Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə28/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   24   25   26   27   28   29   30   31   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Əliağa Şıxlınski təkcə məharətli bir topçu olaraq qalmır. 
O, eyni zamanda igid, q
əhrəman və  mərd  bir  şəxs  olmuşdur. 
Xüsus
ən rus – yapon müharibəsində, Port Artur qalasının mü-
dafi
əsində  fərdi qəhrəmanlıq  və  şücaət göstərmiş,  yaponlara 
t
əslim olmaqdan qətiyyətlə  imtina  etmişdir.  O,  döyüşün  ən 
qızğın və gərgin anlarında bilavasitə qanlı vuruşlar meydanında 
əsgərlərlə  bir yerdə  olmuş  və  onları  qəhramanlığa  ruhlandır-
mışdır. Döyüşlər ara verdikdə isə onların rütubətli, qaranlıq və 
darısqal  qazmalarını,  dizə  qədər su ilə  dolu olan səngərlərini 
g
əzmiş, onlara bir ata qayğısı bəsləmiş, arzu və istəklərini din-
l
əmişdir. Bütün bunlara görədir ki, Əliağa Şıxlınski əsgərlərin 
sevimlisi olmuş, onların hörmət və ehtiramını qazanmışdır.  
Fransa höküm
ətinin  ən yüksək  nişanı  sayılan  “Fəxri le-
gion”la t
əltif edilən  iki  rus  generalından  biri  Əliağa  Şıxlınski 
olmuşdur. 
Oktyabr inqilabından sonra Əliağa Şıxlınski tərədüd belə 
etm
ədən  Sovet  xalqı  tərəfinə  keçərək,  Qızıl  Ordu  sıralarında 
xidm
ət etmiş və öz təcrübəsini Sovet topçularına vermişdir.         
Əliağa  Şıxlınskinin  rus  topçuluq  tarixində  xidmət və 
mövqeyi dedikc
ə 
yüks
əkdir. Məşhur 
rus 
topçu 
müt
əxəssislərindən  biri  haqlı  olaraq:  “rus  topçuluğunun  tarixi 
Şıxlınskisiz ağıla sığılmazdır”- demişdir. 
Topçu general –
leytinantı  Səmədbəy Mehmandarov da 
rus ordusunun görk
əmli və  istedadlı  generallarından  biri 
ol
muşdur. O, 1904-1905  –  ci illərdə  rus-yapon müharibəsi 
zamanı Port Artur Qalasının müdafiəsində Əliağa Şıxlınski ilə 
birlikd
ə  iştirak  etmiş,  xüsusi  igidlik  və  qəhramanlıq 
göst
ərmişdir.  
S
əmədbəy 1907 – ci ilə qədər bir çox müxtəlif və məsul 
v
əzifələrdə 
olmuşdur. 
Bu 
müddətdə 
o, briqada 
komandirliyind
ən korpus komandanlığına qədər yüksəlmişdir.  
S
əmədbəy birinci dünya müharibəsi  zamanı  piyada 
diviziya
sına  komandanlıq  edərək, Avstriya -  Alman 
 
 
87 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
imperyalistl
ərinə  qarşı  mübarizədə  şəxsi igidlik nümunələri 
göst
ərmişdir.  Lehistanın  Ludız  şəhəri  cuvarında  Almanlar 
geniş  cəbhə  boyu hücum əməliyyatı  apardıqları  zaman  rus 
qoşunları,  sayca  üstün  olan  düşmən qüvvələrinin zərbələri 
altında  geri  çəkilməyə  məcbur olurlar. Vəziyyət dəqiqədən  – 
d
əqiqəyə  ağır  və  gərgin bir  hal  alır.  Səmədbəy təhlükənin 
böyüklüyünü hiss ed
ərək, özünə  məxsus  soyuqqanlıq  və 
t
əmkinlə  düşünərək,  çıxış  yolunu  yalnız  və  yalnız  hücumda 
görür. O, öz sah
əsindəki vəziyyət  haqqında  korpus 
komandirin
ə  telefonla məlumat verərək,  axırda  belə 
söyl
əmişdir: “Vəziyyət ağırdır, hücuma keçirəm!”.  
General S
əmədbəyin parlaq hərbi həyatı  belə 
q
əhrəmanlıq və mərdlik nümunələrilə zəngindir.  
Rus  topçuluğunun  inkişafında  general  Səmədbəy Meh-
man
darovun da haqqı çoxdur.  
S
əmədbəy  oktyabr  inqilabından  sonra  xalqımızın hərbi 
s
ənətinin inkişafında yorulmadan çalışmış və gənc hərbi mütə-
x
əssislərin yetişdirilməsində əlindən gələni əsirgəməmişdir.  
Sovet dövründ
ə, xüsusən Alman işğalçılarına qarşı böyük 
V
ətən müharibəsi illərində, Azərbaycan xalqının mərd və mü-
ba-riz o
ğulları  içərisindən  bir  çox  bacarıqlı,  qorxmaz  hərbi 
s
ərkərdələr,  generallar  yetişmişdir.  Bunlardan  xüsusi  olaraq 
Sovet  itifaqı  qəhramanı,  tank  qoşunları  qıvardiyaçı  general  –
mayor H
əzi Əhəd oğlu Aslanovu göstərmək lazımdır.  
Uşaqlıqdan hərbi işə artıq dərəcədə meyl və həvəs göstə-
r
ən    Aslanov,  15  yaşında  ikən  Bakı  hərbi  hazırlıq  məktəbinə 
daxil olmuş, bir neçə ildən sonra isə Leninqrad hərbi məktəbinə 
gönd
ərilmişdir. Təhsilini bitirdikdən sonra Aslanov Qızıl Ordu 
sıralarında zabit sifəti ilə xidmət etmişdir.  
Faşist  Almaniyasının  vətənimizə  xaincəsinə  hücumu za-
ma
nı  Aslanov  kapitan  rütbəsində  olaraq, piyada batalyonuna 
ko
mandirlik  edirdi.  Sonralar  o,  tank  qoşunları  hissəsində 
xidm
ət keçir.  
 
 
88 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
1941-
ci ilin ağır və gərgin günlərində, azğın düşmən Qızıl 
Mosk
vaya yaxınlaşdıqda Aslanov artıq tank birləşməsinin ko-
man
diri  olaraq  Moskvanın  müdafiəsində  fəal surətdə  iştirak 
edir v
ə misilsiz qəhrəmanlıq göstərir.  
1942-
ci  ilin  yanvarında  Həzi Aslanov cəbhənin cənub 
t
ərəfinin bir yerindəki  vuruşmalarda  iştirak  edirdi.  Artıq  o, 
podpolkovnik rütb
əsində idi. Alman tank diviziyası və Rumıni-
ya piyada diviziyası balaca bir yerə hücuma keçmişdi. Düşmən 
buradakı şəhəri bir hücumla tutmaq fikrində idi. Lakin podpol-
kovnik Aslanovun tank hiss
əsi  faşıstlərin yolunu kəsdi.  Onun 
tankçıları müvəffəqiyyətli çevrələmə əməliyatına başladı. Dəs-
t
ənin qabağında gedən fədakar komandirin tankı bir baş düşmə-
nin üstün
ə  gedirdi. Tezliklə  faşıstlərin top və  pulemyotları 
susduruldu.  Tankları  yandırıldı.  Döyüş  meydanında  düşmənin 
vurulu
b xarab edilmiş və yandırılmış 40 tankı qaldı. Bu əmə-
liyat
da iştirak edən Alman tank diviziyası və Rumıniya piyada 
diviziyası darmadağın edildi.  
General H
əzi Aslanovun mahir bir tank qoşunları sərkər-
d
əsi kimi məşhur olması 1942-ci ilində Stalinqrad şəhəri ətra-
fındakı  tarixi  vuruşmalarla  əlaqədardır.  Bu  vuruşmalardan 
sonra H
əzi Aslanov cinahlardan zərbə  endirmək, cürətli 
çevr
ələmə  əməliyatı  aparmaq.  Habelə  düşmənin  arxasına  və 
cinahlarına  qəfildən zərbə  vurmaq  üsullarını  tətbiq edən bir 
komandir kimi t
anınmışdır.  Aslanovun  bu  üsulları  Sovet  tank 
qoşun birləşmələrinin tarixində təzə səhnə açdı.  
Stalinqrad 
ətrafındakı  vuruşmalarda  Həzi Aslanovun 
misilsiz q
əhrəmanlığı Sovet höküməti yüksək mükafat ilə, ona 
Sovet itifaqı qəhrəmanı adı verməklə qeyd etdi.  
V
ətən müharibəsinin  sonrakı  illərində  Həzi Aslanovun 
birl
əşməsi həmişə  cəbhənin  ağır  və  gərgin yerində  döyüşmüş 
v
ə  qalib  çıxmışdır.  Qızıl  Ordunun  hücum  əməliyyatı  zamanı 
Aslanovun birl
əşməsi həmişə  irəlidə  getmiş,  düşmən 
yorulmadan t
ətbiq  etmiş,  Belorusiya, Latviya və  Litva 
 
 
89 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə