Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə26/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   22   23   24   25   26   27   28   29   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
-Biz siz
ə o qədər alışdıq, elə ünsiyət tapdıq ki, ayrılıq ma-
hal görünür! -dey
ə bir dost mənə müraciət edir.Köhnə məşrutə 
inqilablarında  iştirak  etmiş  qoca  bir  xalq  xadimidir:  -Siz bizə 
azadlıq gətirdiniz, hər ürəkdə min bir ümid çırağı yandırdınız. 
Sağlıqla gedin, ürəyimiz və məhəbbətimiz sizinlədir!  
Qan v
ə  ürək  qardaşlarımız  bizə, bizim dövlət və 
ordumuza olan bu müq
əddəs və sonsuz məhəbbəti ürəklərimizi 
riqq
ətə gətirir və təşəkkür hissilə doldurur. Mayın 5-də biz heç 
bir zaman unudulmayacaq bir m
ənzərənin şahidi olduq. Səhər 
tezd
ən  durmağa  öyrənmiş  təbrizlilər bu gün daha tez 
qalxmışdılar. Təbriz küçələri  adamlarla  qaynaşır,  dəstə-dəstə 
insanlar bayraqlarla m
ərkəzi Səttar xan xiyabanina və  milli 
m
əclis meydanına tərəf axışırdılar. Hər tərəfdə fədai və nizami 
qoşun nəfərləri intizamı qoruyur. Fəhlələr, isnaflar, məktəblilər 
d
əstə-dəstə Qızıl Ordu ilə vidalaşmaq üçün gəlirlər. Qızıl Ordu 
d
əstələrinin  başına  güllər, çiçəklər səpilir. Milli məclis 
meydanında böyük bir mitinq başlanır. Mitinqdə çıxış edənlər 
Qızıl  Ordunun  qəhramanlığından,  vətənpərvərliyindən 
danışırlar.  Onu  məzlum xalqların  pənahı  və  ümidi hesab 
edirl
ər.  
-
Dünyanın hər yerində Qızıl Ordu azadlıq və səadət rəm-
zi
dir.  Çox  ordular  yola  salmış  ağsaçlı  Azərbaycan  torpağı 
yalnız  Qızıl  Ordudan  insaniyət və  qardaşlıq  gördü.  Belə  bir 
qoşunu tərbiyə etmiş insanlara eşq olsun!  
Q
ızıl  Ordu  nəfərlərinin  əxlaq və  təmiz mənəviyyatı 
c
ənubi azərbaycanlı  qardaşlarımızı  və  bacılarımızı  daha  artıq 
heyran et
mişdir. Elə bir məclis, elə bir yığıncaq və ailə olmaz 
ki, Qızıl Ordunun bu ali nəcabətindən danışılmasın.  
-Bu hüsn 
əxlaq və  nəcabətdə  bir ordu biz görməmişik. 
Qızıl  Ordu  doğrudanda  Leninin  əxlaqına  və  əfkarına  laiq  bir 
ordudur!  
Qızıl Ordunun əzəmətli tank dəstələri gəlib xitabət kürsi-
si
nin  qabağından  keçərkən “ura” səsləri  meydanı  bürüyür. 
 
 
79 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Tankçılarımızın başına güllər atırlar. Tank döyüşçülərindən biri 
doğma azərbaycan dilində: 
-
Yaşasın demokratik Azərbaycan! – deyə qışqırır. 
T
əbrizlilər onun şüarını gurultu və sevinclə qarşılayırlar. 
Natiql
ərdən biri deyir:  
-
Qızıl Ordu cismən bizdən ayrılırsada,  ruhən bizimlədir. 
Heç bir qüvv
ə bizi bir-birimizdən ayıra bilməz!  
O, farsca bir beyt oxuyur. Bu beytd
ə  deyilir ki, hərgah 
ür
əklərimiz bir olsa, sən Yəmənə  də  getsən mənim 
yanımdasan. Yox əgər ürəklərimiz ayrı olsa, sən yanımda olsan 
da m
ənə Yəməndəkindən uzaqsan....  
Bütün c
ənubi azərbaycanlılar  bu  hisslər ilə  yaşayırlar. 
Onlar ür
əkdən və  böyük  bir  eşqlə  Qızıl  Ordunu  sevmişlər. 
Mitinqd
ən sonra Səttar xan xiyabanında bir insan dəryası əmələ 
g
əlir. Bu insan dəryası  içindən  çıxmağa  çalışan  və  iki Sovet 
generalını aparan bir maşına üç nəfər çadralı qadın yaxınlaşır. 
Onlardan biri titr
əyən əli ilə maşının qapısını açıb başını içəri 
salır və generalın əlindən tutur:  
-Getm
əyin, hara gedirsiniz?! Biz sizdən ayrıla bilmərik!- 
dey
ə o ağlayır.  
General onun 
əlini sıxır və zorla gülümsəyərək:  
-Uz
aq getmirik, Arazın o tayındayıq. Hara getsək eşqimiz 
v
ə ürəyimiz sizinlədir!-deyir.  
Maşını əhatə etmiş adamlardan kim isə qışqırır: 
-
Görüm  Arazı  dibindən  qurusun!  İztirab,  həyəcan və 
arzu
ları  ifadə  edən bütün gördüklərimi saymaqdan qələm 
acizdir. Ancaq onu dey
ə bilərəm ki, biz təbrizli dostlarımızdan 
heç  bir  zaman  unutmayacağımız  bir  məhəbbət, sədaqət və 
s
əmimiyyət gördük. Atalar “eşq qarşılıqlı olar” demişlər. Bizim 
onlara olan m
əhəbbət və eşqimizdən danışmağa ehtiyac varmı? 
Hara gets
ək xatirələri ürəyimizdə yaşayacaqdır.  
İndi  Təbrizdə  də  bahardır...  Lakin  Təbriz  baharının  təs-
vir
ə gəlməz bir gözəlliyi var. Badam və ərik ağaclarının gülləri 
 
 
80 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
bir-birin
ə qarışmışdır. Hər yana ətir yayan bu güllər bir səadət-
d
ən xəbər verir. Arzumuz budur ki, təbrizli dostlar, bağlarınız 
x
əzan görməsin, səadətiniz əbədi olsun! Çünki siz xəzansız bir 
bahar, 
əbədi bir səadətə layiqsiniz. 
 
Mirz
ə İbrahimov 
(1946-
cı il, № 5, səhifə 10,11)      
 
 
 
81 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
 
TƏBRİZDƏ QƏLƏBƏ GÜNÜ 
 
Keç
ən il bu vaxt birinci qələbə  günündə  mən Təbrizdə 
idim. T
əbriz baharının oğlan vaxtı idi. Parlaq və qızğın günəş 
öz şüaları ilə təbiəti qışın yuxusundan oyatmış, bütün varlıqlara 
xüsusi bir can vermişdi. Badam, ərik, şaftalı ağacları gül açmış, 
T
əbrizin zəmrə mənzərəsini sədəf rənginə  təbdil etmişdi. Hər 
şey gülür, sevinirdi. Qələbənin şimaldan gələn rayihəsi Təbrizə 
t
əzə  bir  ruh  vermişdi.  Yadımdadır,  o  zaman  Təbriz valisi 
T
əbrizdəki Sovet mədəniyyət evinə  zəng  vurub  hamımızı 
t
əbrik edəndən sonra dedi:  
“Biz dörd ildir ki, bu günün h
əsrətində  idik. Mən  əmr 
etmi
şəm ki, şəhər bayraq qaldırıb şadlıq etsin”. 
Doğrudan da Təbrizdə qələbə günləri çox məsul və tən-
t
ənəli keçdi. O zamandan düz bir il keçir. Bu il ərzində 
T
əbrizin həyatında  çox  mühüm  dəyişikliklər  əmələ  gəlmişdi. 
Dem
ək olar ki, o qələbə günündən bu qələbə gününədək Təbriz 
v
ə bütün Cənubi Azərbaycan təzə bir qələbə ili yaşamışdır. Bu 
q
ələbəni vücuda gətirən hadisələr məlumdur. Keçən il 
sentyabrın 3-də Təbrizdə milli demokrat firqəsi təşkil tapmışdı 
ki, bütün C
ənubi Azərbaycanda  olan  milli  azadlıq  hərəkatına 
başçılıq edərək qələbə ilə nəticələndirdi.  
Siyasi hadis
ələrin sürətlə cərəyan etdiyi bu dövrdə məni 
özün
ə əlaqəmənd edən başlıca cəhət adamların ruhunda, xasiy-
y
ət və  adətlərində  əmələ  gələn dəyişikliklər  idi  ki,  bunların 
n
əticəsində  çox dərin kökləri  olan bir təfəkkür tamamilə  zail 
olmaq d
ərəcəsinə gəlib yetişdi. Bu təfəkkür nədən ibarətdir? 
T
əbrizdə  və  bütün Cənubi Azərbaycanda gedən dava 
milli bir dava idi. Az
ərbaycanlılar  çoxdan  bəri davam edən 
milli zülm
ə  qarşı  üsyan  etmiş,  öz  təbii və  qanuni haqqlarını 
əldə  etmək  üçün  ayaqlanmışdılar.  Bu  tələblər  xalqın  bütün 
t
əbəqələrinin mənafeyinə  müvafiq tələblər idi. Lakin hər bir 
 
 
82 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə