Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə24/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   20   21   22   23   24   25   26   27   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Qızıl  orda  xanı  Toxtamış,  Cənubi Azərbaycanda 
C
əlairilər hakimlərini qovmaq və  bütün Azərbaycana 
yiy
ələnmək üçün təzədən hərbi  yürüşə  başlamışdı.  Digər 
t
ərəfdən Orta Asiyada məşhur  Teymurləng böyük Özbək 
dövl
ətini  yaradandan  sonra  İrana  soxulmuşdu.  Teymurun 
suvari  qoşunları  Azərbaycanın  sərhədlərində  görünməgə 
başlamışdılar. 1386 – cı ilin qışında Teymur Ermənistandan və 
Gürcüstandan keç
ərək  Qarabağ  düzlərində  qışlayarkən, 
Şirvanşah İbrahim Şirvanı qorumaq üçün tədbirlər görürdü. O, 
yaxşı  bilirdi  ki,  Şirvan  Teymurun  qüvvətli  ordusuna  qarşı 
müf
əqiyyətlə silahlı mübarizə aparmaq imkanına hələlik malik 
deyil. Buna gör
ə  də  Şimaldan  Qızıl  orda  xanı  Toxtamışış, 
c
ənubdan isə  Orta Asiya hakimi Teymurun irəliləməsinin 
qarşısını  almaq  üçün  İbrahim  bu  iki  dövlət arasındakı 
ziddiy
ətlərdən istifadə  etməyi  öz  qarşısında  bir  məqsəd 
qoymu
şdu.  Qızıl  orda  dövləti Azərbaycandan  xeyli  aralı  idi. 
Teymur dövl
ətinin ixtiyarında olan torpaqlar isə Azərbaycanın 
s
ərhədinə qədər çatırdı. Digər tərəfdən Qızıl orda xanları uzun 
zamandan b
əri Azərbaycana yiyələnmək üçün vuruşurdular.  
Teymur is
ə  döndüyü ölkələri  çapıb  talayırdı.  Demək, 
Az
ərbaycanın  istiqlaliyəti  üçün  Qızıl  orda  dövləti daha 
t
əhlükəli idi.  
Bel
ə  bir beynəlxalq vəziyyətin mürəkkəbliyini  İbrahim 
doğru təhlil edə bilmişdi. O, Teymur ilə siyasi cəhətdən yaxın-
laşmağı hər bir başqa ittifaqa tərcih etdi və Teymur ilə dostluq 
siyas
ətinə başlayaraq Şirvanı dağılmaq təhlükəsindən xilas edə 
bildi. İbrahim Teymurun yanına gedərək, ona rəsmi surətdə ta-
be olduğunu bildirdi. Lakin bu tabelik yaxın bir zamanda Tey-
mur il
ə İbrahim arasında adi bir ittifaqa çevrildi.  
Şərafəddin Yəzdi, Mir Axund və  başqa  tarixçilər qeyd 
edirdil
ər  ki,  İbrahim  Teymurla  apardığı  danışıqlarda  özünün 
mahir bir diplomat olduğunu göstərmişdi. Teymur ilə İbrahim 
ara
sında bağlanan müqaviləyə görə İbrahim Teymurun adından 
 
 
73 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
pul  bu
raxmalı  idi.  Məsciddə  xütbə  oxunan zaman Teymurun 
adı  çəkilməli  idi.  Lazım  olarsa  Şirvan  Teymurun  ordularına 
yardım üçün qoşun göndərməli idi. Bu müqavilənin şərtləri o 
d
ərəcədə yüngül idi ki, tarixçilər Teymurun nə üçün İbrahimə 
qarşı  bu  qədər mülayim  olduğunu  izah  edə  bilmirdilər. Lakin 
aydındır  ki,  danışıqlar  zamanı  İbrahimin  diplomatlığı  çox 
böyük iş görmüşdü.  
Əsas səbəb isə  Teymurla  Toxtamış  xan  arasındakı 
ziddiy
ət və Teymurun, Şirvanşah İbrahimi öz müttəfiqi halında 
saxlamaq niyy
əti idi.  
Müqavil
əyə  görə  Teymur  Şırvanı  Qızıl  orda  xanlarına 
qar
şı  müsəlləh qüvvə  ilə  qorumağı  öhdəsinə  götürmüşdü.  Bu 
müqavil
ə nəticəsində İbrahim qısa bir müddətdə Şirvanı Qızıl 
or
daya qarşı dayana biləcək bir hala saldı. 
1387-ci ild
ə Toxtamışın qoşunları Şirvan torpağına soxu-
lan  zaman  İbrahimin  və  Teymurun birləşmiş  hərbi qüvvələri 
t
ərəfindən tam məğlubiyyətə düçar olaraq geri çəkildi. 1395-ci 
ild
ə isə Teymur Toxtamışın ordusunu darmadağın etdi və belə-
likl
ə Azərbaycanın şimal sərhədləri təhlükədən qurtardı. 
Bu zamanlar C
ənubi Azərbaycanda böyük siyasi 
hadis
ələr  baş  vermişdi.  Toxtamışın  qoşunları  son  dəfə 
m
əğlubiyyətə düçar olandan sonra Cənubi Azərbaycandan yerli 
hakiml
ərin arası kəsilməz müharibələri başlanmışdı. 
1393 v
ə 1400-cü illərdə Sultan Əhmədin qoşunları Tey-
murl
əng tərəfindən məğlub  ediləndən sonra Cənubi 
Az
ərbaycan tamamilə Teymurun ixtiyarına keçdi. 
C
ənubda müharibələr gedən  zaman  Şirvanşah  İbrahim 
Şimali  Azərbaycanda böyük siyasi və  diplomatik fəaliyyətə 
başlamışdı. Hər şeydən qabaq İbrahim Şəki vilayətinin istiqla-
liyy
ətini bərpa etmək üçün Teymura təsir edərək,  sabiq  Şəki 
hakimi Seyid
əli  Orlatın  oğlunu  Şəkiyə  hakim təyin etdi. 
Bunun
la  da  Şəki  əmirliyi təzədən bərpa  oldu.  İbrahimin 
vasit
əsilə Teymur ilə Gürcüstan  arasında sülh əmələ gəlmişdi 
 
 
74 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
v
ə  Teymurun  qoşunları  Gürcüstan  torpağını  tərk  etmişdi. 
Bel
əliklə  Zaqafqaziyada  Şəki  əmiri və  Gürcüstan  padşahlığı 
kimi  iki  qardaş  dövlət  Şirvanşah  İbrahimin  fəaliyyəti 
n
əticəsində istiqlaliyyət qazanıb onun müttəfiqi oldu. 
1393-cü ild
ə Teymur öz oğlu Miranşah üçün demək olar 
ki, bütün Zaqafqaziya 
ərazisini  ayırmışdı  və  rəsmi olaraq bu 
ərazinin  baş  hakimi  Miranşah  hesab  olunurdu.  Lakin  bir  az 
keçm
əmiş  Miranşah  İbrahimi  rəsmi olaraq tamamilə  müstəqil 
padşah  kimi  tanıdı.  Beləliklə  Teymurun dövründə  həqiqətən 
müst
əqil  olan  Şirvan  indi  rəsmi surətdə  istiqlaliyyətini  əldə 
etmişdi. 
Teymurl
əng 1405-ci ildə öldü. Onun ucsuz-bucaqsız döv-
l
ətinin ayrı-ayrı hissələrində varislər arasında mübarizə başladı. 
Bu mübariz
ə nəticəsində Teymurun varisləri zəifləmişdi. Belə-
likl
ə XV əsrin əvvəllərində bütün Azərbaycanın azad edilməsi 
v
ə  birləşməsi üçün xeyli əlverişli  şərait  yaranmışdı.  Artıq 
Az
ərbaycan üçün təhlükə  ola biləcək böyük bir xarici qüvvə 
yox idi. Teymurun varisl
əri  arasında  gedən mübarizədə 
Az
ərbaycanın  böyük  şəhərləri xəsarətə  uğrayırdı.  Teymurun 
yanında  olan  İspaniya səfiri  Qlavixu  yazır  ki,  Təbrizin bütün 
göz
əl binaları Miranşahın əmrinə görə tamamilə dağıdılmışdı. 
Tarixçi Mir Axund “Ruz
ət Əl Səfa” əsərində yazır ki, Mi-
ranşah bu zaman ağlını itiribmiş. Ölkənin məruz qaldığı bu da-
ğıntı  xalq  kütlələrini  yadlara  qarşı  ayağa  qaldırırdı.  Təbrizdə, 
Marağada, Qarabağda və başqa şəhər və vilayətlərdə üsyanlar 
baş verdi. Bu üsyanlarda görkəmli rol oynayan səfəvi dərvişləri 
idi. Buna gör
ə də çox zaman üsyan hərəkatı ümumiyyətlə orta 
əsr xalq hərəkatına xas  olan dini pərdə və  ya məshəb pərdəsi 
al
tında  gedirdi.  Lakin  əsl həqiqətdə  bu mübarizə  xarici 
hakiml
ərə qarşı xalq mübarizəsi idi.  
Lakin S
əfəvilər xalq hərəkatını  qızışdıran  təşviqatçılar 
rolunu  oynadıqları  halda, bu xalq hərəkatının  həqiqi  başçısı 
Şirvanşah  İbrahim  idi.  Şəhərlərin  əhalisi  İbrahimə  hər cür 
 
 
75 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə