Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə31/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   27   28   29   30   31   32   33   34   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
V
əzirinin  şeirləri  içərisində  “Azərbaycan”  şeiri  xüsusilə 
qutli v
ə  ahəngdardır.  O,  vətəninə  müraciət edib bu tarixi 
azadlıq mübarizəsi alovlarının daha artıq genişləndirilməsini və 
bu mübariz
ənin mərdliklə  davam etdirilməsini  arzuladığını 
bildirir:  
 
Qoyma boğsun zülm əli bu qəhrəmanlar yurdunu, 
Di istibdadı sal zindana, Azərbaycan!  
Al
əmə bildirginən: ta bizdə var bir qətrə qan, 
Bac verm
əz Rüstəm və dastana Azərbaycan! 
 
Z
əncan şairləri içərisində satirik şeirlər yazan və həyatın 
nöqsanlarını qırmanclayan, mədəniyyət və tərəqqi məsələlərin-
d
ə geri qalmağa bais olan səbəbləri göstərməklə onlara istehza 
ed
ən şairlər də vardır. Bu ədəbi növdə yazan şairlər içərisində 
Əziz  Sənətinin  şeirləri xüsusi yer tutur. O, özünün “Novruz 
bay
ramı”, “Rüşvətxorlara” və başqa şeirlərində ictimai həyatın 
nöq
sanlarını çox kəsgin sözlərlə açıb göstərir və tənqid edir. O, 
eyni zamanda m
ədəniyyətsizliyin səbəblərini bu vaxta qədər 
hökm  sürmüş  ictimai  vəziyyətin özündə  axtarır.  O  şeirlərində 
göst
ərir ki, mədəniyyətin  inkişafına  hamı  kömək etməlidir. 
S
ənəti “Azər” qəzetinin 15-ci nömrəsində dərc edilmiş “Ədəb 
Gülşəni”  şeirində  öz vətəndaşlarını  elm  və  mədəniyyət 
öyr
ənməyə,  ədib  gülşənindən raihəli çiçəklər dərməyə, 
bununlada ümumi t
ərəqqiyat işinə kömək etməyə dəvət edir. 
 
Ədəb məmurdur hifz eləyə vicdanı insanı, 
Ədəb mələk vücuda bir böyük qüdrətli sultandır. 
Bu m
əmurun nədir əmri? Deyir, olma uzaq məndən
Ədəb bir yaxşı gövhərdir, onun sərrafı insandır. 
 
Sonra S
ənəti Azərbaycanın  elm  və  mədəniyyət mənbəyi 
oldunu göst
ərərək bu gözəl diyarın böyük tarixi mədəniyyət və 
 
 
96 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
elm naliyy
ətlərini dərk etməyə,  onları  şüurlu  bir  surətdə 
öyr
ənib inkişaf etdirməyə çağırır. 
 
 Nüsr
ət Bağırov  
(1946-
cı il № 6, səhifə 6, 7) 
             
 
 
97 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
TƏBRİZDƏ RƏSMLƏR NÜMAYİŞQAHI 
 
Bir q
ədər bundan əvvəl Təbrizdəki Sovet mədəniyyət  evi 
ya
nında  Təbriz  şəhəri rəssamlarının  son  illərdəki  yaradıcılığına 
h
əsr edilmiş bir nümayişqah təşkil edilmişdir. Bu  nümayişqahın 
t
əşkili və açılışı nəinki Təbriz rəssam və nəqqaşlarının həyatında, 
b
əlkə də bütün Azərbaycan xalqının həyatında mühüm bir hadisə-
dir. 
T
əbriz və eləcə də İran Azərbaycanı rəssamlığı və nəqqaş-
lığı qədim və çox zəngin bir tarixə malikdir. Bu qədim sənət özü-
nün misilsiz nümun
ələri ilə London, Paris, Leninqrad, İstanbul və 
başqa  böyük  şəhərlərin muzeylərini bəzədiyi kimi, uzun  əsrlər 
boyu böyük v
ə ardı-arası kəsilməyən müharibələrə meydan olmuş 
Az
ərbaycanın özündə də yaxşı nümunələrini saxlaya bilmişdi. 
Ərdəbildə  Şeyx  Səfi və  Şah  İsmayıl  məqbərəsi, Təbrizdə 
göy m
əscid,  Urmiyadakı  Cümə  məscidi,  İran  Azərbaycanındakı 
onlar
ca  tarixi  binaların  qapılarına  və  qübbələrinə  məhrab min-
b
ərlərin ətrafına çəkilən nəqşlər, saysız qədim əlyazmalarında bu 
gün
ə qədər qalmış gözəl şəkillər, nəqş və sairə buna yaxşı misal-
lardır. Azərbaycan rəssamlığı özünün gözəl və yaxşı nümunələrini 
Az
ərbaycan xalçaçılıq və tikmə sənətində də yaxşı saxlamışdır. 
Bir neç
ə ay bundan əvvələ kimi Təbriz rəssamları içəri-
sind
ə  yalnız  xalça  nəqqaşları  üçün  iş  şəraiti  vardır.  Qalan 
r
əssamlar isə  ya ehtiyac üzündən  adi  sifarişlər üzərində 
işləməyə  və  ya  da ibtidai və  orta məktəblərdə  dərs verməyə 
m
əcbur idilər. 
Keç
ən il dekabr ayında (şəms tarixi ilə azər ayında) İran 
Az
ərbaycanında  Milli  Hökumət  yaradılandan  sonra 
Az
ərbaycan rəssamlarının  taleyi  güldü  və  onların  həyatında 
t
əzə, günəşli günlər başladı. Milli hökumətin tədbiri ilə sənaye 
n
əfisə  idarəsi təşkil  edildi  və  Təbriz  şəhərində  Azərbaycan 
s
ənaye nəfisə məktəbi açıldı.  
 
 
98 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
İndi İran Azərbaycanındakı bu sənaye nəfisə geniş fəaliy-
y
ətə  başlamışdır.  Bu  idarənin  başında  Azərbaycanın  milli 
m
əclisinin vəkili,  bacarıqlı  rəssam və  müəllim Muzezadə 
durur. T
əbriz sənaye nəfisə məktəbi isə böyük bir müəssisəyə 
çevrilmişdir. Məktəbin əl işləri şöbəsində indi altmışdan artıq 
az
ərbaycanlı xanım təhsil almaqdadır. 
T
əbrizdəki Sovet mədəniyyət  evinin  yanında  təşkil 
edilmiş  rəsmlər  nümayişqahı  bu  sənaye nəfisə  məktəbi 
yaradılandan iki-üç ay sonra açılmışdır. 
Nümayişqahdakı əsərlər mövzu etibarı ilə də çox zəngin 
v
ə müxtəlifdir. Burada rəssam Səfəryanın “Stalin”, Bəhruzinin 
“Sta
lin,  Molotov,  Voroşilov  Qorkigildə” kimi  təzə  mövzulu 
lövh
ələrlə  bir  sırada  rəssam  Ərfanın  əlyazma  divanları  üçün 
ç
əkdiyi cildlər, şairə Zinyət Ələnsayə həsr edilmiş miniatürlər 
r
əssam Yusif Fərahinin miniatürləri  vardır.  Şəkillər içərisində 
bir  sıra  Avropa  (ingilis,  fransız,  rus)  rəssamlarının  əsərlərinin 
sur
əti  mövcud  olduğu  kimi  mahiranə  ustalıqla  işlənmiş  yerli 
mövzuda şəkillər də mövcuddur (“Göy məscid”, “Ərk qalası”, 
“Q
əlyan çəkənlər” və sairə). 
Nümayişqahlarda istər tamaşaçılar tərəfindən çox sevilən və 
ist
ərsə  nümayişqahdakı  əsərlərə  qiymət verən xüsusi komisyon 
t
ərəfindən bəyənilmiş  ən  maraqlı  əsərlərdən biri rəssam Mu-
zezad
ənin “Yasəmən” əsəridir. Heç də təsadüfi deyildir ki, bu əsər 
nümayişqahda  olan  əsərlər üçün təyin  edilmiş  ikinci  mükafatı 
qazanmışdır. (Birinci mükafat heç kəsə verilməmişdir). 
Nümayişqahda  böyük  hörmət qazanan əsərlər içərisində 
Əkbər Yasəminin  əsərlərini xüsusilə  qeyd etmək  lazımdır. 
Əkbər Yasəmi heç bir rəssamlıq təhsili almamasına və olduqca 
yoxsul h
əyat keçirməsinə baxmayaraq, müstəqil yol tutmuş, öz 
üz
ərində  ciddi və  inadla  işləyən bir rəssamdır.  Onun 
nümayişqahda qoyulmuş bir neçə “Müəllifin əksi”, “Rəssam”, 
“Yoxsul  uşaq”,  “Yoxsul”  və  sair  əsərləri dəyərli sənət 
nümun
ələridir. 
 
 
99 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə