Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə30/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   26   27   28   29   30   31   32   33   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
 
ZƏNCAN ŞAİRLƏRİ 
 
Z
əncanın müasir görkəmli şairlərindən Xosrov Darainin
öz şeirlərini uzun zaman fars dilində yazması və azərbaycan di-
lind
ə  yazdığı  çox  təsirli qəzəllərini  araya  cıxara  bilməməsi 
t
əsadüfi deyildir. Bu vəziyəti Zəncan şairlərindən Əziz Sənəti 
öz şeirlərinin birində belə təsvir edir:  
 
Ulduzu batmış idi ölkəmizin xiffətiynən  
Yen
ə əşrəf elədi özünü bir əbhətiynən. 
Dey
əcəkdir sözünü ən əzəmət qüdrətiynən. 
Yaşa Azər dilinin qüvvəli bayraqdarı! 
Yaşa heyrətin aləmdə olan haqqdarı! 
 
Az
ərbaycan milli höküməti Ana dilində ədəbiyyat, sənaye 
n
əfisə(incəsənət-P.M.) və mədəniyyəti geniş xalq kütlələri ara-
sında yaymaq işinə çox diqqət verdi. Çox çəkmədən Zəncanda 
t
əzə açılmış mədəniyyət evinə axın – axın gənclər, qocalar, xa-
nımlar gəlməyə  başladılar. Rəssamlar, nəqqaşlar,  teatr  həvəs-
kar
ları, tarixçilər, şairlər öz zəngin xəzinələrinin ağzını açdılar.  
Böyük h
əvəs və ehtirasla Zəncan mədəniyyət evinin ətra-
fında  toplanmış  şairlərin nəcib və  pak  arzuları  tezliklə  yerinə 
yetirildi. Z
əncanda şairlər məclisi yaradıldı.  
Sağlam,  cavan  fikirləri, gənc qələmləri öz ətrafına 
toplamış  olan  Zəncan  şairlər məclisinin  işini  əhali böyük 
m
əhəbbətlə izləmiş və burada təşkil edilmiş “Azər” qəzetində 
şeirlərin dərc edilməsini həmişə səbrsizliklə gözləmişlər. 
Z
əncan şairləri içərisində ən istedadlı  yaradıcılardan biri 
olan Hökum
ə xanım Billuri vətənə həsr etdiyi bir şeirində və-
t
ənin illərdən bəri zülmət içərisində qalmasının, bir çox başqa 
cavanlar kimi onun da q
əlbini  sıxdığından  danışır.  O,  “İrtica 
 
 
93 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
güll
əri xəzan oldu” şeirində vətənin üzərindən qara buludların 
ç
əkildiyini böyük bir ehtirasla tərənnüm edir.  
Z
əncanın  tanıdığı  qocaman  şairlərin içərisində  Xosrov 
Darai xüsusi yer tutur. O bir q
əzəl ustad kimi tanınır. Lakin o, 
öz ür
ək açan qəzələrilə  kifayətlənməyərək Vətən məhəbbəti, 
xüsus
ən demokratik nehzətindən  sonra  İran  Azərbaycanı  de-
mokrat firq
əsinin rəhbərliyi altında əldə etdiyi böyük müvəffə-
qiyy
ətləri öz şeirlərində təsvir edir. Bu cəhətdən onun “Qışda 
bahar”  şeiri  xüsusi  diqqətə  layiqdir.  Darai  bu  şeirində  Azər 
ölk
əsinə  təzə  bir  baharın  gəldiyini və  bu  baharın  çiçəkləri 
ətrafında azad bülbüllərin şən səslərini tərənnüm edir.  
 
Getdi zamanı zülm və stəm istəyənlərin,  
Mill
ət özü özü üçün ələ aldı ixtiyar. 
Şad ol, sağ ol, yaşa bizim ey şanlı firqəmiz, 
Yaxşı şəhamət ilə zühur etdin iqtidar. 
 
Z
əncanın cavan şairləri içərisində daha çox tanınmış iste-
dadlardan biri d
ə  Əbülfət Həkimyandır.  Gözəl  şair  və  rəssam 
olan bu cavan v
ətənin  azadlıq mübarizəsinə, onun mədəni tə-
r
əqqisi  işinə  bütün qəlbilə  qoşulmuşdur. Təvazükar cavan 
şairin  qəlbinin  ən dərinliklərindən gələn  şeirləri onun 
g
ələcəkdə  böyük sənətkar  olacağı  müjdəsini verir. Həkimyan 
“azadlıq nəğməsi” şeirində:  
 
Müjd
ə verdi millətə azad olub dövranımız, 
Firq
ə zəhmət çəkdi ta asudə olsun canımız.            
Zülm 
əilində qalmayıb Təbrizimiz, Zəncanımız, 
Tarix
ə düşdü qızıl xətlə bizim vətənimiz. 
Çünki Az
ərbaycan hər yanı ərşad elədi. 
 
Böyük ümid ver
ən cavan şairlərdən biri də cavan Kimya 
Q
ələmdər. O, Azərbaycanın milli nehzətindən sonra meydana 
 
 
94 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
çıxmış və azadlıq nemətlərinin bütün şirinliyini dadmış cavan-
lardır. O bütün şeirlərində vətənin şan və şöhrətinin gündən-gü-
n
ə artacağı haqqında öz qəlbinin böyük hislərini oxucuları ilə 
bölüşdürür. Vətənə xitaba:  
 
Ey V
ətən düşmənlərin baş əydi gördü stutin 
H
ər zaman alimləri heyran edibdir qüdrətin  
 
Dey
ə başladığı bir şeirində vətənin qüdrətini, Azərbaycan 
xalqının azadlığa olan sönməz iradəsini və vətənin azadlığı uğ-
run
da  aparılan  mübarizənin  əcdadlarımızdan  qalma  bir  irs  ol-
duğunu irəli sürməkdən başqa, Vətən yolunda özünü qorxmaz 
bir mübariz kimi göst
ərir:  
 
Etm
ə qəm ey pak torpaq, ta ki vardır canımız,          
Eşq cənbəndə sənin möhkəmdi bu imanımız. 
Al
əmi heyran edibdir nəğmə ilhamımız, 
Ta varıq dünyada azadlıq bizim sultanımız,   
Qoymarıq düşmən boğa bu nərəi hüriyətin. 
 
Z
əncan  şairləri içərisində  ilk dəfə  olaraq azad mətbuat 
s
əhifələrində istedadlı şairlərdən Mənuçehr Səid Vəzirinin şeiri 
d
ərc edilərək, Zəncan  şairlərinin  yaradıcılığına  bir  yol 
açmışdır.  Onun  “Vətən”  şeiri  hələ  Zəncanda  şairlər məclisi 
t
əşkili  ərəfəsində  çap  edildiyi  zaman  hamını  sevindirmişdi. 
V
əziri bu şeirində vətənin azadlığını təbrik edərək deyir: 
 
Ey olan zülml
ə bərbad Vətən! 
Görür
əm indi səni şad, Vətən! 
Şad qal, şad yaşa dünyada,  
Ta olaq şadlığına şad, Vətən! 
 
 
 
95 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə