Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə34/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   30   31   32   33   34   35   36   37   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
S
ən qazan, malını bəyzadələr alsın tıxsın! 
İşləməkdən əzilib umbuzu iranlıların! 
N
ə səbəbdəndir açılmaz gözü iranlıların?! 
 
H
əmal  əsrlər boyu fars hakimiyyətinin dəmir məngənə-
sind
ə  inləyən, elmdən, mədəniyyətdən, hətta  öz  doğma  Ana 
dilind
ən məhrum edilən xalqı həmişə inqilaba çağırırdı. 
S
əttar xan hərəkatının  süqutundan  sonra,  təqribən 1917-
1920-ci ill
ərdə İran Azərbaycanında Şeyx Məhəmməd Xiyaba-
ninin r
əhbərliyi  altında  yeni  qüvvətlə  başlayan  milli  qurtuluş 
h
ərəkatı  Həmalı  hədsiz fərəhləndirir. Xüsusən  İran 
Az
ərbaycanının  bəzi  mahallarında  qurulan  üsul-idarə  az bir 
müdd
ət davam etdiyinə  baxmayaraq, Həmala yeni ümidlər 
verir.  O,  İran  Azərbaycanı  üçün  azadlıq  və  istiqlaliyyət 
d
əqiqələrinin çatdığını duyur. Lakin bu böyük inqilabi hərəkat 
irticanın  əli ilə  boğulduqda,  Həmal qəzəblənir və  bu 
münasib
ətlə  yazdığı  “İran  xalqına  xitab!”  şerində  o,  xalqı 
inqilab  düşməninə  qarşı  daha  amansız  olmağa,  onun  taxtını 
s
ərnəqun etməyə çağırır: 
 
Qalıb İran fəqiri ac işi lov;  
Var-yoxu 
ərbabın əlində girov. 
Xan yeyir öz evind
ə paxla plov, 
Bir oyan ey zipov balası zipov 
B
əyi döy, mülkədarı qov, xanı qov! 
 
Xal
qı açıq inqilabi çıxışa təhrik edən Həmal öz könül ar-
zularını tərənnüm edərək deyir: 
 
Münt
əzirdir gözüm İranda qalan yoldaşıma; 
Töküb İranın o xanzadələri kül başıma! 
Bir dey
ən yoxmu mənə ey qoca pabəstə kişi!   
On iki pud tayın altında qalan xəstə kişi! 
 
 
108 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
N
ə olar eylə hücum xan ilə bəy üstə kişi! 
H
əsrətəm bir neçə müddətdir bacı-qardaşıma! 
Töküb İranın o xanzadələri kül başıma! 
 
Çatar imdadıma axır füqara dad rəsi; 
K
əsilər onda bəyin, mülkədarın son nəfəsi, 
Vardır həritə Həmal başının çox həvəsi. 
Özüm öls
əm də yazın bu sözümü baş daşıma! 
Töküb İranın o xanzadələri kül başıma! 
 
H
əmal azadlığın haradan və hansı vasitələrlə əldə ediləcə-
yini yaxşı bilir. Onun “Füqara nəğməsi” adlı şeiri buna parlaq 
sübutdur: 
 
Şərqə hərit doğarsa, məncə zəhmətdən doğar
Şan şövkət birlik etməkdən, həmitdən doğar. 
Əldə al bayraq, dodaqda, dildə hərit sözü, 
Nail olmaq m
əqsədə, əlbəttə qeyrətdən doğar. 
Zülmü yıxmaq, haqqı almaq, xalqı azad eləmək, 
Hasli, bunlar bu günki şanlı qutdan doğar. 
Yüks
əliş istəmirsən əlan açıq yol göstərim, 
S
əhnə aləmdə hörmət xalqa xidmətdən doğar. 
 
Qul, ç
əkic, kəsgin oraq, parlaq kotan balatfaq, 
Anlamış dre ki, səadət varsa sənətdən doğar. 
P
ərdə zülmətdən haqq məstur isə, lakin sabah, 
Gizli qalmaz bu h
əqiqət nuru zülmətdən doğar. 
 
H
əmalın qəlbi inqilab arzusu ilə çırpınır. O milliyətindən 
v
ə dinindən asılı olmayaraq zəhmətkeşlərin birliyini təbliğ edir. 
Bu c
əhətdən “fəhlə” sərlövhəli şeiri diqqətə layiqdir:  
 
N
ə dində olsa fəhlə, fəhlə ilə həm mənafeidir, 
 
 
109 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
N
ə fərq eylər “Məmiş” olsun adı ya ki “İvan” fəhlə  
Müs
əlmansan müsəlman əvvəl, russan qal rusluğunda, 
Budur söz h
ər məhafildə çalış çoxluq qazan fəhlə! 
 
H
əmal qadın azadlığının ən yaxşı dostudur. O, qadınların 
q
əflət  yuxusundan  oyanmasını,  elm  və  mədəniyyətə  yiyələn-
m
əsini təbliğ edərək deyir: 
 
G
əl bunca hicab eyləmə ey şəms səadət, 
İnsaf deyil aləmi təsxir edə zülmət.  
Bu hiss il
ə olma gözəlim pərdədə məstur 
Min növ x
əyalat ilə qılma gözünü kor. 
İstərsən əgər ömr edəsən dəhirdə məsrur 
T
əhsil elm ilə, yetər eyləmə zillət, 
Aç p
ərdə rüxsarını ey şəms səadət! 
M
əhrum edilib elmdən hərgah qadınlar,  
Bir f
əlsəfədən olmayıb agah qadınlar. 
Min zill
ət ilə gün keçirib ah qadınlar! 
Bilm
əm bu nə qanun, bu nə bədət, bu nə adət? 
Aç p
ərdə rüxsarını ey şəms səadət! 
H
əmalın  bəzi köhnə  adət və  ənənələr  əleyhinə  yazdığı 
şeirlər istər  Bakıda,  istərsə  də  İranda  yaşayan  bir  para  avam 
tanış  dostlarına  xoş  gəlmirdi. Ondan üz döndərirdilər. Həmal 
onlara satirik şeirlərlə çox kəskin cavab verirdi.  
Böyük şairimiz Mirzə Əli Əkbər Tahirzadə Sabiri təqlid 
ed
ən, ona bənzətmələr  yazan  şairlər  çox  olmuşdur.  Lakin  bu 
şairlər arasında Həmal tamamilə fərqlənir. Onda fitri bir şairlik 
istedadı, onun şeirlərində təbii bir axıcılıq, oynaqlıq vardır. 
H
əmalın  həyat və  yaradıcılığı  İran  Azərbaycanının  milli 
qurtuluş hərəkatı ilə möhkəm bağlıdır. O, vaxtilə bilavasitə işti-
rak
çısı olduğu bu hərəkata həmişə dərin hüsn-rəğbət bəsləmiş 
v
ə inqilabi hərəkatın qalib gəlməsini ürəkdən arzu edib, bu yol-
da xeyli iş görmüşdür. 
 
 
110 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
İran Azərbaycanındakı qardaşlarının azadlığı uğrunda yo-
rulmaq bilm
ədən  çarpışan  Həmal 1926-cı  il  iyun  ayının  4-də 
Ba
kıda  vəfat  etmişdir.  Bu  alovlu  vətənpərvər  şairin  adı  öz 
q
ədirşünas  xalqının  xatirində  uzun müddət  yaşayacaq  və  əziz 
tutula
caqdır. 
 
Əmin Sadiq 
(1946-
cı il, № 6, № 3, səhifə 42, 43). 
 
 
111 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə