Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси
yaşayan beş milyon yarım azərbaycanlı qəlbi hiss etdi. Bu
hadisə 1324-cü ilin azər ayında oldu.
O gün Səhəndin başı yenə qızardı. Günəş yenə onun arxa-
sından doğdu və yenə gəlib Urmiyanın sarmaşıqlı divarlarını,
əbrişməli (ipək parça-P.M..) xiyabanlarını, üzüm, qaysı, badam
bağlarını nurlandırdı. Onun nurunu hər şeydən əvvəl bütün İran
Azərbaycanı xalqı kimi, Urmiya əhalisi də gördü, hiss etdi.
Xalq bu gün böyük əcdadını – Zərdüştü xatırladı. Zərdüşt
Azərbaycanın müqəddəs torpağında rahat yatırdı. O gəlib
ur
miyalıların bu sevincini görə bilməzdi. Xalq da bunu hiss
etdi. Onlar Səhənd zirvəsindəki şəfəqlərdən qalxan günəş
görürkən, böyük babalarının ona olan məhəbbət və
bağlılıqlarını da xatırladılar və and içdilər ki, bu torpaqda son
azərbaycanlı qəlbi çarpana qədər bu günəşi müdafiə edəcək,
onun üzərinə qara pərdə salınmasına yol verməyəcəkdir. Bərk
yağışlı bir cümə günü yaşadığımız evin qapıçısı bizi yuxudan
qaldırdı və xiyabana baxmağa çağırdı. Biz dərhal getdik,
qapıya çıxdığımız zaman küçədə böyük izdihama rast gəldik.
Sıraya düzülmüş böyük bir kütlə bizim qapımıza tərəf
yaxınlaşırdı. Onlar aramla keçib gedirdilər. Biz düşmənin nə
vaxt keçib qurtarmasını gözləyərək, iki saata qədər orada dur-
duq. Keçib gedənlər içərisində yetmiş yaşlı tosqun, lakin sağ-
lam bədənli mülkədar, ağ saqqallı məşhur ruhani, Avropada ali
təhsil almış keçmiş məclis üzvü, ömrünün çoxunu həbsxana və
zin
danlarda keçirmiş vətənpərvər inqilabçı, fəhlə, əkinçi,
bağban, tacir, əsnaf (siniflər-P.M.), müəllim, tələbə, qəzetçi və
qəzet satan, fədai və qadın təşkilatı üzvləri vardır. Sonra biz
onların gedib toplaşdığı yerin yanından keçib getməli olduq.
Biz öz gözümüz
lə gördük ki, sayı çox böyük olan bu əzəmətli
izdiham urmi
yalıların təlim dəstəsi imiş. Onlar hər cümə bu
geniş meydançaya toplaşır və öz səadətlərini qurmaq işini
öyrənirlər.
150
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси
Biz urmiyalı dostlarımızı tərk edərək yolumuza davam et-
diyimiz gün Urmiyadakı tarixi bir hadisəyə təsadüf etdik. O
gün Qızıl Ordunun Urmiya şəhərini və Urmiya vilayətini tərk
etdiyi gün idi.
O gü
n çox gözəl bir bahar günü idi. 15 gündən artıq da-
vam edən aramsız bahar yağışı birdən kəsilmiş, günün üzü qə-
fil
dən açılmış və günəş bütün təmtəraq, bütün təntənə ilə lace-
vərdi (mavi) səmanı bəzəmişdi.
Həmin o gün Qızıl Ordu Urmiya şəhərindən çıxıb gedirdi.
Urmiyalılar deyirdilər ki, onlar ömürlərində bu qədər tən-
tənəli, bu qədər dərin təsir buraxıcı mənzərəyə rast gəlməyib-
lərmiş. Qızıl Ordu süvariləri, topçuları və əsgərləri – xalqın
yağdırdığı gül-çiçəyin yağışı altında irəliləyirdi. Qocalar, qızlar
əllərindəki güzgü ilə onlarıın yolunu işıqlandırır, qocalar
gedənlərin yolu aydın olsun deyə onların ardınca su atır,
məktəbli uşaqlar əllərindəki bayraqları sevincək oynadırdılar.
Eyvanlar, qapılar, pəncərələr xalçalarla, güllərlə, bayraqlarla
bəzənmişdi. 5-6 kilometrlik yol boyu on minlərlə adam Qızıl
Ordunu yola salırdı. Bu, həqiqətən çox böyük bir təntənə, çox
böyük təsir buraxıcı bir hadisə idi.
Bir çox məktəbli dəstə ilə keçib oxuyurdu:
...Ey torpağı ləl-mərcan,
Azərbaycan! Azərbaycan!..
Urmiya illərdən bəri Azərbaycan torpağının ən qiymətli
ləli olmuşdur. Bu gün o daha qiymətlidir. Çünki o, Azərbaycan
xal
qının yeni tarixinə yeni söz də yazmışdır: “27 Azər”. Burada
yəqin ki,”21 Azər-Milli hökümətin qələbə günü nəzərdə tutu-
lub-P.M.)
Yus
if Şirvan
(1946-
cı il, № 7, səhifə 36, 37, 38).
151
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси
152
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси
AZƏRBAYCAN İCTİMAİ FİKİR İNKİŞAFI
TAR
İXİNDƏN
XAQAN
İ ŞİRVANİ
Əgər şair deyil, peyğəmbər olsaydı mənim adım,
Mənə beyyət edib aləm, deyərdi Kəbə Şirvandır.
Xaqani
Azərbaycan şer sənətinin dahi yaradıcılarından biri olan
İbrahim İbn Əli – Əfzələddin Xaqani Şirvani miladi 1120-ci
ilin
də Şamaxı şəhərinin yaxınlığındakı Məlhəm kəndində ana-
dan olmuşdur. Şairin qeyd etdiyinə görə onun atası sadə bir
dülgər, anası isə sonralar islamiyyəti qəbul etmiş bir nəsrani
(yəhudi) qızı idi.
Xaqaninin harada ibtidai təhsil aldığına dair tarixi
sənədlər yoxdur. Lakin xalq arasında yaranan əfsanələrə görə
İbrahim hələ uşaq yaşlarında fövqaladə istedada malik zəkalı,
tərbiyəli və hazırcavab bir oğlan imiş. Bu rəvayətlərdən birində
deyilir ki, bir gün İbrahim öz yoldaşları ilə bərabər çölə odun
yığmağa getmişdi. Bu əsnada Şirvan şahı Mənuçöhr başında
atlıları şikardan qayıdırmış. Padşahın yaxınlaşdığını görən
uşaqlar qaçıb gizlənirlər. İbrahim isə tək-tənha yolun kənarına
çəkilib padşahın cəlalına tamaşa etməyə dayanır. Mənuçöhr bu
cəsur oğlanı görən kimi atını ona tərəf sürür və İbrahimdən
soruşur: “Ay oğlan, burada nə edirsən?”
İbrahim məğrur bir səslə cavab verir: “Şah sağ olsun, çör-
çöp yığıram”.
Mənuçöhr uşağın ədəb və qürurundan xoşlanıb zarafatla
sual verir:
-
Yaxşı, çöp-çöpdür, bəs çör nədir?
İbrahim şahın sualına belə cavab verir:
153
Dostları ilə paylaş: |