Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə23/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   19   20   21   22   23   24   25   26   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
v
ə həm də gələcək əsrlərdə eşidilə biləcək bir hala salmışdılar. 
Buna gör
ədə  biz bu gün, azad ölkədə,  azad  bacılarımızın 
m
əsud həyatında Məhsəti, Heyran və Natəvan xanımları böyük 
bir iftixar hissi il
ə xatırlayırıq. 
Klassik 
ədəbiyyatımızda  görkəmli yer tutan istedadlı 
şairələrimizin ən yaxşı ənənələrini bu gün azad ölkəmizin azad 
şairələri  Mirvarid xanım Dilbazi, Nigar xanım Rəfibəyli və bir 
çox  başqaları  davam  etdirməkdədirlər.  Bu  şairələrin ilham 
m
ənbəyi indi əsarət və  hüquqsuzluq,  əbədi hicran və  fəraq 
deyil, 
azadlıq  və  bəxtiyarlıqdır.  Onlar  klassik  şeirlərimizin 
əsrlərdən bəri davam edən qüdrət və  əzəmətini saxlamaqla 
b
ərabər, onu təzə  məzmun ilə  zənginləşdirirlər. Bu məzmun 
t
əzə həyat, təzə ailə, təzə insani münasibətlər yolunda mübarizə 
aparan v
ə qalib gələn adamların hissi, həyəcanı və sevincidir. 
İctimai  və  siyasi həyatımızda  kişilərdən geri qalmayan 
qadınlarımız mədəniyyət, şeir və sənət aləmində də geri qalmır, 
öz azad q
ələm və  ilhamları  ilə  bərabərhüquqlu Sovet 
v
ətəndaşları  kimi  birinci  sıralarda  getməyə  qadir  olduqlarını 
isbat edirl
ər.  
 
M.Arif  
(1946-
cı il ,№ 3 səhifə 11,12,13,37 ) 
 
 
70 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
 
ŞİRVANŞAH İBRAHİM 
 
XIV-XV 
əsrlərin Şirvanşahları içərisində birinci İbrahim 
ən bacarıqlı bir hökmdar olmuşdur. Onun Şirvanşahlığa seçil-
m
əsi tarixi xeyli maraqlıdır. Orta əsr tarixçilərindən Əbdülrza 
S
əmərqəndi, Miraxund, Həsənbəy Rumli və  başqaları 
Şirvanşah İbrahim haqqında ətraflı məlumat verir. 
Bu m
əxəzlərdən  aydın  olur  ki,  Şirvanda  1382-ci ildə 
böyük  bir  üsyan  olmuşdur.  Üsyançılar  o  zamanki  Şirvanşah 
Huşəngi taxdan salaraq, ölkənin gələcək  azadlığını  və  birliyi 
t
əmin edə biləcək bir padşah seçmək üçün Dərbənd nəslindən 
İbrahim  adlı  kiçik  bir  mülkədarın  yanına  nümayəndə  heyəti 
gönd
ərmişlər.  
Nümay
əndələr gələn zaman İbrahim çöl işlərindən sonra 
yorğun-arğın ağac altında yatırmış. O, yuxudan oyanan zaman 
qarşısında xalq nümayəndələrini görcək heçdə güman etməmiş-
di ki, bu xalq nümay
əndələri Azərbaycanın taleyini ona tapşır-
maq üçün g
əlmişlər. Azərbaycanın istiqlaliyətini bərpa etməyə 
çalışmayan  sabiq  Şirvanşah  Huşəngə  nisbətən  İbrahim 
tamamil
ə başqa bir adam idi. O, on ikinci əsr Şirvanşahlarının 
n
əsildən  idi.  Şimali  Azərbaycanda  ərazi etibarilə  ən böyük 
dövl
ət olan Şirvanşahlar dövləti hələ on ikinci əsrdə Şirvanşah 
M
ənuçehr və  Əhistanın  böyük  səyi nəticəsində  tamamilə 
müst
əqil olmuşdu.  
Bu böyük dövl
ət  yalnız  Monqol  basqınından  sonra  zəif 
düşmüşdü və Hulakü xanlarının Azərbaycanda ağalığı zamanı 
öz  keçmiş  istiqlaliyətini  əldə  edə  bilməmişdi.  İbrahim  yaxşı 
anlayırdı  ki,  xalq  kütlələri  onun  yanına  elçi  göndərib onu 
dövl
ət  başçısı  seçərkən Vətənin istiqlaliyətini təzədən bərpa 
etm
ək istəyirdilər.  
İbrahim, üzərinə düşən vəzifənin bütün məsuliyətini yaxşı 
bilirdi. Xalq nümay
əndələrinə  razılıq  cavabını  verərkən 
 
 
71 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
İbrahim anlayırdı ki, Şirvan Azərbaycanı azad edə biləcək bir 
qüvv
ə mənbəyi olmalıdır.  
İbrahim hər şeydən qabaq böyük bir vətənpərvər idi. İbra-
him qüvv
ətli dövlətlərlə  olan  toqquşmalarda  beynəlxalq vəzi-
y
ətdən və  dövlətlər  arasındakı  ziddiyətlərdən istifadə  edərək, 
Şirvanın  istiqlaliyətini müsəlləh mübarizəsiz saxlaya bilərdi. 
Şəxsi həyatı isə, İbrahimi xalq kütlələri arasında xeyli məşhur 
etmişdi.  Otuz  beş  illik  hakimiyəti dövründə  İbrahim  özünün 
h
əm böyük sərkərdə, həm də  böyük  bir  diplomat  olduğunu 
isbat etdi.  
İbrahimin diplomatlığı təkcə Şirvanın istiqlaliyətini qoru-
maq deyil, eyni zamanda Az
ərbaycanın başqa vilayətlərini də 
birl
əşdirib vahid Azərbaycan dövləti yaratmaq məqsədini izlə-
yirdi.  
İbrahim Şirvanşahlığa seçilən zaman ölkənin vəziyəti çox 
ağır idi. Monqol istilası nəticəsində yerlə yeksan edilmiş böyük 
t
əsərüfat və mədəniyət mərkəzi olan şəhərlər hələ bərpa edilə 
bilm
əmişdi.  Hülakülər dövründə  ağır  vergilər  altında  inləyən 
xalq kütl
ələri hələ özünü layiqincə doğrulda bilməmişdi. Hüla-
kül
ər dövləti  dağılandan  sonra  Azərbaycanda yerli əmirlər və 
hakiml
ər bir-birilə  mübarizə  edərək, çox zaman Azərbaycan 
tor
pağını qanlı vuruşmalar meydanına çevirirdilər.  
Bundan  başqa,  Şimaldan  Qızıl  ordu  xanları  və  Şərqdən 
Teymurl
əngin qoşunları Azərbaycanı hədələyirdi.  
Bel
ə bir vəziyətdə Şirvanı idarə etməyə başlayan İbrahim, 
bütün Az
ərbaycanı  azad  edərək, vahid Azərbaycan dövləti 
b
ərpa etmək üçün birinci növbədə  Şirvanın  təsərüfat və  hərbi 
qüvv
ələrini möhkəmlətməli idi. Bu isə  yalnız  Şirvanın 
istiqlaliy
ətini qorumaq yolu ilə əldə edilə bilərdi.  
İbrahim  Şirvanın  təsərüfat həyatını  da  yaxşılaşdırmağa 
nail olmuşdu. Şirvanın tədricən artmaqda olan maddi və hərbi 
qüvv
ələri on dördüncü əsrin 80 –  ci illərində  Şımaldan  baş 
vermiş təhlükəyə məruz qaldı.  
 
 
72 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə