Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə41/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   37   38   39   40   41   42   43   44   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
həsən Əlbəlaziri “Fətuh Əlbəldan” adlı əsərində Təbrizin varlı-
ğından bəhs etmişdir. 
Bütün bu tarixi sənədlər sübut edir ki, Təbriz on beş əsr 
bun
dan qabaq varmış; özü də adi bir şəhər olmayıb, həmişə ha-
kim
nəşin,  (hakimiyyət-P.M.)  ticarət  və  mədəniyyət  mərkəzi 
olmuşdur.  Şimaldan  cənuba  və  şərqdən  qərbə  uzanan  ticarət 
yol
ları burada birləşir, dünya mallarının gözəl nümunələri Təb-
riz  bazarında  satılırmış.  Şimaldan  Savalan,  cənubdan  isə 
Səhənd  dağından  əriyən  köhnə  qarların  mehi  Təbrizin  yay 
gecələrini sərinlədirdi. 
Təbrizin başı minlərlə bəlalar görmüş, heybətli zəlzələlər, 
müdhiş  sellər,  ərəb  xəlifələrinin  qan  püskürən  orduları, 
monqolla
rın talançı qoşunları, osmanlıların acgöz əsgərləri və 
digər cahangir dövlətlərin quldur dəstələri dəfələrlə Təbriz və 
təbrizliləri  çapıb  dağıtmışlarsa  da,  Azərbaycanın  bu  qocaman 
şəhəri  hər  hücumdan  sonra  belini  düzəldərək,  yenə  də 
yaşamaqda davam etmişdir.  
Təbrizin  adı  haqqındakı  ixtilaflar  nə  qədər  köhnədirsə, 
onun əhalisinin milliyyəti haqqındakı “Əxlaq” bir o qədər təzə-
dir. Daha doğrusu, bu ixtilaf son zamanlar süni surətdə qurtarıl-
maqdadır. İxtilaf törətmək istəyənlərin əlində əsas mövzu mon-
qol
lar məsələsidir. Guya təbrizlilər həqiqətən azərbaycanlı de-
yillər. Azərbaycan dili isə burada monqollardan qalmadır. 
Hər şeydən əvvəl burasını qeyd etməliyik ki, monqolların 
Azərbaycandakı hakimiyyətləri XIII-cü əsrin ortalarında başla-
yıb, XIV-cü əsrin axırlarında qurtarmışdır. 
Əgər monqollar əfsanəsi bir həqiqət olaraq qəbul edilirsə, 
de
məli, XIV-cü əsrdən qabaq təbrizlilər azərbaycanlı deyillər-
miş. 
Tarixə müraciət edək:  
Bu iddianın əsas nəzəriyyəçisi Seyid Əhməd Kəsrəvi və 
dok
tor  Əfşardır.  Halbuku  Kəsrəvi  özü  məsələnin  kökünə  var-
 
 
132 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
ma
dan  “Şəhəryaran  Gəmnam”  adlı  əsərinin  birinci  cildində 
“Tica
rət əlamüm” dən misal gətirərək yazır: 
“Mərzəban 330-cu ildə (941 miladi) Azərbaycana hücum 
etdi.  Səluk  Azərbaycanda  disəmkərdi  qoşunları  sərkərdələrin-
dən biri idi. Malikə gəlincə ondan da xəbərimiz yoxdur. Ancaq 
bu  məlumat  var  ki,  onun  oğlu  Biləsuvar  ya  Piləsuvargili 
qoşunu  sərkərdələrindən  idi  ki,  o  da  Azərbaycanda  disəm  ilə 
vuruşurdu.  Sonra  onu  İraqda  becəkəm(bağ)  türk 
sərkərdələrindən  biri  olaraq  tapırıq  ki,  becəkəm  Dilman 
öldürüləndən sonra onu öz sərkərdəliyinə təyin edirsə də, lakin 
türklər razı olmayıb onu öldürürlər...” 
Buradan aydın görünür ki, monqollardan üç yüz il qabaq 
Azərbaycanda yaşayan türklər, yəni azərbaycanlılar imiş.  
Yuxarıdakı  hadisədən  təqribən  yüz  il  sonra  Təbrizə 
gəlmiş  nasir  Xosrov  Ələvi  “Səfərnamə”sinin  yeddinci 
səhifəsində yazır: 
“Təbrizdə Qətran adlı bir şair gördüm. O,  yaxşı şeir de-
yirdi, amma fars dilini bilmirdi...” 
Qətran və qeyri-təbrizlilərin hansı dildə danışdıqlarını isə 
beş  yüz  ikinci  hicri  ildə  vəfat  etmiş  Xətib  Təbrizi  açıq 
yazmışdır: 
Mərə nəmanda bir gün məsciddə Əbu Əllanın qarşısında 
oturmuşdum. İki il idi ki, öz vətənimdən, dostlarımdan, bir xə-
bər  yox idi. Bu vaxt Təbriz qonşularımdan biri məscidə daxil 
oldu. Mən çox sevindim. Əbu Əlla məndən soruşdu ki, sənə nə 
oldu? Dedim ki, Təbriz qonşularımdan biri gəlmişdir. O, dedi: 
Dur  get  öz  adamlarından  bir  xəbər  bil.  Mən  onun  cavabında 
dedim ki, sizin sözlərinizi eşitmək bizim üçün bir qarı görmək-
dən daha  yaxşıdır. O, dedi: Dur get, sən gələnədək gözlərəm. 
Durub getdim. Müsafirdən bəzi sözlər soruşdum və qayıtdım. 
Əbu  Əlla  mənə  dedi:  Onunla  danışdığın  nə  dili  idi?  Dedim: 
Azərbaycan  dili  idi:  Mən  sizin  dili  bilmirəm,  lakin  hər  nə 
 
 
133 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
danışdınızsa,  hamısını  yadımda  saxladım.  Bunu  deyib 
söylədiyim sözlərin hamısını təkrar etdi”.  
Azərbaycanda  yaşayan  əhalinin  Azərbaycan  dilində 
danışdığını  böyük  şairimiz  Nizami  Gəncəvi  də  “Leyli  və 
Məcnun”  dastanının  “Səbəb  talif  kitab”  hissəsində  yazıb 
göstərdiyi məşhur olduğundan onun üzərində dayanmırıq.  
Məşhur ərəb alimi İbn Betutə 1318 – ci miladi ildə Tən-
cədən Təbrizə səyahətə gəlmiş və burada gördüklərini “Təhfetə 
Əla Nəzar fi qərib əlamsar” adlı əsərinin 173 – ci səhifəsində 
belə  yazmışdır:  “Təbrizdə  böyük  bazara  yetişdim  ki,  bura 
qazan bazarı idi. Bu, dünyada gördüyüm bazarların hamısından 
əzəmətli  idi.  Buradakı  bol  cəvahirləri  gördikdə  gözlərim 
işıqlandı.  Bu  cəvahirlər  gözəl  və  xoş  qulamların  əlində  idi. 
Həmin  qulamlar  ipək  parçadan  paltar  geymiş  və  ipək 
dəstmaldan  qurşaq  bağlamışdılar.  Onlar  cəvahirləri  türk 
arvadlarına göstərir və onlar da alırdılar”. 
İbn  Betutənin  bu  sözləri  Qətran  Təbrizi  və  Xətib  Təbri-
zinin sözlərini bir daha möhkəmləndirir.  
XIII əsrdə Təbrizə gəlmiş italiyalı səyyah Mark Punu da 
təbrizlilərin  azərbaycanlı  olduğunu  qeyd  etmişdir.  O  yazır  ki: 
“Bu
rada  yerlilər,  yəni təbrizlilərdən əlavə ermənilər, gürcülər, 
nəsara, yəqubi və iranlılar da gözə çarpır”.  
Bütün dediklərimizə bir misal da əlavə etməklə məsələyə 
yekun vuraq. 1404 – 
cü ildə Səmərqənddə Teymurləngin sara-
yına səfər etmiş ispaniyalı səyyah Rəyuni Qanzales Dəqlaviqu 
Təbrizdən keçərkən burada qalmış və şəhərin əhalisi haqqında 
belə  yazmışdır:  “Hal-hazırda  burada  fəqət  köçərilər  deyil, 
şəhərdə yaşayan oturaq türklər də vardır ki, onlar Azərbaycan 
əhalisinin əksəryətini təşkil edirlər”.  
Bütün  bu  tarixi  sənədlər  sübut  edir  ki,  azərbaycanlılar 
hələ  min  il  bundan  qabaq  bir  millət  kimi  bu  yerlərdə 
yaşayırmışlar.  Əlbəttə,  onlar  min  il  bundan  qabaq  buraya 
birdən-birə  göydən  düşməyib,  kökləri  qədim  ata-babalarına 
 
 
134 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə