və  mühitindən söz açmaq, üzünəməxsus bir 
t
ərz və  şivə  ilə  danışıb,  bizi  güldürməyə  çalışırdı.  Şamaxıda 
tanıdığı,  ruhuna  və  məsləkinə  uyğun  olmayan  bəzi  şəxsləri o 
q
ədər dadlı və həqiqi boyalarla tərsim və təşxis edir və onları 
göz önünd
ə  o qədər gözəl  canlandırırdı  ki,  biz  gülməkdən 
ölürdük. O gec
əni olduqca xoş keçirdik. Səhər Əli Cabbar bizi 
Sabirin  dükanına  apardı.  Sabir  bişirdiyi  sabunu  göstərərək 
gül
ə-gülə: 
 
 
125 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə