Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə21/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   17   18   19   20   21   22   23   24   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Heç k
əs öz ayranına turş deməz, bir gül ilə bahar olmaz
adam adama g
ərəkdir, bəy verən  atın  dişinə  baxmazlar, 
qonşuya  ümid  olan  şamsız  yatar,  göz  görməz üz utanmaz, 
nisiy
ə girməz kisəyə, bir tikəni bilməyən min tikəni də bilməz.  
Rüşdiyyənin bu kitabının, xalqımızın milli inkişafı və öz 
Ana dilind
ə  oxuyub  yazmağı  sahəsində  böyük tarixi rolu ol-
muşdur.  
 
T
əbriz, Məhəmmədli Abbas  
(1946-
cı il, № 3, səhifə 30,31,32) 
 
 
 
 
 
 
ŞAİRLƏRİMİZİN HAQQINDA  
BƏZİ QEYDLƏR 
 
Ümim
ən  Şərqdə, xüsusən müsəlman  Şərqində  dinlərdən 
əsrlərdən bəri məhkum bir vəziyyətdə yaşamalarına baxmaya-
raq, Az
ərbaycan dinləri öz fövqaladə bacarıq və istedadları ilə 
parlayıb tarixə bir çox görkəmli üləmalar vermişlər. Qadın əsa-
r
ətinin ən şiddətli zamanlarında kişilərlə çiyin-çiyinə getməyə 
c
əsarət edən və  özlərində  yüksək mənəvi qüvvə  duyan bu 
adam
ları biz bu gün böyük bir iftixar hissi ilə yad edirik. Çünki 
qa
dınlar ancaq özləri  kişilərlə  bərabərliyə  çatmaqla 
kifay
ətlənməyib azad fikirlərin carçısı olmuşlar. Onlar öz işləri 
v
ə sözləri ilə Azərbaycan qadınlığının hiss və fikirlərini ifadə 
etm
əyə çalışmışlar.  
Keçmiş  zamanlarda  siyasət, dövlət elm sahəsində  adlı-
sanlı qadınlarımız olduğu kimi ədəbiyyat və sənət aləmində də 
ol
muşdur.  Şeir  sahəsində  Nizami, Füzuli, Sahib, Vaqif ilə 
 
 
64 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
yanaşı  olaraq  Məhsəti,  Heyran  xanım,  Aşıq  Pəri, və  Natəvan 
kimi par
laq  şairələrimiz  vardır.  Maraqlı  orasıdır  ki,  şairələrin 
h
ər biri öz vaxtında müəyyən qədər ədibi, dövrü, məclisi və ya 
bir neç
ə məclisi öz təsirləri altına alıb fikirlərə qəlblərə nüfuz 
ed
ə bilmişdilər.  
M
əhsəti xanım səkkiz yüz il bundan əqdəm (əvvəl-P.M.) 
G
əncədə  yaşamış,  XII  əsrdə  yetişmiş  böyük  Şirvan  və  Gəncə 
şairlərinin müasiri olmuşdur. Yoxsul bir ailədən çıxsa da öz is-
tedadı, açıq fikri və təmizliyi ilə yüksək cəmiyyətin, ədəbiyyat 
v
ə  sənət  adamlarının,  hətta  sarayın  diqqətini cəlb  etmişdir. 
M
əhsəti fövqaladə bir təbi şeirə malik olmaqla bərabər, həm də 
göz
əl bir musiqişünas idi. Bunlardan daha artıq, Məhsəti azad 
fikirli  bir  qadın  idi;  o  azad  yaşamağı  sevir,  heç  bir  qeyd  və 
əsarət qəbul etmək istəmirdi. O həyatın  şirinliyini  anlayır, 
ömrün qısalılığını başa düşür, bir insan hissi və qəlbi ilə, həqiqi 
bir insan kimi dol
ğun və tam bir həyatla yaşamağa can atırdı. 
Özünün bir daş deyil, bir insan olduğunu xatırlamağa məcbur 
olurdu.  
O S
əraf  oğlunun  aşiqiyəm mən,  eyn,  şin  və  qafa 
vurğunam qəlbən:  
İnsanam  axır  sin,  nun,  qaf    deyiləm, nə  istər o süzgün 
baxışlı məndən?!  
(Şeirdə  eşq  və  daş  sözlərindəki hərflər nəzərdə  tutulur- 
P.M.) 
 
Bu dünyanı fani hesab edən zehninin əksinə olaraq dün-
yanın nemətlərindən istifadə etməyi təbliğ edən Məhsəti xanı-
mın  öz  rübailərində  Ömər Xəyyama meyl etməsi heç də 
t
əsadüfi deyildir. O, həyatın  mənasını  onun  maddi  varlığında 
görürdü.  İnsanın  ağlını,  hissini  tərənnüm edir. Həyatın 
dayanmadan d
əyişib təkamül etməsindən danışırdı. O, dünyanı 
bir m
əbədə, insanları isə bir abidə döndərmək istəmir, insanın 
fikrini v
ə hissini zəncirləmir, arzu və həvəsə duzaq vurmurdu. 
O,  şəxsiyyət azadlığını  tərənnüm edərkən, həqiqəti  açıq 
 
 
65 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
dem
əkdən çəkinmirdi.  Ali məqamaların  və  hakimiyyət 
sahibl
ərinin yadına salırdı ki:  
                            
Bu dünya bir qızıl kuzəyə bənzər, 
Suyu gah şirindir, gah da ki, zəhər; 
Çox da öyünm
ə ki, uzundur ömrün
Əcəl köhlənində hazırdır yəhər. 
 
Açıq  fikirli  Məhsətinin pərəstişkarları  olduğu  kimi  bəd-
xah
ları  da  çox  idi.  Bəziləri onu dinsiz hesab edib təhqir 
edirdil
ər. Məhsətinin gəzib dolaşdığı yeri “Xarabat” adlandırıb 
eşq-işrət düşkünü kimi qələmə verməyə çalışırdılar. Möhtərəm 
ədib Məhəmməd Səid  Ordubadinin  yazdığına  görə  “Xarabat” 
q
ədim Gəncədə  şairlərin,  müğənnilərin və  başqa  incəsənət 
adamlarının  yaşadığı  məhəllənin  adı  imiş.  Sonralar  şeir  və 
s
ənət  düşmənləri “Xarabat” sözünün pis mənada  işlətmiş 
olsalar  da,  Şərq  ədəbiyyatında  “Xarabat”  –  açıq  fikirli,  azad 
düşüncəli  adamların  tutduğu  bir  yol  kimi  qəbul  edilmişdir. 
M
əhsəti özü bu barədə bir rübaidə deyir: 
 
Ey, m
əzaz yolu ilə bura sən gəlmə! 
Xarabata bir 
iş görmədən gəlmə! 
Başından keçənin yoludur bu yol, 
Bu yolda can qurban verm
ədən gəlmə! 
 
M
əhsəti  azadlıq  və  insaniyyət yolunda can qurban edən 
Az
ərbaycan qadınlarından idi. O, Gəncənin ən görkəmli şairləri 
il
ə  deyişmiş,  ürəkdən qopan səmimi və  mənalı  rübailəri ilə 
q
əlbləri təsxir  etmişdir.  M.S.Ordubadi  yazır  ki,  Məhsətinin 
rübail
əri  meydana  çıxdıqdan  sonra  bir  neçə  müddət Gəncə 
şairləri  (Əmir  Əhməd, Mir Osman və  başqaları)  qəzəl və 
q
əsidəni buraxıb rübayat  yazmağa başlamışdılar. Onun parlaq 
 
 
66 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə