Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə29/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   25   26   27   28   29   30   31   32   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
cümhuriy
ətlərinin bir çox şəhərlərinin azad edilməsində iştirak 
etmişdir.  
Sovet höküm
əti Azərbaycan  xalqının  mərd  oğlu  Həzi 
Aslano
vun  döyüş  xidmətlərinə  yüksək qiymət  vermiş,  onu 
yalnız  müharibə  döründə  9 orden və  beş  medal  ilə  təltif 
etmişdir.  
Xalqın  azadlıq  və  istiqlaliyəti,  şərəf və  namusunu 
qoruyan H
əzi Aslanov 1945-ci  ilin  yanvar  ayında 
q
əhrəmanlıqla həlak oldu. Bu, Azərbaycan xalqı üçün böyük və 
unudulmaz bir itgi idi.  
Adı  dillərdə  əzbər olan Həzi  Aslanov  haqqında  şair  və 
aşıqlarımız  nəğmə  qoşdular,  rəssamlar  onun  şəklini çəkdilər, 
heyk
əltaraşlar  heykəlini  yaratdılar.  Onun  əziz xatirəsi heç bir 
zaman unudulmayacaqdır.  
Sovet dövründ
ə  yetişən  genrallarımızdan  biri  də  genral-
mayor Heyb
ət  Atamalı  oğlu  Heybətovdur. O, uzun müddət 
Az
ərbaycan  diviziyasında  xidmət  etmiş  və  minlərlə 
az
ərbaycanlı  hərbi xadimlər  yetişdirmişdir.  Hitlerçilərin 
v
ətənimizə  basqınının  ilk  günlərindən  başlayaraq,  Heybətov 
Qızıl Ordu sıralarında döyüşmüşdür.  
1942-ci ilin 
əvvələrində genral Heybətov azərbaycanlılar-
dan t
əşkil  edilmiş  qoşun  birləşməsinə  komandir təyin edilir. 
Al
manlar  Qafqaz  dağları  ətəklərinə  çataraq, nəyin  bahasına 
olursa-
olsun  Zaqafqaziya  xalqlarını  qul  etmək, xüsusən  Bakı 
neftini 
ələ  keçirmək kimi xam xəyala  düşüb,  quduzcasına 
ir
əliləməgə  cəhd etdikləri zaman, Heybətovun komandir 
olduğu  birləşmə  Qafqazın  müdafiəsində  fəal  iştirak  etdi, 
faşıstlərin yolunu kəsdi.  
1942-1943-cü ill
ərin qışında Heybətovun qoşun birləşmə-
l
əri, Qızıl Ordunun başqa hissələri ilə birlikdə Şimali Qafqazda 
Alman quldur d
əstələrinə ölümcül zərbə endirdi. Onun mərd və 
qocaq 
əsgərləri Mozdokdan Azov dənizi sahilinə qədər qəhrə-
 
 
90 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
man
lıq  yolu  keçərək,  düşmənin düzəltdigi  bütün  istehkamları 
dağıdır, canlı qüvvəsini və texnikasını məhv edirdilər.  
Genral Heyb
ətov 1943 – cü ilin okyabr ayında azərbay-
can
lılardan ibarət 416 – cı tağanruq atıcı diviziyasına komandir 
müavini t
əyin edilir. O, bu diviziya ilə birlikdə Şimali Qafqaz-
dan Alman faşizmin mənfur mağarasına, Berlin şəhərinə qədər 
şərəfli döyüş  yolu keçmişdir. Heybətov Berlin uğrunda gedən 
tarixi vuruşmalarda bilavasitə öz döyüşçüləri ilə birlikdə iştirak 
etmiş və onları ruhlandırmışdır. Buna görədir ki, onun koman-
dan  olduğu  birləşmənin bütün əsgər və  zabitləri Heybətovu 
m
ərd və  igid bir general, həssas  yoldaş  və  bacarıqlı  bir 
komandir kimi tanımış və sevmişlər. 
General Heyb
ətov öz döyüş xidmətlərinə görə bir çox or-
dan v
ə medallarla təltif edilmişdir. 
General-mayor T
ərlan Abdullah oğlu Əliyarbəyov tam 36 
ildir ki, h
ərbi xidmətdədir. O, 1914-cü ildə Tiflis piyada hərbi 
m
əktəbini bitirdikdən bir ay sonra, Birinci Dünya müharibəsinə 
gönd
ərilmişdir. O, cəbhədə böyük rəşadət və qəhrəmanlıq gös-
t
ərmişdir. 
İnqilabdan sonra Əliyarbəyov Qızıl Ordu sıralarında xid-
m
ətə daxil olmuşdur. O, Azərbaycanda gedən vətəndaş mühari-
b
əsində  musavatçılara  və  xalqımızın  hər  cür  başqa 
düşmənlərinə  qarşı  aparılan  mübarizələrdə  fəal surətdə  iştirak 
etmişdir.  O,  Xalq  Hərbi Dəniz  Komissarlığında,  Azərbaycan 
H
ərbi Komissarlığında  və  Qızıl  Ordu  komanda  heyətini 
hazırlayan bir sıra hərbi-təlim məktəblərində məsul vəzifələrdə 
çalışmışdır.  
Böyük V
ətən müharibəsinin ilk aylarında polkovnik rüt-
b
əsində  olan  Əliyarbəyov  Qafqazın  alman  işğalçılarından 
müdafi
əsində  bilavasitə  iştirak  etmiş,  istedadlı  bir  hərbi 
komandir  olduğunu  sübut  edərək general-mayor rütbəsinə 
çatmışdır. 
 
 
91 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
General-
mayor Əliyarbəyov indi də öz döyüş təcrübəsini 
g
ənc zabitlərə verir və onların geniş hərbi biliyə sahib olmala-
rına artıq diqqət yetirir. 
Az
ərbaycan  xalqının  daha  bir  çox  görkəmli  generalları 
var
dır ki, onların da Vətən qarşısında böyük xidmət və fədakar-
lıqları olmuşdur. Bunlardan general-leytenant Mir Teymur Ya-
qubovu, general-
mayor  Əzizağa  Əzizbəyovu, general-mayor 
Ağasəlim Atakişiyevi, general-mayor Mahmud Əbilovu, Gene-
ral-mayor M
əhəmməd  Bağır  Bağırovu,  general-mayor Yaqub 
Quliyevi v
ə başqalarını göstərmək olar. 
Az
ərbaycan  xalqı  yadellilərə  qarşı  amansızcasına 
mübariz
ə  apararaq,  xalqın  azadlıq,  istiqlaliyyət,  şərəf, namus 
v
ə  ismətini  qoruyaraq,  böyük  şücaətlər göstərmiş  ulu 
babalarının ən yaxşı və nəcib sifətlərini bu günə qədər davam 
etdir
ən,  öz  xalqına  axıra qədər sadiq olan, vətənə  hədsiz 
m
əhəbbət bəsləyən qəhrəman  oğullarını,  sərkərdələrini, 
generallarını həmişə sevəcək və onlarla fəxr edəcəkdir. 
 
R
əsul Rüstəmov 
(1946-
cı il, № 5, səhifə 22, 23, 24) 
 
 
92 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə