Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə43/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   39   40   41   42   43   44   45   46   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Yazmağa söz çoxdur... Lakin hara... Dan yeri sökülür... 
mən yaralı quş kimi çırpınaraq qalxıram. Bağçada atılıram. Ba-
har çiçəklərindən çələng hörüb sənə göndərmək istəyirəm. 
Əgər  sən  də  Vətən  bağçalarında  bitən  bu  çiçəkləri  qox-
lamaq istəyirsənsə ...  
Gəl apar məni.... 
Bilirəm... sən döyüşürsən .... Sən ayrılığa, hicrana, kədərə 
səbəb olan düşməndən intiqam alırsan...  
Əgər  qəlbinə  dəyanət  ...  Qoluna  qüvvət  istəyirsənsə  ... 
Gəl apar məni...  
 
Həbibə Zeynalzadə, Bakı, 1944 
(1946-
cı il № 7, səhifə 23) 
 
 
 
139 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
 
ZEYNƏB PAŞA 
 
Keçmişdə dəfələrlə ittifaq düşmüşdür ki, bir para möhtə-
kirlər yayda buğdanı ucuz qiymətə alıb, anbarlara doldurur və 
qışda bazara buraxmayaraq, süni surətdə çörəyin qiymətini ba-
ha
landırırmış.  Bu  ehtikar  xüsusən  hicri  1313  –  ci  (təqribən 
1895 miladi
) ildə daha da şiddətlənmiş, dözülməyəcək bir dərə-
cədə qalxıb Təbrizin əhalisinə, xüsusən yoxsullara çox pis təsir 
etmiş, əhali aclıqdan ağır məşəqqətlər və əziyyətlər çəkmişdir. 
Bunu görən Zeynəb adlı bir arvad dul, yiyəsiz və yoxsul qadın-
ları başına yığıb möhtəkirlərin anbarlarına hücum etmiş və ələ 
keçirdiyi buğdanı aclıq çəkən şəhər əhalisinə paylamışdır.  
O vaxt həmin Zeynəb Təbrizdə “Zeynəb paşa” və yaxud 
“başı Zeynəb” adı ilə məşhur idi. Xalq arasında ona mahnılar 
belə qoşub oxuyurdular.  
Həmin mahnılardan birində deyilirdi:  
 
Hökm elədi Zeynəb paşa,  
Cümlə ənas və fərraşa, 
Siz bazarı basın daşa, 
Dəyənəyi bağlayım gəlim, 
Patavamı bağlayım gəlim! 
 
Zeynəb  paşa  cəsur  və  mərdanə  hərəkətilə  bütün  şəhər 
əhalisinin hüsn-rəğbətini qazandığı kimi, şairlərin də diqqətini 
özü
nə cəlb etmişdi. O vaxt Təbrizdə yaşayan Mirzə Fərrux adlı 
bir nəfər şair “Zeynəb paşa Şurəşi” adlı bir şeir yazmışdır. Şair 
bu  şeirində  Şurəşin  təsvirini  özü  dərk  etdiyi  kimi  vermişdir. 
Səciyəvi olduğu üçün həmin şeiri eynilə dərc edirdik:  
Qaldı Təbrizdə çun taxt hökumət xalı 
Gətirib elədilər qaeqamı valı. 
Özü vermirdi könül, getdi vəli iqbalı, 
 
 
140 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Hökmran oldu əcəb məmləkət İranə. 
 
Təbrizə hakim olanda bu, olub şəhər şuluq, 
Olmamışdı bu neçə vaxtda bu növ bahalıq. 
Gördülər yoxdu biqeyrət kişilərdə kişilik 
Qeyrət əl verdi ənasə (qadınlar-P.M.) ki, çıxa meydana. 
 
Gördülər yoxdu əlacı, dayanıb bəndə bıçaq, 
Öz yanında dedilər: “Biz nə qədər səbr eləyək. 
İl günü axşamadək beş şahı pambıq əyirək. 
Onu biz şəmə verək, ya kömürə, ya nanə?”(çörək-P.M.) 
 
Dəh (on-red) başı Zeynəb edibdir xəbər hər bivə zənə, 
Hamısı alt hərb ilə sərasər bəzənə. 
Dedi: “Siz Şurəş idin, ta soxulan dəlləzənə 
Rastabazarı görün bağladıram mən yanə?” 
 
Zeynəb hökm etdi dəyənəkləri ta bağladılar, 
Xof edibdir bazar əhli başa-baş bağladılar. 
Gördülər bu işi gah güldürə, gah ağlada, 
Da dura bimədi qaçdı hərəsi bir yana. 
 
Rasta bazarı o dəm bağladı çun əhli ənas, 
Qarı körpüsünün üstü belə oldu basabas. 
Bu  sədanı  eşidib  qaymaqam(nazir  müavini-P.M.)  etdi 
həras, 
Qorxdu əcmae eylə xalq, evi talana. 
 
Hökm edib bir neçə əlvatə ki, çıxsınlar dama 
Hərə bir aynalı əllərdə götürdü adama. 
Gülləbazlıq işə düşdü, çoxu girdi hamama 
Çoxuna güllə dəyib, öldü, bulaşdı qana. 
 
 
 
141 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Bu işi verdi biri Həzrət Valayə xəbər: 
“Necə rahat oturubsan, xəbərin yoxdu məgər? 
Qaymaqamın evini xalq eyləyib ziru zəbər. 
Güllədən bak eyləməz, xalq gəlibdir cana!” 
 
Buyurub Həzrət Vala ki: deyin xalqa tamam
Bu günü səbr eyləsinlər, hamı olsun aram. 
Ki sabahdan çəkərəm mən bu işə bir əncam, 
Sallam hər nirxi yəqinən mən özüm mizanə. 
 
Vermədi dəhbaşı Zeynəb bu sözə əsla quş, (qulaq-red.) 
Dedi cəmiyyətə ta təzədən itsinlə xuruş. 
“İçmişəm and, ki qoymayım qala sağ bir guduş. 
“Kişiyik biz” dedi- “çıxmaz sözümüz yalana” 
 
Bu həqir evdə o gün qorxudan avarə qalıb, 
Təzədən top və tüfəngin səsi na gə ucalıb, 
Rəngi təğyir tapıb, haləti yeksər dolanıb. 
Az qalıb qorxudan əvvəl vaxtda ola divanə 
 
Şəşgilani  
(1946 cı il, № 7, səhifə 32) 
 
 
 
142 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
 
VƏTƏN DİLİ VƏ ONUN MÜƏLLİFİ 
 
İran Azərbaycanında Ana dilində ilk dərs kitabı 1323-ci 
hic
ri  ilində  yazılmışdır.  Bu,  böyük  məarifpərvər  və  müəllim 
Hacı  Mirzə  Həsən  Rüşdiyyə  tərəfindən  yazılmış  “Vətən 
dili”kitabıdır.  
Kitab 1905 –  1911  – 
ci  illərdə  İran  Azərbaycanında 
inqilab  hərakatının  alovlandığı  və  Səttar  xanın  rəhbərliyi 
altında  İran  azərbaycanlılarının  öz  müqəddəratları  uğrunda 
qanlı  vuruşmalara  girişdiyi  bir  dövrün  məhsuludur.  Heç 
təsadüfi  deyildir  ki,  bu  dövrdə  Səttar  xanın  Ana  dilində  dərs 
deyən və Ana dilində qəziət nəşr edən mətbuatçılar qarşısında 
qoyduğu və dönə - dönə tələb etdiyi bütün məqsəd və qayələri 
müəllif öz kitabında ehtiva etməyə ciddi səy etmişdir.  
Məlum olduğu üzrə, Səttar xan vuruşmalarının ağırlığına 
və  bundan  nəşət  edən  maddi  və  mənəvi  çətinliklərə 
baxmayaraq,  doğma  Azərbaycan  dilini  yüksək  keyfiyyətlə 
təlim etmək üçün müsabiqə təşkil etmək təşəbbüsü irəli sürmüş 
və bu dili gözəl və mükəmməl mənimsəyən şagirdlər üçün isə 
qızıl  medallar  təsis  edilmişdir.  Belə  bir  tədris  İran 
Azərbaycanında  azərbaycan  dilini  düzgün  təlim  etmək  üçün 
vahid  bir  dərs  kitabının  yaradılması  zərurətini istiqlal 
uğrundakı  mübarizənin  əsas  tələblərindən  biri  kimi  irəli 
sürürdü.  
İran Azərbaycanının hər tərəfində belə kitabın yaradılma-
sına böyük ehtiyac hiss edilirdi. İstiqlaliyyət vuruşlarından ruh-
la
nan demokratik əhval-ruhiyyəli Azərbaycan müəllimləri sön-
məz bir ehtirasla öz doğma dillərini təlim etməyə hazır idilər. 
“Vətən  dili”  kitabı  öz  vaxtında  onların  köməyinə  çatdı  və 
böyük bir ehtiyacı aradan qaldırmış oldu. Kitab qısa bir müddət 
içərisində İran Azərbaycanının hər tərəfinə yayıldı. 
 
 
143 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə